Məhkəmə qərarları › İş №2(078)-381/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-381/2023

03.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-381/2023 03.07.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və iddiaçının vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı sığorta pulunun alınması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, sığorta hadisəsinə (avtoqəza) görə ona ödənilməmiş 9000 (doqquz min) manat sığorta pulunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini əsaslandıraraq qeyd etmişdir ki, xx.xx.2014-cü il tarixdə Şahbuz rayon Polis Şöbəsində xidmət aparan zaman avtoqəza keçirmişdir. İkinci qrup əlillik almışdır. Şahbuz rayon Polis şöbəsinin arayışında qeyd olunmuşdur ki, Polis serjantı İddiaçı 1984-cu il Şahbuz RPŞ-ın YPXQ-ın yol patrul inspektoru xx.xx.2014-cü il tarixdə DİO-da xidməti vəzifəsini yerinə yetirərkən avtomobil qəzası nəticəsində ağır dərəcəli travma almış və təcili olaraq Naxçıvan MR xəstəxanasına aparılmışdır. Naxçıvan MR xəstəxanasında Politravma, Qapalı kəllə-beyin travması, Beyin silkələnməsi, Yumşaq toxumaların əzilməsi, Çənənin və ağız boşluğunun cırılmış yarası, Sol çiyin körpücük bazu sümüyünün qəlpəli sınığı. Travmatik və hemorragik şok, ağır dərəcə, daxili qanaxma, Dalağın cırılması, Splenoektomiyadan sonrakı vəziyyət, Sol gicgah payının araxnoidal kistası., Sol yuxarı ətrafın parezi diaqnozu qoyulmuşdur. Xüsusi həkim komissiyasının qərarında xidmətə yararsız olduğu qeyd olunmuşdur. Avtoqəza keçirməyinə və əlillik qrupu almağına baxmayaraq sığorta pulunu ala bilməmişdir. Mülki iş üzrə məhkəmə baxış iclasının vaxtı və yeri barədə cavabdehə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh təşkilat məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin iştirakının təmin olunmaması ilə bağlı heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. 03 iyul 2023-cü il tarixdə keçirilən məhkəmə baxış iclasında İddiaçı məhkəməyə ərizə təqdim edərək, ərizəsində Cavabdehnə qarşı qaldırdığı sığorta pulunun alınması tələbi ilə bağlı iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin özünə geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə Cavabdeh tərəfindən məhkəməyə iddia ərizəsinin baxılmamış saxlanılması ilə bağlı heç bir etiraz daxil olmamışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən ərizəni mülki iş materialları və qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdehnə qarşı sığorta pulunun alınması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0. və 259.0.11-ci maddələrinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.5-ci maddələrinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia qaldırılarkən İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına xx.xx.2023-cü il tarixli, 26594 nömrəli qəbzlə ödənilmiş 110 (yüz on) manat dövlət rüsumu İddiaçı qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının MPM-in 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r v e r d i: İddiaçı Cavabdehnə qarşı sığorta pulunun alınması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılsın. İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına xx.xx.2023-cü il tarixli, 26594 nömrəli qəbzlə ödənilmiş 110 (yüz on) manat dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan o, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar