Məhkəmə qərarları › İş №2(078)-498/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-498/2021

16.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-498/2021 16.05.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, X3 Cavabdeh qarşı aliment tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən е t d i: X6 15 aprel 2021-ci ildə iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, 02 fevral 2020-ci il tarixdə Naxçıvan şəhərində doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay Cavabdeh aylıq qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında alimentin tutularaq X4 ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O, tələbini əsaslandıraraq qeyd etmişdir ki, el adəti ilə toy edərək Cavabdeh ilə evlənib. 18 dekabr 2019-cu il tarixdə Naxçıvan şəhər Qeydiyyat şöbəsində rəsmi olaraq nikahlarını nikah akt qeydləri kitabında 342 nömrə ilə qeydiyyatdan keçirmişlər. Birgə nikahdan birgə yaşadıqları müddətdə 02 fevral 2020-ci il tarixdə oğlanları X7 doğulmuşdur. Evli olduqları bu vaxt ərzində Cavabdeh ailəsinin dolanışığı ilə maraqlanmamış və maddi cəhətdən təmin etməmişdir. Cavabdeh hərbiçidir, N saylı hərbi hissədə qulluq edir. Ona görə də o, məcburiyyət qarşısında qalaraq Cavabdeh övladına aliment ödəməsini istəyir. İddiaçı X6 tələbini müdafiə edərək el adəti ilə toy edərək Cavabdeh ilə evləndiyini, 18 dekabr 2019-cu il tarixdə Naxçıvan şəhər Qeydiyyat şöbəsində rəsmi olaraq nikahlarını nikah akt qeydləri kitabında 342 nömrə ilə qeydiyyatdan keçirdiklərini, birgə nikahlarından birgə yaşadıqları müddətdə 02 fevral 2020-ci il tarixdə övladları X5 doğulduğunu, evli olduqları vaxt ərzində Cavabdeh ailəsinin dolanışığı ilə maraqlanmadığını, uşaq doğulmamışdan əvvəl atasının evinə getdiyini, uşaq doğulan vaxt cavabdehin xəstəxanaya gəlmədiyini, uşaq doğulduqdan sonra da uşaqla maraqlanmadığını, heç bir ehtiyacını qarşılamadığını, hətta uşağın 1 yaşının tamam olmasına baxmayaraq cavabdehin öz övladını heç bir dəfə belə görmədiyini, cavabdehin hərbiçi olduğunu, işləməsinə baxmayaraq övladları X1 üçün ona heç bir köməklik etmədiyini, Babəkdən aylıq qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında aliment tutulmasını istədiyini qeyd edərək iddiasının təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmədə verdiyi izahatında hazırda iddiaçı ilə ayrı yaşadıqlarını, övladının 1 yaşının olmasına baxmayaraq onu hələ də görmədiyini, uşağın ehtiyacları üçün iddiaçıya heç bir məbləğ ödəmədiyini, iddiaçı ilə uşağın saxlanması üçün aralarında hər hansı bir saziş olmadığını, iddiaçı ilə aralarında yaşanan problemlərə görə iddiaçının yaşadığı evə gedib övladını görmədiyini, N saylı hərbi hissədə hərbiçi işlədiyini, ayda 500 (beş yüz) manat məbləğində əməkhaqqı aldığını, övladına aliment ödəməyə etiraz etmədiyini, övladının saxlanması üçün onun aylıq qazancının (başqa gəlirlətrinin) 1/4 hissəsi miqdarında aliment təyin edilməsinə razı olduğunu bildirərək iddiaçının iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Naxçıvan şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş 18 dekabr 2019-cu il tarixli, AZ-İİ seriyalı, 156819 nömrəli nikah haqqında şəhadətnamənin təsdiqli surətindən Cavabdeh ilə X6 arasında 18 dekabr 2019cu il tarixdə nikahın bağlanması, bunun nikahın bağlanması haqqında akt qeydləri kitabında 342 nömrə ilə qeyd edilməsi və nikahın bağlanması zamanı iddiaçının özünə cavabdehin soyadını, yəni “Ağayeva” soyadını seçməsi aydın olur. İş materiallarına əlavə olunmuş Naxçıvan şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş 18 fevral 2020-ci il tarixli, AZ-İV seriyalı, 462397 nömrəli doğum haqqında şəhadətnamənin təsdiqli surətindən iş üzrə tərəflərin 02 fevral 2020-ci il tarixdə X7 adlı övladlarının doğulması aydın olur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmamış X7 hazırda iddiaçının yanında qaldığından və cavabdeh uşağının saxlanmasında iştirak etmədiyindən uşağın saxlanması üçün cavabdehdən aliment tutulmasına dair iddia tələbi əsaslıdır. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan şəxslər arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti, yəni alimenti ödəməyə borclu olur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsində əks olunmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1 və 76.1.1-ci maddələrinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Buna görə də hazırki qətnamə ilə müəyyən edilən aliment məbləği bu barədə məhkəməyə müraciət olunan vaxtdan 15 aprel 2021-ci il tarixdən tutulmalıdır. Məhkəmə bu nəticəyə gələrkən “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarını da nəzərə almışdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq, cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Mülki işə baxılması zamanı isə cavabdehin dövlət rüsumu ödəməkdən azad edilməsinə əsas olan hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edildiyindən dövlət rüsumu cavabdehdən tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə iş üzrə 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia təmin olunmalı; -“15” aprel 2021-ci il tarixdən hesablanmaqla, Cavabdeh hər ay aylıq qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında aliment tutularaq 02 fevral 2020-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün uşağın anası X4 ödənilməli; -Cavabdeh 30 (otuz) manat miqdarında rüsum tutularaq, dövlət büdcəsinə keçirilməli; - qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MülkiProsessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. “15” aprel 2021-ci il tarixdən hesablanmaqla, Cavabdeh hər ay aylıq qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında aliment tutularaq 02 fevral 2020-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün uşağın anası İddiaçı ödənilsin. Cavabdeh 30 (otuz) manat miqdarında dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar