Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1597/2025 23.12.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Nəsibli Fərid İlham oğlunun katibliyi, İddiaçı X3in iştirakı ilə, İddiaçı X3in Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı X5 Cavabdeh qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək övladları xx.xx.2011-ci il təvəllüdlü X10 və xx.xx.2014-cü il təvəllüdlü X7 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün Cavabdeh iki uşağa görə qazancının 1/3 hissəsi miqdarında alimentin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X5 iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2011-ci il tarixdə nikahımızı X16 Ərazi Dairəsi Üzrə Nümayəndəlikdə rəsmiləşdirmişdik. Birgə nikahdan iki övladımız xx.xx.2011-ci il təvəllüdlü X10 və xx.xx.2014-cü il təvəllüdlü X11 dünyaya gəlmişdir. Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2024 tarixli 2(078)-315/2024 saylı qətnaməsilə nikahımız pozulmuş övladlarım mənim yanımda qalmışdır. Hazırda mən uşaqların ehtiyacını təkbaşına ödəyirəm cavabdeh isə mənə heç bir maddi yardım etmir. Mənim üçün təkbaşına uşaqların təlabatını qarşılamaq çox çətindir. Cavabdeh Daxili İşlər Nazirliyinin əməkdaşıdır və iki uşağın tələbatını ödəmək üçün kifayət edəcək qədər əmək haqqı alır. Buna görə də alimentin iki uşağa görə cavabdehin qazancının 1/3 hissəsi miqdarında tutulmasını xahiş edirəm. Məhkəməyə müraciət etməzdən əvvəl Mediasiya Təşkilatına müraciət olunsa da cavabdeh mediasiya prosesində iştirak etməmişdir. Bu barədə Mediasiya Təşkilatı tərəfindən müvafiq arayış da verilmişdir. İddiaçı X5 iddia tələbinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə Cavabdeh qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: İş materiallarına Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(078)- 558/2025 nömrəli qətnaməsi əlavə edilmişdir. X4 xx.xx.2025-ci il tarixli “X6 iştirak edilməməsi barədə” arayışına, əsasən, Cavabdeh ilkin mediasiya prosesində iştirak etməmişdir. Naxçıvan Şəhər Nikah Evinin verdiyi AZ-İİ seriyalı, 509615 nömrəli doğum haqqında şəhadətnaməyə, əsasən, X12 xx.xx.2011-ci ildə Naxçıvan Şəhərində anadan olmuşdur. Naxçıvan Şəhər Nikah Evinin verdiyi AZ-İİİ 303072 nömrəli doğum haqqında şəhadətnaməyə, əsasən, X11 xx.xx.2014-cü ildə Naxçıvan Şəhərində anadan olmuşdur. Naxçıvan Şəhər Nikah Evinin verdiyi AZ-İ seriyalı, 433112 nömrəli nikahın pozulması haqqında şəhadətnaməyə, əsasən, Cavabdeh ilə X2 arasında olan nikah pozulmuşdur. Naxçıvan MR Naxçıvan Şəhər İcra Hakimiyyətinin 3 saylı Sahə inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin xx.xx.2025-ci il tarixli arayışına əsasən X1 şəhəri, Xətai məhəlləsi döngə 18 ev 15C ünvanında qeydiyyatdadır. İş materiallarına X2 şəxsiyyət vəsiqəsinin surəti əlavə edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini mülki işin materialları ilə əlaqəli şəkildə araşdıraraq belə nəticəyə gəlir ki, iddia ərizəsi əsaslı olduğundan təmin olunmalı, Cavabdeh qazancın və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutularaq xx.xx.2011-ci il təvəllüdlü X10 və xx.xx.2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün X2 xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinə 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1.2. maddəsinə əsasən 2 uşağa görə qazancın (başqa gəlirlərin) üçdə biri miqdarda aliment tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddəsinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarına əsasən nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Buna görə də hazırki qətnamə ilə müəyyən edilən aliment məbləği bu barədə tələbin əsasının yəni alimentin tutulması qaydasının dəyişdirilməsinə dair ərizə ilə müraciət edildiyi vaxtdan xx.xx.2025-ci il tarixdən tutulmalıdır. Məhkəmə bu nəticəyə gələrkən “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarını da nəzərə almışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. Cavabdeh 07 noyabr 2025-ci il tarixdə hesablanmaqla hər ay qazancın və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutularaq xx.xx.2011-ci il təvəllüdlü X10 və xx.xx.2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün X2 xeyrinə ödənilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №2(078)-1597/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1597/2025
23.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver