Məhkəmə qərarları › İş №2(078)-355/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-355/2024

06.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-355/2024 06.03.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, övladları 17 yanvar 2008-ci il təvəllüdlü X4, 11 avqust 2011-ci il təvəllüdlü X3 və 30 noyabr 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay qazancının və (və ya) başqa gəlirlərinin 1/2 hissəsi məbləğində alimentin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq ərizədə qeyd etmişdir ki, o, Cavabdeh ilə 01 sentyabr 2006-cı ildə rəsmi nikah qeyd etdirərək evlənmişdir. Birgə nikahdan 17 yanvar 2008-ci il təvəllüdlü X8, 11 avqust 2011-ci il təvəllüdlü X6 və 30 noyabr 2021-ci il təvəllüdlü X5 adlı 3 övladları olmuşdur. Cavabdeh ilə bir ildir ki, normal yola gedə bilmirlər. 2023-cü ilin noyabr ayından isə nə maddi, nə də ki mənəvi formada onlarla maraqlanmır. İşləmədiyindən uşaqların saxlanılmasında çətinlik çəkir. Buna görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh Naxçıvanda “N” saylı Hərbi Hissədə gizir kimi xidmət etdiyindən ondan uşaqların saxlanılması üçün hər ay qazancının və (və ya) başqa gəlirlərinin 1/2 hissəsi məbləğində alimentin alınaraq ona verilməsini istəyir. Həmçinin “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanuna uyğun olaraq cavabdeh 18 yanvar 2024-cü il tarixdə keçirilən ilkin mediasiya sesiyasında iştirak etməmişdir. Qeyd olunan iddia ərizəsi Naxçıvan Şəhər Məhkəməsinin 26 yanvar 2024-cü il tarixli qərardadı ilə icraata qəbul edilmişdir. 06 mart 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında İddiaçı məhkəməyə ərizə təqdim edərək ərizədə Cavabdeh qarşı aliment tələbi ilə məhkəməyə müraciət etdiyini, hazırda iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin ona geri qaytarılmasını və işinin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh ərizənin baxılmamış saxlanılması ilə bağlı heç bir etirazının olmadığını bildirdi. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən ərizəni mülki iş materialları və qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0. və 259.0.11ci maddələrinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Göstərilən xüsusatları və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərarverdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar