Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-479/2022 11.04.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızı İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2nə, Cavabdeh3, Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı alqı-satqı müqaviləsinin ləğvi, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısının ləğvi, torpaq sahəsinin qaytarılması tələbinə dair iddia ərizəsinə baxaraq, müəyyən e t d i m: İddiaçı məhkəməyə müraciət edərək, 06.07.2010-cu il tarixdə Mikayıl Cavabdeh1 ilə Məmmədzadə Muraz Məmmədəli oğlu arasında Şərur rayonu Dərəkənd kəndində yerləşən, paylı mülkiyyətinə verilmiş 0.8537 ha həyətyanı torpaq sahəsi barədə bağlanmış Sədərək Rayon DNK-da qeydiyyata alınan 4-Ə-99 nömrə alqı-satqı müqaviləsinin ləğv olunması, Cavabdeh3 adına **********63 reyestr nömrə ilə Naxçıvan MR daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış qeydiyyatın ləğv olunması və torpaq sahəsinin mülkiyyətlərinə qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı vəkili və nümayəndəsi Vəkil 11 aprel 2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək ərizəsində İddiaçı Cavabdeh1 və qeyrilərindən alqı-satqı müqaviləsinin ləğvi, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısının ləğvi, torpaq sahəsinin qaytarılması tələbi ilə bağlı iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin ona qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1 və 152.1.9-cu maddələrinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hazırki vəziyyətdə iddiaçının vəkil və nümayəndəsi iddia ərizəsinin geri qaytarılması barədə ərizə ilə məhkəməyə müraciət etdiyindən, məhkəmə Azərbaycan Respublikası Mülki– Prosessual Məcəlləsinin yuxarıda qeyd olunan normasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, İddiaçı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər ona geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263.1-ci maddəsinin tələbinə görə məhkəmə işi mahiyyəti üzrə həll etmədikdə məhkəmə aktını qərardad formasında çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.2, 152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı cavabdehlər Cavabdeh1, Sədərək rayon Noitariat Ofisinə, Cavabdeh3, Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı alqı-satqı müqaviləsinin ləğvi, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısının ləğvi, torpaq sahəsinin qaytarılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(078)-479/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-479/2022
11.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver