Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-25/2025 11.02.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı X4 Cavabdeh qarşı payın dəyərinin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n е t d i: İddiaçı X7 Cavabdeh qarşı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, birgə nikah dövründə qazanılmış olan Cavabdeh adına xx.xx.2019-cu il tarixdə qeydə alınmış “BYD GF 3” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin (1/2 hissə ilə ona və 1/2 hissə ilə Cavabdeh məxsus olan) dəyəri olan 8000 (səkkiz min) manat pulun yarısı olan 4000 (dörd min) manat pulun kompensasiya şəklində cavabdehdən alınıb ona verilməsi, bu mümkün olmadıqda, qeyd edilən nəqliyyat vasitəsinin açıq hərracdan satılaraq əldə edilmiş vəsaitin 1/2 hissəsinin onun xeyrinə ödənilməsi, vəkil üçün ödənilmiş 270 (iki yüz yetmiş) manat xidmət haqqının, mediasiya üçün ödənilmiş 50 (əlli) manat pulun və dövlət rüsumu üçün ödənilmiş 60 (altmış) manat pulun cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının vəkili və nümayəndəsi iddia tələbini əsaslandıraraq qeyd etmişdir ki, nümayəndəsi və vəkili olduğu İddiaçı hazırki iş üzrə Cavabdeh ilə 04 aprel 2016-cı il tarixində rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşlar. Tərəflər bir müddət normal ailə münasibətlərində olsalar da, sonradan bu münasibətlər pozulmuşdur. Bundan sonra müvəkkili İddiaçı Naxçıvan Şəhər Məhkəməsində “nikahın pozulması, aliment və uşaqların ananın yanında saxlanılması" tələbi ilə Cavabdeh qarşı iddia qaldırmış və Naxçıvan Şəhər Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, 2(078)-890/2022 saylı qətnaməsi ilə tərəflərin arasında bağlanılmış nikah rəsmi qaydada pozulmuşdur. Tərəflər birgə nikah dövründə **-BG-*** dövlət qeydiyyat nişanlı, “EYD GF 3” markalı avtomobil əldə etmişdirlər. Belə ki hazırki iş üzrə cavabdeh həmin avtomobili Cavabdeh xx.xx.2019-cu il tarixli alğısatqı müqaviləsi əsasında 8000 (səkkiz min) manata əldə etmiş və X12 İdarəsində həmin avtomobil onun adına qeydiyyata alınmışdır. Belə ki, həmin avtomobil tərəflərin birgə nikah dövründə və əvəzli olaraq (alğı-satqı müqaviləsi əsasında) əldə edildiyindən, Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(078)-440/2023 nömrəli qətnaməsi ilə “Cavabdeh adına xx.xx.2019-cu il tarixdə qeydə alınmış “BYD GF 3” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil birgə nikah dövründə qazanılmış hesab edilməklə, Bayramova (Məmmədova) Zeynəb Əsəd qızının həmin avtomobilin 1/2 hissəsinə payı müəyyən edilmişdir. Həmin avtomobildəki 1/2 payı ilə bağlı heç bir hüquqlarını həyata keçirə bilmir. Cavabdehlə iddiaçı arasında həmin əmlakla bağlı mübahisə mövcuddur. Mübahisənin məhkəmədən kənar həll edilməsi üçün iddiaçı müvafiq mediasiya təşkilatına müraciət etmiş, lakin Cavabdeh mediasiya sessiyasına gəlməmişdir. Məhz buna görə də iddiaçı məcbur olaraq müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı həmçinin vəkil üçün ödənilmiş olan 270 (iki yüz yetmiş) manat xidmət haqqının, mediasiya sessiyası üçün ödənilmiş 50 (əlli) manat pulun və 60 (altmış) manat dövlət rüsumunun da cavabdehdən alınaraq ona ödənilməsini istəyir. Mülki iş üzrə təyin edilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə iddiaçı X5 mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclaslarına gəlməmiş, məhkəmə iclaslarında iştirak etməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iddiaçı X4 vəkili və nümayəndəsi Vəkil iddiaçının iştirakı olmadan məhkəmə iclaslarının keçirilməsini xahiş etməsini nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş üzrə təyin edilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclaslarına gəlməmiş, məhkəmə iclasında iştirak etməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Cavabdeh nümayəndəsi X1 cavabdehin iştirakı olmadan məhkəmə iclaslarının keçirilməsini xahiş etməsini nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclaslarında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia ərizəsində qeyd etdikləri kimi, Naxçıvan Şəhər Məhkəməsinin 19 iyun 2023-cü il tarixli, 2(078)-440/2023 nömrəli qətnaməsi ilə **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil birgə nikah dövründə qazanılmış əmlak hesab edilməklə iddiaçının həmin əmlakın üzərində ½ payının müəyyən edildiyini, hal-hazırda avtomobilin cavabdehin istifadəsində olduğunu, iddiaçının həmin avtomobildən istifadə edə bilmədiyini, ya kompensasiya ödənilməsini, ya da avtomobilin satılaraq yarısının iddiaçının xeyrinə ödənilməsini istədiklərini, təkrar ekspertizanın rəyi ilə razı olduqlarını, həmin rəydə göstərilən məbləğə münasibətdə kompensasiyanın cavabdehdən alınaraq iddiaçıya ödənilməsini istədiklərini bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi X6 izahatında 2011-ci ildə oğlu əsgərlikdən gələndə iki oğluna etibarnamə ilə avtomobil aldığını, 2017-ci ildə dövlət qeydiyyat nişanı dəyişdiyi üçün Elşadın adına avtomobili sənədləşdirdiklərini, 2019-cu ildə həmin avtomobili 4700 manata sataraq üzərinə pul qoyub bu avtomobili aldıqlarını, avtomobilin iddiaçı tərəfin qeyd etdiyi dəyəri ilə razı olmadığını, o qədər pulu verə bilməyəcəyini, 1500 manat ödəməyə razı olduğunu, təkrar ekspert rəyində göstərilmiş məbləğin azaldılmasını istədiyini, əgər azaldılması mümkün deyilsə həmin məbləğin yarısını iddiaçıya ödəməyə razı olduqlarını, avtomobilin açıq hərracdan satılmasını istəmədiklərini, kompensasiyanı ödəməyə razı olduqlarını bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Mülki iş materiallarını tədqiq edən, işdə iştirak edən şəxslərin izahatlarını dinləyən məhkəmə müəyyən edir ki, “BYD GF 3” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin 1/2 hissəsinin X4 və 1/2 hissəsinin Cavabdeh mülkiyyətində olması işin mübahisəsiz hallarıdır. Həmin halların mülki işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: İddia ərizəsinə əlavə edilmiş Naxçıvan Şəhər Məhkəməsinin 19 iyun 2023-cü il tarixli, e-2(078)-440/2023 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh adına xx.xx.2019-cu il tarixdə qeydə alınmış “BYD GF 3” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin birgə nikah dövründə qazanılmış hesab edilməklə, İddiaçı həmin avtomobilin 1/2 hissəsinə payının müəyyən edilməsi qət edilmişdir. İddia ərizəsinə əlavə edilmiş Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş 07 mart 2023-cü il tarixli, AZ-İ seriyalı, 401991 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı və Cavabdeh arasındakı nikah pozulmuş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 27 nömrə ilə qeyd aparılmışdır. İş materiallarına əlavə edilmiş Naxçıvan MR DİN X13 İdarəsi tərəfindən verilmiş 31 yanvar 2023-cü il tarixli, 1/154 nömrəli məktubdan ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh adına xx.xx.2019-cu il tarixdə alqı-satqı müqaviləsi əsasında “BYD GF 3” markalı avtomobilin qeydiyyata alınaraq, **-BG-*** dövlət qeydiyyat nişanı verilməsi, hal-hazırda Cavabdeh adında “BYD GF 3” markalı markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyatda durması aydın olur Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bundan əlavə olaraq məhkəmə onu da qeyd edir ki, “Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunur ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazın predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Məhkəmənin yuxarıda qeyd olunan normativ hüquqi aktları qeyd etməkdə məqsədi Naxçıvan Şəhər Məhkəməsinin 19 iyun 2023-cü il tarixli, e-2(078)-440/2023 nömrəli qətnaməsi ilə müəyyən edilmiş halların hazırki vəziyyətdə işə baxan məhkəmə üçün məcburi xarakter daşımasını tərəflərin nəzərinə çatdırmaqdır. Hazırda iddiaçının “BYD GF 3” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyəri olan 8000 (səkkiz min) manat pulun yarısı olan 4000 (dörd min) manat pulun kompensasiya şəklində cavabdehdən alınıb ona verilməsi, bu mümkün olmadıqda, qeyd edilən nəqliyyat vasitəsinin açıq hərracdan satılaraq əldə edilmiş vəsaitin 1/2 hissəsinin onun xeyrinə ödənilməsini tələb etməsi isə mülki işin mübahisəli hallarıdır. İşin faktiki halları yuxarıda tədqiq edilən sənədlərə əsasən müəyyən edilmiş hallardan ibarətdir. İşin mübahisəli halının həlli baxımından məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Cavabdeh adına xx.xx.2019-cu il tarixdə qeydə alınmış “BYD GF 3” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin dəyərinin müəyyənləşdirilməsi məqsədilə Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-934/2024 nömrəli, 09 iyul 2024-cü il tarixli qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmuşdur. Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 21 avqust 2024cü il tarixli, 847 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş ağ rəngli, 2014-cü il buraxılışlı, “BYD” markalı, “GF 3” modelli, sedan tipli, surətlər qutusu mexaniki, mühərrikin həcmi 1500 sm3 olan **-BG-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin orta bazar qiyməti təxminən 6000 (altı min) manat müəyyən olunur. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-934/2024 nömrəli, 17 sentyabr 2024-cü il tarixli qərardadı ilə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 19 dekabr 2024-cü il tarixli, 9/8492 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, ekspertiza təyini haqqında qərardadda göstərilən 2014-cü il buraxılışlı, “BYD GF 3” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin normal vəziyyətdə orta bazar qiyməti təxminən 7700.00 (yeddi min yeddi yüz manat sıfır qəpik) manat müəyyən olunur. Ekspert rəyini iş materiallarında olan digər sübutlarla əlaqəli şəkildə tədqiq edilmiş, onun mötəbərliyini şübhə altına alan hər hansı bir hal olmadığından məhkəmə belə qənaətə gəlmişdir ki, o sübut kimi qəbul ediləndir. Azərbaycan Respublikası Mülki Məcəllənin 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.5-ci maddəsinə görə mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Mülki Məcəllənin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli qərarında göstərilir ki, Mülki Məcəllənin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. Həmin maddədə həmçinin göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına qanunla yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (Mülki Məcəllənin 220.3-cü maddəsi). Həmin Qərarda qeyd olunmuşdur ki, Mülki Məcəllənin 220.4-cü maddəsində bu hüququn həyata keçirilməsinin mümkünlüyü paylı mülkiyyətin mülkiyyətçisinə payın naturada ayrılması əvəzinə digər mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun razılığının olması ilə əlaqələndirilmişdir. Bununla, mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər. Qeyd etmək lazımdır ki, bu qayda yalnız Mülki Məcəllənin 220.3-cü maddəsinə müvafiq olaraq payın naturada ayrılması tələbi irəli sürüldüyü halda tətbiq oluna bilər. Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Əgər iddiaçı tərəfindən belə tələb irəli sürülməmişdirsə, məhkəmə öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən edə bilməz. Belə ki, məhkəmə iddia tələbinin hədlərindən kənara çıxa bilməz. Ümumi paylı mülkiyyətin mülkiyyətçisi yalnız ona pul kompensasiyasının ödənilməsini tələb edə bilər. Həmin mülkiyyətçi digər mülkiyyətçilərə pul kompensasiyasının ödənilməsini tələb etmək hüququna malik deyil. Payların həcminin və mülkiyyətçinin iradəsinin nəzərə alınmaması mülki hüquq münasibətlərinin iştirakçılarının məcburi qaydada istənilən əmlaka mülkiyyət hüquqlarının müəyyən edilməsinə gətirib çıxarardı. Həmin qərarda həmçinin göstərilmişdir ki, ümumi paylı mülkiyyətə pay hüququndan məhrum etmək yalnız müstəsna hallarda mümkündür (Mülki Məcəllənin 220.4-cü maddəsi). Ümumi paylı mülkiyyətin mülkiyyətçisinin ümumi əmlakın istifadəsində mühüm mənafeyinin olub-olmaması məsələsi məhkəmələr tərəfindən hər bir konkret halda tərəflərin təqdim etdikləri sübutları məcmu şəklində tədqiq etməklə və qiymətləndirməklə həll olunur. Həmin maddənin üçüncü cümləsinin tətbiq olunması yalnız qanunverici tərəfindən sadalanan bütün şərtlərin eyni zamanda mövcud olması halında mümkündür: mülkiyyətçinin payı cüzi olduqda; naturada ayrılması mümkün olmadıqda; ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda. Bununla, Mülki Məcəllənin 220.4-cü maddəsində öz payının ümumi əmlakdan ayrılması tələbini irəli sürməyən mülkiyyətçinin əmlaka olan mülkiyyət hüququndan onun iradəsinə zidd olaraq digər mülkiyyətçilər tərəfindən kompensasiyanın ödənilməsi yolu ilə məhrum edilməsi nəzərdə tutulmamışdır, əks yanaşma mülkiyyət hüququnun toxunulmazlığı prinsipinə zidd olardı. Həmin Qərara əsasən məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3- 220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarını ümumiləşdirərək məhkəmə yekunda bu nəticəyə gəlir ki, iş üzrə iddiaçının “BYD GF 3” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin yarısının ödənilməsi tələbinə dair iddiası qismən təmin edilməlidir. Belə ki, tərəflərin, yəni paylı mülkiyyətçilərin hər birinin mübahisəli əmlakdan istifadə hüquqları vardır. Lakin, tərəflər ümumi paylı mülkiyyətdə olan avtomobilə sahiblik və ondan istifadə barədə razılığa gələ bilmirlər. Məhkəmə iddiaçının payının dəyərinin cavabdeh tərəfindən ona ödənilməsi (kompensasiya vermək) ilə bağlı qeyd edir ki, iddiaçı, mübahisəli avtomobilin paylı mülkiyyətçisi olmaqla, qeyd edilən əmlakın onun mülkiyyətində olan hissəsinin dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçisi olan cavabdehdən ona ödənilməsini tələb etmişdir. İddiaçı payının dəyərinin əvəzində digər mülkiyyətçi olan cavabdehdən kompensasiya tələb etmiş, məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi isə iddiaçıya kompensasiya ödəməyə razı olduğunu bildirmişdir. Məhkəmə cavabdehin nümayəndəsi X1 iddiaçıya payının əvəzi olaraq kompensasiya ödəmək istədiklərini qeyd etməsini nəzərə alıb, belə qənaətə gəlir ki, 1/2 pay hüququ ilə X5 və 1/2 pay hüququ ilə Cavabdeh məxsus olan “BYD GF 3” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin bazar qiyməti olan 7700.00 (yeddi min yeddi yüz manat sıfır qəpik) manat pulun 3850 (üç min səkkiz yüz əlli manat sıfır qəpik) manat hissəsi Cavabdeh alınaraq iddiaçı X5 ödənilməldir. Məhkəmə onu da qeyd edir ki, iddiaçının tələbi “BYD GF 3” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyəri olan 8000 (səkkiz min) manat pulun yarısı olan 4000 (dörd min) manat pulun kompensasiya şəklində cavabdehdən alınıb ona verilməsi həddində olsa da, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 19 dekabr 2024-cü il tarixli rəyində 2014-cü il buraxılışlı, “BYD GF 3” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin normal vəziyyətdə orta bazar qiymətinin təxminən 7700.00 (yeddi min yeddi yüz manat sıfır qəpik) manat müəyyən olunduğu qeyd edilmiş və məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil həmin ekspert rəyi ilə razı olduğunu bildirmişdir. Bu səbəbdən də məhkəmə, həmin ekspert rəyində göstərilən dəyərə münasibətdə iddiaçıya kompensasiya ödənilməsini ədalətli hesab edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. İddiaçının digər tələbi isə vəkil üçün ödənilmiş 270 (iki yüz yetmiş) manat xidmət haqqının, mediasiya üçün ödənilmiş 50 (əlli) manat pulun və ödənilmiş 60 (altmış) manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0 və 115.0.6-cı maddələrinin tələbinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsaslanaraq məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia qismən təmin edilməli olduğundan, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, iddiaçı tərəfindən ödənilmiş 60 (altmış) manat məbləğində dövlət rüsumunun 48.13 (qırx səkkiz manat on üç qəpik) manat hissəsi, vəkilə hüquqi yardım üçün ödənilmiş 270 (iki yüz yetmiş) manat xidmət haqqının 259.88 (iki yüz əlli doqquz manat səksən səkkiz qəpik) manat hissəsi və mediasiya üçün ödənilmiş 50 (əlli) manatın 48.13 (qırx səkkiz manat on üç qəpik) manat hissəsi Cavabdeh alınaraq iddiaçı X5 ödənilməlidir. Məhkəmə ekspertiza xərcləri ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli olduğundan məhkəmə-əmtəəşünaslıq ekspertizasının aparılması üçün ekspertiza xərci olan 50 (əlli) manatın 48.13 (qırx səkkiz manat on üç qəpik) manat hissəsi Cavabdeh, qalan 1.87 (bir manat səksən yeddi qəpik) manat hissəsi isə iddiaçı X3 tutularaq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına və təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizasının aparılması üçün ekspertiza xərci olan 50 (əlli) manatın 48.13 (qırx səkkiz manat on üç qəpik) manat hissəsi Cavabdeh, qalan 1.87 (bir manat səksən yeddi qəpik) manat hissəsi isə iddiaçı X3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hаllаrа və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia qismən təmin edilməli; -1/2 pay hüququ ilə X5 və 1/2 pay hüququ ilə Cavabdeh məxsus olan “BYD GF 3” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyəri olan 7700.00 (yeddi min yeddi yüz manat sıfır qəpik) manat pulun 3850 (üç min səkkiz yüz əlli manat sıfır qəpik) manat hissəsi Cavabdeh alınaraq iddiaçı X5 ödənilməli; -iddia qalan hissədə rədd edilməli; -iddia qismən təmin edilməli olduğundan, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, iddiaçı tərəfindən ödənilmiş 60 (altmış) manat məbləğində dövlət rüsumunun 48.13 (qırx səkkiz manat on üç qəpik) manat hissəsi, vəkilə hüquqi yardım üçün ödənilmiş 270 (iki yüz yetmiş) manat xidmət haqqının 259.88 (iki yüz əlli doqquz manat səksən səkkiz qəpik) manat hissəsi və mediasiya üçün ödənilmiş 50 (əlli) manatın 48.13 (qırx səkkiz manat on üç qəpik) manat hissəsi Cavabdeh alınaraq iddiaçı X5 ödənilməli; -iddia qismən təmin edilməli olduğundan məhkəmə-əmtəəşünaslıq ekspertizasının aparılması üçün ekspertiza xərci olan 50 (əlli) manatın 48.13 (qırx səkkiz manat on üç qəpik) manat hissəsi Cavabdeh, qalan 1.87 (bir manat səksən yeddi qəpik) manat hissəsi isə iddiaçı X3 tutularaq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməli; -iddia qismən təmin edilməli olduğundan təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizasının aparılması üçün ekspertiza xərci olan 50 (əlli) manatın 48.13 (qırx səkkiz manat on üç qəpik) manat hissəsi Cavabdeh, qalan 1.87 (bir manat səksən yeddi qəpik) manat hissəsi isə iddiaçı X3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin edilsin. 1/2 pay hüququ ilə X5 və 1/2 pay hüququ ilə Cavabdeh məxsus olan “BYD GF 3” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyəri olan 7700.00 (yeddi min yeddi yüz manat sıfır qəpik) manat pulun 3850 (üç min səkkiz yüz əlli manat sıfır qəpik) manat hissəsi Cavabdeh alınaraq iddiaçı X5 ödənilsin. İddia qalan hissədə rədd edilsin. İddia qismən təmin edilməli olduğundan, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, iddiaçı tərəfindən ödənilmiş 60 (atlmış) manat məbləğində dövlət rüsumunun 48.13 (qırx səkkiz manat on üç qəpik) manat hissəsi, vəkilə hüquqi yardım üçün ödənilmiş 270 (iki yüz yetmiş) manat xidmət haqqının 259.88 (iki yüz əlli doqquz manat səksən səkkiz qəpik) manat hissəsi və mediasiya üçün ödənilmiş 50 (əlli) manatın 48.13 (qırx səkkiz manat on üç qəpik) manat hissəsi Cavabdeh alınaraq iddiaçı X5 ödənilsin. İddia qismən təmin edilməli olduğundan məhkəmə-əmtəəşünaslıq ekspertizasının aparılması üçün ekspertiza xərci olan 50 (əlli) manatın 48.13 (qırx səkkiz manat on üç qəpik) manat hissəsi Cavabdeh, qalan 1.87 (bir manat səksən yeddi qəpik) manat hissəsi isə iddiaçı X3 tutularaq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İddia qismən təmin edilməli olduğundan təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizasının aparılması üçün ekspertiza xərci olan 50 (əlli) manatın 48.13 (qırx səkkiz manat on üç qəpik) manat hissəsi Cavabdeh, qalan 1.87 (bir manat səksən yeddi qəpik) manat hissəsi isə iddiaçı X3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(078)-25/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-25/2025
11.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver