Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-464/2025 03.04.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh və cavabdehin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı və iddiaçının vəkili və nümayəndəsi Vəkil1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 02 dekabr 2015-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzə alınmaqla (hər illər üzrə artırılacaq olan ölkə üzrə minimum əmək haqqına münasibətdə indeksasiya olunmaqla) hər ay 246 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə iddiaçının vəkili və nümayəndəsi Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə vermiş, alimentin aylıq qazancının (gəlirlərinin) ¼ hissəsi miqdarında (məbləğində) alimentin alınaraq (alimentin mediasiya təşkilatına müraciət edildiyi vaxtdan hesablanmaqla) tutulması çərçivəsində işə baxılmasını xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(078)-464/2025 nömrəli qərardadı ilə iddia tələbinə “02 dekabr 2015-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh aylıq qazancının (gəlirlərinin) ¼ hissəsi miqdarında (məbləğində) alimentin alınaraq (alimentin mediasiya təşkilatına müraciət edildiyi vaxtdan hesablanmaqla) İddiaçı ödənilməsi” çərçivəsi həddində baxılması qərara alınmışdır. İşin faktiki və mübahisələndirilməyən halları ondan ibarətdir ki, Cavabdeh ilə İddiaçı arasında 11 yanvar 2015-ci il tarixdə Naxçıvan şəhər Nikah evində nikah bağlanmış və bu barədə 494 nömrəli akt qeydi icra edilmişdir. Tərəflərin birgə nikahından 02 dekabr 2015-ci il təvəllüdlü X14 adlı övladı doğulmuşdur. Naxçıvan Şəhər Məhkəməsinin 2(079)-680/2017 nömrəli, 12 dekabr 2017-ci il tarixli qətnaməsi ilə tərəflər arasındakı nikah qeydi pozulmuş, boşanmadan sonra uşaqlar atası İddiaçı oğlunun yanında saxlanılmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Cavabdeh ilə 11 yanvar 2015-ci il tarixdə Naxçıvan şəhər Nikah evində rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşdur. Onların həmin nikahdan 02 dekabr 2015-ci il təvəllüdlü X14 adlı övladı doğulmuşdur. Ailə münasibəti əvvəllər qaydasında olmasına baxmayaraq sonralar pozulmuşdur. Münasibəti artıq düzəlmədiyindən boşanmaq üçün qəti qərara gələrək 19 oktyabr 2015-ci il tarixdə Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək "Nikahın pozulması və 02 dekabr 2015-ci il təvəllüdlü X9 onun yanında saxlanılması tələbi" nə dair iddia qaldırmışdır. Atasının maddi vəziyyəti yaxşı olduğundan aliment tələb etməmişdir. Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsinin 12 dekabr 2017-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə 19 oktyabr 2015-ci il tarixdə Naxçıvan Şəhər Nikah Evində bağlanmış 494 nömrəli nikahın pozulmuş və 02 dekabr 2015-ci il təvəllüdlü X14 onun yanında saxlanılmışdır. Hazırda atası X2 problemlər yaranıb və xəstədir. İşsiz olduğundan maddi vəzivyəti vaxşı deyil. Ona görə də 02 dekabr 2015-ci il təvəllüdlü X1 maddi çətinlik çəkir. Bu səbəbdən də uşağın atası, keçmiş həyat yoldaşı X5 aliment tələb edir. 15 yanvar 2025-ci il tarixdə qanunvericiliyin tələbinə uyğun olaraq X4 müraciət etmişdir. X3 03 fevral 2025-cü il tarixli arayışında da qeyd olunduğu kimi cavabdeh X11 X6 iştirak etməmişdir. Yekun nəticə kimi məhkəməyə müraciət elməli olmuşdur. Məhkəmə iclası zamanı izahat verən İddiaçı izahatında iddianın təmin olunmasını tələb etdiyini, 2015-ci ildə övladı doğulduğunu, 1 yaş 6 aylığından uşaqla birlikdə atasının evinə getdiyini, indiyə qədər cavabdeh tərəfindən uşağa heç bir maddi yardım edilmədiyini, uşağının xərclərinin artdığını, yenidən ailə qurduğunu, yeni ailəsində 1 qızı olduğunu, oğlunun onun yanında qaldığını, yoldaşının Bakıda olduğunu, indi atasının yanında olduğunu, ailəsi ilə birlikdə qaldığını bildirmişdir. Məhkəmə iclası zamanı izahat verən iddiaçının vəkili və nümayəndəsi Vəkil1 izahatında iddiaçının nikahının pozulduğunu, azyaşlı uşağın onun yanında qaldığını, işləmədiyini, uşağın günü-gündən tələbatının artdığını, atasının uşağa etibarnamə verməli olduğunu, uşağa aliment ödənilməli olduğunu, anaya münasibətdə deyil, uşağa münasibətdə alimentin müəyyən edildiyini, hər ay 100 manat aliment ödənilməsi təklifi ilə onun və iddiaçının razılaşmadığını, bu gün uşağı saxlamaq üçün ən az 300-350 manat olduğunu, konkret əməkhaqqının ¼ hissəsi olaraq alimentin təyin edilməsini xahiş etdiyini, tələbinin təmin edilməsini xahiş etdmişdir. Məhkəmə iclası zamanı izahat verən Cavabdeh verdiyi izahatında iddiaçının keçən dəfə onun uşağın saxlanılmasında köməklik etmədiklərini dediyini, onun məktəb formasını aldığını, müəyyən müddət hazırlığına ödəniş etdiyini, uşağa şəhərə getməyi təklif etdiyini, onun uşağının babasını atası kimi tanıtdırdıqlarını, uşağı şəhərə gətirdiyini, bayramda gördüyünü, neçə dəfə paltar aldığını, 2-3 dəfə hazırlığın pulunu verdiyini, yenidən ailə qurduğunu, 2 uşağı olduğunu, 1050 manat əlinə çatan əmək haqqı olduğunu, onkoloji xəstəliyinin olduğunu, xəstəxanaya müraciət etdiyini, əlillik təyin edilməsi üçün 2 ay xəstəxanada qalmalı olduğunu, xəstəliyi ilə əlaqəli işə gedə bilmədiyini, kreditlərinin olduğunu, onların nəzərə alınmasını, 18 yaşına qədər etibarnamə verməyəcəyini, gələn ay Türkiyə gedəcəyini, onun imkanı 100-150 manat aliment ödənilməsinə çatdığını, sağalarsa çox ola biləcəyini bildirmişdir. Məhkəmə iclası zamanı izahat verən cavabdehin vəkili və nümayəndəsi Vəkil2 verdiyi izahatında tərəflərin hər ikisinin ailə qurduğunu, alimentin öhdəlik olduğunu, xalqımızın müəyyən dəyərlərinə, əsasən, müəyyən kateqoriyalara münasibətdə alimentə dair güzəşt edildiyini, Ailə Məcəlləsinin 107-ci maddənin 2-ci hissəsinə, əsasən, aliment öhdəliyin tam və qismən azad edilməli imkanının nəzərdə tutulduğunu, bunun məhkəməyə öhdəlik qoymadığını, hər kəsə aydındır ki, xərçəng xəstəliyi olan şəxsin nə qədər imkanın olması, onun sağlamlığına üçün yaxşı təsir etməyəcəyini, bu detalların nəzərə alınmasını, onun bütün aliment öhdəliyindən xitam verilməsini iddia etmədiyini, alimentin uşağa münasibətdə olduğunu, onun yalnız 107-ci maddənin mövqeyindən çıxış edərək dediyini, məsələyə dar çərçivədə yanaşılmamamsını, konkret halların qanunda nəzərdə tutulduğunu, cavabdhein 100-150 manat aliment ödəmək iqtidarında olduğunu, işləyə bilməsə, belə aliment ödəyə biləcəyini bildirmişdir. Məhkəmənin qiymətləndirməsi: İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: Naxçıvan MR Culfa Rayon İcra Hakimiyyəti Əbrəqunus Kəndi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyini verdiyi xx.xx.2025-ci il tarixli, 13 nömrəli arayışa, əsasən, İddiaçı Culfa Rayon Əbrəqunus kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. İş materiallarına Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(078)- 680/2017 nömrəli qətnaməsi əlavə edilmişdir. X3 xx.xx.2025-ci il tarixli “X6 İştirak edilməməsi barədə” arayışına, əsasən, Cavabdeh mediasiya prosesində iştirak etməmişdir. Naxçıvan Şəhər Nikah Evinin verdiyi AZ-İİİ seriyalı, 532700 nömrəli doğum haqqında şəhadətnaməyə, əsasən, X15 xx.xx.2015-ci ildə Naxçıvan Şəhərində anadan olmuşdur. Naxçıvan Şəhər Nikah Evinin verdiyi AZ-İ seriyalı, 202382 nömrəli nikahın pozulması haqqında şəhadətnaməyə, əsasən, Cavabdeh ilə İddiaçı arasında olan nikah pozulmuşdur. Naxçıvan MR Naxçıvan Şəhər İcra Hakimiyyəti 2№li Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyini verdiyi xx.xx.2025-ci il tarixli, 222 nömrəli arayışa, əsasən, Yusifov X8 Şəhəri, Ağamalıoğlu ev 12A ünvanında qeydiyyatdadır. Naxçıvan MR Səhiyyə Nazirliyi Onkoloji Mərkəzin xx.xx.2025-ci il tarixli, 156 nömrəli arayışa, əsasən, Cavabdeh xx.xx.2024-cü il tarixdən Naxçıvan MR Onkoloji Mərkəzdə qeydiyyatda durur. İş materiallarına Cavabdeh xx.xx.2019-cu il tarixli əmək müqaviləsi əlavə edilmişdir. İş materiallarına Cavabdeh xx.xx.2025-ci il tarixli epikriz sənədləri əlavə edilmişdir. Babək "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli, 030 nömrəli arayışına, əsasən, Cavabdeh Babək "xxxx" ASC-də işləməsi müəyyən edilmişdir Babək "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli 12 ay ərzində hesablanmış əmək haqqısı haqqında arayışa, əsasən, Cavabdeh illik əmək haqqı 12449.09 manat müəyyən edilmişdir. İş materiallarına Cavabdeh aid Azərbaycan Kredit Bürosundan və “Azərbaycan Beynəlxalq Bank”ından çıxarış əlavə edilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsini mülki işin materialları ilə əlaqəli şəkildə araşdıraraq belə nəticəyə gəlir ki, iddia ərizəsi əsaslı olduğundan təmin olunmalı, Cavabdeh qazancın və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq xx.xx.2015-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinə 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddəsinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarına əsasən nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Buna görə də hazırki qətnamə ilə müəyyən edilən aliment məbləği bu barədə tələbin əsasının yəni alimentin tutulması qaydasının dəyişdirilməsinə dair ərizə ilə müraciət edildiyi vaxtdan xx.xx.2025-ci il tarixdən tutulmalıdır. Məhkəmə bu nəticəyə gələrkən “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarını da nəzərə almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə iş üzrə 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. Cavabdeh 17 mart 2025-ci il tarixdə hesablanmaqla hər ay qazancın və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq 02 dekabr 2015-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə ödənilsin. Qətnamə dərhal icra olunsun. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №2(078)-464/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-464/2025
03.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver