Məhkəmə qərarları › İş №2(078)-331/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Məhkəmə əmri — İş №2(078)-331/2021

15.02.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Naxçıvan şəhəri İş № 2(078)-331/2021 15.02.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, kreditor X2 Borclu qarşı borcun tutulması haqqında məhkəmə əmrinin çıxarılmasına dair ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: X1 Rahib Hacı oğluna qarşı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Borclu onun xeyrinə 3185 manat əsas borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Kreditor ərizəsini onunla əsaslandırmışdır ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu mağazadan cavabdeh Borclu ilə aralarında bağlanmış xx xxxx 2018-ci il tarixli Alqı-satqı Müqaviləsinə əsasən ona 18 ay müddətinə ümumi qiyməti 3185 manat dəyərində olan Hisense televizoru satdığını, cavabdehin alınmış malların dəyərindən ilkin ödəniş etmədən hər ay üçün 176.94 manat ödəmək şərtilə aldığı malın dəyərini ödəməyi öhdəsinə götürdüyünü, lakin borclunun Alqı-satqı Müqaviləsində nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməyərək əsas borcundan bu günədək 0 manat ödəniş etdiyini, qalan 3185 manat əsas borcu indiyədək ödəmədiyini, bununla da Alqı-satqı Müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozduğunu, mülki qanunvericiliyin müddəaları baxımından onunla cavabdeh arasında bağlanmış müqavilənin hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaratdığını, ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbinin də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməli olduğunu, mülki qanunvericiliyin normaları baxımından cavabdehin hərəkətlərinin öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli olduğunu, bunları nəzərə alaraq, cavabdeh Borclu onun xeyrinə 3185 manat əsas borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Ərizəyə əlavə olunmuş xx xxxx 2018-ci il tarixli, 316733 nömrəli Alqı-satqı Müqaviləsindən aydın olur ki, həqiqətən həmin tarixdə kreditor X4 ilə Borclu arasında Alqısatqı Müqaviləsi bağlanmış və tərəflər üzərlərinə müqavilədən irəli gələn bir sıra öhdəliklər götürmüşlər. Alqı-satqı Müqaviləsinin 1.2, 3.1 və 3.4-cü bəndlərinin tələblərinə əsasən, bu müqaviləyə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı əşyanı qəbul edib əvəzinə pul məbləğini (qiyməti) müqavilədə göstərilmiş qaydada və müddətdə ödəməyi öhdəsinə götürür. Satılan əşyanın qiyməti 3185 (üç min yüz səksən beş) AZN təşkil edir. Satılan əşyanın qiyməti alıcı tərəfindən satıcıya 18 (on səkkiz) ay müddətinə ödənilir. Arayışa əsasən, Borclu xx xxxx 2018-ci il tarixli Alqı-satqı Müqaviləsi üzrə 3185 manat əsas borcundan bu günədək 0 manat ödəniş etmiş, onun 3185 manat əsas borcu qalmışdır. Ödəniş cədvəlinə əsasən, Borclu xx xxxx 2018-xx xxxxxx 2019-cu il tarixləri aralığında 176.94 AZN olmaqla, cəmi 3185 AZN ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 276.1-ci maddəsinə əsasən, kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. 276.2.2-ci maddəsinə əsasən, tələb sadə yazılı formada bağlanmış əqdə (lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər istisna olmaqla) əsaslanırsa, məhkəmə əmri verilə bilər. 280-ci maddəsinə əsasən, məhkəmə əmri irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinləmək üçün tərəflər çağırılmadan çıxarılır. Ərizəyə əlavə olunmuş sənədlərlə kreditor X2 tələbinin aşkar olduğu, tələbin sadə yazılı formada bağlanmış əqdə və borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Buna görə də, həmin tələb üzrə məhkəmə əmri verilməsini mümkün hesab edirəm. Kreditorun ərizəsi təmin olunduğu üçün Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ərizə üzrə ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu borcludan kreditorun xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 275, 276, 280 və 281-ci maddələrini rəhbər tutaraq ə m r e t d i m: xx xxx 1987-ci il tarixdə Naxçıvan şəhərində anadan olmuş, haliyədə ünvan 1 ünvanında qeydiyyatda olan Borclu xx xxx 1977-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatda olan və ünvan 3 ünvanında fəaliyyət göstərən X2 xeyrinə 3185 (üç min yüz səksən beş) manat məbləğində əsas borc və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3205 (üç min iki yüz beş) manat məbləğində pul tutulsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün ərzində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar