Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-56/2024 29.03.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1, iddiaçının vəkili Vəkil1, cavabdehin nümayəndəsi Nümayəndə2 və cavabdehin vəkili Vəkil2 iştirakı ilə, iddiaçı Hüseynova (Xudiyeva) Asya Hüseyn qızının cavabdeh Hüseynov (Hüseynli) Cavid Ədalət oğluna qarşı sağlamlığa dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə baxışı iclasında baxaraq müəyyənetdi: Hüseynova (Xudiyeva) Asya Hüseyn qızı X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X3 təqsiri üzündən ona vurduğu 62778 (altmış iki min yeddi yüz yetmiş səkkiz) manat məbləğində maddi və 100000 (yüz min) manat dəyərində mənəvi ziyanın, ümumilikdə 162778 (yüz altmış iki min yeddi yüz yetmiş səkkiz) manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Hüseynova (Xudiyeva) Asya Hüseyn qızına məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, o, məhkəmə baxış iclasında iştirak etməmiş, lakin məhkəmədə nümayəndə ilə təmsil olunmuşdur. Məhkəmə baxış iclası iddiaçının iştirakı olmadan keçirilmişdir. Məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi qismində izahat verən Nümayəndə1 iddianı müdafiə edərək, iddiaçının cavabdeh X8 ilə 2019-cu ildə tanış olub nişanlandığını, onların 19 iyul 2019-cu il tarixdə Naxçıvan şəhər Qeydiyyat şöbəsində rəsmi olaraq nikaha daxil olduqlarını və nikahlarını nikah akt qeydləri kitabında 152 nömrə ilə qeydiyyatdan keçirdiklərini, 21 iyul 2019-cu il tarixdə cavabdeh X3 etibarnamə ilə idarə etdiyi, atasına məxsus minik avtomaşını ilə Batabatdan Naxçıvan şəhəri istiqamətində gələrkən Şahbuz rayonu, Kolanı kəndini keçdikdən sonra idarəetməni itirərək avtomaşının iddiaçının oturduğu sağ tərəfinin yolun kənarındakı divara çırpılması nəticəsində avtomaşının çevrildiyini və iddiaçının ağır bədən xəsarətləri ilə Naxçıvan MR Səhiyyə Nazirliyi Naxçıvan Muxtar Respublikası Xəstəxanası publik hüquqi şəxsinin Reanimasiya şöbəsinə huşsuz vəziyyətdə daxil olduğunu, orada iddiaçıya “Ağır kəllə-beyin travması. Beyin əsasının əzilməsi, qansızmalarla. Ağciyərlərin əzilməsi, sağ diz oynağının natamam çıxığı, həmin ətrafın yumşaq toxumalarının əzilməsi və nekrozu. Beyin koması İİİ dərəcə, əzilmə sindromu” diaqnozunun qoyulduğunu, iddiaçının Naxçıvan MR Xəstəxanasının Reanimasiya şöbəsində doqquz gün saxlanıldıqdan sonra vəziyyəti ağırlaşdığından atası ilə birlikdə təyyarə ilə Bakı şəhərinə yola salındığını, özünün isə avtobusla Bakıya getdiyini, bir gün Bakı şəhərində Semaşko adına Xəstəxanada qaldıqdan sonra iddiaçını 01 avqust 2019-cu il tarixdə “BONA DEA“ Beynəlxalq Hospitalına aparıb müalicəsini orada davam etdirdiklərini, iddiaçının 40 gün həmin hospitalda koma vəziyyətində tək qaldığını, sonra iddiaçı ayıldığı üçün gedib xəstəxanada onun yanında qaldığını, iddiaçının 29 oktyabr 2019-cu il tarixə kimi xəstəxanada müalicə olunduğunu, sonra iddiaçını xəstəxanadan çıxardıqlarını, lakin həkimlərin onlara Naxçıvana getməyib Bakı şəhərində qalmağı məsləhət gördüklərini, 31 dekabr 2019-cu il tarixə kimi Bakı şəhərində xalasıgilin evlərində qaldıqlarını, orada qaldıqları müddətdə 31 dekabr 2019-cu il tarixə kimi hər gün xəstəxanaya gedib-gəldiklərini, orada iddiaçını masaj etdiklərini, xəstəxanaya getmək üçün taksi tutduqlarını, 25 manata aparıb orada gözləyib qurtarandan sonra evə qaytardığını, 01 avqust 2019-cu il tarixdən 31 dekabr 2019-cu il tarixədək olan dövrdə “BONA DEA” Hospitalında hospitalın özünə çəkilən xərclərinin 38678 (otuz səkkiz min altı yüz yetmiş səkkiz) manat təşkil etdiyini və əlavə olaraq nəqliyyat xərcinin ümumi bu illər ərzində 3050 (üç min əlli) manat olduğunu, 31 dekabr 2019-cu il tarixdə təyyarə ilə Naxçıvana qayıtdıqlarını, Naxçıvan şəhərində gələndən sonra burada iddiaçıya Fazil həkimin baxdığını, onun təyinat yazdığını, tibb bacıları ilə gəlib evdə iddiaçını masaj etdiklərini, 2020-ci ilin fevral ayının 5-nə kimi evdə qalıb sonra Bakıya qayıtdıqlarını, bir ay orada qalıb 06 mart 2020-ci ildə Naxçıvana qayıtdıqlarını, iddiaçını Bakıda müalicə edən həkimin 2020-ci ilin avqust ayına kimi Naxçıvanda qalıb həkimin məsləhəti ilə yazdığı, göndərdiyi dərmanlarla müalicəni burada davam etdirməyi məsləhət gördüyünü, elə də etdiklərini, 27 avqust 2020-ci il tarixdə Bakı şəhərinə qayıtdıqlarını, orada hər gün yenə də xəstəxanaya gedib-gəldiklərini, iddiaçının müalicə aldığını, iddiaçını tək götürüb qoya bilmədiyini, ona görə də 06 sentyabr 2020-ci il tarixdə iddiaçının atasının da Bakı şəhərinə gəldiyini və 27 oktyabr 2020-ci il tarixə kimi Bakıda qalıb xəstəxanaya gedib-gəldiklərini, 27 oktyabr 2020-ci il tarixdə üçü birlikdə Naxçıvan şəhərinə qayıtdıqlarını, az bir vaxtda burada qalıb 03 noyabr 2020-ci ildə iddiaç ilə təkrarən Bakı şəhərinə qayıtdığını, 2020-ci il ərzində 97 dəfə “BONA DEA” Hospitalına gedilərək iddiaçının müayinələrdən keçdiyini və müalicələr qəbul etdiyini, bunun üçün həmin ili həmin müalicələrə iddiaçının 6513 (altı min beş yüz on üç) manat pul keçirdiyini, hər dəfə hospitala gedərkən tutduqları maşının sürücüsünə 25 manat pul verildiyini, 04 fevral 2021-ci il tarixdə Naxçıvan şəhərinə qayıtdıqlarını, burada qalanda da həkimlə əlaqə saxlayıb müalicəni davam etdirdiklərini, 13 avqust 2021-ci il tarixdə Bakıya qayıtdıqlarını, 25 avqust 21-ci il tarixdə axırınca dəfə “BONA DEA” Hospitalına getdiklərini, 2021-ci ildə “BONA DEA” hospitalına 1610 manat pul keçirdiklərini, 38 dəfə oraya gedib-gəlməklə nəqliyyat xərci olaraq taksiyə 25 manat məbləğdə pul verildiyini, sonra başqa həkimlə danışdıqlarını, həmin həkimin onlara “əgər bizim müalicə üsulumuzu qəbul edirsinizsə, bizim yazdığımız dərmanları bizim aptekden almalısınız, dərmanları götürüb ev şəraitində müalicəni davam etdirməlisiniz, bizim həkim xəstəni yoxlayıb ona müalicə qaydasını müəyyən edəcək və gəlib ev şəraitində masaj edəcəklər” dediyini, masaj edən həkimin aparatını evdə qoyub gündə 1 dəfə özünün gəlib masaj etdiyini, 1 saat bədənini ayaqdan boğaza kimi, 10 dəqiqə isə başını masaj etdiyini, masaj edən həkimin iddiaçının başını hər gün masaj etdiyini, 7 saat fasilədən sonra isə onun sutka ərzində ikinci dəfə aparatla iddiaçının bədənini 1 saat masaj etdiyini, 30 avqust tarixdən 31 dekabr 2021-ci il tarixədək həkimin hər gün qaldıqları iddiaçının bibisioğlunun evinə gələrək iddiaçını masaj etdiyini, hər dəfəsinə də onlardan 60 manat pul aldığını, əlavə də müxtəlif dərmanlar da gətirib verdiyini, 31 dekabr 2021-ci il tarixdə Bakıdan Naxçıvan şəhərinə gəldiklərini, gələndə həkimin masaj aparatını da onlara evdə müalicəni davam etdirmələri üçün verdiyini, bundan əlavə özlərinə Rusiyadan həmin aparatdan göndərməli olduqlarını, bunun danışıldığını, ona görə də, Naxçıvana gələndən sonra iddiaçını Bakıda müalicə edən Lyudmila həkimə 6613 (altı min altı yüz on üc) manat pul göndərdiklərini, fevral ayında isə aparatın gəldiyini, ümumiyyətlə iddiaçının bu günə kimi “BONA DEA” Hospitalına 46801 (qırx altı min səkkiz yüz bir) manat, dərman peraparatlarına 4954 (dörd min doqquz yüz əlli dörd) manat, masaj aparatına 6613 (altı min altı yüz on üç) manat, təyyarə biletlərinə 1360 (min üç yüz altmış) manat və (taksi pulu) nəqliyyat xərcinə görə 3050 (üç min əlli) manat, cəmi birlikdə 62778 (altmış iki min yeddi yüz etmiş səkkiz) manat pul xərclənildiyini, baş vermiş bu hadisə nəticəsində külli miqdarda borca düşdüklərini, iddiaçının isə İ qrup əlil olmaqla, nitq qabilliyətini itirdiyini, yataq şəraitində yaşamağa məcbur olduğunu, iddiaçının valideyinlərinin köməkliyi ilə yaşadığını, onun həmyaşıdlarının ailə qurduqlarını, övladlarının olduğunu, ana olduqlarını, iddiaçının isə bütün bunlardan cavabdeh Cavid Hüseynlinin təqsiri üzündən məhrum olduğunu, iddiaçıya ölçülməz dərəcədə mənəvi ziyan vurduğunu, bunlara baxmayaraq, cavabdeh Cavid Hüseynlinin iddiaçının müalicəsi üçün heç bir maddi köməklik göstərmədiyini, mənəvi dayaq olmadığını, bu səbəbdən də, məcburiyyət qarşısında qaldıqlarından şikayət etdiklərini, C.Hüseynlinin barəsində Azərbaycan Respublikası CMin 263.1-1-ci maddəsi ilə cinayət işi başlandığını və onun Şahbuz Rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, 1(090)-1/2023 nömrəli hökmü ilə təqsirli bilinərək, iki il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il 06 (altı) ay müddətinə şərti olaraq azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyini, hazırki vaxta kimi iddiaçının müalicəsinə və digər xərclərə (bura Naxçıvandan kəndə = əks istiqamətdə, Bakı şəhərində aeroportdan evə və əks istiqamətdə getməklə çəkilən xərclər daxil edilməyib) ümumillikdə 62778 (altmış iki min yeddi yüz yetmiş səkkiz) manat pul xərcləndiyini, övladının 2019-cu ildə nişanlısı ilə qəza keçirdiyini, qarşı tərəfin valideynləri tərəfindən azacıq köməklik edildiyini, həyat yoldaşının 3000 (üç min) manat xəstəxananın reanimasiya şöbəsindən çıxmazdan əvvəl Cavidin böyük qardaşına verdiyini, onların da o üç min manat xərci ödəmədiklərini, çəkdikləri xərci ona aid edə biləcəyini, həmin vaxtdan bu günə kimi cavabdehin atasının qapılarına gəlmədiyini, cavabdehin anası ayda bir dəfə, 15-20 gündən bir onlara meyvə, şirniyyat gətirdiyini və 100 manat da bilet puluna verdiyini, əlavə olaraq heç bir xərc çəkmədiklərini, fizioterapiya xərcləri, masaj xərcləri, masaj aparatı, 26 yaşında uşağa aid olan bütün xərcləri özlərinin çəkdiyini, buraya qədər gəldiyini və artıq gücünün çatmadığını, çəkdiyi xərci tələb etdiyini, məhkəməyə təqdim olunmuş sənədlərdə göstərilən məbləğin çəkilmiş xərcin 1/100 hissəsi olduğunu, ödənilən qəbzlərin yarısının əlində olduğunu, cavabdeh tərəfin bir dəfə də olsun təyyarə bileti almadıqlarını, xoş üzlə onu və uşağını qarşılamadıqlarını, uşağının yerdən qalxması üçün çəkilən xərclər ödənsin, övladı yeriyənə qədər müalicəsi davam etdirilsin deyə şikayət etdiyini, istənilən şəhərdə ya da xarici ölkədə müalicəni davam etdirə biləcəklərini, cavabdehin əli ilə olduğunu, cavabdehin indi kənarda durduğunu, qəza olan zaman ona “çəkil kənarda dur, hər şeyi mən qarşılayacağam” dediyini, amma qızının Naxçıvanda xəstəxananın reanimasiya şöbəsində doqquz gün Ramazan və Elsevər həkimin nəzarətində qaldığını, həmin vaxt qarşı tərəfin də, özlərinin də xərc çəkdiklərini, xərci yalnız o çəkib deyə bilməyəcəyini, hər ikisinin xərc çəkdiyini, qarşı tərəfin daha sonra valideyn olaraq gəlini ilə maraqlanmadığını, qarşı tərəfin gəlinin müalicəsini özünün etdirdiyini iddia etdiyini, qızına 5-6 ədəd yaş salfet aldığını, çeklərinin əlində olduğunu, övladına kömək etmələrini, qızını necə yerə yıxıblarsa, elə də yerdən qaldırmalarını istədiyini, istədiyi məbləğin çəkilən xərcin çox az hissəsi olduğunu, tələbinin övladına çəkilən xərc olduğunu, övladına ən azı 180000 (yüz səksən min) manat xərc çəkdiyini, məhkəməyə təqdim etdiyi çeklərin çox hissəsinin evində olduğunu, çəkilən xərcin yarısını qarşı tərəfin ödəməsini istədiyini, yarısını da özünün ödədiyini, hadisənin 21 iyul 2019-cu il tarixdə olduğunu, hadisəni xatırladığını, həyətdə toya hazırlıq gördüklərini, qızının qaynanası Ləman xanımın zəng vurub “Asyagil qəza keçiriblər, hazırda Naxçıvan şəhərində xəstəxanadadırlar” dediyini, qızının beynindən zərbə aldığını, sağ ayağının bağcıqlarının qopduğunu, özündə olmadığını, 9 gün xəstəxanada qaldığını, həmin vaxt xərcləri qarşı tərəfin də çəkdiyini, özlərinin də çəkdiklərini, 9-cu gün “xəstənin vəziyyəti ağırdır, Bakı şəhərinə aparılmalıdır” dediklərini, 9 gün ərzində xəstəxanada olan zaman nə isə almaq lazım olurdusa oğluna da dediklərini, Cavidin qardaşı Fəridə də dediklərini, oğlunun atasına “resept yazılıb, alınmalı şeylər vardır” dediyini, Fəridin özünün alacağını dediyini, oğlunun da gedib aldığını, Fəridin də aldığını, oğlunun 25-26 yaşının olduğunu, oğlunun öz rayonlarında Maxe işlədiyini, 9 gün reanimasiyada qalan vaxt nə qədər xərc çəkdiklərini deyə bilməyəcəyini, həmin vaxtın qəbzlərinin əlində olmadığını, 9 gündən sonra oğlunun xəstəxananın həyətinə gəlib bacısının halının pis olduğunu, həkimin Bakı şəhərinə göndərəcəklərini dediyini, həkimin özünün aparacağını dediklərini, oğlanın böyük qardaşının qaynanasının tibb bacısı olduğunu və xəstənin yanında gedəcəyini dediyini, özü, Ədalət, Ədalətin həyat yoldaşı, böyük qardaşı və gəlininin İran yolu ilə Bakı şəhərinə getdiklərini, həyat yoldaşının təyyarə ilə qızının yanında getdiyini, həmin vaxt biletləri özlərinin aldıqlarını, İran yolunu qarşı tərəfin avtomobili ilə getdiklərini və pul vermədiyini, xəstəyə bileti özünün aldığını, həyat yoldaşının aldığını, qardaşının aldığını, təyyarə enməmiş Bakı şəhərinə çatdıqlarını, özlərinin onları qarşıladıqlarını, qarşı tərəfdən də insanlar olduğunu, təyyarə enəndən sonra Cavidin böyük qardaşının “birbaşa Semaşko xəstəxanasına aparacağam” dediyini, həmin xəstəxanada xərc çəkmədiyini, öz dayısının oğlunun “xəstə burada qalmasın” dediyini, Semaşko xəstəxanasında bir gün qaldığını, Fəridin BONA DEA xəstəxanasını danışdığını, həyat yoldaşının da həmin xəstəxana ilə danışdığını, oraya apardıqlarını, 21 iyulda qəza olduğunu, doqquz gün Naxçıvanda qaldığını, 29 iyulda Semaşkoya daxil olduqlarını, 30 iyulda isə BONA DEA xəstəxansına daxil olduqlarını, BONA DEA xəstəxanasında üç ay qaldığını, 40 gün koma vəziyyətinda, daha sonra isə palatada qaldığını, üç ay müddətində xəstəxanaya xərc çəkilmədiyini, 85000-87000 manat pul olduğunu, həmin məbləğin yarısını ödədiklərini, yarısının isə qaldığını, pulu kassaya ödəyib çek aldıqlarını, pulu həyat yoldaşının, özlərinin ödədiklərini, bir dəfəyə pulu ödəmədiklərini, hissə-hissə ödədiklərini, 2-3 ayda bir dəfə qızını həmin xəstəxanaya apardığını, orada borclarının olması barədə məlumat veridklərini, borcun az hissəsini ödədiklərini, çox hissəsinin qaldığını, təxminən 37000-38000 manat pul ödədiklərini, hazırda təxminən 50000 borclarının qaldığını, qızı qəzaya düşən zaman çörək sexində işlədiyini, hazırda işsiz olduğunu, həyat yoldaşının əvvəllər baytar həkim işlədiyini, həyat yoldaşının hazırda X21 Zavodunda fəhlə işlədiyini, Naxçıvanda sadəcə iki ayda bir dəfə 10 gün X2 fizioterapiya müalicəsinə apardığını, digər vaxtlar həkim deyən zaman həkimə apardıqlarını, həkimin reseptlər yazdığını, dərmanları Bakı şəhərindən və Türkiyədən aldıqlarını, 6 ayda bir dəfə qiyməti 1300-1400 manata olan dərman aldıqlarını, qalan dərmanları isə Naxçıvandan 50-150 manata aldıqlarını, aldıqlarının qəbzlərinin olduğunu, qızının qaynatasının qəza olandan sonra bir dəfə onlara gəldiyini, Şahbuz Rayon Məhkəməsində cinayət işi olan vaxt gəlib yarım saat oturub getdiyini, daha sonra nə gəldiyini, nə də zəng vurduğunu, Cavidin isə bir-iki dəfə anası ilə gəldiyini, Cavidin anasının isə bəzən gəldiyini, bir dəfə bayram görüşünə gələndə narazı olduğu üçün gəlmədiklərini, 2020-ci ilin iyun ayından sonra qarşı tərəfin Asya ilə maraqlanmadığını, qızının qaynanasına “meyvə gətirmə bizə, kömək edin müalicə edək” dediyini, təqdim etdiyi qəbzlərdə 62000 manatı hesabladığını, təqdim etdiyim sənədlərin 62000 manatı təsdiqlədiyini, cavabdehin qardaşı Fəridə 3000 manat pul verdiyini, pulu necə ödəmək lazım olduğunu bilmədiklərini, qarşı tərəfin “xəstəxanaya biz yerləşdirmişik, pul biz tərəfdən ödəniləcək” dediyini, çəkilmiş xərcə şərik olmaq üçün 3000 manatı verdiklərini, sonra da heç ödəniş ödənmədiyinin məlum olduğunu, qarşı tərəfin iddiaçı ilə maraqlanmadığını, iddiaçının cavabdehin rəsmi arvadı olduğunu, 2020-ci ilin mart ayından sonra cavabdeh tərəfin onlara gəlmədiyini, övladının dərmanını almağa imkanının olmadığını, Şahbuz Rayon Məhkəməsində indiyə kimi olan xərcləri istəmədiyini, lakin bundan sonra bütün xərcləri ödəyin dediyini, övladının bu vəziyyətə gəlib çıxmasının Cavabdeh tərəfindən olduğunu, bunun üçün də çəkdiyi bütün xərcləri ödəməklərini istədiyini, övladının yeriyənə qədər cavabdeh tərəf onun xərcini çəkməli olduğunu, övladının sözlərini dediyini, valideyn olaraq övladının yeriməsini istədiyini, cavabdeh tərəfin köməkliyinin olduğunu, lakin az köməklik etdiklərini, övladının çəkilən xərclərinin ödənilməsini və övladı yeriyənə qədər müalicəsinin davam etdirilməsini istədiyini, 2019-cu ilin iyul ayında hadisə baş verdiyini, 2020-ci ilin mart ayının 20-ə qədər qarşı tərəfin çəkdiyi xərcin dəqiq məbləğini bilmədiyini, lakin həmin vaxtadək cavabdeh tərəfindən köməklik olunduğunu, həmin gündən sonra ümumiyyətlə köməklik olunmadığını, qarşı tərəfin müalicəyə çəkdiyi xərci çıxıb iddia tələbini qeyd etdiyini, iddia ərizəsinə özlərinin çəkdiyi xərcin yazıldığını, cavabdeh tərəfin çəkdiyi xərcin onlar tərəfdən çəkilən xərcdən az olduğunu, “Bona Dea” xəstəxanasına xəstə yerləşdiriləndən sonra xəstənin yanında heç kimin qalmadığını, xəstənin 40 gün koma vəziyyətində qaldığı üçün yanında heç kim qalmadığını, cavabdehin validyenlərinin 20 gün orada olduğunu, 20 gündən sonra işə çağırıldıqlarını deyərək getdiklərini, həmin müddətdə xəstəxananın ödənişlərini heç kimin ödəmədiyini, 3 ay (40 gün komada olmaq şərtilə) fakturalarda göstərilən xərci heç kimin ödəmədiyini, 29 oktyabr 2019-cu il tarixədək, xəstəxanadan çıxan günədək heç kimin ödəniş etmədiyini, həmin vaxtdan sonra çəkilən xərci onların ödədiyini, 1000 manata yaxın cavabdehin qardaşının xərc çəkdiyini, 2020-ci ildə qarşı tərəfdən heç kim xəstəxanaya gəlmədiyini, tələb olunan dərmanları həkim resepti əsasında özünün aldığını, həmin müddətdə qarşı tərəfdən heç kimin dərman almadığını və pul vermədiyini, qarşı tərəfin ona dərman almaq üçün pul vermədiyini, müalicə müddətində bacısı evində qaldıqlarını, bacısının Qaradağ rayonunda, Sahil qəsəbəsində (primorski) yaşadığını, Sahil qəsəbəsindən taksi vasitəsilə xəstaxanaya gəldiklərini, taksinin bəzən gözlədiyini, bəzənsə pulunu alıb getdiyini, hər dəfəsində 25 manat taksiyə pul verdiklərini, taksinin bəzən 40 manat aldığını, masaj aparatının alınmasında qarşı tərəfin köməklik etmədiyini, 2020-ci ildən bu yana qarşı tərəfin onlarla görüşmədiyini, heç nə ilə maraqlanmadıqlarını, Bakı şəhərinə gedib-gələn zaman biletlərin alınmasında qarşı tərəfin köməkliyinin olmadığını, 06 fevral 2020-ci il tarixdə Bakı şəhərinə gedib mart ayının 6-sı qayıtdıqlarını, həmin vaxt qızının qaynanasının 100 manat stolun üstünə pul qoyduğunu, həmin pulu Asyanın yol pulu kimi verdiklərini, həyat yoldaşından xəbərsiz pulu qaynanasının verdiyini, həyat yoldaşının biləndə 100 manatı qəbul etdiyi üçün etirazını bildirdiyini, Bakı şəhərində xəstəxanadan qayındandan sonra qızının qaynanasının meyvə və şirniyyat alıb onlara gəldiyini, lakin pul vermədiyini, 2020-ci ilin mart ayından sonra çəkilən xərcləri tələb etdiklərini, ilk dəfə “Bona Dea” xəstəxanasından sonra çəkilən xərci tələb etdiklərini, “Bona Dea” xəstəxanasının pulunu az-az bir hissəsini ödədiklərini, bir hissəsinin isə güzəşt edildiyini, xəstəxana ilə ilkin olaraq Cavidin böyük qardaşı Fəridin danışıb xəstəni xəstəxanaya yerləşdirdiklərini, xəstəxanada qalan vaxt heç kimin xəstəxanın pulunu ödəmədiyini, bu günə qədər də “Bona Dea” xəstəxanasından pulun kəsr hissəsini ödəməklərini tələb etdiklərini, hər dəfə ondan pulu kimin ödəyəcəyini soruşduqda cavabında buranı Fəridin danışdığını, pulu onun ödəyəcəyini dediyini, 2020-ci ilin mart ayından sonra çəkilən xərclərlə bağlı sübut təqdim etdiklərini, fakturalarda göstərilən pulları hesablayıb ərizəyə yazdıqlarını, masaj aparatının alınması ilə bağlı qəbzin olduğunu, dövlət tərəfindən Asyaya pensiya verildiyini, 21 iyul 2019-cu il tarixdə hadisənin olduğunu, Naxçıvan şəhərində doqquz gün xəstəxanada müalicə olunan zaman az məbləğdə pul xərclədiklərini, həmin doqquz gün ərzində çəkilən xərci tələblərində qeyd etmədiklərini, tələb etdikləri məbləğin 20 mart 2020-ci il tarixdən sonra çəkilən xərc olduğunu, bu işlə bağlı hökm çıxarıldığını, Cavidin qardaşı Fəridin xəstəxanın pulunu ödəyəcəyini dediyini, daha sonra xəstəxana tərəfindən onlardan pul istənilmədiyini hökmdə dediklərini, iddia tələbində tələb etdikləri məbləğ olaraq həmin xəstəxanaya borcun da olduğunu, Fəridin xəstəxananın borcunu ödəmədiyini, qızının masajının bu gün də davam etdiyini, hökmün 2023-cü ildə çıxdığını, Şahbuz Rayon məhkəməsində izahatında 2020-ci ilin sonuna qədər cavabdeh tərəfin bütün xərcləri çəkdiyini bildirdiyini, 2020-ci ilin martın 20-nə qədər ödədiklərini, 2020-ci ildən sonra çəkilən xərcləri tələb etdiklərini, “Bona Dea” xəstəxanasına təxminən 30000 manat borcun qaldığını, sübutlarının 62000 manatı əhatə etdiyini, “Bona Dea” xəstəxanasına qalan borcun 62000 manatın içərisində olmadığını “Bona Dea” xəstəxanasına pulun gündəlik ödənməli olduğunu, lakin ödənilmədiyini, cavabdehin qardaşının “siz buranın puluna qarışmayın, bunu biz ödəyəcəyik” dediyini, “Bona Dea” xəstəxanasına 01 avqust tarixində daxil olub, üç aydan sonra çıxdıqlarını, bu müddətdə Cavidin “biz ödəyəcəyik, siz buna qarışmayın, gəlin bizimdir” dediyini, 2019-cu ildə xəstəxanadan çıxan zaman Fəridin öz avtomobili ilə gəldiyini, həmin vaxt xəstəxanaya 85000 manat borcun olduğunu, xəstəxanın rəhbəri Faiq müəllimin “xərci ödəməmisiniz, xəstəni özüm çıxarıram, xəstə mənim övladımdımdır” dediyini, Fəridin də cavabında “dayımoğlu SOCAR-da vergilərin naziridir, pulu o ödəyəcək” dediyini, 85000 manat həmin xərcin qaldığını, 85000 manatın 30000 manatını hissə-hissə ödədiklərini, hər dəfə xəstəxanaya gedən zaman pulu tələb etdiklərini, Fəridin heç bir ödəniş etmədiyini, 2020-ci ildən çəkilən xərcləri özlərinin çəkdiyini, 62000 manatın bütöv məbləğini özlərinin ödədiklərini, bununla da bağlı sübutları təqdim etdiklərini, taksiləri Hökməli-“Bona Dea” xəstəxanası istiqamətində qeyd etdiklərini, ay yarım orada qaldıqlarını, dörd il Hökməli qəsəbəsindən taksi ilə xəstəxanaya getdiklərini, göstərərək, cavabdeh X3 təqsiri üzündən iddiaçıya vurduğu 62778 (altmış iki min yeddi yüz yetmiş səkkiz) manat məbləğində maddi və 100000 (yüz min) manat dəyərində mənəvi ziyanın, ümumilikdə 162778 (yüz altmış iki min yeddi yüz yetmiş səkkiz) manat məbləğində pulun alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında iddiaçının vəkili qismində izahat verən Vəkil1 iddianı müdafiə edərək, iddiaçının nümayəndəsinin izahatına əlavəsinin olmadığını, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh Hüseynov (Hüseynli) Cavid Ədalət oğluna məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, o, məhkəmə baxış iclasında iştirak etməmiş, lakin məhkəmədə nümayəndə ilə təmsil olunmuşdur. Məhkəmə baxış iclası cavabdehin iştirakı olmadan keçirilmişdir. Məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi qismində izahat verən Nümayəndə2 iddianı qəbul etməyərək, Ramazan həkim yox, Asyanın həkiminin Elsevər həkim olduğunu, Asyanın 9 gün xəstəxanada qaldığını, Bakı şəhərinə apardıqlarını və 1 gün Semaşko xəstəxanasında qaldığını, daha sonra BONA DEA klinikasına yerləşdirdiklərini, Asya xəstəxanaya gələn zaman tibbi aparatlardan keçirdiklərini, bir ədəd iynəni 200-300 manata Bakıdan gətirtdirdiklərini, bir dəfə İran İslam Respublikasına həkim tapmağa getdiklərini, burada bütün xərcləri qarşıladıqlarını, qarşı tərəfin bir manat belə xərcləmədiyini, Naxçıvanda xəstənin vəziyyəti çox ağırlaşdığından oğlu Fəridin “risk edib Bakı şəhərinə aparmalıyıq” dediyini, Asyanın anasının oğlu Fəridə “qızımı verdim sənə, ölüsünü də, dirisini də sənə verirəm” dediyini, Bakı şəhərinə getmək üçün 9 ədəd bilet aldıqlarını, 6 ədəd bileti Asyanı yerləşdirmək üçün, bir bileti Asyanın atasına, bir bileti oğlunun qaynanasına, bir bileti isə həkimə aldıqlarını, həkimlə danışdığını, həkimin bütün yol xərcini, Bakı şəhərində qalmağını öhdələrinə götürdüklərini, Bakı şəhərində aeroporta təcili-yardım avtomobili çağırdığını, iddiaçının nümayəndəsinin Bakı şəhərinə avtobusla yox, onların avtomobilində getdiyini, iddiaçını təcili yardım avtomobili ilə Semaşko xəstəxanasına apardıqlarını, həmin xəstəxanada bir gün qaldıqdan sonra Elsevər həkimin “xəstə burada sağlamayacaq, bunu daha yaxşı bir xəstəxanaya aparmaq lazımdır” dediyini, oğlunun və qaynının oğlunun BONA DEA klinikası ilə razılaşdığını, orada Faiq müəllimin olduğunu, onların qohumu olduğunu, iddiaçının orada qohumu olsa da, onun yaxına gəlmədiyini, oğlunun üç həkim gətirdiyini, həmin xəstəxanada salfetka, pampersə kimi aldıqlarını, həkimlərin Asyaya baxıb belə xəstəni götürmədiklərini dediklərini, xəstənin BONA DEA xəstəxanasında üç ay qaldığını, həmin xəstəxanada fondun hesabına üç ay qaldığını, üç ay müddətində demək olar ki, nə qarşı tərəfin, nə onların hər hansı xərc çəkmədiklərini, xəstəxanadan çıxandan sonra rus həkimin xərcini oğlunun çəkdiyini, Şahbuz Rayon Məhkəməsində hakimin qarşı tərəfdən nə qədər xərc çəkildiyini soruşan zaman Bətulə xanımın onların cəmi 300 manat pul xərclədiyini dediyini, əgər qarşı tərəfin dediyi kimi az pul xərclənibsə, hansı məntiqlə gətirib oğluna 3000 manat verdiklərini dediklərini, Şahbuz Rayon Məhkəməsində hakim qarşı tərəfdən xəstəxanada sizdən pul istəyiblərmi deyə soruşan zaman, qarşı tərəfin yox cavabını verdiyini, fizioterapiya aparatının alınmağından xəbərinin olmadığını, xəstəni fizioterapiyaya aparmadıqlarını, qarşı tərəfin xəstəyə pul xərclədiyini, lakin çəkilən xərcin 62000 manat olmadığını, Naxçıvanda qarşı tərəfin pul xərcləməsinə imkan vermədiyini, “Bona-Dea” klinikasına iddiaçı tərəfin pul vermədiyini, təqdim olunmuş sənədlərin yalnızca texniki qulluğa aid olduğunu, həmin sənədlərdə ödəniş olmadığını, məhkəməyə saxta sənədlər təqdim olunduğunu, iddiaçı tərəfdən təqdim olunmuş sənədlərə etiraz etdiklərini, masaj aparatının xeyriyyəçi tərəfindən də alınmasının mümkün olduğunu, Bakı şəhərində “Semoşako” xəstəxansında bütün xərcləri çəkərək “Bona Dea” xəstəxanasına xəstəni yerləşdirdiklərini, “Bona Dea” xəstəxanasında üç ay iddiaçı tərəflə birgə həyat yoldaşı və onun birlikdə olduqlarını, koma vəziyyətindən çıxana qədər orada olduqlarını, daha sonra xəstənin iddiaçının nümayəndəsinin bacısıgilə yerləşdirildiyini, iddiaçının nümayəndəsinin bacısıgildə döşək, yerimək üçün dəmir və s. bütün xərcləri oğlu Fəridin çəkdiyini, müalicə üçün gələn rus həkimin xərcini də, taksi pulunu da oğlunun ödədiyini, Bakı şəhərində demək olar ki, bütün xərcləri özlərinin çəkdiyini, daha sonra iddiaçı tərəf Naxçıvana gələndən sonra iddiaçının evinə gedib-gəldiklərini, həyat yoldaşının hər həftə iddiaçının evinə gedib-gəldiyini, tarixləri dəqiq xatırlamasada sonuncu dəfə Bətulə xanımın həyat yoldaşından pul tələb edərək onu təhqir edib qovduğunu, həyat yoldaşına da Asyanın xəbəri olmasın dediyini, Bətulə xanımın dəfələrlə onlara SMS yazaraq 400000 manat pul gətirin, veşinizi də yığışdırın gedin dediyini, iddiaçını gedib görməməklərinin səbəbinin bu olduğunu, iddaçı tərəfin tələb etdiyi pulun əsassız olduğunu, lazım olan xərci yetərincə çəkdiklərini, xəstəxanadan çıxanda Stefan həkimlə danışdığını, xəstəxananın müdiri Faiq həkimin də onların yaxın insanı olduğunu, Stefan həkimin bunun müalicəsi yoxdur dediyini, ancaq fizioterapiya lazımdır, X14 aparın dediyini, həkimin ola bilər ki, beş ilə bərpa olar dediyini, həyat yoldaşının X14 xəstənin aparılması üçün yol pulu olaraq iddiaçının nümayəndəsinə 100 manat verdiyini, həmin vaxt qarşı tərəfin bu azdır 400000 manat pul verməlisiniz dediyini, 400000 manat verməsəniz buraya gəlməyin dediyini, bu hadisəyə görə oğlunun işdən çıxarıldığını, həmçinin özünün də kredit götürdüyünü, iddiaçının tələb etdiyi pul məbləğini vermək iqtidarında olmadıqlarını, X15 müalicələrin pulsuz olduğunu, iddiaçı tərəfin Bakı şəhərindən gələndən sonra 1000-2000 manat pul xərcləyə bildiklərini, iddiaçı iddia etdiyi qədər çox pul xərclənməsinin mümkün olmadığını, iddiaçının Şahbuz Rayon Məhkəməsinə şikayət etməmişdən bir il öncə onlarla əlaqəni kəsdiyini, xəstənin koma vəziyyətindən çıxana qədər orada olduğunu, Şahbuz Rayon Məhkəməsində İddiaçının atasının verilən suala cavab olaraq “xəstəxanada mənə pul ödənməlidir dedilər, bizim pulumuzu Fərid ödəyəcək, bizim pulumuz yoxdur”. Həmçinin də sədrlik edən “sizi narahat etmirlər? Sizdən pul istəyiblər xəstəxanada?” suallarına cavab olaraq yox cavabını verdiyini, xəstəxanadan çıxan zaman heç bir problemin olmadığını, xəstələrini normal qaydada xəstəxandan çıxardıqlarını, Naxçıvana gələndən sonra həftədə bir dəfə olmaqla ay ərzində dörd dəfə iddiaçını gedib görürdüklərini, hər dəfə gedəndə həyat yoldaşının 50-60 manatlıq nə isə alıb xəstənin ziyarətinə getdiklərini, Stefan həkimin əlavə xərc çəkib vaxtınızı itirməyin dediyini, X12 pulsuz olduğunu, ora heç bir ödəniş olmadığını, tibb bacısının cibinə 5 manat qoyublarsa xəbərinin olmadığını, yol pulu verdiklərini lakin iddiaçı tərəfin qəbul etmədiyini göstərərək, qanuni qərar verilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında cavabdehin vəkili qismində izahat verən Vəkil2 iddianı qəbul etmədiklərini, hadisə baş verəndən sonra iddiaçının müayinəsi və müalicəsi üçün zəruri addımlar atıldığını, müayinədən qayıtdıqdan sonra iddiaçının nümayəndəsinin özünün də etiraf etdiyini, cavabdeh tərəfin 2020-ci ilədək iddiaçının evinə getdiklərini, Sonra tərəflərin aralarında mübahisə olduğundan, cavabdeh tərəfi qovduqlarından gedişgəlişin kəsildiyini, Baş vermiş hadisədə iddiaçı qədər cavabdehin də ziyan çəkdiyini, cavabdeh tərəf olaraq barışmağa hazır olduqlarını, iddiaçı tərəfdən baş vermiş hadisə ilə bağlı iş materiallarına əlavə edilmiş Şahbuz Rayon Məhkəməsinin hökmünün qanuni qüvvədə olduğunu, həmin hökmdə iddiaçının atasının izahatında “xərclər cavabdeh tərəfindən ödənilmişdir” deyildiyini, xəstənin Bakı şəhərinə aparılmasının, BONA DEA xəstəxanasında müalicə olunmasının iddiaçının atasının izahatında öz əksini tapdığını, əgər BONA DEA xəstəxanasında olunan müalicə ilə bağlı mübahisə vardırsa, iddiaçının atasının şahid qismində məhkəmə iclasına dəvət edilib Şahbuz Rayon Məhkəməsində dediklərini təkzib etməsini istədiklərini, qarşı tərəfin təqdim etdiyi sənədlərin vaxtilə cavabdeh tərəfdə olduğunu, məhkəmədən əvvəl iddiaçı tərəfin hər hansı vasitə ilə həmin sənədləri əldə etdiklərini, onlarla bağlı sənədlərin fotoşəkillərinin çəkilərək məhkəməyə təqdim olunduğunu, həmin sənədlərin cavabdeh tərəfindən iddiaçı tərəfə təqdim olunduğunu, çəkilmiş xərclərlə bağlı iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi sənədlərin əslinin vaxtilə cavabdeh tərəfdə olduğunu, əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsinin borclarının hələ də qalmaqda olduğunu, klinikanın pulunun ödənilmədiyini qeyd etdiyini, indi də klinikanın pulunu onlardan istədiklərini qeyd etdiklərini, lakin Şahbuz Rayon Məhkəməsinin hökmündə iddiaçının atasının izahatında BONA DEA xəstəxanasının xərclərinin cavabdeh tərəfindən ödənildiyinin göstərildiyini, hər kəsə xəstə özəl xəstəxanda müalicə olunursa, ödəniş etməzsə onu xəstəxanadan buraxmazlar deyə məlum olduğunu, xəstənin komada qaldığı 40 günlük müddətin ödənişi edilməzsə, xəstəni evə buraxa bilməyəcəklərini, sənədlərin cavabdehin qardaşının Bakı şəhərindəki evində olduğunu, orada iddiaçı tərəfindən alındığını və bu sənədlər iddiaçıya verilən zaman cavabdehin qardaşının həyat yoldaşının bu sənədlərin fotoşəkillərini çəkdiyini, qanuni qərar verilməsini xahiş etdi. 09 fevral 2024-cü il tarixli məhkəmə baxışı iclasında şahid qismində dindirilərək ifadəsi alınan X17 izahatında, 19 iyul 2109-cu il tarixdə Cavabdeh onun uşağını evdən yeriyərək avtomobilinə mindirib Batabat yaylağına apardığını, 1-2 saat sonra evə zəng gəldiyini və “sizin övladınız qəza keçirib” dediklərini, şəhər xəstəxanasına getdiklərini, xəstəxanaya gedəndə artıq yerləşdirdiklərini gördüklərini, xəstəxanada onlara övladının ağciyərindən, beyin tərəfindən zədə aldığını və sağ tərəfdən diz nahiyyəsinin qırığının olduğunu dediklərini, doqquz gün Naxçıvanda xəstəxanada qaldıqdan sonra Bakı şəhərinə Semaşko adlanan xəstəxanaya apardıqlarını, bir gün də orada qaldığını, daha sonra Fəridin ““Bona Dea” xəstəxanasına aparmalıyıq” dediyini, “Bona Dea” xəstəxansında da 40 gün qaldıqlarını, daha sonra xəstəxandan çıxandan sonra xəstəxanaya yerləşdirdiklərini, anasının da həmin vaxt yanında qaldığını, cavabdeh tərəfin 19 iyul 2019cu il tarixdən 2020-ci ilin sonunadək onlara köməkliklərinin olmadığını, 2019-cu ildən 2020-ci ilin sonunadək Bakı şəhərində nə köməklik etmişdirsə, həmin vaxt etdiyini, 2020-ci ildən bu günədək övladını özünün müalicə etdirdiyini, xəstəxanadan çıxarandan sonra baldızıgilə apardıqlarını, bir aydan çox orada fizioterapiya müalicəsinə apardıqlarını, daha sonra isə evə qayıtdıqlarını və müalicəni buradan davam etdirdiklərini, 62000 manat xərc çəkdiyini, dərmanın bir ədədini 1300 manata Bakı şəhərindən aldıqlarını, dərmanı telefon vasitəsilə sifariş etdiklərini, 2020-ci ildən sonra cavabdeh tərəfdən onlara hər hansı maddi köməklik göstərilmədiyini, cavabdeh tərəf ilə əvvəlcədən münasibətinin olmadığını, uşaqlar nişanlanandan sonra bir-birlərini tanıdıqlarını, 2020-ci ilin sonunadək cavabdeh tərəfin onlara köməkliyinin olduğunu, 2020-ci ildən sonra həyat yoldaşının cavabdeh tərəfə niyə gəlib-getmirsiniz, gəlib köməklik edin müalicəyə deyə irad tutduğunu, heç kimi qapıdan qovmadıqlarını, cavabdeh tərəfə “oğlunuz işləyir, bizə köməklik etsin, pulun bir hissəsini siz, bir hissəsini də biz düzəldib müalicə etdirək” dediklərini, Cavidin anasının isə cavabında kredit götürdüyünü, imkanının olmadığını dediyini, 2020-ci ilin sonunadək kömək etdiklərini, bəlkə də heç kömək etmədiklərini, bilmədiyini, bəlkə də yalandan dediklərini, 2020-ci ilin sonuna qədər kömək etdiklərini, Naxçıvanda olarkən iki tərəfin də xəstənin sağalması üçün köməklik etdiyini, daha sonra niyə kömək etmədiklərini bilmədiyini, 2020-ci ildən bu günədək çəkdikləri xərclərin sənədlərdə öz əksini tapdığını, iddia ərizəsində göstərilən aparatın elektrik cərəyanı aparatı olduğunu, xəstəni masaj etmək üçün aparat olduğunu, həmin masaj aparatını Bakı şəhərindən sifariş etdiyini, burada xərc çəkdiyini, qan və plazma aldığını, resepti Elsevər həkimin yazıb verdiyini, 2020-ci ildən sonra, koma vəziyyətindən çıxandan sonra xəstənin palatada anası ilə birlikdə qaldığını, orada müalicəsi bitdikdən sonra Qaradağa-baldızıgilə apardıqlarını, orada həkim tapdıqlarını, həmin həkimin gəlib masaj etdiyini, həmin həkimin xərcini cavabdeh tərəfin çəkdiyini, xəstənin 2020-ci ildən sonra da Bakı şəhərində müalicəsinin davam etdiyini, həmin vaxt olan xərci özlərinin çəkdiklərini, 2020-ci ildən sonra müalicənin evdə davam etdiyini, Bakı şəhərində xəstəxananın ödənişini etmək üçün maddi imkanları çatmadığından masaj aparatı alıb müalicəni evdə davam etdirdiklərini, evdə müalicə olunan vaxt xəstəxanaya da müayinə üçün getdiklərini, xəstəxanaya taksi vasitəsilə getdiklərini, taksinin 25 manat pul aldığını, 25 manata aparıb-gətirdiyini, həftənin 6 günü həkimə apardıqlarını, həkimin idman etdirdiyini, bazar günləri özlərinin evdə məşğul olduqlarını, bir ay yarım baldızıgildə qaldıqlarını, dəqiq tarixin yadında olmadığını, fizioterapiya müalicəsi ilə bağlı xəstəxanaya ödəniş etdiklərini, xəstəxanada masaj prosedurundan sonra ödəniş etdiklərini, pulu ödəyib çek aldığını, həmin çeklərin evdə olduğunu, ödədikləri fakturaların qəbzlərinin evdə olduğunu, Naxçıvana qayıdandan sonra da müalicənin davam etdiyini, X11 getdiklərini, X7 yaranan xərcləri ödədiyini, X11 pul ödənilmədiyini, kənddə də müalicə etdirdiklərini, dərmanın qiymətinin 1300 manat olduğunu, həb formalı dərman olduğunu, iki qutu-30 günlük dərmanın 1300 manat etdiyini, Bakıda Stefan adlı həkimin resept yazıb ona verdiyini, gedib aldığını, əlavə dərmanlar da qəbul etdiyini, Stefan həkimin “üç ay bu dərmanı qəbul edin, daha sonra davamlı istifadə edin” dediyini, hazırda da həmin 1300 manata alınan dərmandan istifadə etdiklərini, dərmanın bitdiyini, maddi imkanı olmadığı üçün dərmanı ala bilmədiyini, dərman olanda qəbul etdiyiniu, olmayanda qəbul etmədiyini. dərmanları alanda onlara ödəniş qəbzi verildiyini, həmin qəbzlərin də məhkəməyə təqdim olunan sənədlərin içərisində olduğunu, hazırda xəstənin dərman qəbul etdiyini, evdə onların köməkliyi ilə idman hərəkətləri etdiyini, müayinə üçün həkimə gətirdiklərini, Asyanın danışa bildiyini, lakin yerimədiyini, Asyanın ayağa qalxa bilmədiyini, yemək yediyini, Asyaya kiminsə qulluq etməli olduğunu, Asyanın 1-ci qrup əlil olduğunu, 470 manat pensiya aldığını, 100 manat isə baxım üçün pul verdiklərini, cavabdehin iddiaçının həyat yoldaşı olduğunu, Cavid Hüseynlinin həyat yoldaşı ilə maraqlanmadığını bildirmişdir. 01 mart 2024-cü il tarixli məhkəmə baxışı iclasında şahid qismində dindirilərək ifadəsi alınan X5 izahatında, hadisənin 21 iyul 2019-cu ildə baş verdiyini, oğlunun gəlinini görmək üçün getdiyini, amma onun getmək fikrinin olmadığını, biletinin də cibində olduğunu, Bakıya gedəcəyini, 8-in yarısı Bakıya çıxacağını, qızın “gedək Batabata, şəkil çəkdirək” deyə məcbur etdiyini, qismət belə Batabata getdiklərini, dayanan müddət təkərin partlayıb qəza törəndiyini, qəza törənən zaman zəng vurduğunu, oğlunun cavab vermədiyini, sonra gəlininə zəng vurduğunu, bir şoferin açdığını, “belə bir hadisə oldu, skoru ilə apardılar xəstəxanaya” dediyini, həmin moment xəstəxanaya getdiklərini, gəlininin koma vəziyyətində olduğunu, yoldaşı ilə getdiyini, həmin an müalicə etdiklərini, rentgenə saldıqlarını demək olar ki, 9 gün xəstəxanada qaldıqlarını, 9 gün müddətində xərclərin hamısını yoldaşının və oğlunun çəkdiyini, onlardan heç gözləmədiklərini, yəni hamısını özlərinin ödədiklərini, sonra o arada yoldaşı ilə oğlunun İrana, Təbrizə CD-ləri həkimə göstərməyə getdiklərini, gələndən sonra böyük oğlunun qızı Naxçıvandan Bakıya ya Türkiyəyə aparmağa çalışdığını, lakin həkimin icazə vermədiyini, sonra həkimin “bunu aparatdan ayırmaq lazımdı, müalicəyə ehtiyacı yoxdur, çünki bu ağır xəstədir, heç birinə ehtiyacı yoxdur” dediyini, böyük oğlunun atasına “bunu bir yerə aparmalıyıq, öldürməyəcəyik ki” dediyini, sonra qızın atasını, anasını çağırdığını, anasının “oğlum qızımın ölüsü də sənindir, dirisi də sənindir” dediyini, oğlunun da razılaşdığını, çünki qızın ağır xəstə olduğunu, oğlunun həkim üstünə həkim danışdığını, maşınla xəstəxanaya getdiklərini, qonşunun həkim adı verdiyini, onun oğlunun beyin əməliyyatını etdiyini, yoldaşının Naxçıvanda həkimlə əlaqə saxladığını, Əmrulla həkim olduğunu, həkimin “mən onu götürmək istəmirəm” dediyini, yoldaşının “mənim qızımdı, götür” dediyini, həkimin götürmədiyini, sonra oğlunun axşam maşını aeroporta sürdüyünü, çünki təyyarənin axşam çıxacağını, sonra orda qardaşına zəng vurduqlarını, çünki aparatla aparılmalı olduqlarını, təyyarəyə icazə vermədiklərini, Bakıda Semaşkaya apardığını, bir müddət sonra oğlunun “aparaq qızı, burda yaxşı baxmırla” dediyini, ordakı dava-dərmanı da yenə özlərinin ödədiklərini, sonra bacısının oğluna zəng vurduqlarını, o qədər imkanlarının olmadığını, Qara Qarayevdəki xəstəxanadakı həkimlərin xarici həkimlər olduğunu, sonra bacısının oğluna zəng vurduqlarını, həkim yolladığını, gəlib qıza baxıb getdiklərini, bir müddət sonra oğluna zəng vurub “qızın atasını, anasını gətirin, qol kağızı yazsınlar, çünki qız ağır xəstədir, biz riskə götürürük xəstəni” dediklərini, sonra böyük oğlunun onun atasını, anasını, yoldaşını həkimin yanına apardığını, razılaşdıqlarını, qızı o xəstəxanaya yatırtdıqlarını, düzü o xəstəxananın çox pullu olduğunu, çox narahat olduqlarını, çünki qız burda yatsa, çox pullu olduğunu, imkanlarının olmadığını, gücləri nəyə çatırdısa, hər şeyi də etdiklərini, anasının da şahid olduğunu, yoldaşı ilə danışdıqlarını, “əgər pul çox getsə, gərək evi sataq” deyə yoldaşı ilə aralarında söhbət olduğunu, gəlinin də onların bir övladı olduğunu, ağladığını, anasının “yalandan ağlıyırsan” dediyini, amma yalan dediyini, 9 gün xəstəxanada qaldığını, bir gecə yuxu yatmadığını, 5-ci mərtəbədən aşağı enib yuxarı qalxdığını, onun reaksiyasını görüb sevinmək istədiyini, bir gecə yuxu yatmadığını, qızın orda canı ilə əlləşdiyini, narahat olduğunu, qardaşının oğlu Səbuhinin “narahat olma, bir qəpik pul verməyəcəksiz, mən hər şeyi təmin etmişəm” dediyini, oğlunun sevincərək gəldiyini, ata-anasına “hətta bir qəpik pul almayacaqlar, biz bura pul verməyəcəyik, hamısını qardaşımın oğlu danışıb” dediyini, rahatlandıqlarını, sevindiklərini, onlardan çay pulu belə almadıqlarını, Faiq müəllimin bunlardan qəti pul almayın deyə tapşırdığını, qızın orda sentyabra qədər yatdığını, dövlət işində işlədiyini, ordan icazə almaq olmadığını, çətin olduğunu, sentyabra qədər qaldıqlarını, ondan sonra Naxçıvana gəldiyini, bir də qayıtdığını, onda yenə xəstəxanada olduğunu, sabahı gün çıxacağını, getdiyini, problem çıxmasın deyə iş vaxtına qayıtdığını, iki aydır ötüşdürdüklərini, Bakıda qaldığını, səhəri gün qızı xalasıgilə apardıqlarını, xalasının Qaradağda qaldığını, o müddətdə “rus həkimi var idi, onu çağırmışdıq” dediklərini, onun taksi pulunu da oğlunun verdiyini, “xüsusi o xəstələr üçün döşək lazımdı, yerimək üçün dəmir, əlavə dərmanlar” dediklərini, böyük oğlunun onları aldığını, əlavə olaraq da, özünün Türkiyədən 4-4, 5-5 mazlar alıb Bakıya gətirdiyini, həmin müddətdə uşaqlarının atmadığını, neçə ay oğlanlarının, qızlarının da evlərinə getdiklərini, Bakıda yaşadıqlarını, özünün gedə bilmədiyini, işə görə işdən icazə vermədiklərini, həm də kredit götürdüklərini, bu gün hələ də o krediti ödədiklərini, ondan sonra da Naxçıvana gəldiklərini, yoldaşının həkimlə danışdığını, həkimin “bunun müalicəsi yoxdur” dediyini, sadəcə istifadə etsin deyə bir tablet yazdığını, həkimin “ola bilər 5 günə, ola bilər 5 həftəyə öz-özünə sorulub gedəcək” dediyini, həqiqətən də bunda irəliləyişlər olduğunu, yavaş-yavaş danışmağa, əllərini tərpətməyə başladığını, hər həftənin 6-cı günü baş çəkdiyini, anasıgilin pampers lazım olanda zəng vurduğunu, nə lazım olurdus alıb gətirdiyini, sonra xəstəxanaya gətirdiklərini, yəni öz övladı kimi atmadığını, hələ boşanmadıqlarını, “ev işi görməyi lazım deyil, özünə çay süzə bilsin, evə gətirim” dediyini çünki özünün işdə olduğunu, yoldaşının da pensiyaçı adam olduğunu, işləməsə o pulu nə ilə verəcəklərini, “düzəlsin mən gətirim evimə onu” dediyini, bu söhbətin olduğunu, özünə də dediyini, sadəcə axır vaxtlar gedib-gəldiyini, bir gün ona gedəndə “hər gəldikcə mənə yüz min manat pul gətirməlisən” dediyini, “axı mənim yüz min manat pulum yoxdur, mən haradan alım yüz min manat pulu” dediyini, özünün banka borc ödədiyini, maaşından 70- 80 manat pul qaldığını, təqribən yanvarın 21-i ya da 22 –si olduğunu, imkanının olmadığını deməyinə rəğmən onu hədələməyə başladığını və “sənin başına oyun açacağam, oğlunu işdən çıxaracağam” dediyini və dediyinə də əməl etdiyini, oğlunu işdən çıxartdırdığını, “gəlib mənim ayağımdan öpəcəksən və 100000 manat məbləğindəki pulu qoyacaqsan mənim ovcuma” dediyini, hətta ona qarşı qeyri-etik hərəkətlərdən də istifadə etdiyini, onlara “mənim oğlumu tutsalar da, mənim maddi imkanım aşağıdır” dediyini, “oğlunu tutdurmayacağam, amma səndən o pulu nə yolla olursa olsun alacağam” dediyini, yenə də onu hədələməyə davam etdiyini, “aramızdakı bu işi qız bilməsin, əgər bilsə sənin başına oyun açacağam” dediyini, əvvəllər hər həftə getməyinə baxmayaraq bu hadisədən sonra artıq getmədiyini, hətta qonşuların da şahid olduğunu, onların onun çantalarına kömək etdiklərini, bu hadisənin oğlunun da başına gələ biləcəyini, düşmənçiliklərinin olmadığını, belə olmasını, onun başına bu işin gəlməsini istəmədiyini, oğlunun da həyatının puç olduğunu, pul istədiyi vaxta qədər gedib-gəldiyini, həmin hadisədən sonra artıq getmədiklərini, daha sonra onları Şahbuz Rayon Məhkəməsinə şikayət etdiyini, məhkəmədə onlara razılaşmaq təklif olunduğunu, razılaşmaq üçün həyat yoldaşı ilə iddiaçı tərəfin evinə getdiklərini, iddiaçının nümayəndəsinin onlara “160000 manatdan az məbləğdə pul versəniz, sizinlə razılaşmayacağıq” dediyini, iddiaçının evinə 5000 manat vermək üçün getdiklərini, xəstəxanada olduqları müddətdə mühasibatlıqla, həkimlərlə söhbətləri Fəridin və Fəridin atasının apardığını, qarşı tərəfə heç nə demədiklərini və heç nə istəmədiklərini, Fəridgil Təbriz şəhərinə gedən zaman Asyanın qardaşı Vəlinin bir az pul xərclədiyini, Fərid həmin pulu Vəliyə qaytarmaq istəyən zaman Vəlinin “bizimdə bacımızdır, biz də nə isə etməliyik” dediyini, sonuncu dəfə 2022-ci ilin əvvəli iddiaçı tərəfə getdiklərini, iddiaçı pul istəyənə qədər onlara gedib-gəldiyini, həkimin onlara “müalicəsi yoxdur, yalnız fizioterapiya olunmalıdır” dediyini, sadəcə bir tabletka dərman yazdığını, həkimin yazdığı dərmanı bir dəfə almaq istəyən zaman əczaxananın reseptsiz vermədiyini, iddiaçının evinə gedən zaman bazarlıq edib getdiklərini, hər bayramda gedib gördüklərini, xəstənin müalicəsi üçün nə desələr alıb apardıqlarını, bir dəfə dərman tapa bilmədiklərini dediklərini və o dərmanı xaricdən aldığını, dərman istəmədiklərini, “pampers alın” dediklərini, ay ərzində dörd dəfə iddiaçını görməyə getdiklərini, hər dəfə ən azı 50-60 manatlıq alver etdiyini, ay ərzində 200 manat xərc çəkdiyini, “Bona Dea” xəstəxanasında qardaşının oğlunun danışıq apardığını və oraya pul ödəmədiklərini, həmin ödənişin fondun hesabına ödənildiyini dediklərini, hansı fondun hesabına ödənildiyini bilmədiyini, fond tərəfindən ödənilən pulun miqdarını bilmədiyini, fondun adını bilmədiyini, fond tərəfindən xəstəxandan çıxan zamanadək pul ödənildiyini, xəstəxandan çıxana kimi hər hansı ödəniş aparılmadığını, Naxçıvana qayıdandan sonra təyyarə biletlərini almadıqlarını, dövlət tərəfindən iddiaçıya 670 manat pensiya kəsildiyini, bir dəfə 100 manat verdiyini, iddiaçının nümayəndəsinin pulu götürmədiyini və ona “100000 manat verməlisən” dediyini, masaj aparatının alınmasından xəbərlərinin olmadığını, onlara o haqda məlumat vermədiklərini, 2021-ci ildən sonra maddi köməklik etmədiklərini, iddiaçı tərəflə mübahisə edəndən sonra iddiaçı ilə maraqlana bilmədiklərini, 2020-cilin sonlarından sonra Asyanın müalicəsi üçün pul xərcləmədiklərini, Naxçıvan Şəhər Məhkəməsinə iddia ilə müraciət etdikdən sonra Asyaya köməklik göstərmədiklərini, Cavid Hüseynlinin müalicə üçün nə isə etmədiyini, Cavid Hüseynlinin hazırda xəstə ilə maraqlana bilmədiyini, Şahbuz Rayon Məhkəməsində qarşı tərəflə razılaşa bilmədiklərini, 2019-cu ildə baş verən hadisəyə həmin vaxt nə üçün cinayət işi başlamadıqlarını bilmədiyini, şikayət olmadığı üçün cinayət işi başlamadıqlarını, sonra şikayət etdikləri üçün cinayət işinə baxıldığını, oğlu qanuni cəzasını aldığı üçün qarşı tərəfə pul ödəmədiklərini, bu gün xəstənin müalicə almağı barədə məlumatlarının olmadığını, qarşı tərəfin nə qədər xərc çəkməyindən xəbərinin olmadığını bildirmişdir. İş materiallarında əlavə edilmiş: 11 iyul 2023-cü il tarixli çıxarışa əsasən, Cavabdeh ilə X13 arasında 19 iyul 2019-cu il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra qadına “Hüseynova” soyadı verilmişdir. 025388 nömrəli vəsiqənin təsdiqlənmiş surətinə əsasən, X6 11 mart 2020-ci il tarixdə müddətsiz İ qrup əlillik verilmişdir. 08 dekabr 2022-ci il tarixli, 1174 nömrəli tibbi arayışa əsasən, X13 “BONA DEA” Hospitalında 01 avqust 2019-cu il tarixdən 29 oktyabr 2019-cu il tarixədək bir çox müayinə və müalicədən keçmişdir. Naxçıvan Muxtar Respublikası Xəstəxanası publik hüquqi şəxsinin 959 nömrəli, 12 noyabr 2021-ci il tarixli məktubuna əsasən, X13 21 iyul 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikası Xəstəxanası publik hüquqi şəxsinin Reanimasiya şöbəsinə “Ağır kəllə-beyin travması. Beyin əsasının əzilməsi, qansızmalarla. Ağciyərlərin əzilməsi, sağ diz oynağının natamam çıxığı, həmin ətrafın yumşaq toxumalarının əzilməsi və nekrozu. Beyin koması İİİ dərəcə, əzilmə sindromu” diaqnozu ilə daxil olmuşdur. X16 Limanının 233 nömrəli, 06 dekabr 2021-ci il tarixli məktubuna əsasən, 13 avqust 2021-ci il tarixdə Naxçıvan-Bakı reysi üzrə Xudiyeva Asya 40 AZN, Nümayəndə1 50 AZN, 17 oktyabr 2021-ci il tarixdə Bakı-Naxçıvan reysi üzrə Xudiyeva Asya 40 AZN, Nümayəndə1 50 AZN, 08 noyabr 2021-ci il tarixdə Naxçıvan-Bakı reysi üzrə Xudiyeva Asya 40 AZN, Nümayəndə1 50 AZN ödəniş etmişlər. Bilet məlumatlarına əsasən, 24 iyul, 23 mart, 16 iyul, 08 dekabr, 01 iyul, 25 sentyabr, 11 iyun 2020, 13 avqust, 17 oktyabr, 08 noyabr, 31 dekabr 2021, 14 aprel, 30 iyul, 03 oktyabr 2022, 20 iyul 2023-cü il tarixlərdə ümumilikdə 1360 AZN məbləğində ödəniş edilmişdir. Elektron bilet qəbzlərinə əsasən, 20 iyul 2023-cü il tarixdə 60 AZN, 31 dekabr 2021ci il tarixdə 90 AZN, 14 aprel 2022-ci il tarixdə 90 AZN, 30 iyul 2022-ci il tarixdə 110 AZN, 03 oktyabr 2022-ci il tarixdə 110 AZN məbləğində ödəniş edilmişdir. Şahbuz Rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, 1(090)-1/2023 nömrəli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirli bilinib, 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il 06 (altı) ay müddətinə şərti olaraq azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Faktura məlumatlarına əsasən, 06 fevral 2020-ci il tarixdən 27 yanvar 2021-ci il tarixədək ümumilikdə “BONA DEA” Hospitalına 3050 AZN məbləğində, 03 iyul 2023-cü il tarixdən 11 avqust 2023-cü il tarixədək ümumilikdə 4954.89 AZN məbləğində, 05 yanvar 2021-ci il tarixdən 25 avqust 2021-ci il tarixədək ümumilikdə 1550 AZN məbləğində, 06 fevral 2020-ci il tarixdən 30 dekabr 2020-ci il tarixədək ümumilikdə 6513.22 AZN məbləğində ödəniş edilmişdir. Faktura məlumatlarına əsasən, 16 noyabr 2020-ci il tarixdən 30 dekabr 2020-ci il tarixədək ümumilikdə “BONA DEA” Hospitalına 1140 AZN məbləğində, 07 sentyabr 2020-ci il tarixdən 13 noyabr 2020-ci il tarixədək ümumilikdə 1770 AZN məbləğində, 05 yanvar 2021-ci il tarixdən 25 avqust 2021-ci il tarixədək ümumilikdə 1440 AZN məbləğində, 06 fevral 2020-ci il tarixdən 06 mart 2020-ci il tarixədək ümumilikdə 1389.70 AZN məbləğində, 28 avqust 2020-ci il tarixdən 10 sentyabr 2020-ci il tarixədək ümumilikdə 937 AZN məbləğində ödəniş edilmişdir. Faktura məlumatına əsasən, 24 oktyabr 2022-ci il tarixdə aparat üçün 6613 AZN məbləğində ödəniş edilmişdir. İş materiallarında olan dərman peraparatlarına çəkilən xərcə dair ödəmə qəbzlərinə əsasən 1468.57 manat ödənilmişdir. Əmtəə qaiməsinə əsasən, X6 Rusiyadan 300600 rubl məbləğində mal buraxılıb. Faktura məlumatlarına əsasən, 05 dekabr 2019-cu il tarixdən 12 dekabr 2019-cu il tarixədək ümumilikdə 38678.5 AZN məbləğində ödəniş edilmişdir. “BONA DEA” Hospital tərəfindən verilmiş 05 dekabr 2019-cu il tarixli faktura məlumatlarına əsasən, 01 avqust 2019-cu il tarixdən 29 oktyabr 2019-cu il tarixədək 59203.52 AZN məbləğində ödəniş edilməsi müəyyən edilmiş, 21675.98 manat endirim edilməklə 37527.54 manat xidmət məbləği müəyənləşdirilmişdir. “BONA DEA” Hospital tərəfindən verilmiş 01 mart 2024-cü il tarixli məktuba əsasən, Hüseynova (Xudiyeva) Asya Hüseyn qızının bütün tibbi məsrəfləri “BONA DEA” Hospitalın baş direktoru X19 tərəfindən qarşılanmışdır. “BONA DEA” Hospital tərəfindən verilmiş 02 mart 2024-cü il tarixli məktuba əsasən, Hüseynova (Xudiyeva) Asya Hüseyn qızı 2019-cu il avqust ayının 1-də xəstəxanaya daxil olmuşdur. Onun xəstəxanada olduğu 3 ay müddət ərzində müalicə və tibbi məsrəfləri “BONA DEA” Hospitalın baş direktoru X19 tərəfindən qarşılanmışdır. 2020-ci ildən 2024-cü ilə qədər isə onun bütün müayinə xərcləri öz valideynləri tərəfindən qarşılanmışdır. Məhkəmə işin digər hallarını nəzərdən keçirib iddianın dəlillərini, izahatları, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Kоnstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən, mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlar tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə, məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Hüseynov (Hüseynli) Cavid Ədalət oğlundan 40236.38 (qırx min iki yüz otuz altı manat otuz səkkiz qəpik) manat məbləğində pul alınaraq, iddiaçı Hüseynova (Xudiyeva) Asya Hüseyn qızına ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Belə ki, mülki işin materiallarından və tərəflərin izahatından məlum olur ki, 21 iyul 2019-cu il tarixdə Cavabdeh idarə etdiyi avtomobillə qəza törədərək nəticədə İddiaçı sağlamlığına ağır zərər vurmuş və nəticədə İddiaçı uzun müddətli müalicə almaqda davam edir. “BONA DEA” Hospital tərəfindən verilmiş 02 mart 2024-cü il tarixli məktuba əsasən, Hüseynova (Xudiyeva) Asya Hüseyn qızı 2019-cu il avqust ayının 1-də xəstəxanaya daxil olmuşdur. Onun xəstəxanada olduğu 3 ay müddət ərzində müalicə və tibbi məsrəfləri “BONA DEA” Hospitalın baş direktoru X19 tərəfindən qarşılanmışdır. 2020-ci ildən 2024-cü ilə qədər isə onun bütün müayinə xərcləri öz valideynləri tərəfindən qarşılanmışdır. İddiaçı tərəfin təqdim etdiyi sübutlardan məlum olur ki, 06 fevral 2020-ci il tarixdən 27 yanvar 2021-ci il tarixədək ümumilikdə “BONA DEA” Hospitalına 3050 AZN məbləğində, 03 iyul 2023-cü il tarixdən 11 avqust 2023-cü il tarixədək ümumilikdə 4954.89 AZN məbləğində, 05 yanvar 2021-ci il tarixdən 25 avqust 2021-ci il tarixədək ümumilikdə 1550 AZN məbləğində, 06 fevral 2020-ci il tarixdən 30 dekabr 2020-ci il tarixədək ümumilikdə 6513.22 AZN məbləğində ödəniş edilmişdir. Bundan başqa 16 noyabr 2020-ci il tarixdən 30 dekabr 2020-ci il tarixədək ümumilikdə “BONA DEA” Hospitalına 1140 AZN məbləğində, 07 sentyabr 2020-ci il tarixdən 13 noyabr 2020-ci il tarixədək ümumilikdə 1770 AZN məbləğində, 05 yanvar 2021-ci il tarixdən 25 avqust 2021-ci il tarixədək ümumilikdə 1440 AZN məbləğində, 06 fevral 2020-ci il tarixdən 06 mart 2020-ci il tarixədək ümumilikdə 1389.70 AZN məbləğində, 28 avqust 2020-ci il tarixdən 10 sentyabr 2020-ci il tarixədək ümumilikdə 937 AZN məbləğində ödəniş edilmişdir. Əlavə olaraq faktura məlumatına əsasən, 24 oktyabr 2022-ci il tarixdə aparat üçün 6613 AZN məbləğində ödəniş edilmişdir. Təqdim olunmuş bilet məlumatlarına əsasən, 24 iyul, 23 mart, 16 iyul, 08 dekabr, 01 iyul, 25 sentyabr, 11 iyun 2020, 13 avqust, 17 oktyabr, 08 noyabr, 31 dekabr 2021, 14 aprel, 30 iyul, 03 oktyabr 2022, 20 iyul 2023-cü il tarixlərdə ümumilikdə 1360 AZN məbləğində ödəniş edilmişdir. Həmçinin məhkəmə iş üzrə tərəflərin izahatına və digər sənədlərə əsasən hesab edir ki, İddiaçı sağlamlıq imkanına görə müalicə alması üçün xəstəxanalara getməsi üçün xüsusi nəqliyyat vasitəsindən istifadə zərurəti olduğundan taksi istifadəsinə çəkilən xərci real olaraq qəbul edir və hesab edir ki, çəkilən xərc 3050 manat cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. Məhkəmə İddiaçı müalicəsi üçün dərman peraparatlarına çəkilən xərci 4954 manat tələbini qismən təmin edərkən onu əsas tutur ki, iddiaçı tərəfindən sübutu olaraq təqdim olunan ödəmə qəbzlərinə əsasən 1468.57 manat müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyriəmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ və sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətləri) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli, 7 saylı qərarının 2-ci bəndinin 4-cü abzasında göstərilmişdir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmçinin, Ali Məhkəmə göstərilən Qərarın 4-cü bəndində göstərmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyrihüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Qeyd olunan Qərarın 10-cu bəndində Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Eyni zamanda, istər İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərində, istərsə də Azərbaycan Respublikası Ali Məhkəməsinin Qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə istənilən şəxsin hüququnun pozulmasının müəyyən olunması, özlüyündə mənəvi ziyanın mövcudluğunu ehtiva edir. Məhkəmə iddiaçıya mənəvi zərərin vurulmasını müəyyən etsə də, hesab edir ki, iddiaçının mənəvi zərərə görə cavabdehdən tələb etdiyi 100000 (yüz min) manat ağlabatan deyildir və buna görə də, cavabdehdən mənəvi zərərə görə 5000 (beş min) manat məbləğində pulun alınaraq, iddiaçıya verilməsini ədalətli və ağlabatan hesab edir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin olunduğundan, dövlət rüsumunun tutulması hissəsi də qismən təmin edilməli və cavabdehdən dövlət nəfinə 210.70 (iki yüz on manat yetmiş qəpik) manat dövlət rüsumu tutulmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Hüseynov (Hüseynli) Cavid Ədalət oğlundan 40236.38 manat məbləğində pul alınaraq, iddiaçı Hüseynova (Xudiyeva) Asya Hüseyn qızına verilməli, 210.70 (iki yüz on manat yetmiş qəpik) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Hüseynov (Hüseynli) Cavid Ədalət oğlundan 40236.38 (qırx min iki yüz otuz altı manat otuz səkkiz qəpik) manat məbləğində pul alınaraq, Hüseynova (Xudiyeva) Asya Hüseyn qızına ödənilsin. Hüseynov (Hüseynli) Cavid Ədalət oğlundan 210.70 (iki yüz on manat yetmiş qəpik) manat dövlət rüsumu alınıb dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №2(078)-56/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-56/2024
29.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver