Məhkəmə qərarları › İş №2(078)-189/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-189/2024

05.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-189/2024 05.04.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə baxışı iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12400 (on iki min dörd yüz) manat borc məbləğinin və iş üzrə ödəmiş olduğu 128 manat dövlət rüsumunun alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində, keçmiş həyat yoldaşı Cavabdeh 2023-cü ilin fevral ayında ona zəng edib qızıllarını lombarda qoyduğunu, götürdüyü pulu ödəyə bilmədiyini dediyini, ondan 12400 manat pul istədiyini, həmin pulun 9500 manatını "xxxx"dan, 2900 manatını "xxxx"dan, ümumilikdə 12400 manat kredit götürüb Dilarəyə verdiyini, kredit götürdüyü gündən oktyabr ayına kimi mütəmadi ödəniş etməsinə baxmayaraq, artıq son neçə aydır ki, "xxxx"dan götürdüyü kredit borcuna, həmçinin "xxxx"a olan kredit borcuna dair heç bir ödəniş etmədiyini, artıq son neçə aydır ki, ödəmədiyi kredit borclarına onun əvəzindən özünün ödəniş etmək məcburiyyətində qaldığını, Dilarəyə dəfələrlə xəbərdarlıq etməyinə baxmayaraq, ödəyə bilmədiyini dediyini, özünün aldığı əmək haqqı həmin borcu verməyə kifayət etmədiyi üçün çətin vəziyyətdə qaldığını, Dilarənin isə birmənalı olaraq borcunu qaytarmadığını, bu səbəbdən məhkəməyə müraciət etmək qərarına gəldiyini, artıq onun pozulmuş hüquqlarının bərpasının məhkəmə qaydasında tənzimlənməli, iddia tələbinin təmin edilməklə, əsaslı məhkəmə qətnaməsinin çıxarılmalı, cavabdeh tərəfindən ödənilməli olan pul tələbinin təmin edilməli olduğunu göstərmişdir. Məhkəmə baxışı iclasında iddiaçı qismində izahat verən İddiaçı iddianı müdafiə edərək, cavabdehin ona zəng edib qızıllarını girov qoyaraq lombarddan pul götürdüyünü və həmin pulu ödəyə bilmədiyini bildirdiyini, ona hərbidə işlədiyini və bankdan kredit götürə biləcəyini dediyini, övladı onun yanında böyüdüyü üçün problem olmasını istəmədiyini, evli olub ayrıldıqlarını, bankdan götürdüyü pulu cavabdeh tərəfin ödədiyini, 2023-cü ilin fevral ayında pulu götürdüyünü, ilk dəfə cavabdehə “Naxçıvanbank”dan kredit götürüb pul verdiyini, sonra cavabdehin yenə pula ehtiyacı olduğunu bildirdiyini, "xxxx"dan 9500 manat pul götürüb "xxxx"a olan borcunu ödədiyini, pulun qalan hissəsini Məmişov Rahidlə birlikdə cavabdehə verdiyini, "xxxx"dan 9500 manat, "xxxx"dan 2900 manat pul krediti götürdüyünü, cəmi 12400 manat pul olduğunu, cavabdehin oktyabr ayından "xxxx"ya olan borcunu ödəmədiyini, oktyabr ayında cavabdehin "xxxx"a ödəməyi üçün 100 manat məbləğində pulu ona verdiyini, cavabdehin 12400 manat borcdan 5-6 ayını ödədiyini, 332 manat "xxxx"ya, 92 manat isə "xxxx"a ödədiyini, cavabdehin hər bir banka oktyabr ayınadək ödənişləri həyata keçirdiyini, cavabdehin oktyabr ayında "xxxx"a olan aylıq ödənişi həyata keçirsə də, "xxxx"ya olan aylıq ödənişi həyata keçirmədiyini, cavabdehin dükanlarının yandığını deyərək pulu ödəyə bilmədiyini dediyini, cavabdeh lombarda pul qoyduğu üçün, sonra xəstə olduğu üçün, sonra evin borcu olduğu üçün pulu götürdüyünü dediyini, cavabdeh ilə 2018-də boşandıqlarını, övladında xəstəlik olmadığını, cavabdehin öz borcları olduğunu, ona görə pulu istədiyini, pulu götürəndə yanında Rahidin olduğunu, Rahidin zamin qismində iştirak etdiyini, 9500 manatdan 5000 manatı ilə "xxxx"dakı borcunu ödədiyini, 2900 manat "xxxx"a borcunun qaldığını, "xxxx"dan 2023-cü ilin iyul ayı 2900 manat pul götürdüyünü, iş yoldaşı, zamin qismində Məmişov Rahidin yanında pulu götürüb onun yanında da pulu cavabdehə verdiyini, Qaraçuğ kəndinə cavabdehin evlərinə dostu ilə getdiklərini, girib evdə pulu verdiyini, bu məsələnin fevralda olduğunu, 2900 manat krediti "xxxx"dan götürdüyünü, 2900 manatı cavabdehin gəlib onun iş yerində aldığını, cavabdehlə onun arasında bu məsələnin olduğunu, cavabdehin ona mesaj yazıb “Allah da bilir ki, imkanımız yoxdur, ödəyə bilmirik” dediyini, ödənişlərinə bəzən zaminin kömək etdiyini, Dilarənin “pulu ödəyə bilməsən məhkəmə qaydasında ödəyə biləcəyin miqdarı ödəyəcəksən” dediyini göstərərək, Cavabdeh 12400 (on iki min dörd yüz) manat borc məbləğinin və iş üzrə ödəmiş olduğu 128 manat dövlət rüsumunun alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, о, məhkəmə baxış iclasına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə baxış iclası cavabdehin iştirakı olmadan keçirilmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilərək ifadəsi alınan X4 izahatında, iddiaçı ilə iş yoldaşı olduqlarını, Vasiflə bir yerdə işlədiklərini, Vasif kredit götürən zaman zamin qismində iştirak etdiyini, birlikdə "xxxx"ya gedərək 9500 manat məbləğində pul götürdüklərini, cavabdehin “Naxçıvanbank”a borcu olduğundan onu bağlayıb qalanını taksi vasitəsilə gedib Qaraxanbəy kəndində cavabdehə verdiklərini, taksidə gözlədiyini, Vasifin aparıb pulu verdiyini, Vasifin pulu ödəmədiyindən 1500 manat məbləğində pulu öz cibindən ödədiyini, ev tikdiyi üçün tikinti üçün ayrılmış pulunun olduğunu, kreditin 5 ayını özünün ödədiyini, kreditin son iki ayını özünün ödədiyini, son iki ayı özünün aparıb terminaldan ödədiyini, qalanlarını isə kartla göndərdiyini, pulunu tələb etdiyini, İddiaçı "xxxx"dan 9500 manat məbləğində pul götürməsində zamin qismində iştirak etdiyini, bir il bundan öncə mart ya da fevral ayı pulu götürdüklərini, zamin durduğunu, 9500 götürdüklərini, Vasifin pulu qaynanasıgilə verəcəyini dediyini, cavabdeh tərəfin “Naxçıvanbank”a kreditinin olduğunu, pulu götürüb gedib həmin krediti ödədiklərini, kreditin kimin adına olduğunu bilmədiyini, cavabdehi iddiaçının keçmiş həyat yoldaşı kimi tanıdığını, özünün “Naxçıvanbank”a getmədiyini, “Naxçıvanbank”a birlikdə getdiklərini, içəri keçmədiyini, Vasifin içəriyə keçib pulu ödədiyini, Vasifin “Naxçıvanbank”a nə qədər pul ödədiyini bilmədiyini, taksiyə əyləşib Qaraxanbəyli kəndinə getdiklərini, taksidə gözlədiyini, Vasifin pulu verdiyini və qayıtdıqlarını, Vasifin içəriyə keçdiyini, bir qadın olduğunu, amma tanımadığını, pulu real olaraq verdiyini görmədiyini, onların toylarında iştirak etdiyini, bu səbəbdən cavabdehi tanıdığını, taksidə əyləşdiyini, uzaq olduğundan deyə tanıya bilmədiyini, "xxxx"dan pulun götürülməsində zamin olmadığını, yalnız "xxxx"dan kredit götürülən zaman zamin qismində iştirak etdiyini, bankdan Vasifə zəng vurub gecikmə barədə məlumat verdiklərini, 2-3 gün gecikməsi olduğunu, Vasifin pul tapa bilmədiyini dediyini, aylıq ona 300 manat verdiyini, ödəmənin 300 manatdan çox olduğunu, Vasifin yerinə 300 manat verdiyini, pulu Vasifə verdiyini, Vasifin pulu aparıb ödədiyini, Vasifdən pulu niyə ödəmədiyini soruşmadığını, Vasif aliment verdiyi üçün və evlərində tək işləyən Vasif olduğu üçün maddi imkanının aşağı olduğunu bildiyini, Vasifin onun yanında “pulu verdim keçmiş həyat yoldaşıma, aylıq ödənişləri o ödəyir” dediyini, cavabdeh tərəfin əvvəllər pulu ödədiyini, son neçə aydır ki, ödəmələri həyata keçirmədiklərini, onların ödəmə edib-etməmələrini dəqiq bilmədiyini bildirdi. İş materiallarına əlavə edilmiş: 01 iyun 2023-cü il tarixli, GTKR1729355B500 saylı Kredit Müqaviləsinə əlavəyə (ödəniş qrafikinə) əsasən, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 24 ay müddətinə illik 22.2% ödəmək şərtilə, 2900 AZN məbləğində kredit götürmüşdür. 03 mart 2023-cü il tarixli, 45030***-*******01 saylı Kredit Müqaviləsinə əlavə olan ödəniş cədvəlinə əsasən, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 36 ay müddətinə kredit götürmüş və cəmi 9617.69 manat ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə iddiaçının izahatını, şahid ifadəsini, iddia ərizəsini, işdə olan sübutları, işin bütün faktiki hallarını hərtərəfli və obyektiv araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ, İV hissəsi), ədalət mühakiməsinin vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilməsi təsbit edilmişdir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli və açıq araşdırılması hüququna malik olması təsbit edilmişdir Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89-cu maddəsinə əsasən, yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda qeyd olunan prosessual normaların məzmunundan göründüyü kimi həmin normalar sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran halları sübut etməlidir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə tədqiq edilmiş iş materiallarını yuxarıda sadalanan maddi və prosessual normalarla əlaqəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia rədd edilməlidir. Belə ki, iş materiallarından və şahid ifadəsindən görünür ki, 01 iyun 2023-cü il tarixli, GTKR1729355B500 saylı Kredit Müqaviləsinə əlavəyə (ödəniş qrafikinə) əsasən, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 24 ay müddətinə illik 22.2% ödəmək şərtilə, 2900 AZN məbləğində kredit götürmüşdür. 03 mart 2023-cü il tarixli, 45030***-*******01 saylı Kredit Müqaviləsinə əlavə olan ödəniş cədvəlinə əsasən, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 36 ay müddətinə kredit götürmüş və cəmi 9617.69 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin İddiaçı həmin pulu Cavabdeh verməsini təsdiqləyən sübutlar məhkəməyə təqdim olunmamış və işdə bunu təsdiq edən digər sübutlar olmamışdır. Məhkəmə həmçinin şahidin ifadəsinə qiymət verərək onu qeyd edir ki, şahid ifadəsində iddiaçının bankdan pul götürməsini, həmin kredit müqaviləsi üzrə zamin olmasını təsdiq edir. Kredit müqaviləsi üzrə götürülmüş məbləği iş üzrə cavabdehə verilməsini isə təsdiq etmir. Həmçinin şahid iddiaçının deməsinə görə pulu götürüb cavabdehə verməsini eşitdiyini bildirir. Hansı məbləğin isə verilməsini bilmədiyini göstərir. Bundan başqa şahid götürülmüş kredit məbləği ilə iddiaçının əvvəl olan Naxçıvan bankdan götürülmüş kreditin bağlanması üçün sərf olunduğunu qeyd edir. İşə əlavə olunan flaskarta münasibətdə isə məhkəmə onu sübut kimi nəzərə almır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 95.1-ci maddəsinə əsasən elektron və digər daşıyıcılar üzərində səs və ya video yazılar təqdim edən və ya onların tələb olunması barədə vəsatət qaldıran şəxslər həmin yazıların nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılmasını göstərməyə borcludur. 95.2-ci maddəsinə əsasən qanunla icazə verilən hallardan başqa, gizli yolla əldə edilmiş səs və ya video yazılardan sübut kimi istifadə oluna bilməz. İddiaçı həmin yazıların nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılması barədə sübutları təqdim edə bilmədiyindən məhkəmə həmin sübuta qiymət vermir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasına vicdanlılıq prinsipi daxil olmasa da, bu prinsip Mülki Məcəllənin ayrı-ayrı normalarında mülki hüquqların həyata keçirilməsinin və müdafiəsinin hədlərini müəyyən edən qaydalarda nəzərdə tutulmuşdur. Belə ki, Mülki Məcəllənin 5.3-cü maddəsinə görə, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 14 iyul 2015-ci il tarixli qərarı). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd edir ki, mülki qanunvericilik tələb və etirazların əsası kimi istinad edilmiş halları sübut etmək vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuşdur. Sübutları qiymətləndirmək isə məhkəmənin səlahiyyətidir. Bütün sadalanan halları nəzərə alaraq məhkəmə belə hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlımünаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia rədd edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar