Məhkəmə qərarları › İş №2(078)-1491/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1491/2024

04.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1491/2024 04.12.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 14 mart 2021-ci il təvəllüdlü X2 və 31 iyul 2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehin qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşin faktiki və mübahisələndirilməyən halları ondan ibarətdir ki, Cavabdeh ilə Allahverdiyeva (Müslümzadə) Aytac Habil qızı arasında 11 sentyabr 2018-ci il tarixdə Naxçıvan şəhər Nikah evində nikah bağlanmış və bu barədə 363 nömrəli akt qeydi icra edilmişdir. Tərəflərin birgə nikahlarından 14 mart 2021-ci il təvəllüdlü X4 və 31 iyul 2022-ci il təvəllüdlü X5 adlı övladları doğulmuşdur. Tərəflər arasındakı nikah qeydi pozulmamışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 11 sentyabr 2018-ci il tarixdə Naxçıvan şəhər Nikah Evində nikahlarını rəsmiləşdirib. Həmin nikahdan iki övladı- 14 mart 2021-ci il təvəllüdlü X4 və 31 iyul 2022-ci il təvəllüdlü X5 dünyaya gəlmişdir. Cavabdehlə aralarında baş vermiş münaqişə səbəbindən 2024-cü ilin avqust ayından etibarən ayrı-ayrı ünvanlarda yaşayırlar. Vəli ayrı yaşadıqları müddətdə uşaqların ehtiyacı ilə maraqlanmır. O, yalnız valideynlərinin dəstəyi ilə uşaqların ehtiyacını qarşılamağa çalışır. Lakin uşaqların yalnız zəruri ehtiyaclarını qarşılaya bilir. Hesab edir ki, valideyn olaraq hər ikisi uşaqların qayğısına qalmalı, onların tələbatını ödəməlidir. Lakin cavabdeh hərbi qulluqçu olmasına və iki uşağın saxlanılması üçün kifayət edəcək qədər əmək haqqı almasına baxmayaraq öz öhdəliklərindən boyun qaçırır. Özü heç bir yerdə işləmir. Buna görə də cavabdehdən iki uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi həddində aliment tələb edir. X1 aliment tələbi barədə müraciət etsə də cavabdeh mediyasiya prosesində alimentlə bağlı razılığa gəlmədi və məsələ öz müsbət həllini tapmadığı üçün məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Məhkəmə iclası zamanı izahat verən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinə oxşar izahat vermiş və əlavə olaraq bildirmişdir ki, hələ boşanma barədə iddia qaldırmayıb. 2024-cü ilin sentyabr ayından ayrı yaşayırlar. Heç yerdə işləmir. İş üçün müraciət etsə də, hələ cavab yoxdur. Valideynlərinin yanında yaşayır. Onun və övladlarının təlabatını ata-anası qarşılayır. İddiaçı iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı dindirilən Cavabdeh verdiyi izahatında bildirmişdir ki, boşanmadan aliment verilməsini başa düşə bilmir. İddiaçı onun valideynlərinə qarşı hörmətsizlik edir. Ailəsinin dağılmasını istəmir. 900 manat əmək haqqı alır. Hərbi qulluqçudur. İddiaçı boşanmasa aliment ödəməyəcək. Cavabdeh sonda qeyd olunanların nəzərə alınaraq müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsini mülki işin materialları ilə əlaqəli şəkildə araşdıraraq belə nəticəyə gəlir ki, iddia ərizəsi əsaslı olduğundan təmin olunmalı, Cavabdeh qazancın və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutularaq 14 mart 2021-ci il təvəllüdlü X2 və 31 iyul 2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinə 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1.2-ci maddəsinə əsasən 2 uşağa görə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddəsinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarına əsasən nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Buna görə də hazırki qətnamə ilə müəyyən edilən aliment məbləği bu barədə məhkəməyə müraciət olunan vaxtdan xx.xx.2024-cü il tarixdən tutulmalıdır. Məhkəmə qeyd edir ki, tərəflər hazırda ayrı yaşamaqla cavabdeh uşaqların saxlanılmasında iştirak etmədiyi tərəflərin izahaları ilə müəyyən edilir. Bu halda isə nikah pozulmadıqda belə aliment tutulmasına qanunvericilik yol verir. Aliment uşaqların saxanılması üçün müəyyən edilən ödəncdir və nikahın pozulmasından asılı olan tələb deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə iş üzrə 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. Cavabdeh 10 oktyabr 2024-cü il tarixdən hesablanmaqla hər ay qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutularaq 14 mart 2021-ci il təvəllüdlü X2 və 31 iyul 2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə ödənilsin. Qətnamə dərhal icra olunsun. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar