Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-569/2025 07.05.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 12 oktyabr 2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X4 hər ay aylıq qazancının və (və ya) başqa gəlirlərinin ¼ miqdarında alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşin faktiki və mübahisələndirilməyən halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh 13 mart 2015-ci il tarixdə Naxçıvan Şəhər Nikah Evində 84 nömrəli aktla nikaha daxil olmuşdur. Birgə nikahdan 16 may 2016-cı il təvəllüdlü X13 və 12 oktyabr 2018-ci il təvəllüdlü X10 doğulmuşdur. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 13 mart 2015-ci il tarixdə Naxçıvan Şəhər Nikah Evində 84 nömrəli aktla nikaha daxil olmuşdur. Birgə nikahdan 16 may 2016-cı il təvəllüdlü X13 və 12 oktyabr 2018-ci il təvəllüdlü X10 doğulmuşdur. O, Cavabdeh ilə 2 aydan artıq olar ki, ayrı yaşayır. ünvan 1 ünvanında valideynlərinin yanında yaşayır və 12 oktyabr 2018-ci il təvəllüdlü X10 onun himayəsindədir. Lakin 16 may 2016-cı il təvəllüdlü X13 atası Cavabdeh yanında yaşayır. Cavabdeh bu müddətdə uşağın onun yanında yaşayan uşağın saxlanılmasında köməklik etmir. O, uşağı saxlamaqda çətinlik çəkir və heç bir yerdə işləmir, həmçinin uşaq böyüdükcə xərci artır. Cavabdeh Alşarov X9 Əlahiddə Sərhəd Diviziyasında hərbi qulluqçu kimi xidmət edir. Buna görə də cavabdehdən aylıq qazancının və (və ya) başqa gəlirlərinin 1/4 dörddə bir hissəsi miqdarında aliment ödənilməsini istəyir. Mediyasiyaya təşkilatına aliment tələbi ilə bağlı müraciət etmişdir, lakin cavabdeh ilkin mediasiya sesiyasında iştirak etməmişdir. Bununla bağlı arayış alınaraq iddia ərizəsinə əlavə etmişdir. Məhkəmə iclası zamanı izahat verən İddiaçı izahatında işləmədiyini, aliment tələb etdiyini, oğlunun böyrək əməliyyatında iştirak etdiyini, oğlu üçün də məhkəməyə müraciət edəcəyini, qardaşının oğlunun əməliyyatına pul göndərdiyini, ancaq cavabdehin qızına baxmadığını, qızına düşən miqdarda aliment tələb etdiyini, o evdə olan vaxt cavabdehin 1200 manat əməkhaqqı olduğunu, cavabdehin digər övladını qorxutduğunu, uşağı atmadığını, uşağı ona vermədiklərini bildirmişdir. Məhkəmə iclası zamanı izahat verən Cavabdeh verdiyi izahatında oğlunun onun yanında qaldığını, oğlanın böyrək xəstəsi olduğunu, 5 aydır ki, atıb getdiyini, ikinci dəfə əməliyyat olunduğunu, qarşı tərəfin salonda işlədiyini, 560 manat kredit ödədiyini, qızını atmadığını, aliment ödəyəcəyini, uşağı xəstəxanaya aparanda analizə 200 manat pul verdiyini, 150 manatdan artıq ödəməyəcəyini bildirmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iclasın yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh iştirak etməmişdir. İştirak etməməsi ilə bağlı məhkəməyə hər hansısa bir məlumat verməmişdir. Mülki prosessual məcəllənin 185-ci maddəsinin müddəalarına, əsasən, məhkəmə iclasının cavabddehin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmənin qiymətləndirməsi: İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: Naxçıvan Şəhər Nikah Evinin verdiyi AZ-lİ seriyalı, 516338 nömrəli nikah haqqında şəhadətnaməyə, əsasən, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2015-ci ildə nikah bağlanmışdır. Naxçıvan Şəhər Nikah Evinin verdiyi AZ-V seriyalı, 214917 nömrəli doğum haqqında şəhadətnaməyə, əsasən, X10 xx.xx.2018-ci ildə Naxçıvan Şəhərində anadan olmuşdur. X2 xx.xx.2025-ci il tarixli “X5 İştirak edilməməsi barədə” arayışına, əsasən, Cavabdeh mediasiya prosesində iştirak etməmişdir. Naxçıvan MR Naxçıvan Şəhər İcra Hakimiyyəti Əlilabad Qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyini verdiyi xx.xx.2025-ci il tarixli, 01/192 nömrəli arayışa, əsasən, Alşarova X8 şəhəri, Əliaabad qəsəbəsi, döngə 5, ev 18 ünvanında qeydiyyatdadır. İş materiallarına İddiaçı və Cavabdeh şəxsiyyət vəsiqəsinin surəti, Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin xx.xx.2025-ci il tarixli müraciət vərəqəsinin surəti, ******* saylı kredit müqaviləsi üzrə ödəniş cədvəlinin surəti, Azərbaycan Respublikası Respublika Diaqnostika X1 epikrizinin surəti, Cavabdeh məxsus xx.xx.2023cü il tarixli epikriz sənədinin surəti, elektron məhkəmə sistemindən şəxsiyyət vəsiqəsi məlumatlarının surəti əlavə edilmişdir. Naxçıvan “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinin verdiyi xx.xx.2025-ci il tarixli arayışa, əsasən, X11 xx.xx.2016-cı ildə Naxçıvan şəhərində anadan olmuşdur. xx.xx.2023-cü il tarixli xəsarətin alınma şəraiti haqqında arayış iş materiallarına əlavə edilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsini mülki işin materialları ilə əlaqəli şəkildə araşdıraraq belə nəticəyə gəlir ki, iddia ərizəsi əsaslı olduğundan təmin olunmalı, Cavabdeh qazancın və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq 12 oktyabr 2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinə 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddəsinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarına əsasən nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Buna görə də hazırki qətnamə ilə müəyyən edilən aliment məbləği bu barədə tələbin əsasının yəni alimentin tutulması qaydasının dəyişdirilməsinə dair ərizə ilə müraciət edildiyi vaxtdan xx.xx.2025-ci il tarixdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə və hazırki iş üzrə aliment sabit məbləğdə deyil qazancın hissəsi miqdarında təyin edildiyindən iş üzrə 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. Cavabdeh 10 mart 2025-ci il tarixdə hesablanmaqla hər ay qazancın və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq 12 oktyabr 2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə ödənilsin. Qətnamə dərhal icra olunsun. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №2(078)-569/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-569/2025
07.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver