Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-437/2024 04.06.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzinə qarşı sağlamlığa dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzinə qarşı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, onun sağlamlığına vurduğu ziyana görə X7 (əvvəlki Doğum Evindən) 30 000 (otuz min) manat pulun və dövlət rüsumu üçün ödədiyi 181 (yüz səksən bir) manat pulun, müalicəni təsdiq edən sənədlərin tərcümə olunması üçün xərclədiyi 75 (yetmiş beş) manat pulun, ümumilikdə 30 256 (otuz min iki yüz əlli altı) manat pulun alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini əsaslandıraraq bildirmişdir ki, 2010-cu ildən Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzi publik hüquqi şəxsin (əvvəlki Doğum Evinin) həkimginekoloqu Hafizə Mirzəyeva onun və uşaqlarının həkimi olmuşdur. Keçən bu müddət ərzində dəfələrlə onun tərəfindən müayinə olunmuşdur və o, ona səhhətinin yerində olduğunu söyləmişdir. 2015-ci ildə balaca qızı dünyaya gəldikdən sonra onda erroziya xəstəliyi yaranmışdır. Hafizə həkim də həmin müddət ərzində onu müalicə etmişdir. Lakin düzgün müalicə etmədiyi üçün onda olan xəstəlik daha da dərinləşmişdir. Hamiləlikdən qorunmaq üçün səhv qoyduğu spiral erroziya xəstəliyini daha da pis hala gətirib çıxarmışdır. 2023-cü ilin fevral ayının 13-də Hafizə Mirzəyeva onu sonuncu dəfə müayinə edərək, erroziyanın tamamilə orqanizmindən yox olunduğunu söyləmişdir. Onun ilk başlarda “xərçəng” xəstəliyi ilə bağlı şübhələri yaranmışdır və o həmin şübhələri Hafizə həkimə bildirsə də, o, ona gülüb belə bir şübhənin əsassız olduğunu söyləmişdir. Onda yaranan qanaxmanın səbəbinin hamiləlikdən qorunmaq üçün qoyulmuş UDV (spiral) olduğunu demişdir və həmin vaxt Hafizə həkim ona “kolpit” diaqnozunu qoyaraq müalicə təyin etmişdir. Bundan sonra ona resept yazmışdır, lakin onun yazdığı reseptdəki dərmanları 1 ay boyunca qəbul etsə də, yanlış diaqnoz olduğu üçün heç bir faydası olmamışdır. Daha sonra Naxçıvan Muxtar Respublikası Respublika Xəstəxanasının həkim-ginekoloqu Günay Bağırsoylu onu USM müayinəsindən keçirtdikdən sonra “xərçəng” xəstəsi olduğundan şübhələnib onu dərhal Bakıda yerləşən Milli Onkologiya Mərkəzindəki Turan həkimin yanına yoxlanış üçün getməyini söyləmişdir və o Turan həkimin yoxlanışı zamanı “xərçəng” xəstəliyinə tutulduğunu öyrənmişdir. Daha sonra 2023-cü ilin mart ayının 20-də Türkiyə Respublikasının Ərzurum şəhərindəki M.K.Atatürk adına X5 müraciət etmiş və yoxlanışdan keçmişdir. Həmin yoxlanışın nəticəsində 2 ay xəstəxanada 25 ədəd şüa, 4 ədəd ximya almışdır. Daha sonra həkimlər onu Ankara Bilkent şəhər Xəstəxanasına 10 gün ərzində müalicə üçün göndərmişdir. Orada da 4 dəfə 2 gün ara ilə şüa almışdır. Beləliklə də, ona Hafizə həkim ən başdan bəri yanlış diaqnoz qoymuş, yanlış müayinə etmişdir və bu yanlış diaqnozlara görə o 30 000 (otuz min) manat xərc çəkmişdir. İndi hal-hazırda xəstəliyi ilə bağlı olaraq Türkiyə Respublikasına müalicə üçün gedir və hər gediş-gəliş üçün 2000 manat xərc çəkir. Bununla bağlı o Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinə müraciət etmişdir. Səhiyyə Nazirliyinin 07 iyul 2023-cü il tarixli 6/683 nömrəli cavab məktubunda bildirilmişdir ki, Hafizə Mirzəyeva işində yol verdiyi məsuliyyətsizliyə görə cəza tədbiri olaraq şöbə müdiri vəzifəsindən azad edilmişdir. Müayinə və müalicə üçün sərf etdiyi vəsaitin həkim Hafizə Mirzəyevadan alınıb ona ödənilməsi Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin səlahiyyəti xaricindədir. O da məcbur qalaraq məhkəməyə müraciət etməli olmuşdur. Ona yanlış qoyulmuş diaqnoza görə 30 000 (otuz min) manat pulun və dövlət rüsumu üçün ödədiyi 181 (yüz səksən bir) manat pulun, müalicəni təsdiq edən sənədlərin tərcümə olunması üçün xərclədiyi 75 (yetmiş beş) manat pulun, ümumilikdə 30 256 (otuz min iki yüz əlli altı) manat pulun cavabdeh X6 alınaraq ona ödənilməsini istəyir. 04 iyun 2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş 23 may 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında məhkəməyə ərizə təqdim edərək növbəti məhkəmə iclasında iştirak edə bilməyəcəyini nəzərə alaraq onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının 23 may 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında məhkəməyə təqdim etdiyi ərizəni nəzərə alaraq Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. 04 iyun 2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzinə və cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bu barədə məhkəməyə məlumat verməmiş, cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 isə məhkəmə iclasına gəlməmiş məhkəmə iclasına gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin və cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İddiaçı 23 may 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında məhkəməyə ərizə təqdim edərək cavabdeh Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzinə qarşı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət etdiyini, iş üzrə üçüncü şəxs X2 tərəfindən məhkəmə iclası zamanı 10000 (on min) manat məbləğində pulun ona təqdim olunduğunu, hazırki iş üzrə iddiasından imtina etdiyini, iş üzrə icraata xitam verilməsini və növbəti məhkəmə iclasında iştirak edə bilməyəcəyini nəzərə alaraq onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. 23 may 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddiaçının iddiasından imtinasının nəzərə alınaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. 23 may 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 iddiaçının iddiasından imtinasının nəzərə alınaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. İddiaçının iddiadan imtina etməsi onun cavabdehə qarşı irəli sürdüyü maddi hüquqi tələbdən və bu tələbin məhkəmədə müdafiəsi hüququndan imtina etməsidir. Məhkəmədə mülki və ya kommersiya mübahisələrinə dair işlərin başlanması bir qayda olaraq, öz adından ərizə ilə məhkəməyə müraciət etmiş şəxsin bilavasitə iradəsinin ifadəsi olduğuna görə onun öz tələbindən imtina etməsi işin icraatının davam etdirilməsini lüzumsuz edir. Ona görə də qanunvericilik iddiaçının iddiadan imtina etməsini bu imtinanın məhkəmə tərəfindən qəbul edildiyi təqdirdə iş üzrə icraata xitam verilməsinin əsası kimi nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Məhkəmə iddiadan imtinaya dair ərizəni araşdırıb hesab edir ki, iddiaçının iddia tələbindən imtina etməsi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından həmin imtina məhkəmə tərəfindən qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0 və 261.0.4-cü maddələrinə əsasən iş üzrə iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.4-cü maddələrinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına xx.xx.2024-cü il tarixli, 19425 nömrəli qəbzlə ödənilmiş 181 (yüz səksən bir) manat məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılmalıdır. Göstərilən xüsusatları və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261, 262-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərarverdi: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzinə qarşı sağlamlığa dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə İddiaçı iddiadan imtinası qəbul olunsun və iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına xx.xx.2024-cü il tarixli, 19425 nömrəli qəbzlə ödənilmiş 181 (yüz səksən bir) manat məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(078)-437/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-437/2024
04.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver