Məhkəmə qərarları › İş №2(078)-234/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Məhkəmə əmri — İş №2(078)-234/2021

14.01.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Naxçıvan şəhəri İş № 2(078)-234/2021 14.01.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, Bakı şəhəri, Nərimanov rayonu, Əlicabbar Orucəliyev 16/22 ünvanında yerləşən kreditor «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin (Electrolux-4) Borclu qarşı borcun tutulması barədə məhkəmə əmrinin verilməsi barədə ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti (Electrolux-4) Borclu qarşı ərizə ilə məhkəməyə müraciət edərək, borclu xx xxxxxxxx 1959-cu ildə Babək rayonu, Xətai kəndində anadan olmuş Borclu 1036.02 (min otuz altı manat iki qəpik) manat məbləğində əsas borcun və ərizənin məhkəməyə verilməsi üçün ödənilmiş 20.40 (iyirmi manat qırx qəpik) manat dövlət rüsumunun, cəmi 1056.42 (min əlli altı manat qırx iki qəpik) manat məbləğində borcun «xxxx» MMC-nin xeyrinə tutulması barədə məhkəmə əmri qəbul edilməsini xahiş etmişdir. Kreditor ərizəsini onunla əsaslandırmışdır ki, Borclu ilə kreditor «xxxx» MMC (Electrolux-4) arasında hissə-hissə ödənilmək şərtilə xx xxxx 2019-cu il tarixli, **********1 saylı Alqı-satqı Müqaviləsi bağlandığını, həmin müqavilənin şərtlərinə görə kreditor tərəfindən Borclu 18 ay müddətinə hissə-hissə ödəmək şərtilə Nokia 5.1 Blue, Blender Electrolux ESTM, Blender Electrolux ESB 2900, şirəçəkən Skyberg SJB-78 S, ətçəkən Skyberg SMG, tozsoran Skyberg 0159, mikser Electrolux ESM 3310 və TV AKAİ Smart 32DM1100SS2 satıldığını, borclunun razılaşdırılmış ödəniş cədvəlinə əsasən ödəniş etməyi öhdəsinə götürdüyünü, kreditorun müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, borcalan Borclu müqavilənin şərtlərini pozaraq üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, borcalana dəfələrlə bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq üzərinə götürdüyü öhdəliyi icra etmədiyini və bu günədək 1036.02 (min otuz altı manat iki qəpik) manat əsas borcu ödəmədiyini bildirmişdir. İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, həqiqətən kreditor «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti (Electrolux-4) ilə Borclu arasında xx xxxx 2019-cu il tarixdə Müqavilə bağlanmışdır. İş materiallarına əlavə olunmuş: xx xxxx 2019-cu il tarixli Müqavilənin 2.1, 2.3, 2.4 və 2.5-ci bəndlərinə əsasən, Electrolux-4 malı müştəriyə təqdim edir. Müştəri malı qəbul edir və malı istifadə etmək hüququ ona keçir. Müqavilənin bütün şərtləri tam və vaxtında yerinə yetirildiyi təqdirdə mala tam mülkiyyət hüququ müştəriyə keçir. Müqavilə üzrə əşyalar: 1. Nokia 5.1 Blue, 2. Blender Electrolux ESTM 6500, 3. Blender Electrolux ESB 2900, 4. Sokçəkən Skyberg SJB-78 S, 5. Ətçəkən Skyberg SMG-1500, 6. Tozsoran Skyberg 0159, 7.Mikser Electrolux ESM 3310, 8. TV AKAİ Smart 32DM1100SS2. Maliyyə arayışına əsasən, Borclu xx xxxxxxx 2020-ci il tarixə 1036.02 manat əsas borcu vardır:

1. Nokia 5.1 Blue- 399.04 AZN;

2. Blender Electrolux ESTM 6500- 133.99 AZN;

3. Blender Electrolux ESB 2900- 178.96 AZN;

4. Şirəçəkən Skyberg SJB-78 S- 128.96 AZN;

5. Ətçəkən Skyberg SMG-1500- 158.99 AZN;

6. Tozsoran Skyberg 0159- 139.03 AZN; 7.Mikser Electrolux ESM 3310- 162.05 AZN

8. TV AKAİ Smart 32DM1100SS2- 479 AZN. Borclu 1780.02 manat pulu ilkin ödənişsiz, 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüş, 744 manat ödəniş etmiş, qalan 1036 manat pulu isə ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 276.1-ci maddəsinə əsasən, kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. 276.2.2-ci maddəsinə əsasən, tələb sadə yazılı formada bağlanmış əqdə (lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər istisna olmaqla) əsaslanırsa, məhkəmə əmri verilə bilər. 280-ci maddəsinə əsasən, məhkəmə əmri irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinləmək üçün tərəflər çağırılmadan çıxarılır. Ərizəyə əlavə olunmuş sənədlərlə kreditor «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin (Electrolux-4) tələbinin aşkar olduğu, tələbin sadə yazılı formada bağlanmış əqdə və borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Buna görə də, həmin tələb üzrə məhkəmə əmri verilməsini mümkün hesab edirəm. Kreditorun ərizəsi təmin olunduğu üçün Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ərizə üzrə ödənilmiş 20 manat dövlət rüsumu borcludan kreditorun xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 275, 276, 280 və 281-ci maddələrini rəhbər tutaraq ə m r e t d i m:

xx xxxxxxxx 1959-cu il tarixdə Babək rayonu, Xətai kəndində anadan olmuş, haliyədə ünvan 2 ünvanında qeydiyyatda olan Borclu «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin (Electrolux-4) xeyrinə 1036.02 (min otuz altı manat iki qəpik) manat məbləğində əsas borc və ödənilmiş 20.40 (iyirmi manat qırx qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1056.42 (min əlli altı manat qırx iki qəpik) manat məbləğində pul tutulsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün ərzində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz.

Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar