Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-216/2021 12.03.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı birgə nikahlarından olan X3 xəstəlik xərclərinin ödənilməsi üçün cavabdehdən 2020-ci ilin noyabr ayından hesablanmaqla hər ay sabit pul məbləğində 850 (səkkiz yüz əlli) manat məbləğində pul vəsaitinin alınaraq ona ödənilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə birgə nikahlarından olan X3 xəstəlik xərclərinin ödənilməsi üçün cavabdehdən 2020-ci ilin noyabr ayından hesablanmaqla hər ay sabit pul məbləği şəklində 850 (səkkiz yüz əlli) manat məbləğində pul vəsaitinin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, cavabdehlə arasında bağlanmış xx xxxx 2017-ci il tarixli nikah Naxçıvan Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə pozulmuş, oğlu Hüseynov Uğurun onun himayəsinə verilməsi və onun yetkinlik yaşına çatanadək aylıq gəlirinin ¼ hissəsi məbləğində alimentin tutularaq ona ödənilməsi qərara alınmışdır. Cavabdehin rəsmi əmək haqqısı və aylıq gəliri barədə məlumatı yoxdur, hər ay müxtəlif məbləğlərdə aliment almışdır. Lakin ona ödənilən alimentlərin hamısının məbləği ölkə üzrə bir uşaq üçün müəyyən edilmiş yaşayış minimumundan aşağı olmuşdur. Birgə nikahlarından olan Uğur Hüseynovun 2 yaşı vardır. Uşaq doğulduqdan sonra cavabdehlə 1 il birlikdə yaşamışdır. Həmin dövr ərzində cavabdeh uşaqla maraqlanmamış, onun nə maddi, nə də mənəvi ehtiyaclarını ödəməmişdir. Uşaqla, ailəsi ilə maraqlanmadığı, vaxt keçirmədiyi üçün uşaqla arasında mənəvi bağlılıq da yaranmamışdır. Cavabdeh ilə nişanlı olduğu zaman Cavabdeh xarakterində müəyyən problemlərin olduğunu hiss etmişdir. Daim cavabdeh gərgin və əsəbi olur, mütəmadi olaraq əsassız mübahisələr yaradır, onu əsassız təhqir edirdi. Evləndikdən sonra vəziyyət daha da gərginləşmişdir. Belə ki, onun psixoloji krizi baş qaldıran zaman uşaqla onu ayrı-ayrı otaqlarda saxlayaraq qapıları bağlayırdı. Uşağın ağlamaq səsinə məhəl qoymayaraq onları görüşdürmür, uşağa və ona psixi təsir edirdi. Psixoloji krizi keçirdikdən sonra qapını açır, onu uşağının yanına buraxırdı. Belə ki, 4 dəfə qorxudan uşağının südü kəsilmişdi. Dəfələrlə qəsdən uşağın həyatını təhlükədə qoyan hərəkətlər (uşağın hündürlükdə olan mətbəx mebelinin üstündə oturtmuş, uşağın qorxudan ağlamasına rəğmən qəsdən uşağı uzunqulağın üstündə köməksiz vəziyyətdə oturtmuş) etmişdir. Cavabdeh ona qarşı zorakılıq törədərək bir qadına yaraşmayan şəkildə uşağın gözü qarşısında onu yerə yıxaraq üstündəki paltarları qayçı ilə kəsib doğramışdır. Həmçinin münaqişələrin birində övladı qucağında süd əmərkən şüşə stəkanı divara çırparaq uşağın üzünə şüşə qırıntıları dağıtmışdır. Digər vaxtda isə uşaq qucağında olarkən qəsdən qaynar suyu üzünə tullamışdır. Uşağın gözü qarşısında ona və uşağın özünə qarşı etdiyi fiziki və psixi zorakılıqlara görə uşağın inkişafında, psixoloji vəziyyətində ciddi probelmlər yaranmışdı. Bunu “xxxx” MMC-nin təqdim etdiyi xx xxxxxx 2020-ci il tarixli arayış da təsdiq edir. Uşağa “psixomotor ləngiməsi” diaqnozu qoyulmuşdur. Mütəxəssislər uşaqla ünsiyyətdə olduqdan sonra onda yaranmış bu vəziyyətin səbəbini körpəlikdən keçirdiyi dərin qorxu, həyəcan, məruz qaldığı fiziki və psixi zorakılıqlarla əlaqələndirmişlər. Hazırda uşaq psixoloq və loqoped yanında seanslara gedir. Çünki hazırda uşağın mənəvi və psixi durumunun gərginliyinə görə ondan başqa heç bir şəxsin qucağında belə dayanmır. Uşaq hətta bir evin içində yaşadığı nənə və babasının yanında belə onsuz tək qalmır. Ona və övladına yaşatdığı bu fiziki və psixi zorakılıqlar nəticəsində bu gün uşağın psixologiyasında, əqli inkişafında ciddi problemlər yaranmışdır. Xüsusi karantin rejimi sərtləşdirilməmişdən öncə Bakı şəhərinə getmişdir və buna görə də uşağın müalicəsi hazırda Bakı şəhərində “xxxx” Psixoloji və X7 aparılır. Uşağın sağlamlığında yaranmış problemlərin aradan qaldırılması, onun normal inkişafı üçün daimi müalicə almalıdır. 2020ci ilin noyabr ayından başlayaraq hər həftə ona müalicəvi idman tətbiq edilir, onunla psixoloq, refleksoloq seansları aparılır. Müalicəvi idman üzrə seansın siyməti 75 (yetmiş beş) manat, psixoloq və refleksoloq üzrə 1 seansın qiyməti 100 (bir yüz) manat təşkil edir. Uşaq 1 həftədə 3 dəfə inkişaf mərkəzinə aparılır və hər dəfə 3 seansa daxil olur. Uğur Hüseynovun aylıq müalicə xərci təxminən 850 (səkkiz yüz əlli) manat təşkil edir. Bunu sübut edən ödəniş qəbzləri iddia ərizəsinə əlavə edilir və müalicə bundan sonra ən azı 8-9 ay ərzində də davam edəcəkdir. Uşağı körpə olduğundan və səhhətində yaranmış bu problemə görə onu qoyub heç bir yerdə işləyə bilmir. Cavabdehin aylıq əmək haqqından tutulan aliment məbləği isə uşağın heç aylıq qida xərcinin qarşılanmasına kifayət etmir. Uşağın digər zəruri xərclərini və müalicə xərclərini çətinliklə valideynləri qarşılayır. Cavabdeh də uşağın valideyni olduğundan onu saxlamağa, o cümlədən müalicəsi üçün zəruri olan xərclərin ödənilməsində iştirak etməyə borcludur. Onun hamiləlik zamanı xəstəlik xərcləri, xəstəxana xərclərinin hamısı öz valideynləri tərəfindən qarşılanmışdır. Evli olduqları vaxtda evin, onun, uşağın zəruri xərclərini də qarşılamırdı. Heç bir zaman ailəsinə nə maddi, nə də mənəvi başçılıq etməmişdir. Onun əmək haqqısının məbləği, harada, kimlərlə oturub-durması, qazancını hara xərcləməsi barədə həyat yoldaşı olaraq onda heç bir zaman məlumat olmamışdır. Evlilik dövründə onun xəbəri olmadan iki dəfə kredit götürmüşdür. Həmin kreditlərin nə üçün götürüldüyü, hara xərcləndiyi barədə onda məlumat yoxdur. Nikahları pozulduqdan sonra onu şərləyərək məhkəmədə iddia qaldırmış, həmin pulların ondan tutularaq özünə qaytarılmasını tələb etmişdir. İddiaçı qeyd etdiklərini maddi hüquq normaları ilə-Azərbaycan Respublikasının Konstitusiyası, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Ailə Məcəlləsi, “Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarı və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə əsaslandıraraq sonda Cavabdeh ilə birgə nikahlarından olan X3 xəstəlik xərclərinin ödənilməsi üçün cavabdehdən 2020-ci ilin noyabr ayından hesablanmaqla hər ay sabit pul məbləği şəklində 850 (səkkiz yüz əlli) manat məbləğində pul vəsaitinin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclaslarının vaxtı və yeri barədə İddiaçı rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, lakin məhkəmənin ünvanına xx xxxxxx 2021-ci il tarixdə, xx xxxxxx 2021-ci il tarixdə və xx xxxx 2021-ci il tarixdə teleqramlar göndərmişdir. İddiaçı məhkəməyə ünvanadığı teleqramlarda pandemiya ilə, uşağının müalicəsi ilə, Bakı şəhərində olması ilə əlaqədar olaraq təyin edilmiş məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini bildirib onun iştirakı olmadan məhkəmə iclaslarının keçirilməsi və iddiaçının təmin edilməsini xahiş etmişdir. Bunu nəzərə alaran məhkəmə İddiaçı iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh xx xxxxxx 2021-ci il tarixdə məhkəməyə xx xxxxxx 2021-ci il tarixli iddia ərizəsinə etiraz göndərmişdir. Cavabdeh iddia ərizəsinə etirazını onunla əsaslandırmışdır ki, iddiaçı ilə birgə nikahda yaşadıqları müddətdə xx xxx 2018-ci il tarixdə oğlu X6 doğulmuşdur. Onun iddiaçı ilə faktiki ailə münasibəti xx xxxxxx 2019-cu il tarixdən bitmişdir. İddiaçı təmin tarixdən uşağı da götürərək Bakı şəhərinə getmişdir və hal-hazırda da orada yaşayır. Məhkəmənin 2(078)-21/2020 nömrəli qətnaməsinə əsasən onların ailə münasibətlərinə xitam verilmiş və həmin qətnaməyə uyğun olaraq uşaq iddiaçı ilə birgə yaşayır. O, iki ilə yaxındır ki, nə övladını görə bilir, nə də onun inkişafı, tərbiyəsi ilə maraqlana bilir. Ümumiyyətlə övladının həyatı haqqında məlumatsızdır. Uşaqla ünsiyyətdə olmaq üçün görüş vaxtının müəyyən edilməsi barədə məhkəməyə verdiyi ərizədən şikayət hazırda kassasiya instansiyası məhkəməsinin icraatındadır. İddiaçı atanın övladı ilə ünsiyyətdə ola bilməməsi üçün suni maneələr yaradır, əsassız olaraq məhkəmənin qərarından yuxarı məhkəməyə şikayət verərək övladı ilə görüşməsi, ünsiyyət bağlarının kəsilməsi üçün əlindən gələni edir və onun valideynlik hüququnu həyata keçirməyə imkan vermir. Dəfələrlə övladını görmək üçün cəhd etsə də heç bir əsaslı səbəb göstərmədən onu göstərmir. Hər iki valideynin uşağın tərbiyə və inkişafı prosesində iştirakı vacibdir. Bunların biri əksik olan uşaqlarda tarazlıq pozulur. Buna görə də uşağa mənəvi və psixoloji ziyan vurulur. İddiaçının etdiyi hərəkətlər həm onun, həm də uşağın qanunla tənzimlənən hüququnun pozulmasıdır. Bu əməl nə qanunvericilik normalarında, nə də insanpərvərlik prinsiplərinə sığır. Naxçıvan Şəhər Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2(078)-21/2020 nömrəli qətnaməsi ilə iddiaçı ilə arasında bağlanmış nikah pozulmuş, həmçinin oğlu X3 anasının yanında saxlanılması və oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün onun aylıq qazancının ¼ hissəsi miqdarında alimentin tutularaq cavabdehin xeyrinə ödənilməsi müəyyən edilmişdir. İddiaçı Ailə Məcəlləsinin 81-ci maddəsinin məzmununu başa düşməyərək məhkəməyə əsassız olaraq iddia ərizəsi verərək uşağa görə əlavə xərclərə cəlb edilməsini istəmişdir. O iddia ərizəsində yalan məlumat verərək onun ödədiyi alimentin məbləğinin ölkə üzrə 1 uşaq üçün müəyyən edilmiş yaşayış minimumundan aşağı olduğunu qeyd etmişdir. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2021-ci ildə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qətnaməsinə uyğun olaraq 2020-ci ilin aprel ayından aylıq qazancından aliment tutulur və həmin aydan başlayaraq tutulan ən minimum aliment məbləği 433 AZN olmuşdur. Bu məbləğ aldığı mükafatlara və məzuniyyət puluna görə arta bilir. Belə ki, 2020-ci ilin may ayında iddiaçının bank hesabına 1353 AZN pul köçürülüb. Valideyn kimi ödədiyi aliment övladının bütün zəruri xərclərini ödəməyə və uşağın təminat səviyyəsinin maksimal saxlanılmasına kifayət edir. Həmin məbləğdən nəinki uşaq, yanında yaşadığı insanlar da bəhrələnir. Onun əmək haqqısından vergilər və aliment tutulduqdan sonra ona 1084 AZN pul qalır. Həmin puldan isə o kredit öhdəliklərini və öz maddi təminatını ödəyir. Cavabdeh aliment ödənilməsinə və əmək haqqına dair arayışı ərizəyə əlavə etmişdir. İddia ərizəsində yenə də yalan məlumat verilərək qeyd edilmişdir ki, U.Hüseynov uşaqlıqdan keçirdiyi dərin qorxu, həyəcan, məruz qaldığı fiziki və psixi zorakılıqla əlaqədar müalicə almalıdır. Bu və digər uydurma cümlələr ona və övladına atılmış şər və böhtandır. Övladı azyaşlı yəni iki yaş yarım olduğu üçün onun danışmasında gecikmələr ola bilər. Hər uşaq müxtəlif yaş dövrlərində dil açır. O ümumiyyətlə valideyn kimi iki ilə yaxındır ki, onun nə inkişafında, nə də tərtbiyəsində yanında deyildir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Qərarına əsasən uşağın sağlamlığı və inkişafı ilə bağlı məsuliyyət yanında yaşadığı ananın üzərinə düşür. İddiaçı ondan xəbərsiz və onun razılığı olmadan U.Hüseynovun “xxxx” psixoloji və Nitq inkişaf mərkəzində müalicə alması qərarını təkbaşına vermişdir. Uşağın həmin mərkəzdə müalicə almasında valideyn kimi nə onun fikrini, nə də onun maddi cəhətdən imkanının çatıbçatmadığını nəzərə almamışdır. Həmçinin qeyd etmişdir ki, uşağın bir aylıq müalicə xərci 850 AZN-dir. “xxxx” MMC məktəbəqədər uşaqların inkişafı üçün yrardılmış mərkəzdir. U.Hüseynov məktəbəqədər daha tez inkişaf etməsi üçün həmin mərkəzə yazdırılıb. Ailə Məcəlləsinin 80 və 81-ci maddələrində nəzərdə tutulan hallar ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir. Onun övladı isə çox şükür nə ağır xəstə, nə şikəst, nə də yetkinlik yaşına çatmışdır. Buna görə də iddiaçının verdiyi əsasız və qanuna zidd ərizə təmin olunmamalıdır. İddiaçının məqsədi yalnız ondan bacardığı qədər çoxlu pul almaqdı. Onu uşağın sağlamlığı və psixologiyası maraqlandırmır. Əgər elə olmasaydı uşağın atasıyla ünsiyyətinə maneə olub amma valideyn kimi borcudur pul versin deməzdi. Uşağın əlavə xərclərə cəlb edilməsinə dair verdiyi iddia ərizəsi uşağın mənafeyinin yaxşılaşması üçün deyil onun maddi vəziyyətinin pisləşməsi üçün verilmişdir. Bu iddianın təmin edilməsi ilk növbədə hüquq normalarının pozulması baxımından yolverilməzdir. Cavabdeh iddiaya etiraz ərizəsində qeyd etdiyi halları Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqıqnda” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Qərarı, Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanunu ilə əsaslandırmışdır. Həmçinin cavabdeh qeyd etmişdir ki, xx xxxxxx 2015-ci il tarixdə 18- 02/079 İK nömrəli alqı-satqı və ipoteka müqaviləsi əsasında rəsmiləşdirilmiş ünvan 2 ünvanında yerləşən 24 nömrəli mənzili “xxxx” ASC Naxçıvan MR Baş İdarəsindən ipoteka krediti götürərək almışdır. Həmin müddətdən başlayaraq hər ayın 5-dək aylıq 385.91 (üç yüz səksən beş manat doxsan bir qəpik) manat “xxxx” ASC Naxçıvan MR Baş İdarəsinə ödəmə edir. Bankdan götürdüyü kredit 2030-cu ildə bitəcək. Naxçıvan Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(078)-284/2020 nömrəli qətnaməsi ilə 11048.944 (on bir min qırx səkkiz manat doxsan dörd qəpik) manatın cavabdehə ödənilməsi barədə qərar qəbul edilmişdir. Həmin pulu könüllü şəkildə tam ödədiyindən Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(078)-284/2020 nömrəli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilmişdir. Cavabdeh həmin qərar və ödədiyi pula dair qəbzi ərizəyə əlavə etmişdir. Həmçinin ona məxsus olan “Nissan Sunny” markalı avtomobil üzərində iddiaçının ½ hissədə pay hüququ müəyyən edildiyindən ona 5000 AZN pul ödəmişdir. Cavabdeh həmin ərizə və pulu ödədiyinə dair qəbzi ərizəyə əlavə etmişdir. Bu ödənişlərə görə borclandığı üçün “xxxx” ASC-nin Naxçıvan Filialından 5000 AZN istehlak krediti götürmüşdür və hər ay həmin banka 247.21 AZN ödəniş edir. Qeyd edilənləri nəzərə alaraq cavabdeh sonda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2015-ci il tarixli Qərarını, Ailə Məcəlləsinin 81.1-ci maddəsinin tələbini, yuxarıda göstərdiyi hər iki kredit öhdəliklərini, İddiaçı ödədiyi ümumilikdə 16049 AZN təşkil edən yüksək məbləğdə pulu, həmçinin uşağa ödədiyi yüksək aliment məbləğini, Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanunun əmək qabiliyyətli əhali üçün 207 manat, uşaqlar üçün 175 manat təşkil etdiyini, bütün öhdəliklər yerinə yetirildikdən sonra ona maddi tələbatının ödənilməsi üçün 243.88 AZN pul qaldığını, onun maddi vəziyyətini və diqqətəlayiq olan digər hallar nəzərə alınaraq iddianın təmin edilməməli olmasını göstərmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş və gəlməməyinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Bunu nəzərə alan məhkəmə işə cavabdeh X2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə tərəflərin məhkəməyə göndərdiyi teleqram və ərizəni, eyni zamanda iş materiallarını araşdırıb və toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Mülki işin materiallarını tədqiq edərək məhkəmə müəyyən edir ki, tərəflərin xx xxxx 2017-ci ildə nikaha daxil olması, onların birgə nikahından Cavabdeh Uğur oğlu adlı bir uşağının dünyaya gəlməsi, həmin uşağın hazırda iddiaçının yanında qalması, tərəflər arasında bağlanmış nikahın Naxçıvan Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə pozulması mülki işin mübahisəsiz hallarıdır. Belə ki, iş materiallarında olan: - Naxçıvan Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(078)-21/2020 nömrəli qətnaməsinin təsdiq edilmiş surətindən aydın olur ki, tərəflər arasında xx xxxx 2017-ci ildə bağlanmış nikah pozulmuş, nikahın pozulmasından sonra onların birgə nikahından olan X3 ddiaçının yanında saxlanılmaqla, yetkinlik yaşına çatanadək Cavabdeh oğundan hər ay qazancının ¼ hissəsi miqdarında alimentin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. -xx xxxx 2018-ci il tarixli, AZ-İİİ seriyalı, 961819 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən iş üzrə tərəflərin xx xxx 2018-ci ildə X6 adlı uşaqları doğulmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bundan əlavə olaraq məhkəmə onu da qeyd edir ki, “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qərarında qeyd olunur ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazın predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Məhkəmənin yuxarıda qeyd olunan normativ hüquqi aktları qeyd etməkdə məqsədi iddia tərəflərinin nəzərinə çatdırmaqdır ki, Naxçıvan Şəhər Məhkəməsinin xx xxxxxx 2020ci il tarixli 2(078)-21/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş hallar hazırki vəziyyətdə işə baxan məhkəmə üçün məcburi xarakter daşıyır. İşin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı övladının inkişafı və psixoloji vəziyyətində yaranmış problemlərlə əlaqədar olaraq onun davamlı psixoloq, refleksoloq müalicəsi aldığını və bir aylıq müalicəsinin 850 (səkkiz yüz əlli) manat olduğunu, cavabdehin öz ovladını saxlamağa və o cümlədən onun müalicəsi üçün zəruri olan xərclərin ödənilməsində iştirak etməyə borclu olduğunu nəzərə alaraq həmin məbləğin hər ay sabit pul şəklində ona ödənilməsini tələb etmişdir. Mülki işin mübahisəli halını məhkəmə iş materialları və qanunvericiliyin tələbləri daxilində bir-biri ilə əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxxxxx 2015-ci il tarixli qərarda qeyd olunur ki, layiqli həyat səviyyəsi dedikdə, insanların yaşaması üçün zəruri olan maddi və mənəvi nemətlərlə onların təmin edilməsi və bu nemətlərə olan tələbatlarının ödənilməsi başa düşülür. Yəni dövlət öz vətəndaşlarının rifahının qayğısına qalır, cəmiyyətin daha az müdafiə olunan təbəqələrinə, müstəqil olaraq özünə layiqli həyat səviyyəsini təmin etmək iqtidarında olmayanlara – yetkinlik yaşına çatmamış uşaqlara, əlillərə, təqaüdçülərə və digər əmək qabiliyyəti olmayan şəxslərə xüsusi diqqət yetirir. X13 17-ci maddəsinin İİ hissəsi ilə müəyyən edilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Həmin Qanunun 8-ci maddəsinə görə isə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Bundan əlavə qeyd edilən Qanunun 11-ci maddəsinə görə hər bir uşağın hərtərəfli inkişaf etmək, milli və ümumbəşəri dəyərlərə uyğun, humanizm və əxlaqi prinsiplər əsasında tərbiyə almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81-ci maddəsində valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı nəzərdə tutulur. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və s.) bağlı yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxxxxx 2015-ci il tarixli qərarında qeyd olunur ki, yetkinlik yaşına çatmamış uşaqlara görə əlavə xərclərin çəkilməsi valideynlər arasında bağlanan sazişlə, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladlara görə əlavə xərclərin çəkilməsi isə övladlarla valideynlər arasında bağlanan sazişlə həll edilə bilər. Belə saziş olmadıqda, məhkəmə valideynləri əlavə xərclərin ödənilməsinə cəlb edə bilər. Valideynlər övladlarına görə əlavə xərclərin çəkilməsində könüllü iştirak etmədikdə, onları saxlayan şəxslər – digər valideyn, qəyyum, himayəçi, tərbiyəçi, yetkinlik yaşına çatmış övlad isə özü (o, fəaliyyət qabiliyyətlidirsə) məhkəmədə iddia qaldıra bilər. Bu halda Ailə Məcəlləsinin 81.2-ci maddəsinə uyğun olaraq valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsinin halları dəqiq müəyyən edilməmişdir. Lakin məhkəmənin müstəsna hesab etdiyi digər hallarda da valideyndən əlavə xərclər alına bilər. İddiaçının tələbindən aydın olur ki, o, cavabdehlə birgə nikahından olan X3 müalicə xərclərində onun atası Cavabdeh cəlb edilməsini məhkəmədən xahiş edir və tərəflər arasında qeyd edilən məsələyə dair saziş bağlanmayıb. Məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi xx xxxx 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçı öz tələbini əsaslandıran halların təsdiqi ilə bağlı iddia ərizəsinə əsli qanunla müəyyən edilmiş qaydada təsdiq edilməmiş “xxxx” Pixoloji və X9 xx xxxxxx 2020-ci il tarixli 709 nömrəli arayışını və həmin qurum tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli dərs saatlarının sayına və pulun ödənilməsinə dair qəbzlər əlavə edib. İddia ərizəsinə əlavə edilən sübutların qəbuledilənliyi ilə bağlı onlara hüquqi qiymət verərək məhkəmə qeyd edir ki, “xxxx” Pixoloji və X9 xx xxxxxx 2020-ci il tarixli 709 nömrəli arayışında qeyd edilmişdir ki, xx xxx 2018-ci il təvəllüdlü X6 xx xxxxxx 2020-ci il tarixində “xxxx” MMC-yə ümumi psixrometr ləngiməsi ilə müraciət edib. Mərkəzin baş uşaq psixoloqu Naibə Cəfərova tərəfindən konsultasiya olunub. xx xxxxxx 2020-ci il tarixindən etibarən müalicəvi idman mütəxəssisi Elnur İsmayılovun yanında terapiya keçməyə başlayıb. Hal-hazırda seanslara gəlməyə davam edir, X3 psixoloq və loqoped yanında seanslara gəlməsi tövsiyyə olunur. Həmçinin həmin qurum tərəfindən verilmiş xx.xx.2020ci il tarixli ödəniş qəbzində 75 (yetmiş beş) manat, xx.xx.2020-ci il tarixli ödəniş qəbzində 100 (bir yüz) manat, xx.xx.2020-ci il tarixli ödəniş qəbzində 75 (yetmiş beş) manat, xx.xx.2020-ci il tarixli ödəniş qəbzində 100 (bir yüz) manat, xx.xx.2020-ci il tarixli ödəniş qəbzində 75 (yetmiş beş) manat, xx.xx.2020-ci il tarixli ödəniş qəbzində 100 (bir yüz) manat, xx.xx.2020-ci il tarixli ödəniş qəbzində 75 (yetmiş beş) manat, xx.xx.2020-ci il tarixli ödəniş qəbzində 100 (bir yüz) manat, xx.xx.2020-ci il tarixli ödəniş qəbzində 100 (bir yüz) manat,, xx.xx.2020-ci il tarixli ödəniş qəbzində 75 (yetmiş beş) manat, xx.xx.2020-ci il tarixli ödəmə qəbzində məbləğ müəyyən edilməmişdir. Məhkəmə qeyd edilən sənədlərin iddiaçının tələbinin əsaslandıran halların təsdiqi ilə bağlı mötəbər sübut kimi qəbul edilən hesab etmir. Belə ki, Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd edir ki, sübutların qiymətləndirilməsi prosesi sübutetmə materiallarının həm qanunun tələblərinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, hərtərəfliliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında düzgün nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyət üzrə həll edilərək qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Azərbaycan Respublikası MPM-in 89.1-ci maddəsinə görə yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 89.3-cü maddəsinə görə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, rəsmi yazılı sübutlar hüquqi və ya fiziki şəxslər tərəfindən tərtib olunur və qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun olaraq rəşmiləşdirilərək təsdiqlənir (məsələn, vətəndaşın dövlət orqanına ünvanladığı ərizə, müxtəlif arayışlar, diplomlar, qəbzlər və s). Texnikanın inkişafının indiki səviyyəsində istənilən rəsmi sənədi də saxtalaşdırmaq, onların məzmununu təhrif etmək mümkündür. Odur ki, yazılı sübut qismində yalnız həqiqiliyi heç bir şübhə doğurmayan, lazımi qaydada rəsmiləşdirilmiş və müvafiq rekvizitlərə malik olan sənədlər çıxış edə bilər. Lakin iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlər təsdiq olunmamış, onlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməmişdir. Məhkəmə tərəfindən bu sübutların mötəbərliyi və həqiqiliyinin şübhə doğurması istisna edilmir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçı övladının xəstəliyi və müalicə xərclərində cavabdehin iştirak etməli olduğunu qeyd etsə də tərəflərin birgə nikahlarında doğulmuş X3 ailə qanunvericiliyində nəzərdə tutulmuş qaydada ağır xəstəliyi ilə bağlı, həmçinin ona məcburi müalicə təyin edilməsinə dair təkzibolunmaz sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübut kimi qəbul edilməyən iddia ərizəsinə əlavə edilmiş arayışda belə uşağın seanslara gəlməsi məsləhət görülür. Həmin arayışda belə uşağın aldığı bu müalicənin zəruri olması qeyd edilməmişdir. Cavabdeh isə iddia tələbinə qarşı etirazında övladına kifayət qədər aliment ödədiyini, həmin alimentin uşağın bütün xərclərini qarşılayacağı məbləğdə olduğunu, övladında hər hansı xəstəlik olmadığını, iki kredit öhdəliyi olduğunu, maddi vəziyyətinin artıq məbləğdə pul ödənilməsinə imkan vermədiyini bildirmişdi. Cavabdeh iddia tələbinə qarşı etirazının əsası kimi məhkəməyə Naxçıvan Muxtar Respublikası Prokurorluğunun baş mühasibi tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli haqq-hesab vərəqəsini, X10 Respublikası Prokurorluğunun baş mühasibi tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli arayışı, İddiaçı əvəzinə X4 notariat kontoruna verdiyi xx xxxxxx 2020-ci il tarixli ərizəni, mədaxil qəbzlərini, kredit müqaviləsi üzrə ödəniş cədvəlini, icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı, elektron informasiya sistemi-portal üzrə kredit sənədini təqdim etmişdi. Cavabdehin məhkəməyə təqdim etdiyi sənədlərdən onun: Naxçıvan Şəhər Prokurorluğunun müstəntiqi olaraq 1 aylıq haqq-hesab vərəqəsi üzrə aylıq gəlirinin 1732 manat olması, həmin puldan 101.78 manat gəlir vergisi, 17.32 manat 1% həmkarlar üçün, 51.96 manat 3% DSMF, 8.66 manat 0.5% işsizlik, 34.64 mnata 2% tibbi sığorta, 433 manat aliment olmaqla cəmi 647.36 manat tutqu tutulduqdan sonra verilən məbləğin 1084.64 manat olması, Naxçıvan Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(078)-21/2020 saylı icra vərəqəsinə əsasən aylıq qazancının ¼ hissəsi olaraq xx xxxxxx 2019-cu il tarixdən hesablanmaqla X1 Azərbaycan Beynəlxalaq Bankının Binəqədi Rayon Filialındakı AZ03NABZO******************** saylı hesabına aprel 2020-ci il tarixdə 472 manat, may 2020-ci il tarixdə 1353 manat, iyun 2020-ci il tarixdə 902 manat, iyul 2020-ci il tarixdə 451manat, avqust 2020-ci il tarixdə 861 manat, sentyabr 2020-ci il tarixdə 606 manat, oktyabr 2020-ci il tarixdə 433 manat, noyabr 2020-ci il tarixdə 433 manat və dekabr 2020ci il tarixdə 665 manat pul olmaqla ümumilikdə 6176 (altı min yüz yetmiş altı) manat pul köçürülməsi, İddiaçı əvəzinə X4 notariat kontoruna verdiyi xx xxxxxx 2020-ci il tarixli ərizədən iddiaçı Hüseynova (Allahverdiyeva) Təranə Məmmədəli qızının Cavabdeh qarşı “xxxx” ASC Naxçıvan MR İdarəsinə ödənilmiş 24630.51 manatın yarsının yəni 12315.25 manatın və “Nissan Sunny” markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilin birgə nikah dövründə qazanılmış əmlak hesab edilməklə avtomobil üzərində ½ hissədə pay hüququnun müəyyən edilməsi tələbinə Naxçıvan Şəhər Məhkəməsində hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi ilə baxılaraq avtomobil üzərində Hüseynova (Allahverdiyeva) Təranə Məmmədəli qızının 1/2 hissədə pay hüququ müəyyən edildiyi və 11048.94 manatın Cavabdeh alınıb Hüseynova (Allahverdiyeva) Təranə Məmmədəli qızına verilməsi qət olunmaqla xx xxxxxxxx 2020-ci il tarixdə 2(078)-284/2020 nömrəli qətnamə qəbul edilməsi, qarşılıqlı razılıq əsasında Cavabdeh xx xxxxxx 2020-ci il tarixdə Hüseynova (Allahverdiyeva) Təranə Məmmədəli qızının adına olan Azərbaycan Beynəlxalq Bankı Binəqədi Filialındakı ******************** nömrəli hesaba 5000 (beş min) manat pul ödədiyindən Hüseynova (Allahverdiyeva) Təranə Məmmədəli qızının avtomaşın üzərində ½ hissədə pay hüququndan imtina etdiyi və gələcəkdə bununla bağlı Cavabdeh hər hansı tələbinin olmayacağı, xx xxxxxx 2020-ci il tarixdə FJB**********472 nömrəli mədaxil qəbzi əsasında X1 bank hesabına 5000 (beş min) manat pul köçürülməsi, xx xxxxxxx 2020-ci il tarixdə BPM**********81 nömrəli mədaxil qəbzi əsasında X1 bank hesabında 11076 (on bir min yetmiş altı) manat pul köçürülməsi, xx xxxxxx 2020-ci il tarixli İK1211/01 saylı kredit müqaviləsinə əsasən kredit və ona hesablanması faiz ödəniş cədvəli ilə 5000 (beş min) manat məbləğində illik 17% və 24 ay müddətinə kredit götürülməsi və xx xxxxxx 2020-ci il tarixdən başlayaraq xx xxxxxx 2022ci il tarixədək hər ay 247.21 manat ödənilməli olması, xx xxxxxxx 2020-ci il tarixli icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-284/2020 nömrəli xx xxxxxxx 2020-ci il tarixli icra sənədi üzrə icra sənədində göstərilən 11048.94 (on bir min qırx səkkiz manat doxsan dörd qəpik) və 26.92 (iyirmi altı manat doxsan iki qəpik) dövlət rüsumu üzrə göstərilən məbləği tam ödədiyindən icra sənədi üzrə icraata xitam verilməsi, Elektron ipoteka və kredit zəmanət sistemi Portaldan 50000 (əlli min) manat məbləğində 300 ay müddətində 8% dərəcəsi ilə 2015-ci il tarixli ipoteka krediti üzrə qalıq məbləğin 30109.06 manat annuitet ödəmənin 385.91 manat olması öz təsdiqini tapır. Tərəflərin təqdim etdiyi sübutları bir-biri ilə əlaqəli şəkildə, onları isə qanunvericiliyin tələbləri daxilində tədqiq edərək, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.2-ci maddəsinin tələbini, yəni xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla müəyyən edilməsini nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddiaçın tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş sübutlardan aydın olur ki, tərəflər arasında bağlanmış nikahın pozulmasından sonra cavabdehin maddi vəziyyətində dəyişiklik baş vermiş o, hər ay aliment ödənilməsi ilə yanaşı, iki kredit öhdəliyi olmuş və məhkəmə qətnaməsi ilə borclu olaraq ödəməli olduğu pul məbləğlərini ödəmişdir. Tərəflərin maddi vəziyyətini müqayisə etdikdə isə görünür ki, iddiaçı hazırda cavabdehdən hər ay əmək haqqının ¼ hissəsi məbləğində aliment alır. Yəni işdə olan sübutlarla iddiaçının maddi vəziyyətinin cavabdehdən aşağı olması və ya sonuncunun maddi vəziyyətinin yüksək olması öz təsdiqini tapmır. Məhkəmə bildirir ki, hər bir uşağın saxlanılmasında, onun tərbiyə edilməsində, qayğıları ilə məşğul olmada hər iki valideyn eyni qaydada məsuliyyət daşımaqla, bərabər iştirak etməlidir. Aliment uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi üçün onunla birlikdə yaşamayan və ya saxlanılmasıda iştirak etməyən valideyndən alınan maddi vəsaitdir. Təbii ki, uşağın qeyd edilən qayğıları ilə məşğul olmaq hər iki valideynin üzərinə düşür və aliment miqdarı da hər bir valideynin üzərinə düşən hissədə müəyyən edilir. Bu vəzifəni bir valideynin üzərinə qoymaq olmaz. Həmin qayğılar himayəsində olduğu vaxt ərzində uşağın yanında qaldığı valideynin üzərinə düşdüyündən və digər valideyn daimi uşaqla birlikdə yaşamadığından, həmin qayğılardan tam və ya qismən uzaq olduğundan aliment miqdarı qeyd edilən qayğılar nəzərə almaqla təyin edilir. Yəni aliment miqdarı özündə müəyyən mənada bu qayğıları əks etdirir. İddiaçı iddia ərizəsində övladına təyin edilmiş alimenti hər ay müxtəlif məbləğlərdə aldığını, lakin ona ödənilən alimentin hamısının məbləğinin ölkə üzrə 1 uşaq üçün müəyyən edilmiş yaşayış minimumundan aşağı olmasında dair qeyd etdiyi hallar cavabdehin iddia ərizəsində etirazına əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Prokurorluğunun baş mühasibi Səməd Hacıyevin xx xxxxxx 2021-ci il tarixli arayışı ilə təkzib edilir. Belə ki, həmin arayışdan aydın olur ki, Naxçıvan Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(078)-21/2020 saylı icra vərəqəsinə əsasən Cavabdeh aylıq qazancının ¼ hissəsinin xx xxxxxx 2019-cu il tarixdən hesablanmaqla X1 Azərbaycan Beynəlxalaq Bankının Binəqədi Rayon Filialındakı AZ03NABZO******************** saylı hesabına aprel 2020-ci il tarixdə 472 manat, may 2020-ci il tarixdə 1353 manat, iyun 2020ci il tarixdə 902 manat, iyul 2020-ci il tarixdə 451manat, avqust 2020-ci il tarixdə 861 manat, sentyabr 2020-ci il tarixdə 606 manat, oktyabr 2020-ci il tarixdə 433 manat, noyabr 2020-ci il tarixdə 433 manat və dekabr 2020-ci il tarixdə 665 manat pul olmaqla ümumilikdə 6176 (altı min bir yüz yetmiş altı) manat pul köçürülmüşdür. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən yaşayış minimumunun məbləği 2021-ci il üçün ölkə üzrə 196 manat, əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş arayışdan aydın olur ki, o bütün hallarda yaşayış minumumu üçün müəyyən edilmiş məbləğdən daha artıq məbləğdə aliment ödənişi etmişdir. Cavabdeh maddi vəziyyətini, onun iddiaçıya hər ay əmək haqqısının ¼ hissəsi miqdarında yüksək məbləğdə aliment ödəməsini və bu aliment məbləğinin özündə uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsini ehtiva etməsini nəzərə alan məhkəmə belə hesab edir ki, Cavabdeh iddiaçının onunla birgə nikahından olan X3 əlavə xərclərində iştiraka cəlb edilməsi məqsədəmüvafiq deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin xx xxxxxx 2006-cı il tarixli qərarı). Nəticə: Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh uşağa görə əlavə xərclərdə iştiraka cəlb edilməsinə dair iddia tələbi əsaslı sayılmadığından rədd edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddiaçı Cavabdeh qarşı birgə nikahlarından olan X3 xəstəlik xərclərinin ödənilməsi üçün cavabdehdən 2020-ci ilin noyabr ayından hesablanmaqla hər ay sabit pul məbləği şəklində 850 (səkkiz yüz əlli) manat məbləğində pul vəsaitinin alınaraq ona ödənilməsi barədə iddia tələbi əsassız olduğundan rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-216/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-216/2021
12.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver