Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1466/2024 28.11.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment borclarından azad edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n е t d i: İddiaçı Cavabdeh qarşı aliment borclarından azad edilməsi tələbinə dair iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Naxçıvan Şəhər Məhkəməsinin 19 iyul 2017-ci il tarixli, 2(078)-879/2024 saylı qətnaməsi ilə 16 mart 2008-ci il təvəllüdlü X3, 29 iyun 2009-cu il təvəllüdlü X2 və 14 may 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün müəyyən olunmuş cəmi 480 (dörd yüz səksən) manat aliment üzrə yığılan 1728 (min yeddi yüz iyirmi səkkiz) manat miqdarında aliment borcunu ödəməkdən azad edilməyi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbini əsaslandıraraq bildirmişdir ki, Cavabdeh iddia tələbinə əsasən Naxçıvan Şəhər Məhkəməsinin 19 iyul 2024-cü il tarixli, 2(078)-879/2024 saylı qətnaməsinə əsasən ondan 13 may 2024-cü il tarixdən hesablanmaqla 16 mart 2008ci il təvəllüdlü X3, 29 iyun 2009-cu il təvəllüdlü X2 və 14 may 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək hər ay sabit məbləğdə hər uşaq üçün 160 (yüz altmış) manat olmaqla ümumilikdə 480 (dörd yüz səksən) manat miqdarında alimentin tutularaq iddiaçı Cavabdeh xeyrinə ödənilməsi qət olunmuşdur. Naxçıvan Şəhər Məhkəməsinin 06 may 2024-cü il tarixli hökmünə əsasən 4 (dörd) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Cəzaçəkmə müəssisəsində olduğu müddətdə işləməmiş, heç bir qazancı və gəliri olmamışdır. Məhkəmə qətnaməsi ilə alimentin hesablandığı tarixdən 1728 (min yeddi yüz iyirmi səkkiz) manat aliment borcu yığılmışdır. Hesab edir ki, qanunla müəyyən edilmiş qaydada yığılan aliment borcu üzrlü səbəbdəndir. Hal-hazırda isə heç bir yerdə işləmir. Lakin buna baxmayaraq 2024-cü ilin sentyabr ayının aliment pulunu ödəmişdir. Maddi vəziyyəti ilə əlaqədar cəzaçəkmə müəssisəsində olduğu müddətdə üzrlü səbəblərə görə yığılan 1728 manat aliment borcunun ödənilməsindən azad olunmasını istəyir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında 1728 manat aliment borcunun özünün məhkum olduğu müddət ərzində yığılan borc olduğunu, işləmədiyi, gəliri olmadığı üçün ödəyə bilmədiyini, hazırda işlədiyini, 440 manat əmək haqqı aldığını, azadlıqda olduğu müddət ərzində alimenti ödədiyini, həmin yığılan 1728 manat aliment borcundan azad edilməsini istədiyini bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında məhkum olsa belə iddiaçının alimenti ödəməli olduğunu, 2 aydır alimenti ödədiyini, 1728 manat aliment borcu yığışdığını, iddiaçının usta işlədiyini, 1000-1500 manat əmək haqqı aldığını, ödəmək imkanı olduğunu, uşaqlara məktəb ləvazimatları ala bilmək üçün bütün qızılları satdığını, çatdıra bilmədiyini, iddiaçının aliment borcunu ödəməsini istədiyini, onun aliment borcundan azad edilməsini istəmədiyini, icra icraatı qaydasında hər ay hissə-hissə həmin borcu ödəməsinə razı olduğunu bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Mülki işin materiallarını tədqiq edərək məhkəmə müəyyən edir ki, tərəflər arasında 12 aprel 2006-cı il tarixdə nikah bağlanması, tərəflərin birgə nikahından 16 mart 2008-ci il təvəllüdlü X6, 29 iyun 2009-cu il təvəllüdlü X5 və 14 may 2014-cü il təvəllüdlü X7 adlı övladlarının doğulması, Naxçıvan Şəhər Məhkəməsinin 19 iyul 2024-cü il tarixli, 2(078)- 879/2024 nömrəli qətnaməsi ilə 16 mart 2008-ci il təvəllüdlü X3, 29 iyun 2009-cu il təvəllüdlü X2 və 14 may 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı hər ay sabit pul məbləğində 480 manat alimentin tutularaq, uşaqların anası Cavabdeh ödənilməsinin qət edilməsi, Naxçıvan Şəhər Məhkəməsinin 06 may 2024-cü il tarixli, 1(078)-31/2024 nömrəli hökmünə əsasən İddiaçı azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi işin mübahisəsiz hallarıdır. Bu faktların işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: -iş materiallarına əlavə olunmuş Naxçıvan şəhər Nikah Evi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, AZ-İ seriyalı, 176869 nömrəli çıxarışdan İddiaçı ilə Cavabdeh arasında 12 aprel 2006-cı il tarixdə nikah bağlanması və bu barədə nikah kitabında 57 nömrə ilə qeyd edilməsi; -iş materiallarına əlavə olunan Naxçıvan şəhər Nikah Evi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, AZ seriyalı, 169405 nömrəli çıxarışdan iş üzrə tərəflərin 16 mart 2008-ci il təvəllüdlü X6 adlı övladının olması; -iş materiallarına əlavə olunan Naxçıvan şəhər Nikah Evi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, AZ seriyalı, 334049 nömrəli çıxarışdan iş üzrə tərəflərin 29 iyun 2009-cu il təvəllüdlü X5 adlı övladının olması; -iş materiallarına əlavə olunan Naxçıvan şəhər Nikah Evi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, AZ-İİİ seriyalı, 078063 nömrəli çıxarışdan iş üzrə tərəflərin 14 may 2014-cü il təvəllüdlü X7 adlı övladının olması; -iş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər Məhkəməsinin 19 iyul 2024-cü il tarixli, 2(078)-879/2024 nömrəli qətnaməsindən 13 may 2024-cü il tarixdən hesablanmaqla, 16 mart 2008-ci il təvəllüdlü X3, 29 iyun 2009-cu il təvəllüdlü X2 və 14 may 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı hər ay bir uşaq üçün 160 (yüz altmış) manat olmaqla, üç uşağa görə cəmi 480 (dörd yüz səksən) manat miqdarında sabit pul məbləğində alimentin tutularaq, uşaqların anası Cavabdeh ödənilməsinin qət edilməsi; -iş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər Məhkəməsinin 06 may 2024-cü il tarixli, 1(078)-31/2024 nömrəli hökmündən İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməklə ona 4 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinin və cəzaçəkmə müddətinin başlanğıcının 06 may 2024-cü il tarixdən hesablanmasının hökm edilməsi aydın olur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bundan əlavə olaraq məhkəmə onu da qeyd edir ki, “Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunur ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazın predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Məhkəmənin yuxarıda qeyd olunan normativ hüquqi aktları qeyd etməkdə məqsədi iş üzrə tərəflərinin nəzərinə çatdırmaqdır ki, Naxçıvan Şəhər Məhkəməsinin 19 iyul 2024-cü il tarixli, 2(078)-879/2024 nömrəli qətnaməsi ilə müəyyən edilmiş hallar hazırki vəziyyətdə işə baxan məhkəmə üçün məcburi xarakter daşıyır. İşin mübahisəli halı isə iddiaçının yığılan 1728 (min yeddi yüz iyirmi səkkiz) manat miqdarında aliment borcunu ödəməkdən azad edilməsini tələb etməsidir. İşin bu mübahisəli halının həlli ilə bağlı məhkəmə istinad etdiyi maddi və prosessual hüquq normaları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan şəxslər arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti, yəni alimenti ödəməyə borclu olur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Naxçıvan Şəhər Məhkəməsinin 19 iyul 2024-cü il tarixli, 2(078)-879/2024 nömrəli qətnaməsi ilə də 13 may 2024-cü il tarixdən hesablanmaqla, 16 mart 2008-ci il təvəllüdlü X3, 29 iyun 2009-cu il təvəllüdlü X2 və 14 may 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı hər ay bir uşaq üçün 160 (yüz altmış) manat olmaqla, üç uşağa görə cəmi 480 (dörd yüz səksən) manat miqdarında sabit pul məbləğində alimentin tutularaq, uşaqların anası Cavabdeh ödənilməsi qət edilmişdir. İddiaçı iddia ərizəsində və məhkəməyə verdiyi izahatında cəzaçəkmə müəssisəsində olduğu müddətdə işləmədiyini, heç bir qazancı və gəliri olmadığını, məhkəmə qətnaməsi ilə alimentin hesablandığı tarixdən 1728 (min yeddi yüz iyirmi səkkiz) manat aliment borcu yığıldığını, qanunla müəyyən edilmiş qaydada yığılan aliment borcunun üzrlü səbəbdən olduğunu, bu səbəbdən də aliment borcundan azad edilməli olduğunu hesab etdiyini qeyd etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Qanunvericiliyin qeyd olunan normasından da görünür ki, məhkəmə 2 əsas eyni anda mövcud olduqda yəni aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəlməsi və ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan verməməsi halı eyni anda mövcud olduqda aliment borcu olan şəxsi həmin borcları ödəməkdən azad edə bilər. Məhkəmə hesab edir ki, iddiaçının azadlıqdan məhrumetmə cəzası çəkməsinə görə aliment borcundan azad edilməsini xahiş etməsini üzürlü səbəb saymaq olmaz. Qeyd olunan hökmdən də görünür ki, həmin əməl hazırda cavabdeh olan Cavabdeh qarşı törədilmiş, həmin əməl nəticəsində cavabdeh zərər çəkmişdir. Bununla da iddiaçının əməli ailə məişət zəminində törədilməklə dolayı yolla uşaqların da mənafeyinə təsir etmişdir. Qeyd olunan əmələ görə iddiaçının azadlıqdan məhrum etmə cəzası çəkməsini üzürlü səbəb hesab edərək onu aliment borcundan azad edilməsi mümkün sayıldığı halda uşaqların mənafeyi pozulmuş olar. Məhkəmə hesab edir ki, hər bir halda uşağın mənafeyi valideynin mənafeyindən üstün hesab edilməlidir. Avropa Məhkəməsinin İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 8-ci maddəsilə və həmin konvensiyanın 7 saylı prtokolunun 5-ci maddəsilə bağlı formalaşmış hüquqi mövqeyinə diqqət etdikdə görərik ki, Avropa dəyərləri müstəvisində uşaqların saxlanması ilə bağlı atanın və ananın hüquqları fərdi maraq, uşaqların hüquqları isə daha üstün dəyər olan ictimai maraq kimi qiymətləndirilir və tələb olunur ki, belə məsələlərə baxılan zaman ictimai maraqla fərdi maraq arasında tarazlıq yaradılsın. Əgər uşaqların saxlanması ilə bağlı valideynlər arasında fikir ayrılığı yaranırsa dövlət uşaqların hüquqlarını ictimai maraq kimi qiymətləndirərək uşaqların tərəfindən mübahisəyə qarışır. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı hazırda ailə və maddi vəziyyətinin aliment borcunu ödəməyə imkan vermədiyini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının Mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Həmçinin məhkəmə onu da qeyd edir ki, “Elektron məhkəmə” informasiya sistemindən çıxarılmış İddiaçı gəlir məlumatlarından görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində çilingər-yığıcı (avtonəqliyyat vasitələri) vəzifəsində çalışır və aylıq əmək haqqı 1127.00 (bir min yüz iyirmi yeddi manat sıfır qəpik) manatdır. Qeyd ediləndən də görünür ki, iddiaçının aliment borcunu ödəmək üçün maddi imkanı var. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 105-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş və ya məhkəmənin qətnaməsi əsasında müəyyən olunmuş miqdarda aliment, habelə aliment üzrə borclar aliment ödəməli olan şəxsin qazancından və (və ya) digər gəlirlərindən tutulur. Qazanc və (və ya) digər gəlirlər çatışmadıqda aliment onu ödəməli olan şəxsin bankdakı və s. kredit təşkilatlarındakı hesabında olan pul vəsaitindən, eləcə də mülkiyyət hüququnun başqasına verilməsinə səbəb olan müqavilələr istisna olmaqla, müqavilə əsasında kommersiya və qeyrikommersiya təşkilatlarına verilən pul vəsaitindən mülki prosessual qanunvericilikdə müəyyən olunmuş qaydada tutulur. Bu vəsaitlər çatışmadıqda tələb aliment ödəməli olan şəxsin qanunla tələb yönəldilə bilən başqa əmlakına yönəldilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 9-cu maddəsində qeyd olunur ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən, valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -İddiaçı Cavabdeh qarşı aliment borclarından azad edilməsi tələbinə dair iddiası rədd edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MülkiProsessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddiaçı Cavabdeh qarşı aliment borclarından azad edilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(078)-1466/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1466/2024
28.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver