Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-184/2023 03.03.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladı 23 aprel 2004-cü il təvəllüdlü X1 üçün hər ay 200 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçı qismində izahat verən İddiaçı iddianı müdafiə edərək, Cavabdeh ilə 2003-cü ildə rəsmi nikah qeyd etdirərək evləndiklərini, birgə nikahdan bir övladı- 23 aprel 2004-cü il təvəllüdlü X3 olduğunu, Cavabdeh ilə yola getmədiklərindən Naxçıvan Şəhər Məhkəməsinin 2020-ci il tarixli qətnaməsinə əsasən Naxçıvan şəhər Qeydiyyat şöbəsində 27 noyabr 2020-ci il tarixdə nikahlarının pozulduğunu və 106 nömrə ilə qeydə alındığını, oğlu X5 “ Uşaq serebral iflicinin nəticəsində əqli zəiflik, Tetraplegiya, Oliqofreniya, İdiotiya səviyyəsində” diaqnozu qoyulduğunu və hal-hazırda X4 qeydiyyatda durduğundan 01 dekabr 2022-ci ildən Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə onun üzərində qəyyum təyin edildiyini, övladı 1-ci qrup əljl olmaqla, yuxarıda göstərdiyi xəstəlikdən əziyyət çəkdiyindən və onun baxıma ehtiyacı olduğundan işləyib evə qazanc gətirə bilmədiyini, Cavabdeh isə məhkəmə tərəfindən müəyyən edilən alimentin verilməsini 23 aprel 2022-ci il tarixdə Nurəddinin 18 yaşı tamam olduğundan dayandırdığını və heç bir maddi köməklik etmədiyini, evi olmadığından 200 manat verərək kirayə evdə yaşadığını, Nurəddinin aldığı və baxım pulu ilə ümumilikdə 430 manat təqaüdlə kirayəni, Nurəddinin qidasını və hər ay istifadə etdiyi dərmanlarını və digər xərclərini çox çətinliklə qarşıladığını, Nurəddinə baxdığı üçün işləyə bilmədiyini, bu səbəbdən də, cavabdehin əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladının saxlanılması üçün ondan hər ay 200 manat sabit məbləğdə aliment alınıb ona verilməsini istədiyini, cavabdehə aldığı təqaüd və Bakı şəhərində məşğul olduğu fərdi işdən aldığı gəlirlə verəcəyi bu məbləğin çətinlik yaratmayacağını, bunları nəzərə alaraq, Cavabdeh əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladı 23 aprel 2004-cü il təvəllüdlü X1 üçün hər ay 200 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, о, məhkəmə baxış iclasına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə baxış iclası cavabdehin iştirakı olmadan keçirilmişdir. İş materiallarına əlavə olunmuş: AZ-İ seriyalı, 221497 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin təsdiqlənmiş surətinə əsasən, Cavabdeh ilə X7 arasındakı nikah ləğv edilmiş və bu barədə nikahın ləğv haqqında akt qeydləri kitabında 106 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra qadına “Musayeva” soyadı verilmişdir. AZ-İİİ seriyalı, 305053 nömrəli doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətinə əsasən, iş üzrə tərəflərin 23 aprel 2004-cü il tarixdə X6 adlı uşaqları doğulmuşdur. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-821/2022 nömrəli, 21 oktyabr 2022-ci il tarixli qətnaməsinin surətinə əsasən, X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmuşdur. Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının 01 dekabr 2022-ci il tarixli, 165 nömrəli sərəncamının surətinə əsasən, İddiaçı övladı 23 aprel 2004-cü il təvəllüdlü X3 üzərində qəyyum təyin edilmişdir. Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi Naxçıvan şəhər idarəsinin 02/191 nömrəli, 15 fevral 2023-cü il tarixli arayışına əsasən, Cavabdeh idarədə qeydiyyatda durmaqla, müddətsiz 2-ci dərəcəli əlilliyə görə hər ay 318.74 manat məbləğində pensiya alır. Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Naxçıvan şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzinin 02/66 nömrəli, 17 fevral 2023-cü il tarixli arayışına əsasən, Cavabdeh haliyyədə mərkəzin qeydiyyatında durmur, heç bir müavinət və təqaüd almır. Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi Naxçıvan şəhər idarəsinin 395 nömrəli, 06 fevral 2023-cü il tarixli arayışına əsasən, Cavabdeh 07 mart 2012-ci il tarixdən idarədə qeydiyyatda durmaqla, müddətsiz 2-ci dərəcəli əlilliyə görə hər ay 277.89 manat məbləğində pensiya alır. Məhkəmə iddiaçının izahatına və iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra aşağıdakı nəticəyə gəlir. Ailə qanunvericiliyində aliment ödənilməsinin iki qaydası müəyyən edilmişdir: - könüllü - uşaqları saxlamaq barədə saziş əsasında (aliment ödənilməsi barədə saziş); - məcburi - məhkəmə qərarı əsasında. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan ər-arvad, valideynlər və uşaqlar arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti (alimenti) ödəməyə borclu olur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 80.1-ci maddəsinə əsasən, valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. 80.2-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların saxlanması üçün alimentin miqdarı, tərəflərin ailə və maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməklə, iddia ərizəsi ilə məhkəməyə müraciət olunduğu 10 yanvar 2023cü il tarixdən hesablanmaqla, 23 aprel 2004-cü il təvəllüdlü X1 üçün Cavabdeh hər ay sabit pul məbləğində 120 (yüz iyirmi) manat miqdarında aliment tutularaq, X3 qəyyumuanası İddiaçı verilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Belə ki, iş üzrə sübutlarla təsdiq olunur ki, iş üzrə tərəflərin birgə nikahlarından 23 aprel 2004-cü il tarixdə X6 adlı uşaqları doğulmuşdur. İş üzrə tərəflərin yetkinlik yaşına çatmış uşağı anası- iş üzrə iddiaçı ilə birlikdə yaşayır. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-821/2022 nömrəli, 21 oktyabr 2022-ci il tarixli qətnaməsinin surətinə əsasən, X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmuşdur. Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının 01 dekabr 2022-ci il tarixli, 165 nömrəli sərəncamının surətinə əsasən, İddiaçı övladı 23 aprel 2004-cü il təvəllüdlü X3 üzərində qəyyum təyin edilmişdir. Həmçinin, iş üzrə iddiaçı alimentin sabit pul məbləğində müəyyənləşdirilməsini xahiş etmişdir. Ona görə də, aliment sabit pul məbləğində müəyyən edilməlidir. Məhkəmə iddianı qismən təmin edərkən onu nəzərə alır ki, valideynlərin hər ikisi uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, cavabdehdən tutularaq dövlət gəlirinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyinə və iddia da qismən təmin edildiyinə görə, iddianın təmin edilmiş hissəsinə mütənasib olan 34 (otuz dörd) manat dövlət rüsumu məbləği cavabdehdən tutularaq, dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 234, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia qismən təmin edilsin. 10 yanvar 2023-cü il tarixdən hesablanmaqla, 23 aprel 2004-cü il təvəllüdlü X1 üçün Cavabdeh hər ay sabit pul məbləğində 120 (yüz iyirmi) manat miqdarında aliment tutularaq, X3 qəyyumu-anası İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamə dərhal icra edilsin. Cavabdeh 34 (otuz dörd) manat dövlət rüsumu alınaraq, dövlət büdcəsinə keçirilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №2(078)-184/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-184/2023
03.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver