Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-329/2021 12.03.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh Fərhad oğluna qarşı aliment tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-350/2020 nömrəli xx xxx 2020-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş aliment miqdarının dəyişdirilərək xx xxxxxxx 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay aylıq qazancının (və ya) başqa gəlirlərin ¼ hissəsi miqdarında alimentin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşin faktiki və mübahisələndirilməyən halları ondan ibarətdir ki, Cavabdeh Fərhad oğlu ilə İddiaçı nikahlarından xx xxxxxxx 2014-cü il tarixdə X3 doğulmuşdur. Naxçıvan Şəhər Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2(078)-552/2019 nömrəli qətnaməsindən aydın olur ki, Naxçıvan Şəhər Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli 2(078)-329/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı dəyişdirilərək Cavabdeh Fərhad oğlundan hər ay sabit pul məbləğində 140 (bir yüz qırx) manat alliment tutularaq xx xxxxxxx 2014-cü il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı ödəniməsi müəyyən edilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2(078)-350/2020 nömrəli qətnaməsinin surətindən aydın olur ki, Naxçıvan Şəhər Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2(078)-552/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı dəyişdirilərək Cavabdeh Fərhad oğlundan hər ay sabit pul məbləğində 160 (bir yüz altmış) manat alliment tutularaq xx xxxxxxx 2014-cü il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı ödəniməsi və müəyyən edilmiş aliment məbləği hazırki iş üzrə məhkəmə qətnaməsi qanuni qüvvəsini aldığı tarixdən hesablanması qət edilmişdir. Naxçıvan şəhər Nikah evi tərəfindən xx xxxxxx 2017-ci il tarixdə verilmiş AZ-İ seriyalı 176664 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən məlum olmuşdur ki, Cavabdeh Fərhad oğlu ilə İddiaçı arasında bağlanmış nikah həmin tarixdə ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 06 nömrəli qeydiyyat aparılmışdır. Məhkəmə iclaslarının vaxtı və yeri barədə İddiaçı rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş və gəlməməyinin səbəbi barədə heç bir məlumat verməmişdir. İddiaçının nümayəndəsi X4 nümayəndəsi olduğu İddiaçı iştirakı olmadan məhkəmə iclasının keçirilməsinə etirazının olmadığını bildirmiş və bunu nəzərə alan məhkəmə işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi X4 iddianı müdafiə edərək izahatında bildirmişdir ki, qızı-iş üzrə iddiaçı boşandıqdan sonra bir neçə dəfə aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, Naxçıvan Şəhər Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2(078)-552/2019 nömrəli qətnaməsi ilə Naxçıvan Şəhər Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli 2(078)- 329/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı dəyişdirilərək Cavabdeh Fərhad oğlundan hər ay sabit pul məbləğində 140 (bir yüz qırx) manat alliment tutularaq xx xxxxxxx 2014-cü il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı ödəniməsi müəyyən edilmişdir. Daha sonra Naxçıvan Şəhər Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2(078)-350/2020 nömrəli qətnaməsi ilə Naxçıvan Şəhər Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2(078)-552/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı dəyişdirilərək Cavabdeh Fərhad oğlundan hər ay sabit pul məbləğində 160 (bir yüz altmış) manat alliment tutularaq xx xxxxxxx 2014-cü il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı ödəniməsi və müəyyən edilmiş aliment məbləği hazırki iş üzrə məhkəmə qətnaməsi qanuni qüvvəsini aldığı tarixdən hesablanması qət edilmişdir. Cavabdeh Fizuli rayonundandır və tərəflər arasında olan məhkəmə mübahisələri nəticəsində icra işinə Nərimanov Rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş və aliment öhdəliyi icra edilir. Cavabdeh özü Qəbələ rayonunda şirkətdə işləyir və qazancı çox yüksəkdir. Lakin dəfələrlə araşdırma aparılsa da, müraciət edilsə də əmək haqqı ilə bağlı arayış əldə edə bilməmişlər. Övladı Vüsalə və qızı Fidan onun himayəsində yaşayır. Uşaq məktəb yaşlıdır və tələbatlarını qarşılamaqda anası çətinlik çəkdiyi üçün yenidən alimentin artırılması ilə bağlı məhkəməyə müraciət etmişdir. Hazırda ödənilən aliment də qaneedici deyil və buna görə də cavabdehdən tutulacaq aliment məbləğinin onun əmək haqqısından tutulmalı olduğunun daha doğru olduğunu düşünür. İddiaçının nümayəndəsi Ə.Mirzəyev sonda qeyd olunanların nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh Fərhad oğluna rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, lakin o, xx.xx.2021-ci il tarixdə məhkəmənin elektron poçt ünvanına ərizə göndərərək məhkəmə iclaslarında üzürlü səbəbdən iştirak edə bilməyəcəyini, onun iştirakı olmadan işə baxılmasını, aliment ödənişlərini gecikdirmədiyini, qızının böyüdüyünü, xərclərinin artdığını anladığını, 2021-ci ilin fevral ayından 200 manat aliment ödədiyini, bundan başqa övladı məktəbə başlayanda alimentdən əlavə 200 manat, ad günündə alimentdən əlavə 100 manat pul göndərdiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh Fərhad oğlunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, cavabdehin ərizəsini və iddia ərizəsini mülki işin materialları ilə əlaqəli şəkildə araşdıraraq belə nəticəyə gəlir ki, iddia ərizəsi əsaslı olduğundan təmin olunmalı, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)- 350/2020 nömrəli xx xxx 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş sabit məbləğdə aliment miqdarı dəyişdirilərək Cavabdeh Fərhad oğlundan qazancın və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq xx xxxxxxx 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinə 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Məhkəmə tərəflərin maddi vəziyyətini və uşağın mənafeyini nəzərə almaqla hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx xxxx 2016-cı il tarixli, 8-2/2016 nömrəli Qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə də, hazırki iş üzrə artırılmış alimentin məbləği məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindiyi vaxtdan tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə iş üzrə 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-350/2020 nömrəli xx xxx 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş sabit məbləğdə aliment miqdarı dəyişdirilsin. Cavabdeh Fərhad oğlundan hər ay qazancın və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq xx xxxxxxx 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə ödənilsin. Hazırki alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Cavabdeh Fərhad oğlundan 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-329/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-329/2021
12.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver