Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-514/2023 26.04.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək övladları 22 iyul 2016-cı il təvəllüdlü X2 və 26 yanvar 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün sabit məbləğdə 220 (iki yüz iyirmi) manat olmaqla 440 (dörd yüz qırx) manat alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki və mübahisələndirilməyən halları bundan ibarətdir ki, tərəflər 04 sentyabr 2015-ci il tarixdə Naxçıvan şəhər Nikah evində rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş və bu barədə nikah akt qeydləri kitabında 394 nömrə ilə qeyd aparılmışdır. Tərəflərin nikahlarından 22 iyul 2016-cı il təvəllüdlü X5 və 26 yanvar 2018-ci il təvəllüdlü X3 adlı övladları vardır. Tərəflər arasındakı nikah Naxçıvan Şəhər Məhkəməsinin 17 aprel 2023-cü il tarixli 2(078)-425/2023 nömrəli qətnaməsi ilə pozulmuşdur. Məhkəmə iclası zamanı İddiaçı izahatında bildirmişdir ki, o, Cavabdeh ilə 04 sentyabr 2015-ci il tarixdə Naxçıvan şəhər Nikah evində rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş, birgə nikahlarından 22 iyul 2016-cı il təvəllüdlü X5 və 26 yanvar 2018-ci il təvəllüdlü X3 adlı övladları vardır. Onu yola vermədiklərindən 1 ay bundan əvvəl evdən qovublar. Cavabdeh nikahın pozulması barədə məhkəməyə müraciət etmişdir, mülki iş hazırda məhkəmənin icraatındadır. Naxçıvan şəhərində işlədiyi üçün hazırda övladları ilə birlikdə kirayədə yaşayır. O uşaqlarını saxlamaqda çətinlik çəkir. Əvvəl mediasiya prosesində alimentlə bağlı aralarında razılıq olmuş, orada razılaşmışdır ki, hər ay iki uşaq üçün 200 manat aliment ödəsin. Sonra həmin məbləğ uşaqların saxlanılması üçün yetərli olmadığından yenidən mediasiyaya müraciət etmiş, orada cavabdeh razılaşmadığı üçün məhkəmədə iddia qaldırmışdır. Pərvin Naxçıvan şəhər Peşə Liseyində gözətçi işləyir, əlavə olaraq İİİ qrup əlilliyə görə də pensiya alır, bir neçə aydır ki, Nəqşicahan Holdingdə götürəkçi kimi usta yanında işləyir, hazırda hər ay 1000 manata yaxın qazancı alır. Halhazırda qiymətlər qalxdığından uşaqların yeyib-içməyini, geyimini və digər tələbatlarını ödəməyə maddi baxımdan əziyyət çəkir. Kirayə yaşayır. Pərvin hazırda özünün, ataanasının yaşadığı evin ikinci mərtəbəsində özləri üçün ev tikmiş və kredit götürdüyü üçün hər ay kredit ödəyir. O yaşamadığı ev üçün kredit ödəyir. Ona görə də Pərvindən iki uşağın yetkinlik yaşına çatanadək saxlanılamları üçün hər birinə 220 manat aliment tələb edir. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında Cavabdeh izahatında iddianı qəbul etməyib bildirmişdir ki, iddiaçının tələb etdiyi aliment məbləği çox yüksəkdir. O 330 manat əmək haqqı alır, 300 manat da pensiya alır. Hər ay banka 170 manat kredit ödəyir. Bir-iki ay olar ki, Nəqşicahan Holdingdə götürəkçi olaraq usta yanında işləyir, gündəlik 15 manat qazancı olur, hər gün iş olmur, getdiyi halda həmin pul ona verilir. Onlar birgə nikahda olarkən bankdan pul götürüb ata evində əlavə otaqlar tikmişlər, indi də hər ikisi hazırda Banka olan borcu ödəyir. Qalan 200 manatı da uşaqlar üçün aliment verir. İddiaçı bir neçə ay bundan əvvəl alimentlə bağlı mediasiyaya müraciət etdi və orada razılaşdılar ki, hər ay 100 manat aliment ödəsin. Lakin sonra iddiaçı təkrar mediasiyaya müraciət etdi və bildirdi ki, bu məbləğ onu qane etmir. O da iddiaçının tələbi ilə razılaşmamışdır. Qanunda əmək haqıqnın üçdə biri hissəsində aliment tutulmasından söz açılır. Ona görə də o 200 manatdan artıq aliment ödəməyəcəkdir. Qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qiymətləndirməsi: Hazırki mübahisə üzrə iddia tələbinin qanuni əsası Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsidir. Həmin maddəyə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 8.2 və 8.7-ci bəndlərində məhkəmələrə tövsiyyə olunmuşdur ki, “Məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 13-cü maddəsində qeyd olunmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 17-ci maddəsində qeyd olunur ki, uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Həmin Qanunun 19-cu maddəsində isə qeyd olunur ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Valideynlərin uşaqlar barəsində hüquq və vəzifələrinin həyata keçirilməsinə dövlət orqanlarının Qarışmasına yalnız qanunla nəzərdə tutulmuş hallarda və uşağın maraqları naminə yol verilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.2-ci maddəsinə əsasən, analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir. Həmin Məcəllənin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu isə hər il müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Qanunvericiliyin yuxarıda sadalanan normalarının mənasından da göründüyü kimi alimentin müəyyən edilməsi zamanı həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması müəyyənləşdirilir. Bu zaman müəyyənləşdiriləcək məbləğ uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasına kifayət etməklə yanaşı respublika ərazisində uşaqlar üçün müəyyən olunan yaşayış minimumuna uyğun olmalıdır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü ildə yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir Məhkəmə işin faktiki və hüquqi hallarını mülki işin materialları ilə qarşılıqlı və əlaqəli şəkildə araşdırıb, həmçinin toplanmış sübutları tədqiq edib onları qiymətləndirərək bir uşaq üçün yaşayış minimumunun ölkə üzrə 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən olunmasını, 22 iyul 2016-cı il təvəllüdlü X2 və 26 yanvar 2018-ci il təvəllüdlü X1 hal-hazırda anası İddiaçı yanında yaşamasını, uşağın xüsusi qulluq və qidalanmaya ehtiyacını və həyat şərtlərinə uyğun gündəlik tələbatlarını nəzərə alaraq cavabdehdən hər ay sabit məbləğdə bir uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla iki uşaq üçün ümumilikdə 300 (üç yüz) manat miqdarında alimentin müəyyən olunmasını ağlabatan hesab edir və belə nəticəyə gəlir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh hər ay sabit məbləğdə bir uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla iki uşaq üçün ümumilikdə 300 (üç yüz) manat miqdarında aliment tutularaq 22 iyul 2016-cı il təvəllüdlü X2 və 26 yanvar 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə ödənilməli, iddia tələbi qalmış hissədə rədd edilməlidir. Məhkəmə iddia tələbinin qalan hissəsini rədd edərkən cavabdehin iddia tələbində qeyd edilən alimentin ödənilməsinə kifayət edəcək qazancı olmasına dair iddiaçının mötəbər sübut təqdim etmədiyini nəzərə alır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixdə Naxçıvan MR Təhsil Nazirliyi Naxçıvan şəhər Peşə Liseyi tərəfindən verilmiş 46 nömrəli arayışda qeyd edilmişdir ki, Quliyev X4 gözətçi vəzifəsində işləyir və aylıq əmək haqqısı 310 manatdır. xx.xx.2023-cü il tarixdə Naxçıvan MR DSMF phş Naxçıvan şəhər İdarəsi tərəfindən verilmiş 816 nömrəli arayışda qeyd edilmişdir ki, Cavabdeh xx.xx.2016-cı il tarixdən İdarədən müddətsiz 3-cü dərəcəli əlilliyə görə hər ay 327.2 manat pensiya alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddəsinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarına əsasən nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Məhkəmə Cavabdeh məhkəmə iclasında alimentin 200 manatdan artıq məbləğdə ödənilməməsi barədə arqumentlərini əsassız hesab edir. Belə ki, cavabdeh izahatında alimenti 200 manat miqdarında-əmək haqqının üçdə biri hissəsində ödənilməli olduğunu qanunun tələbi olması ilə əsaslandırmış, daha artıq məbləğdə aliment təyin edilməsini bu tələbə uyğun olmadığını bildirmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş iş yerindən arayış və pensiya alması barədə arayışlardan aydın olur ki, cavabdehin tək əmək haqqısı yox, həm iş yerindən əmək haqqısı, həm pensiya alması mübahisəsizdir. Əlavə olaraq izahatında cavabdeh üçüncü bir gəliri olmasını təsdiq edərək Nəqşicahan Holdingdə götürəkçi olaraq usta yanında işlədiyini, işlədiyi günlərdə hər gün 15 manat qazancı olduğunu bildirmişdir. Bütün bunlardan aydın olur ki, cavabdehin qazancı sabit deyil, qeyrimüntəzəm və dəyişkəndir. Buna görə də ondan uşaqlarının saxlanılması üçün müəyyən edilən aliment məbləği əmək haqqı hissəsi kimi yox sabit pul məbləğində müəyyən edilməli, övladlarının hüquq və mənafeyinin qorunması həlledici amil kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası MPM-in 234.2.1-ci maddəsində alimentlərin alınması haqqında qətnamə dərhal icra olunur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Buna görə də hazırki qətnamə ilə müəyyən edilən aliment məbləği bu barədə məhkəməyə müraciət olunan vaxtdan-xx.xx.2023-cü il tarixdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə iş dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Lakin həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə uyğun olaraq Cavabdeh 56 (əlli altı) manat (300 manat x12 ay=3600 manat, qiymətləndirilən iddia üzrə iddianın qiyməti 1000 manatdan çox olduqda 30+qalan məbləğin 1%, yəni 26 manat= 56 manat) dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 07 mart 2023-cü il tarixdən başlayaraq hər ay sabit məbləğdə bir uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla iki uşaq üçün ümumilikdə 300 (üç yüz) manat miqdarında aliment tutularaq 22 iyul 2016-cı il təvəllüdlü X2 və 26 yanvar 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı ödənilsin. Qətnamə dərhal icra olunsun. İddia qalan hissədə rədd olunsun. Cavabdeh iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 56 (əlli altı) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №2(078)-514/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-514/2023
26.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver