Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-444/2022 29.03.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Borclu qarşı borc tələbi barədə məhkəmə əmri verilməsinə dair ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Borclu qarşı məhkəmə əmri verilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Borclu kreditor "xxxx" MMC-nin xeyrinə 168 manat məbləğində əsas borc, 839 manat məbləğində cərimə borcu və 100 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 1107 manat məbləğində pulun tutulması barədə məhkəmə əmri verilməsini xahiş etmişdir. Məhkəmə əmri verilməsinə dair ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, məhkəmə əmri verilməsinə dair ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, borc tələbi barədə məhkəmə əmri verilməsinə dair ərizədə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Borclu əsas borcla yanaşı, 839 manat məbləğində cərimə borcu tələb etdiyini göstərmiş, lakin ərizəyə cərimə borcunun hesablanması qaydasına və ümumilikdə borc məbləğinə dair sənəd (maliyyə arayışı və s.) əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 276.1-ci maddəsinə əsasən, kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. 278.2, 278.2.4-cü və 278.2.5-ci maddələrinə əsasən, ərizədə kreditorun tələbi və onun əsaslandığı hallar və tələbin əsaslığını təsdiq edən sənədlər göstərilməlidir. 278.4-cü maddəsinə əsasən, ərizənin bu Məcəllənin 278.1-ci və 278.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim ərizəni və ona əlavə olunmuş sənədləri geri qaytarır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə izah olunmalıdır ki, məhkəmə əmri verilməsinə dair ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra əmr icraatı qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə əmri verilməsinə dair ərizə qaytarıldığına görə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 16 mart 2022-ci il tarixli, ********* nömrəli qəbzlə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu qaytarılmalıdır. Ona görə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.2,152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qərara aldım: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Borclu qarşı borc tələbi barədə məhkəmə əmri verilməsinə dair ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 16 mart 2022-ci il tarixli, ********* nömrəli qəbzlə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu qaytarılsın. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə izah olunsun ki, məhkəmə əmri verilməsinə dair ərizənin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra əmr icraatı qaydasında yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan, o rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №2(078)-444/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-444/2022
29.03.2022 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver