Məhkəmə qərarları › İş №2(078)-547/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-547/2022

23.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-547/2022 23.06.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçının nümayəndəsi X3 və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 01 iyul 2017-ci il tarixdə doğulmuş X7 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay sabit pul məbləği olan 150 (bir yüz əlli) manat pul vəsaitinin aliment qismində alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdir ki, 16 may 2016-cı il tarixdə X17 ilə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşdur. Birgə nikahdan 01 iyul 2017-ci il tarixdə X16 adlı övladları olmuşdur. Xasiyyətləri uyğun gəlmədiyindən Babək Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli qətnaməsinə əsasən nikahları pozulmuş və atası Atəş Quliyevdən uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 110 (bir yüz on) manat sabit pul məbləği olan aliment pulunun alınıb ona verilməsi qət edilmişdir. Naxçıvan MR Ağır Cinayətlər Məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli hökmü ilə X17 Azərbaycan Respublikası CM-nin 178.4-cü maddəsi ilə təqsirli bilinib on il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. O, iki ay müddətində aliment pulu ödəmiş, lakin barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçildiyindən aliment pulu ödəmir və artıq onun aliment pulu ödəməsi mümkün deyildir. Naxçıvan Şəhər Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli, 2(078)- 80/2022 nömrəli qətnaməsi ilə Cavabdeh İddiaçı qarşı uşaqla ünsiyyətdə olan maneənin aradan qaldırılması tələbinə dair işə baxaraq Cavabdeh iddiası təmin edilmişdir. Həmin qətnamədən açıq aydın görünür ki, Cavabdeh X7 babasıdır. Cavabdehin müvafiq dövlət orqanlarından Cavabdeh X7 babası olmasını təsdiq edən sənədi əldə etmək imkanı yoxdur. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iddiaçıya mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. İddiaçının nümayəndəsi X3 nümayəndəsi olduğu İddiaçı iştirakı olmadan məhkəmə iclasının keçirilməsinə etirazının olmadığını bildirməsini nəzərə alan məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı izahat verən iddiaçının nümayəndəsi X5 izahatında qızı İddiaçı 16 may 2016-cı il tarixdə X17 ilə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurduğunu, onların birgə nikahından 01 iyul 2017-ci il tarixdə X16 adlı övladlarının doğulduğunu, onların xasiyyətləri uyğun gəlmədiyindən Babək Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli qətnaməsinə əsasən nikahlarının pozulduğunu, həmin qətnamə ilə uşağın İddiaçı yanında saxlanılmasının və uşağın atası Atəş Quliyevdən uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 110 (bir yüz on) manat sabit pul məbləğində aliment tutulmasının qət edildiyini, Naxçıvan MR Ağır Cinayətlər Məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli hökmü ilə X11 Azərbaycan Respublikası CM-nin 178.4-cü maddəsi ilə təqsirli bilinib on il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edildiyini, Atəşin nikah pozulduqdan sonra cəmi iki ay müddətində aliment pulu ödədiyini, lakin onun barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçildikdən sonra aliment pulu ödəmədiyini, artıq onun aliment pulu ödəməsinin də mümkün olmadığını, qızı İddiaçı hal-hazırda X2 metodist vəzifəsində işlədiyini, onun 470 (dörd yüz yetmiş) manat əmək haqqı aldığını, lakin uşağın aldığı travmalar nəticəsində davamlı müalicəyə ehtiyacı olduğunu, iddiaçının da həmin müalicə xərclərini tək başına ödəyə bilmədiyini, iddiaçının məcbur qalaraq uşağın müalicəsi üçün bankdan kredit götürdüyünü, hal-hazırda hər ay banka kredit borcu ödədiyini, bütün bunları nəzərə alaraq cavabdehdən aliment tələb etdiyini, baba olaraq cavabdehin uşağın saxlanılması üçün kömək etməli olduğunu bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı izahat verən Cavabdeh izahatında İddiaçı X17 ilə 16 may 2016-cı il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurduğunu, onların birgə nikahından 01 iyul 2017-ci il tarixdə X16 adlı övladlarının doğulduğunu, Babək Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli qətnaməsi ilə onların nikahlarının pozulduğunu, həmin qətnamə ilə uşağın İddiaçı yanında saxlanılmasının və uşağın atası Atəş Quliyevdən uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 110 (bir yüz on) manat sabit pul məbləğində aliment tutulmasının qət edildiyini, hazırda oğlu Atəşin cinayət törətdiyinə görə cinayət məsuliyyətinə cəlb edilərək azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyini, hazırda onun cəzaçəkmə müəssisəsində cəza çəkdiyini, Atəşin heç bir yerdən gəliri olmadığından uşaq üçün müəyyən edilmiş alimenti ödəyə bilmədiyini, özünün də baba olaraq oğlunun ödəməli olduğu alimenti ödəməyə maddi imkanı çatmadığını, ona görə də Atəşin aliment borcu yarandığını, iddiaçının ondan aliment tələb etməsinə baxmayaraq onun uşaq üçün aliment ödəmək imkanı olmadığını, qızının tələbə olduğunu, onun təhsil xərclərini özünün qarşıladığını, arvadının xəstə olduğunu, onun müalicələri üçün bütün xərcləri özünün çəkdiyini, cəzaçəkmə müəsissəsində olan oğlunun da ehtiyaclarını qarşılaması üçün ona hər ay pul göndərdiyini, hazırda kirayədə yaşadıqlarını, bütün bunları qarşılamaq üçün maddi imkanının kifayət etmədiyini, nəvəsi üçün aliment ödəməyə imkanı olmadığını, nəvəsinin anası Gülnarın işlədiyini, onun uşağının ehtiyaclarını qarşılamalı olduğunu, iddiaçının əsl niyyətinin aliment tələbi olmadığını, iddiaçının nəvəsi ilə ona verilmiş ünsiyyətin icrasına maneə olmaq üçün belə bir iddia qaldırdığını, yoxsa əsl həqiqətdə iddiaçının uşağın saxlanılması üçün maddi imkanı olduğunu bildirərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Mülki iş materiallarını və işdə iştirak edən şəxslərin izahatlarını tədqiq edən məhkəmə müəyyən edir ki, X17 ilə İddiaçı 16 may 2016-cı il tarixdə nikaha daxil olması, onların birgə nikahından 01 iyul 2017-ci il təvəllüdlü X16 adlı uşaqlarının doğulması, qeyd edilən şəxslər arasında bağlanmış nikahın Babək rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli, 2(079)- 112/2021 nömrəli qətnaməsi ilə pozulması, onlar arasında olan nikahın pozulmasından sonra onların birgə nikahlarından olan X7 qeyd edilən məhkəmə qətnaməsi ilə anasının yanında qalmasının və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 110 (bir yüz on) manat sabit pul məbləğində alimentin X8 alınaraq İddiaçı ödənilməsinin müəyyən edilməsi, X11 azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, onun hal-hazırda cəza çəkmə müassisəsində cəza çəkməsi, onun tərəfindən uşağın saxlanılması üçün müəyyən edilmiş alimentin ödənilməməsi, cavabdehin X7 babası olması, iddiaçının hazırda işləməsi işin mübahisəsiz hallarıdır. Yuxarıda sadalanan halların işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: -mülki iş materiallarına əlavə edilmiş Babək Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli, 2(079)-112/2021 nömrəli qətnaməsindən X17 ilə İddiaçı 16 may 2016-cı il tarixdə nikaha daxil olması; - iş materiallarına əlavə olunmuş Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 06 sentyabr 2017-ci il tarixli, AZ-İİİ seriyalı, 959810 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X17 ilə İddiaçı birgə nikahından 01 iyul 2017-ci ildə X16 adlı övladlarının doğulması; - mülki iş materiallarına əlavə edilmiş Babək Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli, 2(079)-112/2021 nömrəli qətnaməsindən və Babək Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 07 sentyabr 2021-ci il tarixli, AZ-İ seriyalı, 400259 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X17 ilə İddiaçı arasında bağlanmış nikahın pozulması; - mülki iş materiallarına əlavə edilmiş Babək Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli, 2(079)-112/2021 nömrəli qətnaməsinin təsdiq edilmiş surətindən yuxarıda qeyd edilən şəxslər arasında nikahın pozulmasından sonra onların birgə nikahından olan X7 iş üzrə iddiaçının yanında qalmasının və 01 iyul 2017-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün 01 fevral 2021-ci il tarixdən hesablanmaqla 110 (bir yüz on) manat sabit pul məbləğində alimentin X8 tutularaq İddiaçı ödənilməsinin qət edilməsi; -iddia ərizəsinə əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli hökmündən X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə təqsirli bilinib, 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi; -iş materiallarında olan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi tərəfindən iddiaçıya göndərilmiş 29 noyabr 2021-ci il tarixli, 1337 nömrəli məktubda Babək Rayon Məhkəməsinin 2(079)-202/2021 nömrəli, 07 iyul 2021-ci il tarixli icra vərəqəsinə əsasən borclu X9 30030 manat məbləğində pulun və Babək Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli, 2(079)-112/2021 nömrəli icra vərəqəsinə əsasən 01 fevral 2021-ci il tarixdən hesablanmaqla hər ay bir uşağın saxlanılması üçün 110 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı xeyrinə ödənilməsinin qət edildiyinin, icra vərəqələrinin icra olunması üçün Babək Rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olduğunun, borclunun əmlak və gəlirlərinin müəyyən edilməsi məqsədilə müvafiq orqanlara sorğu verildiyinin, lakin borclunun adına tələbin yönəldilə biləcəyi heç bir əmlak və gəlirin aşkar olunmadığının, borclu X12 Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X14 Müəssisəsində cəza çəkdiyinin, onun pul tələbi üzrə borclu olduğu icra vərəqəsi üzrə ödəniş etmədiyinin, aliment tələbi üzrə borclu olduğu icra sənədi üzrə isə 01 dekabr 2021-ci il tarixə 880 manat aliment borcu yarandığının qeyd olunması; -iş materiallarında olan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsi tərəfindən iddiaçıya göndərilmiş 16 dekabr 2021-ci il tarixli, 209472/5xx-xx/2021 nömrəli məktubda Babək Rayon Məhkəməsinin 2(079)-202/2021 nömrəli, 07 iyul 2021-ci il tarixli icra vərəqəsinə əsasən borclu X9 30030 manat məbləğində pulun alınaraq X6 ödənilməsi və həmin Məhkəmənin 17 iyun 2021-ci il tarixli, 2(079)- 112/2021 nömrəli icra vərəqəsinə əsasən 01 fevral 2021-ci il tarixdən hesablanmaqla bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün X9 hər ay 110 manat miqdarında alimentin alınaraq X6 ödənilməsinin qət edildiyinin, icra sənədlərinin qanuna müvafiq qaydada icraya yönələrək, icraata başlamaq haqqında qərarların surətlərinin məhkəməyə və tərəflərə göndərildiyinin, icra sənədinin könüllü icra müddətində icra olunmadığından A.V.Quluyevin əmlaklarının və gəlirlərinin olub-olmaması barədə müvafiq orqanlara sorğu edildiyinin, əmlakının və digər gəlirlərinin olmadığının müəyyən edildiyinin, aparılan icra tədbirləri nəticəsində borclu A.V.Quluyevin məhkum olunub-olunmaması ilə bağlı Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə sorğu edildiyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin məktubunda X12 10 il müddətinə X14 Müəssisəsində cəza çəkdiyinin qeyd edildiyinin, borclu Quliyev Atəşin atası Cavabdeh ilə icra sənədi üzrə müəyyən olunmuş 110 (bir yüz on) manat aliment pulunun, aylar üzrə yaranmış 990 manat aliment borcunun və 30030 manat borc məbləğinin ödənilməsi barədə əlaqə saxlanıldığının, lakin onun maddi imkanı olmadığından aylıq aliment pulunu və borcları ödəyə bilməyəcəyini bildirdiyinin, Babək Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli, 2(079)-112/2021 nömrəli aliment tələbi üzrə olan icra vərəqəsinin icra olunması üçün Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X14 müəssisəsinə göndərildiyinin qeyd olunması; -iş materiallarında olan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsi tərəfindən iddiaçıya göndərilmiş 07 iyun 2022-ci il tarixli, 126441/2xx-xx/2022 nömrəli məktubda Babək Rayon Məhkəməsinin 2(079)-202/2021 nömrəli, 07 iyul 2021-ci il tarixli icra vərəqəsinə əsasən borclu X9 30030 manat məbləğində pulun alınaraq X6 ödənilməsi və həmin Məhkəmənin 17 iyun 2021-ci il tarixli, 2(079)- 112/2021 nömrəli icra vərəqəsinə əsasən 01 fevral 2021-ci il tarixdən hesablanmaqla bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün X9 hər ay 110 manat miqdarında alimentin alınaraq X6 ödənilməsinin qət edildiyinin, icra sənədlərinin qanuna müvafiq qaydada icraya yönələrək, icraata başlamaq haqqında qərarların surətlərinin məhkəməyə və tərəflərə göndərildiyinin, icra sənədinin könüllü icra müddətində icra olunmadığından A.V.Quluyevin əmlaklarının və gəlirlərinin olub-olmaması barədə müvafiq orqanlara sorğu edildiyinin, əmlakının və digər gəlirlərinin olmadığının müəyyən edildiyinin, borclu Quliyev Atəşin atası Cavabdeh ilə icra sənədi üzrə müəyyən edilmiş 110 manat aliment pulu üzrə aliment borcunun ödənilməsi ilə bağlı şöbəyə dəvət edildiyinin, Q.Vüqarın şöbəyə gələrək maddi imkanının olmadığından aylıq aliment pulunu və yaranmış borcları ödəyə bilməyəcəyini, oğlu Q.Atəşin cəzaçəkmə müəssisəsində cəza çəkdiyini bildirdiyinin, aparılan icra tədbirləri nəticəsində borclu A.V.Quluyevin məhkum olunub-olunmaması ilə bağlı Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə sorğu edildiyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin məktubunda X12 10 il müddətinə X14 Müəssisəsində cəza çəkdiyinin qeyd edildiyinin, Babək Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli, 2(079)-112/2021 nömrəli aliment tələbi üzrə olan icra vərəqəsinin icra olunması üçün Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X14 müəssisəsinə göndərildiyinin və müəssisə tərəfindən məhkum X12 işlə təmin olunmadığından aliment pulunun ödənilməsinin mümkün olmadığını bildirildiyinin, borclu X12 xx.xx.2021- ci il tarixdən hesablanmaqla 1760 manat aliment pulu ödəməli olduğu halda xx.xx.2021-ci il tarixdə 220 manat aliment qismində ödəniş edildiyinin, onun xx.xx.2022-ci il tarixədək yaranmış aliment borcunun 1540 (bir min beş yüz qırx) manat təşkil etdiyinin qeyd olunması; -iş materiallarında olan X4 tərəfindən verilmiş 13 iyun 2022-ci il tarixli, 74 nömrəli arayışda İddiaçı X19 təşkilati işlər üzrə metodist vəzifəsində işlədiyinin, aylıq əmək haqqının 470 (dörd yüz yetmiş) manat olduğunun qeyd olunması; -iş materiallarında olan Babək rayon İcra Hakimiyyəti Məzrə kənd üzrə nümayəndəliyi tərəfindən verilmiş 16 iyun 1994-cü il tarixli, XVİ-JQ seriyalı, 418694 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən Cavabdeh X11 atası, yəni X7 babası olması aydın olur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bundan əlavə olaraq məhkəmə onu da qeyd edir ki, “Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunur ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazın predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Məhkəmənin yuxarıda qeyd olunan normativ hüquqi aktları qeyd etməkdə məqsədi iddia tərəflərinin nəzərinə çatdırmaqdır ki, Babək Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli, 2(079)-112/2021 nömrəli qətnaməsi ilə müəyyən edilmiş hallar hazırki vəziyyətdə işə baxan məhkəmə üçün məcburi xarakter daşıyır. İşin mübahisəli halı isə iddiaçının Cavabdeh 01 iyul 2017-ci il tarixdə doğulmuş X7 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində alimentin alınaraq ona ödənilməsini tələb etməsidir. İşin mübahisəli halının həlli ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 89-cu maddəsinə əsasən yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir. Qeyd olunan maddənin tələbindən də göründüyü kimi nəvənin nənə babadan saxlanmaq üçün aliment ala bilməsi üçün onun yardıma ehtiyacı olmalı, saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilməməli, baba və nənə aliment ödənilməsi üçün zəruri vəsaitə malik olmalıdır. Nənə və ya babadan aliment alınması üçün sadalanan üç şərt məcmu halında mövcud olmalıdır. Göstərilən şərtlərdən hər hansı biri mövcud olmadıqda nəvənin saxlanılması üçün nənə və ya babadan aliment alına bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının Mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçı uşağının maddi ehtiyacının olmasını, valideynlərindən maddi yardım ala bilməməsi, cavabdehin aliment ödəməsi üçün zəruri vəsaitə malik olması ilə əlaqədar hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Yuxarıda sadalanan iş materiallarından göründüyü kimi 01 iyul 2017-ci il təvəllüdlü X7 atası X11 azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, onun cəzaçəkmə müəssisəsində çəza çəkməsi uşağın valideynlərindən saxlanmaq üçün maddi yardım ala bilməməsi kimi qiymətləndirilə bilməz. Həmçinin məhkəmə qeyd edir ki, qeyd olunan maddənin tələbindən də görünür ki, uşaq hər iki valideynindən də maddi yardım ala bilmədiyi halda baba və ya nənədən aliment ala bilər. İş materiallarında da görünür ki, 01 iyul 2017-ci il təvəllüdlü X16 anası İddiaçı himayəsində yaşayır, onun anasının əmək qabiliyyəti var və işləyir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 9-cu maddəsində qeyd olunur ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Həmin qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə qeyd edir ki, hazırki mülki iş üzrə iddiaçı dövlət rüsumunu ödəməkdən azad olsa da iddia rədd edildiyindən dövlət rüsumunun ödənilməsi cavabdehə aid edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası rədd edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətеtdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar