Məhkəmə qərarları › İş №2(078)-573/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-573/2022

13.05.2022 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-573/2022 13.05.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızı kreditor Tələbkar Açıq Səhmdar Cəmiyyətinin Borclu qarşı borc tələbi barədə məhkəmə əmri verilməsinə dair ərizəsini Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək müəyyən e t d i m: Tələbkar Açıq Səhmdar Cəmiyyəti Borclu qarşı məhkəmə əmrinin çıxarılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Borclu əsassız varlanması nəticəsində yaranmış və Tələbkar Açıq Səhmdar Cəmiyyətinə olan 444.27 (dörd yüz qırx dörd manat iyirmi yeddi qəpik) manat borcunun, həmçinin ərizəyə görə ödənilmiş 100.00 (bir yüz) manat dövlət rüsumunun Borclu Tələbkar Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə məhkəmə əmrinin çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kreditorun məhkəməyə təqdim etdiyi ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlir ki, onun məhkəmə əmri verilməsi haqqında ərizəsi qəbul edilməkdən imtina olunmalıdır. Belə ki, məhkəmə əmri haqqında ərizəyə borclunun ərizədə tələb olunan borcunun yaranmasını təsdiq edən sənədlər əlavə olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə əmri haqda ərizə və ona əlavə edilmiş sənədlər işin əmr icraatı qaydasında baxılaraq məhkəmə əmri çıxarılması üçün yetərli hesab oluna bilməz və buna görə də məhkəmə əmri verilməsi haqqında ərizənin ona əlavə edilmiş sənədlərin qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 279.2 və 279.2.2-ci maddələrinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edir. Azərbaycan Respublikası MPM-nin 279.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Bundan əlavə olaraq Tələbkar Açıq Səhmdar Cəmiyyətinə izah olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 279.4-cü maddəsinə müvafiq olaraq, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 263, 264 və 279.3-cü maddələrini rəhbər tutaraq qərar v e r d i m: Tələbkar Açıq Səhmdar Cəmiyyətinin Borclu qarşı borc tələbi barədə məhkəmə əmri çıxarılmasına dair ərizəsinin qəbul edilməsindən imtina olunsun və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə kreditora geri qaytarılsın. Tələbkar Açıq Səhmdar Cəmiyyətinə izah olunsun ki, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. İddia verilərsə kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Bu qərardaddan şikayət verilə bilməz. Hakim: Gülsüm Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar