Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-208/2025 05.02.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2015-ci il təvəllüdlü X1, xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün Cavabdeh aylıq qazancının (gəlirinin) 3 uşağa, görə qazancının (başqa gəlirlərinin) yarısı məbləğində alimentin tutularaq (son iki aylıq məbləğdə hesablanmaqla) ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 14 iyul 2014-cü ildə rəsmi qaydada evlənmişdir. Birgə nikahlarından xx.xx.2015-ci il təvəllüdlü X4, xx.xx.2016cı il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X6 adlı üç övladı doğulmuşdur. Elvinin qanunsuz hərəkətləri nəticəsində onun hüquqları pozulub. Belə ki, saxta yollarla və saxta sənədlərlə boşanma həyata keçirib, ona külli miqdarda ziyan dəyibdir. Onu aldadıb, son 1 aya qədər özünü cavabdehlə evli (rəsmi nikahda) bilmişdir. Rəsmi nikahda olduğunu zənn etdiyi dövrdə xx.xx.2020-ci il təvəllüdlü X6 dünyaya gəlmişdir. Onun məlumatı olsaydı Elvin aralarında olan nikaha xitam verdirib, onunla ailəli qalmazdı. Ondan övladı olmazdı, bu onu bir qadın kimi təhqir etmək sayılır. Bu cinayətdir. Bu barədə müvafiq orqanlara və məhkəməyə müraciətlər hazırlayır. Cavabdehlə ailə münasibətləri son dövrlər pisləşmiş və faktiki olaraq mövcudluğunu itirmişdir. Bir aydır ki, nikahın xitamı üçün müraciət etmək istəyəndə öyrənmişdir ki, 2019-cu ildə boşanmışdır. Onun bundan xəbəri olmayıb. İşin üstünün açılacağını bildiyi üçün Elvin mediasiyaya müraciət edib ki, guya onun da boşanmaqdan xəbəri yoxdur. Onun xəbəri olsaydı uşaqların onun himayəsinə verilməsi və aliment barədə ərizə verərdi. Lakin Elvin onu və uşaqlarını Naxçıvana gətirdi, onlara baxmağa başladı, o da icra bölməsində aliment tələbini dayandırdı. Cavabdeh iki aydan çoxdur ki, onlarla yaşamır və övladlarını maddi cəhətdən təmin etmir. Mediasiyada cavabdeh iştirak etməmişdir. O uşaqlarının ehtiyaclarını ödəmək üçün cavabdehdən aliment tutulmasını tələb edir. Cavabdeh Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində aparıcı məsləhətçi kimi fəaliyyət göstərir (dövlət qulluqçusudur) və aylıq qazancı təxminən 1500 manat idi. Ona görə də qazancı müntəzəm və sabit olması nəzərə alınaraq 3 uşağa görə qazancının (başqa gəlirlərinin) yarısı miqdarında aliment tutulmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı İddiaçı iddianı müdafiə edərək izahatında onun nikahın pozulmasından xəbəri olmadığını, onun uşaqları üçün boşanmağı təklif etdiyini, uşaqları üçün bir yerdə yaşamağı qəbul edəcəyini, ayrılıqları olduqdan sonra barışdıqlarını, nikahın pozulması barədə qətnamədən xəbərdar olmadığını, uşaqları ilə bu evdə qalmasını, qarşı tərəfin ayrılmaq istəmədiyinə görə ona evdə qalmağı təklif etdiyini, təkcə uşaqlarının tələbatını ödəmək üçün alimentin ödənilməsini istədiyini bildirmiş və sonda qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı Cavabdeh iddianı rədd edərək izahatında evində yaşamadığını, aliment tələbini qəbul etmədiyini, kredit borcu olduğunu, maddi imkanın olmadığını, ona 320 manat əmək haqqından qaldığını, uşaqların 3-ü də anasının yanında onun evində qaldığını, onun kirayə qaldığını, nikahın pozulmağı barədə qətnamənin olduğundan iddiaçının xəbəri olduğunu, son vaxtlara qədər qətnamənin evdə olduğunu, qarşı tərəfin qətnamədən xəbəri olduğunu, onun və qarşı tərəfin nikaha daxil olmaq istəmədiyini, minimum aliment təyin edilməsini, birinci iddiaçının aliment istədiyini, onun da boşanma iddiası qaldırdığını, daha sonra ərizə verərək alimentdən imtina etdiyini, bir evdə yaşadıqları üçün nikaha xitam verilməsi haqqında şəhadətnaməni almadığını bildirmiş və sonda müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb və toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İşin faktiki halları ondan ibarətdir ki, tərəflər arasında 14 iyul 2014-cü il tarixdə nikah bağlanmışdır. Tərəflərin birgə nikahlarından xx.xx.2015-ci il təvəllüdlü X4, xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X6 adlı övladları doğulmuşdur. İddiaçı xx.xx.2024-cü il tarixdə Mediasiyaya müraciət etmişdir. Tərəflər arasında nikah Naxçıvan Şəhər Məhkəməsinin 27 mart 2019-cu il tarixli, 2(078)-66/2019 nömrəli qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında 14 iyul 2014-cü il tarixdə Naxçıvan Şəhər Nikah Evində bağlanılmış 267 nömrəli nikahın pozulması müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1.3-cü maddəsinə əsasən 3 və daha çox uşağa görə— qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulur. xx.xx.2015-ci il təvəllüdlü X1, xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulacaq aliment məsələsini müzakirə edən məhkəmə qeyd edir ki, iş üzrə Cavabdeh aylıq qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutularaq xx.xx.2015-ci il təvəllüdlü X1, xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün anası İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Buna görə də hazırki qətnamə ilə müəyyən edilən aliment məbləği bu barədə məhkəməyə müraciət olunan vaxtdan xx.xx.2024-cü il tarixdən tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 234.2.1-ci maddəsində alimentlərin alınması haqqında qətnamə dərhal icra olunur. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə qeyd olunur ki, “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.” Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə qeyd olunur ki, “İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.” Azərbaycan Respublikası MPM-in 112.1.6-cı maddəsinə qeyd olunur ki, “İddianın qiyməti açıq-aşkar əmlakın bazar qiymətinə uyğun olmadıqda, onun dəyəri məhkəmə tərəfindən müəyyən olunur.” “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə ,əsasən, aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumundan azad olunurlar. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə ,əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Yuxarıda sadalanan maddələrə əsasən İddiaçı dövlət rüsumunun ödənilməsindən azad olunur. Bu halda MPM-in 112.1.6-cı maddəsinə ,əsasən, dövlət rüsumu məhkəmə tərəfindən müəyyənləşir. Belə ki, Cavabdeh qazancı hissəsi olaraq aliment tutulması müəyyən edildiyindən 30 (otuz) manat dövlət rüsumu tutulub dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixdən hesablanmaqla aylıq qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutularaq xx.xx.2015-ci il təvəllüdlü X1, xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə ödənilsin. Qətnamə alimentə dair hissədə dərhal icra olunsun. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu alınıb dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-208/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-208/2025
05.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver