Məhkəmə qərarları › İş №2(078)-1796/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-1796/2025

09.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-1796/2025 09.02.2026 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hаkim Heydarov Aslan Nazim оğlunun sədrliyi, X2 iclas kаtibliyi ilə İddiaçının nümayəndəsi Nümayəndə və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi:

1. İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət etmişdir.

2. Daha sonra iddiaçının nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında məhkəmədən kənar qaydada razılığa gəlinmiş, iddiaçı cavabdehə hər ay 200 manat aliment ödənilməsi öhdəsinə götürüb odur ki, iddia ərizəsinin geri qaytarılması və ərizənin baxılmamış saxlanılmasını xahiş etmişdir.

3. Cavabdehin nümayəndəsi X3 ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə aralarında məhkəmədən kənar qaydada razılığa gəlindiyini, iddiaçının cavabdehə hər ay 200 manat ödəməyi öhdəsinə götürdüyünü, buna görə də işin baxılmamış saxlanılmasına etirazı olmadığını bildirmişdir.

4. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır.

5. Məhkəmə iddiaçının ərizəsinə qiymət verib hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır, çünki iddiaçı ərizə yazaraq ərizəsini və ona əlavə olunmuş sənədlərin qaytarılmasını xahiş etmişdir. Ərizənin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmək iddiaçının prosessual hüququdur.

6. Şərh olunanlara əsasən və MPM-nin 259, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı:

İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın və mülki iş baxılmamış saxlanılsın. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 gün müddətinə Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Aslan Heydarov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar