Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-141/2025 07.01.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 808.75 (səkkiz yüz səkkiz manat yetmiş beş qəpik) manat pulun və ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq iddia ərizəsində qeyd etmişdir ki, Cavabdeh ilə 25 iyul 2019-cu il tarixdə Naxçıvan şəhər Nikah evində nikahlarını rəsmi olaraq 163 nömrə ilə qeydiyyatdan keçirməklə evlənmişlər. Onların birgə nikahlarından 28 avqust 2020-ci il tarixdə qızı X5 doğulmuşdur. Xasiyyətləri uyğun gəlmədiyindən aralarındakı nikah Naxçıvan Şəhər Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli 2(078)-1509/2023 nömrəli qətnaməsi ilə pozulmuşdur. Onlar birgə nikahda olarkən 10 may 2023-cü il tarixdə 36 ay müddətinə qaytarmaq şərti ilə "xxxx" ASC-dən 3000 manat məbləğində İK1021865 nömrəli kredit müqaviləsi əsasında özünün adına götürülmüşdür. 10 iyun 2023-cü il tarixdən başlayaraq hər ay 102.39 manat olmaqla 36 ay müddətinə 3685.91 manatı cədvəl əsasında Naxçıvan Banka ödəməli olmuşlar. Krediti götürməkdə məqsədləri Cavabdeh özündən xəbərsiz Birkartla yaranmış borcunu, Topazda oynayaraq müxtəlif şəxslərə olan borcunu ödəmək olmuşdur. Özü də məcbur qalaraq krediti götürüb borclarını ödəməsi üçün ona vermişdir. Krediti götürdükdən təxminən bir ay sonra özü Cavabdeh evdə ondan pul istəyəndə bildirmişdir ki, “pul yoxdur”. Onda özünə məlum olmuşdur ki, kredit kimi götürdüyü pul artıq onun tərəfindən xərclənmişdir. Onlar 14 sentyabr 2023-cü il tarixdə ayrıldıqlarından krediti götürdükdən sonra birgə yaşadıqları 4 ay ərzində həmin kreditdən 420 manatını ödəmişlər. Onlar ayrılanda Naxçıvan Bank ASC-yə kreditə görə özünün 3265.91 manat borcu qalmışdır. Bu müddət ərzində həmin borcdan 1617.50 manat özü tərəfindən tək ödənilmişdir. Özü Babək rayon Mədəniyyət Evində metodist vəzifəsində işləyir və aylıq əmək haqqı 363.49 manat təşkil edir. Bundan da 105 manatını hər ay kreditə ödəyir. Dolanışığı çətin olduğundan xeyli miqdarda borca düşmüşdür. Ona görə də ödədiyi kredit pulunun yarısının yəni 808.75 manatının Cavabdeh alınıb özünə verilməsini istəyir. 09 dekabr 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh məhkəməyə ərizə təqdim edərək ərizədə iddianı qəbul etdiyini, 808.75 (səkkiz yüz səkkiz manat yetmiş beş qəpik) manatı iddiaçıya ödəməyə razı olduğunu qeyd etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 07 yanvar 2025-ci il tarixli, 2(078)-141/2025 nömrəli qərardadı ilə İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına 14 noyabr 2024-cü il tarixli, 26127 nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun ona geri qaytarılması qərara alınmışdır. Mülki iş üzrə məhkəmə iclaslarında iştirak edən İddiaçı izahatında birgə nikah dövründə bankdan kredit götürdüklərini, nikahları pozulduqdan sonra da krediti özünün ödədiyini, cavabdehə dəfələrlə kredit borcunu yarı-yarıya ödəmələrini dediyini, lakin, onun bununla razılaşmadığını, pulu ödəməyəcəyini bildirdiyini, daha sonra cavabdehin noyabr ayına kimi gözləməyini, pulu ödəyəcəyini, məhkəməyə müraciət etməməyini bildirdiyini, məhkəməyə iddia ərizəsi verdikdən sonra cavabdehin niyə məhkəməyə müraciət etdiyini, pulu ödəyəcəyini bildirdiyini, alimenti də vaxtı-vaxtında ödəmədiyini, uşağın bağçaya, kurslara getdiyini, əmək haqqısının kredit borcunu qarşılamadığını, 3265 manat borcu özünün ödədiyini, 1617 manat borc qaldığını, qalan borcun yarı-yarıya ödənməsini istədiyini bildirərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Mülki iş üzrə məhkəmə iclaslarında iştirak edən Cavabdeh izahatında alimenti 3 ay işi ilə əlaqədar kursda olduğu üçün ödəyə bilmədiyini, iddiaçının iddia ərizəsində qeyd etdiklərinin düzgün olmadığını, bankdan götürülən puldan özünə sadəcə Birkart borcuna görə 500 manat pul verildiyini, o pulun özünün borcları üçün xərclənmədiyini, iddiaçının banka olan əvvəlki borcu və demək istəmədiyi digər xərclərə ödənildiyini, qızının anası olduğunu, daima üz-üzə gələcəklərini, bu səbəbdən olanları demək istəmədiyini, iddianı qəbul etdiyini, 808 manat məbləğində pulu iddiaçıya ödəməyə razı olduğunu bildirərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İddiaçının birgə nikah dövründə götürülmüş kreditin ödənilən hissəsi olan 1617.50 manat pulun yarısı olan 808.75 (səkkiz yüz səkkiz manat yetmiş beş qəpik) manat pulun Cavabdeh alınıb verilməsini tələb etməsi işin mübahisəli halıdır. Məhkəmə işin mübahisəli halının həlli ilə bağlı cavabdehin etirafını nəzərə alaraq bildirir ki, iddiaçının pul tələbi cavabdeh tərəfindən etiraf olunduğundan onun tələbi əsaslı sayılaraq təmin olunmalıdır. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli, 2(078)-1509/2023 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh ilə X6 arasında 25 iyul 2019-cu il tarixdə Naxçıvan şəhər Nikah evində bağlanmış 163 nömrəli nikahın pozulması, boşanmadan sonra 28 avqust 2020-ci il təvəllüdlü X3 anası X4 yanında saxlanılması və Cavabdeh 15 noyabr 2023-cü il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində 180 (bir yüz səksən) manat alimentin tutularaq 28 avqust 2020-ci il təvəllüdlü X1 üçün X4 xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan şəhər Nikah Evi tərəfindən təkrar verilmiş 01 iyul 2024-cü il tarixli, AZ-İ seriyalı, 433273 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, iş üzrə Cavabdeh ilə X6 arasındakı nikahın pozulmuş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 37 nömrə ilə qeyd aparılmışdır. İş materiallarına əlavə olunmuş 10 may 2023-cü il tarixli, İK1021865 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X6 arasında 10 may 2023cü il tarixdə kredit müqaviləsi imzalanmış və cavabdehə illik 13.90% dərəcəsi ilə 36 ay müddətinə 3000 (üç min) manat məbləğində istehlak krediti verilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.3-cü maddəsinə əsasən ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.2-ci maddəsinin məzmununa görə cavabdeh ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə Cavabdeh iddianı etiraf etməsinə dair verdiyi ərizəni müzakirə edərək belə nəticəyə gəlir ki, işdə etirafın qəbul edilməməsi üçün əsas verən Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən hallar yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 220.4-cü maddəsinin tələbinə görə qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hаllаrа və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - iddia təmin olunmalı; - 808.75 (səkkiz yüz səkkiz manat yetmiş beş qəpik) manat məbləğində pul Cavabdeh alınıb İddiaçı ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. 808.75 (səkkiz yüz səkkiz manat yetmiş beş qəpik) manat məbləğində pul Cavabdeh alınıb İddiaçı ödənilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(078)-141/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-141/2025
07.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver