Məhkəmə qərarları › İş №2(078)-265/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Məhkəmə əmri — İş №2(078)-265/2021

21.01.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Naxçıvan şəhəri İş № 2(078)-265/2021 21.01.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev 84 ünvanında yerləşən kreditor “xxxx” MMC-nin Borclu qarşı borcun qaytarılması barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: Kreditor “xxxx” MMC məhkəməyə ərizə ilə müraciət edərək xx.xx.1979-cu ildə Naxçıvan şəhərində doğulmuş və hazırda ünvan 2 mənzil 29 ünvanında qeydiyyatda olan Borclu xx xxxx 2020-ci il tarixli müqavilə üzrə 1992 (bir min doqquz yüz doxsan iki) manat məbləğində əsas borcun və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 2012 (iki min on iki) manat məbləğində pul vəsaitinin alınaraq kreditor “xxxx” MMC-yə ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə olunmuş xx xxxx 2020-ci il tarixli FSK3686 saylı malın nisyə satılması haqqında alqı-satqı müqaviləsindən aydın olur ki, həqiqətən həmin tarixdə alıcı Borclu ilə kreditor “xxxx” MMC arasında kredit müqaviləsi imzalanmış, Borclu “xxxx” MMC-dən kredit yolu ilə 1 ədəd dəyəri 1992 (bir min doqquz yüz doxsan iki) manat olan iPhone 11 64 GB red markalı telefon əldə edib, həmin məbləğdən 0 (sıfır) manatını ilki ödəniş etdikdən sonra qalan cəmi 1992 (bir min doqquz yüz doxsan iki) manatı hər ay 166 manat olmaqla 12 ay müddətinə “xxxx” MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə tərəflər onu imzaladığı andan qüvvəyə minmiş və tərəflər öz öhdəliklərini tamamilə yerinə yetirənədək qüvvədədir. İş materiallarına əlavə olunmuş xx xxxxxx 2020-ci il tarixli 361/20 nömrəli maliyyə arayışına əsasən Borclu xx xxxx 2020-ci il tarixli FSK3686 saylı malın nisyə satılması haqqında alqı-satqı müqaviləsi üzrə 1992 (bir min doqquz yüz doxsan iki) manat borcu vardır. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli, 888/20 nömrəli pretenziya məktubunun surətindən məlum olur ki, həmin tarixdə Borclu borcun ödənilməsi ilə bağlı pretenziya məktubu göndərilmişdir. İş materiallarına əlavə edilmiş Naxçıvan ŞPİ tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən Qənbərov X2 şəhəri, Əlincə, ev 18, mənzil 29 ünvanında qeydiyyatdadır. Məhkəmə hesab edir ki, kreditorun ərizəsi əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Həmin məcəllənin 276.2.2-ci maddəsinə əsasən tələb sadə yazılı formada bağlanmış əqdə əsaslanırsa məhkəmə əmri verilə bilər. Həmin məcəllənin 280-ci maddəsinə əsasən məhkəmə əmri irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinləmək üçün tərəflər çağırılmadan çıxarılır. Ərizəyə əlavə olunmuş sənədlərlə kreditor “xxxx” MMC-nin tələbinin aşkar olduğu, tələbin sadə yazılı formada bağlanmış əqdə və borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Buna görə də həmin tələb üzrə məhkəmə əmri verilməsini mümkün hesab edirəm. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, “xxxx” MMC-nin nümayəndəsi X1 tərəfindən xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Mərkəzi Bankı-Hökümət Ödəniş Portalına ********* nömrəli qəbzlə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu Borclu alınaraq kreditor təşkilata qaytarılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 275, 276, 280 və 281, 282-ci maddələrini rəhbər tutaraq, ə m r e t d i m: xx.xx.1979-cu ildə Naxçıvan şəhərində doğulmuş və hazırda ünvan 2 mənzil 29 ünvanında qeydiyyatda olan Borclu xx xxxx 2020-ci il tarixli müqavilə üzrə 1992 (bir min doqquz yüz doxsan iki) manat məbləğində əsas borc və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla cəmi 2012 (iki min on iki) manat məbləğində pul vəsaiti alınaraq kreditor “xxxx” MMC-yə ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün ərzində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar