Məhkəmə qərarları › İş №2(078)-284/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-284/2024

10.05.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-284/2024 10.05.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X6 məhkəmə iclas katibliyi, İddiaçı və digər iddiaçı X7 qanuni nümayəndəsi İddiaçı, İddiaçı vəkili və nümayəndəsi X8 və cavabdehin nümayəndəsi X12 iştirakları ilə İddiaçı və digər iddiaçı X7 qanuni nümayəndəsi İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə köçürülməklə istifadə hüququnun verilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh adına orderi verilmiş Naxçıvan şəhər Heydər Əliyev prospekti 13/15, 12 saylı mənzilə üç azyaşlı uşağı ilə birlikdə köçürülmələri və istifadə hüquqlarının verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbini əsaslandıraraq bildirmişdir ki, 31 iyul 2006-ci ildə rəsmi nikaha daxil olmaqla Cavabdeh oğlu X25 ilə evlənib onların yaşadıqları Naxçıvan şəhəri, H.Əliyev prospekti 13/15 nömrəli binada yerləşən 3 saylı mənzilə gəlin köçmüşdür. Orada yaşadıqları müddətdə üç övladları doğulmuşdur. Naxçıvan şəhərində aparılan abadlıq-quruculuq işləri ilə əlaqədar yaşadıqları binada əsaslı bərpa işləri yerinə yetirilmiş Naxçıvan şəhər İcra Hakimiyyətinin 05 dekabr 2008-ci il tarixli, 247 nömrəli sərəncamı ilə Zeynalov X20 şəhəri H. Əliyev prospekti 13/15 nömrəli binanın 2-ci blok, 1-ci mərtəbə 4 otaqlı, 102.3 kv.m sahəsi olan 12 nömrəli mənzillə təmin edilmişdir. Mənzildə Cavabdeh, X4, X25, X22, İddiaçı, X9 və X17 qeydiyyatda olmuşlar. Naxçıvan şəhər İcra Hakimiyyətinin xx.xx.2008-ci tarixli 19/98 nömrəli məktubu ilə həmin binada olan mənzillərin, o cümlədən X10 məxsus mənzilin qeydiyyatı ləğv olunmuş, Naxçıvan şəhər İcra Hakimiyyəti başçısı aparatının Sosial-İqtisadi məsələlər şöbəsinə adları sərəncamda göstərilən vətəndaşlara order verilməsi təmin edilməsi qeyd edilmişdir. Həmin sərəncamda onun və oğlu X7 adları da olmaqla ailə üzvlərinin sayı nəzərə alınmaqla yeni mənzil verilmişdir. Onu yola vermədiklərindən, onu mənzildən çıxardıqdan sonra Cavabdeh oğlu X25 aralarındakı nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmiş, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-701/2023 nömrəli, 25 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Kirayədə qalmağa maddi imkanı olmadığından məcbur qalaraq o, üç uşaqla xəstə anasının evində müvəqqəti məskunlaşmışdır. O, üç azyaşlı uşağı ilə birlikdə qeydiyyatda olduğu, orderdə adları göstərilən mənzilə köçürülmələrini və istifadə hüququnun verilməsini istəyir. 10 may 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi X18 məhkəməyə vəsatət təqdim etmişdir. Həmin vəsatətdə qeyd olunmuşdur ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh adına orderi verilmiş Naxçıvan şəhəri, H.Əliyev prospekti, 13/15, 12 saylı mənzilə 3 azyaşlı uşaqları ilə birlikdə köçürülmələri və istifadə hüquqlarının verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd edilən uşaqlardan X17 22 aprel 2008-ci ildə, X19 22 iyun 2012-ci il tarixdə, X26 isə 29 iyun 2014-cü il tarixdə doğulmuşlar. X17 22 aprel 2008-ci ildə doğulduğundan 14 yaşından yuxarı şəxsdir. Digər iki uşağın isə 14 yaşları tamam olmadığından onlar analarının himayəsində olduqlarından yaşayış yerləri analarının yaşayış yeri hesab olunur. Göstərilənlərə əsasən Cavabdeh Asim oğlu hazırda 14 yaşından yuxarı olduğundan onu iddiaçı qismində qəbul etməklə anası İddiaçı onun qanuni nümayəndəsi kimi nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. 10 may 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh Asim oğlunun iddiaçı qismində qəbul edilməsi və anası İddiaçı onun qanuni nümayəndəsi qismində tanınması qərara alınmışdır. Mülki iş üzrə məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Cavabdehin nümayəndəsi X12 nümayəndəsi olduğu Cavabdeh iştirakı olmadan məhkəmə iclasının keçirilməsinə etirazının olmadığını bildirməsini nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı mübahisəli mənzildən yaşamaq hüququ verilməsini istədiyini, imkanı olmadığını, anasının xəstə olduğunu, atasının olmadığını, 3 uşaqla anasının evində yaşaya bilmədiyini, aliment tələb etdiyini, X12 onu boşadığını, evdən atdıqlarını, sığınacaq yerinin olmadığını, həmin evdə olan otağının satılmasını və yaxud kirayə verilməsini istədiyini, özünün 50000 manat pul istədiyini, razılıq üçün verilmiş vaxt ərzində razılıq əldə olunmadığını, həmin evdə yaşamaq hüququnun verilməsini istədiyini, gələcəkdə satılarsa ondan pay düşməsini istədiyini, 2006-cı ildə həmin evə gəlin köçdüyünü, sonradan binaya otaqlar artırıldığını, həmin evdə uşaqları ilə birlikdə yaşamaq hüququnun verilməsini istədiyini bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi X18 bütün halların iddia ərizəsində qeyd olunduğunu, iddia ərizəsində qeyd olunanlara əlavə olaraq orderin qarşı tərəfdə olduğunu, arxiv arayışı əsasında iddiaçının da o evdə qeydiyyatda olduğunun göründüyünü, iddiaçı ilə X25 arasında nikah pozulduqdan sonra iddiaçının anasının insult keçirdiyini, xəstə olduğunu, ona sakitlik lazım olduğunu, birlikdə qala bilmədiklərini, razılıq üçün verilmiş vaxt ərzində razılıq əldə olunmadığını, iddiaçının yaşayış yeri olmadığını, anasının xəstə olduğunu bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X25 izahatında iddiaçının anasının 2 aydır xəstə olduğunu, ancaq onun atasının 25 ildir xəstə olduğunu, iddiaçını evdən zorla çıxarmadıqlarını, boşanmamışdan 2 ay əvvəl çıxıb getdiyini, sonra Bakı şəhərində olduğunu öyrəndiklərini, aralarındakı nikahın pozulmasına səbəbin sadəcə keçimsizlik olduğunu, həmin evdə atası, anası və özünün yaşadığını, əvvəl iddiaçının da qaldığını, birlikdə yaşadıqları müddət ərzində daim problemlərinin olduğunu, hər gün boş səbəblərdən evə polis çağırdığını, aralarında olan problemlərə görə birlikdə yaşamalarının ümumiyyətlə mümkün olmadığını, evli olduqları vaxt iddiaçının anası evində gedib qaldığını, orderdə adlarının olduğunu, aliment ödədiyini, çatdıra bilmədiyini, işinin də zəif olduğunu, uşaqlara baxa bilmirsə özünün baxa biləcəyini, uşaqlarına nəsə etməli olduğunu bildiyini, ancaq evin onun olmadığını, neçə dəfə bir neçə illik kirayə pullarını verməyi təklif etdiyini, evin 200000 manat dəyəri olduğunu dediklərini, onun da “o qiymətə satın, 150000 manatını mənə verin, 50000 manatı da siz götürün” dediyini, iddiaçının heç biri ilə razılaşmadığını, atasının xəstə olduğunu, 86 yaşı olduğunu, birlikdə yaşamalarının ümumiyyətlə mümkün olmadığını bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları, eyni zamanda işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş 05 dekabr 2008-ci il tarixli, 668 nömrəli orderin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh 6 nəfərdən ibarət ailəsi ilə birlikdə Heydər Əliyev prospekti 13/15 nömrəli evdə, 12 nömrəli mənzildə, 2-ci blokda, 1-ci mərtəbədə, 4 otaqdan ibarət, 102,3 kvadrat metr sahəsi olan mənzili tutmağa ixtiyar verilmişdir. Ailə tərkibi olaraq isə həyat yoldaşı X5, oğlu X25, qızı X22, gəlini İddiaçı, nəvəsi X9 və nəvəsi X17 göstərilmişdir. İş materiallarında olan ünvan 2il-istismar idarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1393 nömrəli arayışdan İddiaçı ünvan 1 ünvanında qeydiyyatda olması və həyat yoldaşı X25, oğlu X25, oğlu X19 və oğlu X26 adlı ailə üzvlərinin olması aydın olur. İş materiallarında olan ünvan 2il-istismar idarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1394 nömrəli arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan ünvan 2il-istismar idarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1395 nömrəli arayışdan görünür ki, Zeynalov X20 şəhəri, H.Əliyev prospekti, 13/15, mənzil 12 ünvanında qeydiyyatdadır. İş materiallarında olan ünvan 2il-istismar idarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 5042 nömrəli arayışdan görünür ki, X1 şəhəri, H.Əliyev prospekti, 13/15, mənzil 12 ünvanında qeydiyyatdadır. İş materiallarında olan ünvan 2il-istismar idarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 5043 nömrəli arayışdan görünür ki, X3 şəhəri, H.Əliyev prospekti, 13/15, mənzil 12 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Naxçıvan şəhər Nikah Evi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, X25 xx.xx.1979-cu il tarixdə doğulmuşdur. Onun atası Cavabdeh, anası X2r. İş materiallarında olan Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş 21 sentyabr 2023-cü il tarixli, 04/588 nömrəli məktubda qeyd olunmuşdur ki, Naxçıvan şəhəri, Heydər Əliyev prospekti, bina 13/15-də yerləşən 3 saylı mənzil Cavabdeh adına olmuşdur. Naxçıvan şəhərində aparılan abadlıq-quruculuq işləri ilə əlaqədar binada əsaslı təmir bərpa işləri yerinə yetirilmiş, Naxçıvan Şəhər İcra Hakimiyyətinin xx.xx.2008-ci il tarixli 19/98 nömrəli məktubu ilə həmin binada olan mənzillərin, o cümlədən Cavabdeh məxsus mənzilin qeydiyyatı ləğv olunmuşdur. Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən mənzil sahiblərinə yeni orderlər verilmişdir. Lakin Cavabdeh yeni order əsasında əldə etdiyi mənzili özəlləşdirməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş 16 oktyabr 2023-cü il tarixli, 13/1722 nömrəli “Naxçıvan şəhəri Heydər Əliyev prospekti 13/15 №-li binada yaşayan sakinlərin mənzillə təmin edilməsi haqqında Naxçıvan Şəhər İcra Hakimiyyətinin 05 dekabr 2008-ci il tarixli 247 №-li sərəncamı” arxiv çıxarışından görünür ki, Cavabdeh həyat yoldaşı X4, oğlu X25, qızı X22, gəlini İddiaçı, nəvəsi X9 və nəvəsi X17 ilə birlikdə Naxçıvan şəhəri Heydər Əliyev prospekti 13/15 №-li binanın ikinci blok, birinci mərtəbə, 4 otaqlı, 102,3 kvadrat metr sahəsi olan 12 №-li mənzillə təmin olunmuşdur. İş materiallarında olan Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-701/2023 nömrəli, 25 oktyabr 2023-cü il tarixli qətnaməsindən görünür ki, X25 ilə İddiaçı arasında 31 iyul 2006-cı tarixdə isə Naxçıvan şəhər VVADQ şöbəsində bağlanmış 223 nömrəli nikahın pozulması və boşanmadan sonra 22 aprel 2008-ci il təvəllüdlü X17, 22 iyun 2012-ci il təvəllüdlü X19 və 29 iyun 2014-cü il təvəllüdlü X13 anası İddiaçı yanında saxlanılmaları qət edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər VVAQ Şöbəsi tərəfindən verilmiş 17 iyun 2008-ci il tarixli, AZ-İİ seriyalı, 169251 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X25 ilə İddiaçı birgə nikahlarından 22 aprel 2008-ci il təvəllüdlü X17 adlı övladları doğulmuşdur. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 23 iyul 2012-ci il tarixli, AZ-İİ seriyalı, 668280 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X25 ilə İddiaçı birgə nikahlarından 22 iyun 2012-ci il təvəllüdlü X19 adlı övladları doğulmuşdur. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 12 sentyabr 2014-cü il tarixli, AZ-İİİ seriyalı, 081179 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X25 ilə İddiaçı birgə nikahlarından 29 iyun 2014-cü il təvəllüdlü X26 adlı övladları doğulmuşdur. Hazırda iddiaçı və digər iddiaçı X7 qanuni nümayəndəsi İddiaçı ünvan 1 ünvanında yerləşən mənzilə istifadə hüququ verilməsi və həmin məznilə köçürülmələrini tələb etməsi isə mülki işin mübahisəli halıdır. İşin faktiki halları yuxarıda tədqiq edilən sənədlərə əsasən müəyyən edilmiş hallardan ibarətdir. İşin mübahisəli halının həlli baxımından məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə qeyd edir ki, ilk öncə iddiaçıların həmin mənzildən istifadə hüququnun olub-olmaması müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair 27 iyul 2001-ci il tarixli Qərarında göstərilir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 8 oktyabr 2013-cü tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, yaşayış sahəsindən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30 -cu maddəsinin müddəaları tətbiq edilməlidir. “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 11 iyul 2014-cü il tarixli qərarında qeyd edilir ki, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. İş materialları ilə müəyyən olunur ki, İddiaçı Cavabdeh oğlu X25 ilə Naxçıvan şəhər VVADQ şöbəsində 31 iyul 2006-cı tarixdə nikaha daxil olmuş və həmin tarixdən mübahisəli mənzilə gəlin köçərək 2023-cü ilə kimi mübahisəli mənzildə yaşamış və cavabdehin keçmiş gəlinidir. X25 ilə İddiaçı birgə nikahlarından 22 aprel 2008-ci il tarixdə doğulmuş iddiaçı X17 isə cavabdehin nəvəsidir. Məhkəmə hesab edir ki, istər İddiaçı ilə cavabdeh arasında olan mübahisəli hüquq münasibəti, istərsə də iddiaçı Cavabdeh Asim oğlu ilə cavabdeh arasında olan mübahisəli hüquq münasibəti 2009-cu il oktyabrın 1-dən əvvəl yaranmışdır, Konstitusiya Məhkəməsinin qeyd olunan qərarlarına əsasən bu halda mübahisəyə xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin (Azərbaycan SSR-in 8 iyun 1992-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan SSR Mənzil Məcəlləsi) müddəaları tətbiq edilməlidir. Həmin Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Mənzil Məcəlləsinin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Həmin Məcəllənin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Həmçinin iş materiallarında olan Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş 05 dekabr 2008-ci il tarixli, 668 nömrəli orderdə Cavabdeh gəlini yəni, İddiaçı və nəvəsi yəni, digər iddiaçı Cavabdeh Asim oğlunun da adları göstərilmişdir. Məhkəmə yuxarıda qeyd edilən hallara əsasən iddiaçı və digər iddiaçı X7 qanuni nümayəndəsi İddiaçı hazırki iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olması qənaətinə gəlir. “İnsan hüquqları və X11 haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin “Akimova Azərbaycana qarşı” 27 sentyabr 2007-ci il tarixli qərarında göstərilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, o, təkcə fıziki mallar üzərində mülkiyyətlə məhdudlaşmır və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlak təşkil edən bəzi digər hüquqlar və maraqlar da mülkiyyət hüququ sayıla və bu maddənin məqsədləri üçün "mülkiyyət" kimi qəbul edilə bilər. Bu işdə Məhkəmə qeyd edir ki, 2 iyun 1993-cü ildə ərizəçi sözügedən mənzilə yaşayış orderi almışdır. Sonradan daxili məhkəmələr təsdiq etdilər ki, ərizəçi yaşayış orderinin qanuni sahibidir. Bu order əsasında səlahiyyətli orqanla ərizəçi arasında "sosial kirayə müqaviləsi" deyilən müqavilə bağlanmalı idi. Bu sosial kirayə müqaviləsinin Mənzil Məcəlləsində və müvafıq hüquqi aktlarda təsbit edilmiş şərtlərinə görə, ərizəçi mənzilə sahiblik etmək və ondan istifadə etmək hüququna malik olmalı idi və mənzil fondunun özəlləşdirilməsi haqqında Qanuna uyğun olaraq, müəyyən şərtlərlə mülkiyyət hüququ ona pulsuz keçməli idi. Belə olan halda Məhkəmə razılaşmışdır ki, ərizəçinin mənzilə olan iddialarını 1 saylı Protokolun 1-ci maddəsinin tətbiq dairəsinə düşən "mülkiyyət" hesab etmək üçün kifayət qədər əsaslar var. Mahiyyət etibarı ilə mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif normadan ibarətdir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; nəhayət, ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafıq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır, buna görə də onlar birinci normada bəyan edilən ümumi prinsip baxımından şərh olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, “İnsan hüquqlarının və X11 haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malikdir. Maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil: burada araşdırılmalı məqam işin təfərrüatlarının ərizəçinin həmin müddəada nəzərdə tutulan hüquqa aidiyyəti olub-olmamasıdır. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” o halda qanunidir ki, o hər hansı qanunvericilik müddəasına və ya mübahisə obyektinə dair hüquqi sənədə əsaslansın (Saghinadze və başqaları Gürcüstana qarşı iş üzrə 2010-cu il 27 may tarixli Qərar, § 103). Məhkəmə qeyd edir ki, 05 dekabr 2008-ci il tarixli, 668 nömrəli orderdə Cavabdeh ailə üzvü olaraq göstərilmiş İddiaçı və Cavabdeh Asim oğlunun mübahisəli mənzildən istifadə hüququ mövcuddur, eyni zamanda onlar order əsasında mülkiyyət hüququnun əldə olunmasına qanuni gözləntiyə malikdirlər. Bununla da ünvan 1 ünvanında yerləşən mənzildən iddiaçılar İddiaçı və Cavabdeh Asim oğlunun istifadə hüquqları vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə görə istifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Bu səlahiyyət əsasında fiziki şəxs əşyadan istifadə etməklə öz maddi və mənəvi tələbatını ödəyir (hazırkı halda mənzildə yaşayır). Əşyadan istifadə etmək əşyaya münasibətdə şəxsin öz mənafeləri üçün hərəkət etməsini (müxtəlif ehtiyacı və tələbatı ödəmək, fayda götürmək, gəlir, artım və bəhər əldə etmək və s.), onun köməyi ilə istehsal və ya istehlak ehtiyaclarının ödənilməsini, əşyanın sosial-təsərrüfat təyinatına uyğun olaraq istismar edilməsini ifadə edir. İstifadə obyekti mənzil olduğu halda, bu əmlakdan (mənzildən) istifadəni həmin mənzildə yaşamaq təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsində hər kəsin mənzil hüququ təsbit olunmuşdur. Konstitusiyanın müddəasına görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Konstitusiyada təsbit olunmuş bu hüquq hər kəsin qanunla müəyyən edilmiş şərtlərə əməl etməklə daimi yaşayış sahəsinə malik olmasını və həmin sahədən maneəsiz istifadə edə bilməsini ifadə edir. Mənzil hüququnun əsas xüsusiyyəti mənzil münasibətləri iştirakçılarının bu hüquqlarının öz mülahizələrinə və qanuni mənafelərinə uyğun, azad və sərbəst həyata keçirmələrinin mümkünlüyündən ibarətdir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, cavabdehin iddiaçılar İddiaçı və Cavabdeh Asim oğluna mübahisəli mənzildə yaşayış və istifadə hüquqlarına maneçilik törətməsi Azərbaycan Respublikası Konstitusiyasının 43-cü və İnsan Hüquqlarının və X11 Haqqında Konvensiyanın 8-ci maddəsinin tələbləri baxımından iddiaçıların mənzil hüquqlarına müdaxilə kimi qiymətləndirilməlidir. Ona görə də iddiaçılar İddiaçı və Zeynalov X24 şəhəri, H.Əliyev prospekti, 13/15, mənzil 12 ünvanında yerləşən mənzilə köçürülməlidir. Məhkəmə iddiaçının övladları 22 iyun 2012-ci il təvəllüdlü X19 və 29 iyun 2014-cü il təvəllüdlü X13 da onunla birlikdə mübahisəli mənzilə köçürülməsi tələbi ilə bağlı isə aşağıdakıları qeyd edir. İş materialları ilə müəyyən olunur ki, İddiaçı Cavabdeh oğlu X25 ilə birgə nikahlarından 22 iyun 2012-ci il təvəllüdlü X19 və 29 iyun 2014-cü il təvəllüdlü X26 adlı uşaqları da doğulmuş və Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-701/2023 nömrəli, 25 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı ilə X25 arasındakı nikah pozulduqdan sonra 22 iyun 2012-ci il təvəllüdlü X19 və 29 iyun 2014-cü il təvəllüdlü X13 anası İddiaçı yanında saxlanılmaları qət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, 22 iyun 2012-ci il təvəllüdlü X19 və 29 iyun 2014-cü il təvəllüdlü X26 on dörd yaşına çatmadığından və onların yaşayış yeri İddiaçı yaşayış yeri sayıldığından onlar da İddiaçı ilə birlikdə ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia tələbi təmin edilməli; -Cavabdeh adına orderi verilmiş ünvan 4 ünvanında yerləşən mənzildən iddiaçı Cavabdeh Asim oğluna istifadə hüququ verilməklə həmin mənzilə köçürülməli; -Cavabdeh adına orderi verilmiş ünvan 4 ünvanında yerləşən mənzildən İddiaçı istifadə hüququ verilməklə o, azyaşlı uşaqları, 22 iyun 2012-ci il təvəllüdlü X19 və 29 iyun 2014-cü il təvəllüdlü X26 ilə birlikdə həmin mənzilə köçürülməli; -iddia təmin edildiyindən iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh adına order verilmiş ünvan 4 ünvanında yerləşən mənzildən iddiaçı Cavabdeh Asim oğluna istifadə hüququ verilməklə həmin mənzilə köçürülsün. Cavabdeh adına orderi verilmiş ünvan 4 ünvanında yerləşən mənzildən İddiaçı istifadə hüququ verilməklə azyaşlı uşaqları, 22 iyun 2012-ci il təvəllüdlü X19 və 29 iyun 2014-cü il təvəllüdlü X26 ilə birlikdə həmin mənzilə köçürülsün. İddia təmin edildiyindən iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar