Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1456/2023 06.12.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi X2 və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən onun adına birgə nikah dövrü 19 iyun 2019-cu il tarixdə alınmış 2014-cü il buraxılışlı, Ford Fusion markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilin satışına görə əldə olunmuş 24000 (iyirmi dörd min) manat məbləğində pulu yarısı 12000 (on iki min) manat pulu və ödənilmiş 131 (bir yüz otuz bir) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki və mübahisələndirilməyən halları bundan ibarətdir ki, tərəflər 01 noyabr 2010-cu il tarixdə Naxçıvan şəhər Nikah Evində rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar. Cavabdeh və İddiaçı nikahlarından 20 sentyabr 2011-ci il təvəllüdlü X11 və 05 yanvar 2015-ci il təvəllüdlü X6 adlı övladları vardır. Tərəflər arasındakı nikah qeydi Naxçıvan Şəhər Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli 2(078)-526/2010 nömrəli qətnaməsi ilə pozulmuş, boşanmadan sonra uşaqlar anasının yanında saxlanılmışdır. Məhkəmə iclası zamanı İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, cavabdehlə aralarındakı nikah Naxçıvan Şəhər Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli 2(078)-526/2020 saylı qətnaməsi ilə pozulmuşdur. Birgə nikaha daxil olduqdan sonra birgə yaşadıqları müddətdə-19 iyun 2019-cu il tarixdə Cavabdeh adına Ford Fusion markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil almışlar. Onların nikah dövründə maşınları olub, evli olan vaxt cavabdeh almışdı. Ancaq maşını çox vaxt evə gətirmirdi. Gah deyirdi ustadadır, gah da müxtəlif bəhanələr edirdi. Aralarında münaqişə başlayanda isə satdığını deyib. Əslində həmin maşını cavabdehin atasına məxsus torpaq sahəsini cavabdeh satıb və o pulla maşını alıb. Qaraxanbəyli kəndində 3-4 sot torpaq sahəsi idi. Torpağı qayınatası onlara ev tikmələri üçün almışdı. Cavabdeh həmişə maşın alveri ilə məşğul olsa da heç vaxt onun qazancını görməyib. Elə hey qazancı barədə soruşanda deyib ki, xeyir eləmir. Bir gün dostları onlara Xaliqlə onu barışdırmağa gələndə “Torpağınız xeyirli olsun, satmısınız pulunu xeyrə xərcləyəsiniz” dedikləri zaman Xaliqin torpağı satmasından xəbəri olub. Həmişə də dostları deyirdilər ki, “Xaliq bankdan alver üçün pul götürür”. İldə 3-4 dəfə Gürcüstan Respublikasına maşın alverinə gedirdi. Aldığı və satdığı maşınların miqdarını bilmir. Heç əldə etdiyi pulları da görməyib. Bir dəfə “torpağı neçəyə satdın?” soruşmuş, o da “satıb maşın almışam” cavabını vermişdir. Bu maşın 2019-cu ildə alındı, heç 7-8 ay çəkmədi ki, yenidən satdı. Ancaq həmin maşın həmişə həyətdə olub. Xaliq də həmişə həmin maşından istifadə edib. O özü də bir neçə dəfə həmin maşına minib. İddiaçı sonda qeyd olunanların nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında izahat verən iddiaçının vəkili X4 iddiaçının izahatını təsdiqlədiyini, heç bir əlavəsinin olmadığını bildirmiş və müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı Cavabdeh iddianı qəbul etməyərək izahatında iddianı əsassız hesab etdiyini bildirmişdir. Həmin avtomobil onun adına olsa da, onunla heç bir əlaqəsi yoxdur. Maşın dostunun olub. O da Sadıxov Əfqan adında adama satıb, pulunu götürüb. Sadəcə həmin vaxt o məzuniyyətdə olduğu üçün Gürcüstan Respublikasından gələndə öz adına maşını qeydiyyata saldırıb. Maşın artıq satılıb və heç kimin adına deyil. Torpağı 2016-cı ildə 12000 manata satıb. Həmin torpağın pulunu satdığı adam ona hissəhissə olmaqla, bir dəfə 7000 manatı verib, 5000 manatını da kreditlə verib. Sözügedən maşın 2 ay sadəcə onun adına olub. X16 Əfqan Sadıxova satıb. Şaiq onunla birlikdə Gürcüstan Respublikasına getdi və maşını alıb gətirəndə özünün texniki pasportu yanında olmadığı üçün gömrükdə problem yaşanmaması üçün maşını onun adına sənədləşdirib. Cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında şahid X5 ifadəsində bildirmişdir ki, cavabdeh Xaliq onun dostudur. Hürü xanım cavabdehin keçmiş həyat yoldaşı olub. O, Ailə Qadın və Uşaq Komitəsində sürücü ilşəyir. İşi ilə bağlı tez-tez gedə bilmədiyi üçün və Xaliq də bu işlə məşğul olduğu üçün Xaliqdən ona maşın gətirməsini xahiş etmişdir. Sadəcə sənədləşmədə maşın Xaliqin adına olub. O, həmin maşını Əfqana 26000 manata satıb. Maşın ancaq onun istifadəsində olub və özü idarə edib. Maşın sənəd üzərində Xaliqə məxsus olub. Xaliq maşını rəsmi satanda onun ailəsi ilə problemi yoxdu idi və həyat yoldaşı ilə birlikdə yaşayırdı. Məhkəmə baxışı iclasında şahid X13 ifadəsində bildirmişdir ki, o maşını 2019-cu ildə Şaiqdən alıb. Pulu da alqı-satqıda Şaiqə verib. Yaxın olduğu üçün pulu Şaiqə hissə-hissə verib. Onun Xaliqlə heç bir alış-verişi olmayıb. Maşını etibrnamə ilə almayıb. Onlar-o, Xaliq və Şaiq neçə illərdir ki dostdurlar. Maşını Xaliqdən deyil, Şaiqdən alıb. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə işin faktiki və mübahisələndirilməyən hallarını, işdə iştirak edən şəxslərin izahatı ilə əlaqəli şəkildə təhlil edib hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iddia tələbini rədd edərkən gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi tərəfindən Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyası Naxçıvan Şəhər Hüquq Məsləhətxanasının vəkili Ə.Vəliyevin xx.xx.2023-cü il tarixli məktubuna xx.xx.2023-cü il tarixdə verilmiş cavabda qeyd olunmuşdur ki, 2010-cu il tarixdən - 26 oktyabr 2020-ci il tarixədək ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.1985-ci il təvəllüdlü Cavabdeh adına xx.xx.2012-ci il tarixdə alqısatqı müqaviləsi əsasında “Vaz 21074” markalı, 2009-cu il buraxılışlı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyata alınmış, xx.xx.2013-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında satılaraq Naxçıvan şəhəri Əliabad qəsəbəsi 6/19 ünvanında qeydiyyatda olan X3 adına qeydiyyata alınmışdır. xx.xx.2018-ci il tarixdə Cavabdeh adına alqı-satqı müqaviləsi əsasında “Mercedes Benz 250D” markalı, 1990-ci il buraxılışlı avtomobil qeydiyyata alınaraq **-BA-*** dövlət qeydiyyat nişanı verilmiş, xx.xx.2018-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında satılaraq Babək rayon Yarımca kənd sakini Şahid adına qeydiyyata alınmışdır. xx.xx.2019-cu il tarixdə Cavabdeh adına NŞGİ-nin 565297 nömrəli gömrük vəsiqəsi əsasında “Ford Fusion” markalı 2014-cü il buraxılışlı avtomobil qeydiyyata alınaraq **-BB-*** dövlət qeydiyyat verilmiş, xx.xx.2019-cu il tarixdə alqı-satqı müqaviləsi əsasında satılaraq Babək Yarımca kənd sakini Şahid adına qeydiyyata alınmışdır. Hal-hazırda Cavabdeh mülkiyyətində hər hansı bir nəqliyyat vasitəsi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol İdarəsinə bilavasitə tabe olan qeydiyyat-imtahan və texniki baxış şöbəsində qeydiyyatda durmur. İş materiallarında oolan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən aydın olur ki, ** BB *** qeydiyyat nişanlı Ford Fusion minik modelli, sedan tipli, istehsalat tarixi 2014, ban nömrəsi 3FA6P0K91ER300161 olan yaş asfalt metallik nəqliyyat vasitəsi Cavabdeh mülkiyyətində olmuşdur. 10 oktyabr 2019-cu il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən aydın olur ki, Cavabdeh ** BB *** qeydiyyat nişanlı Ford Fusion minik modelli, sedan tipli, istehsalat tarixi 2014, ban nömrəsi 3FA6P0K91ER300161 olan yaş asfalt metallik nəqliyyat vasitəsini 24000 manata X1. İnsan Hüquqları uzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, «affirmanti, non neganti, incumbit probalion» (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. (Mahmudov Rusiyaya qarşı iş, 26 iyul 2007-ci il tarixli qərar) Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Tərəflərin izahatlarından aydın olur ki, onlar arasında faktiki ailə münasibətləri mövcud olduğu zaman mübahisəli avtonəqliyyat vasitəsi satılmışdır. İddia ərizəsindən aydın olur ki, 28 oktyabr 2019-cu il tarixdə tərəflər arasında faktiki ailə münasibətlərinə son qoyulmuşdur. Avtonəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi 10 oktyabr 2019-cu il tarixdə bağlanmışdır. İş materiallarında olan etibarnamədə 2019-cu ilin avqust ayında mübahisəli avtonəqliyyat vasitəsinin X8 adına etibarnamə verməsi və iki ay sonra alqı-satqı müqaviləsinin bağlanması, nəqliyyat vasitəsinin 2 aydan az bir müddətdə cavabdehin sahibliyində və istifadəsində olması, tərəflərin izahatları əsasında cavabdehin avtomobil alqı-satqısı fəaliyyəti ilə məşğul olması mübahisəsiz haldır. Belə olan halda iddiaçı sözügedən avomobilin məhz birgə nikah dövründə ailənin ümumi qazancı hesabına əldə edilməsinə dair mötəbər sübutlarını təqdim etməli olduğu halda hər hansı sübut təqdim etməmişdir. Bundan əlavə cavabdeh avtomobilin ümumiyyətlə onun mülkiyyət sənədində adının olmasından başqa hər hansı aidiyyəti olmamasına dair şahidlər təqdim etmişdir. Belə olan halda məhkəmə iddiaçının bir-birinə ziddiyyətli izahatlarına, bir tərəfdən cavabdehin avtomobilin atasının ona verdiyi torpaq sahəsini sataraq əldə etməsi, digər tərəfdən cavabdehin onun məlumatı olmadan maşını satmasına dair izahatlarını sübut kimi qəbul etmir və hesab edir ki, iddiaçının bildirdiyi hallara uyğun olaraq iddia əsassız olduğundan rədd edilməlidir. Məhkəmə cavabdehin etirazında iddia müddətinin tətbiq edilməsinə dair ərizəsini qəbul etmir. Belə ki, nikahın pozulması barədə qətnamədən aydın olur ki, tərəflər arasında nikah 26 oktyabr 2020-ci il tarixdə pozulmuşdur. Ər-arvad arasında əmlak mübahisələri üzrə qanunvericilikdə müəyyən edilən müddət 3 il təşkil edir. İddia ərizəsi 05 oktyabr 2023cü il tarixdə məhkəməyə daxil olmuşdur. Belə olan halda iddia müddəti keçməmişdir. Nəticə: Beləliklə, yuxarıda qeyd olunan əsasları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. İddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, göstərilənlərə əsasən və Аzərbaycan Respublikası Мülki-Prosessual Мəcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. İddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-1456/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1456/2023
06.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver