Məhkəmə qərarları › İş №2(078)-1523/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1523/2025

17.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1523/2025 17.12.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair ərizəsi üzrə QƏTNAMƏ (Açar sözlər: aliment tələbi) Hakim Heydarov Aslan Nazim oğlunun sədrliyi, Nuruyeva Zəhra Nuru qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair ərizəsi üzrə mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 28 yanvar 2009cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 200 manat sabit məbləğdə alimentin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinə dəqiqləşmə verərək, 28 yanvar 2009-cu il təvəllüdlü oğlu X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdehin əmək haqqından və başqa gəlirlərindən ¼ miqdarında aliment tutulmasını məhkəmədən xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Naxçıvan şəhər VVADQ şöbəsində 31 avqust 2007-ci il tarixdə nikahlarının rəsmi olaraq nikahın bağlanması haqqında akt qeydləri kitabında 345 nömrə ilə qeydiyyatdan keçirməklə Cavabdeh ilə evlənmişdir. Birgə nikahdan birgə yaşadıqları müddətdə 28 yanvar 2009-cu il təvəllüdlü X6 və 30 mart 2010-cu il təvəllüdlü X7 olmaqla 2 övladları doğulmuşdur. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)- 48/2022 nömrəli, 07 fevral 2022-ci il tarixli qətnaməsi ilə onların arasındakı nikah pozulmuş, azyaşlı uşaqları analarının yanında saxlanılmışdır. Naxçıvan Şəhər Məhkəməsinin 20 iyul 2019-cu il tarixli 2(078)-698/2019 nömrəli qətnaməsi ilə hər uşağa 100 manat olmaqla 2 uşağa 200 manat aliment ondan alınaraq Cavabdeh ödənilməsi qət edilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 12 may 2022-ci il tarixli qətnaməsi ilə ödədiyi alimentin miqdarı artırılaraq 125 manat müəyyən olunmuş və daha sonra Naxçıvan Şəhər Məhkəməsinin 07 may 2024-cü il tarixli 2(078)-594/2024 nömrəli qətnaməsi ilə alimentin miqdarı artırılaraq hər uşağa sabit məbləğdə 180 manat olmaqla ümumilikdə 360 manat alimentin Cavabdeh ödənilməsi qət edilmişdir. Həmin vaxtdan da alimenti ödəyir.

4. Lakin 2025-ci ilin mart ayında oğlu X6 anasının yanından ayrılaraq onun yanına gəlmiş və həmin vaxtdan da onun yanında yaşayır. Oğlunun bütün tələbatlarını ödəyir. Özü Naxçıvan şəhərində şəhər daxili maşrutda sürücü işləyir. Aylıq əmək haqqısı 500 manatdan yuxarı olmur. Lakin Cavabdeh Naxçıvan MR İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Babək Rayon İdarəsində işləyir və orta aylıq əmək haqqı 1000 manat təşkil edir, ondan iki dəfə artıq əmək haqqı alır. O istəyir ki, Cavabdeh hər ay oğlu yetkinlik yaşına çatana kimi saxlanılması üçün sabit məbləğdə 200 manat aliment tutularaq ona ödənilməsini istəyir. Oğlu Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbin 11-ci sinifində oxuyur. Onun tələbatlarını təkbaşına daşımaq çətindir. Mübahisənin məhkəmədən kənar həll edilməsi üçün X3 müraciət olunub, lakin Cavabdeh mediasiya sesiyyasında gəlib iştirak etsə də hər hansı bir razılığa gəlmək mümkün olmamışdır. Bu barədə müvafiq arayış iddia ərizəsinə əlavə edilir.

5. İddiaçı iddia tələbinin hüquqi əsası kimi Ailə Məcəlləsinin 75, 78-ci maddələrinə istinad edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

6. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, maddi vəziyyəti aşağıdır. Uşaqda oğlan uşağı olduğundan xərcləri çoxdur. Aldığı əmək haqqı görmür. İddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.

7. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, uşaqlardan birinin onunla, digərinin isə iddiaçı ilə yaşadığını, qarşılıqlı aliment verilməməsini istədiyini, iddia tələbinin təmin edilməməsini xahiş etdi.

Sübutların tədqiqi:

8. İş materiallarında olan Naxçıvan şəhər Nikah Evi tərəfindən verilmiş çıxarışdan görünür ki, X7 30 mart 2010-cu ildə anadan olmuş, doğumu akt qeydləri kitabında xx.xx.2010-cu il tarixində 282 nömrə ilə qeydə alınmış, şəhadətnamənin atası qrafasında atasının İddiaçı, anasının Cavabdeh olduğu qeyd olunmuşdur.

9. İş materiallarında olan Naxçıvan şəhər Nikah Evi tərəfindən verilmiş çıxarışdan görünür ki, X6 28 yanvar 2009-cu ildə anadan olmuş, doğumu akt qeydləri kitabında xx.xx.2009-cu il tarixində 141 nömrə ilə qeydə alınmış, şəhadətnamənin atası qrafasında atasının İddiaçı, anasının Cavabdeh olduğu qeyd olunmuşdur.

10. İş materiallarında olan Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-893/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsində İddiaçı Cavabdeh qarşı uşağın atanın yanında saxlanılması tələbinə dair iddiasının təmin edilməsi, 28 yanvar 2009-cu il təvəllüdlü X4 atası İddiaçı yanında qalması qət edilmişdir.

11. İş materiallarında olan X2 ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 11 oktyabr 2025-ci il tarixli, MŞN/25-H-01559 nömrəli arayışından görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etməmişdir.

12. “Elektron Məhkəmə İnformasiya Sistemindən” çıxarışdan görünür ki, Cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində məsləhətçi vəzifəsində çalışır və aylıq əmək haqqı 1088.50 manat təşkil edir.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Konstitusiyası:

13. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

Uşaq hüquqları haqqında Konvensiya:

14. Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin.

15. Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir.

16. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı ücün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyırlar.

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu:

17. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.

18. Həmin Qanunun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür.

19. Həmin Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

20. Həmin Qanununun 19-cu maddəsinə əsasən alideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

Azərbaycan Respublikasının Ailə Məcəlləsinin:

21. Maddə 49.2. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir.

22. Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər.

23. Maddə 75. Valideynlər uşaqlarını saxlamağa borcludurlar (75.1); Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər (75.2); Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər (75.3); Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur(75.4).

24. Maddə 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur.

25. Maddə 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

26. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 217.4. Hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

29. Maddə 217.3. Qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır.

30. Maddə 234.2.1. Şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən, alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur.

Məhkəmənin mövqeyi:

31. Məhkəmə iddiaçı və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb və toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir.

32. Məhkəmə ilk növbədə qeyd edir ki, qanunverici uşaqların saxlanmasını, onların maddi-məişət tələbatının ödənilməsini uşaqla birgə yaşayıb-yaşamamasından asılı olmayaraq uşağın hər iki valideyninin üzərinə bir vəzifə olaraq qoymuşdur. Uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər.

33. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir (“Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarı).

34. Beləliklə məhkəmə, tərəflərin yetkinlik yaşına çatmamış uşağın təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini, iddiaçının da uşağın valideyni olaraq onu saxlamaq vəzifəsinin olmasını, bununla belə uşaqların saxlanılması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini, diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, 28 yanvar 2009-cu il təvəllüdlü X1 üçün cavabdehin qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment İddiaçı xeyrinə tutulmalıdır.

35. İşdən göründüyü kimi iddiaçı məhkəməyə xx.xx.2025-ci ildə müraciət etdiyindən alimentin tutulma müddətinin əvvəli Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən hesablanmalıdır.

36. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə dərhal icra edilməlidir.

37. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar.

38. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

39. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi aliment tələbi ilə bağlı olduğundan, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, cavabdehin isə dövlət rüsumu ödəməkdən azad edilməsinə əsas olan hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən, iddianın qiyməti bu cür iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən 32 (otuz iki) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir.

40. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

qətetdi: İddia təmin edilsin. 20 oktyabr 2025-ci il tarixdən hesablanmaqla, 28 yanvar 2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamə dərhal icra olunsun. Cavabdeh iddianın təmin edilmiş hissəsinə uyğun olaraq olaraq 32 (otuz iki) manat miqdarında dövlət rüsumu tutularaq, dövlət büdcəsinə keçirilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Aslan Heydarov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar