Məhkəmə qərarları › İş №2(078)-601/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-601/2025

26.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-601/2025 26.08.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment borclarından azad edilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı aliment borclarından azad edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Naxçıvan Şəhər Məhkəməsinin 14 fevral 2022-ci il tarixli, 2(078)-65/2022 saylı qətnaməsinə əsasən ondan 04 noyabr 2021-ci il tarixdən hesablanmaqla 16 oktyabr 2010-cu il təvəllüdlü X2 və 28 fevral 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək hər ay sabit məbləğdə hər uşaq üçün 150 (yüz əlli) manat olmaqla ümumilikdə 300 (üç yüz) manat aliment üzrə, 16 oktyabr 2010-cu il təvəllüdlü X4 münasibətdə yığılan 1350 (bir min üç yüz əlli) manat miqdarında aliment borcunu ödəməkdən azad edilməyi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini əsaslandıraraq bildirmişdir ki, Cavabdeh iddia tələbinə əsasən Naxçıvan Şəhər Məhkəməsinin 14 fevral 2022-ci il tarixli, 2(078)-65/2022 saylı qətnaməsinə əsasən ondan 04 noyabr 2021-ci il tarixdən hesablanmaqla 16 oktyabr 2010-cu il təvəllüdlü X2 və 28 fevral 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək hər ay sabit məbləğdə hər uşaq üçün 150 (yüz əlli) manat olmaqla ümumilikdə 300 (üç yüz) manat miqdarında alimentin tutularaq iddiaçı Cavabdeh xeyrinə ödənilməsi qət olunmuşdur. Övladı 16 oktyabr 2010-cu il təvəllüdlü X5 08 fevral 2024-cü il tarixdən 28 oktyabr 2024-cü il tarixədək onun himayəsində yaşamışdır. Həmin müddətdə Cavabdeh himayəsində digər övladı 28 fevral 2025-ci il təvəllüdlü X6 ilə Türkiyə Respublikasında yaşamışdır. 28 oktyabr 2024-cü il tarixdə Naxçıvan şəhər İcra və Probasiya şöbəsi tərəfindən icra sənədi üzrə yığılan 3350 (üç min üç yüz əlli) manat aliment borcu ilə əlaqədar barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmin vaxt o icra sənədi üzrə aliment borcundan 500 (beş yüz) manat miqdarında ödəniş etmişdir. Naxçıvan şəhər Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli qərarı ilə onun qismən də olsa aliment borcundan ödəniş etdiyini və icra sənədi üzrə yığılan aliment borcunu ödəyə bilməməyini üzrlü hal kimi qiymətləndirərək barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Nəticədə onun həmin vaxta 2850 manat aliment borcu yaranmışdır. O, övladı 16 oktyabr 2010-cu il təvəllüdlü X5 9 ay müddətində onun yanında saxlanıldığı üçün uşağın onun himayəsinə verilib və onun yanında saxlanılması üçün iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmişdi, lakin onun iddia tələbi rədd olunmuşdur. 16 oktyabr 2010-cu il təvəllüdlü X2 08 fevral 2024-cü il tarixdən onun yanında saxlanıldığı 9 (doqquz) ay müddətində X4 münasibətdə aylıq sabit 150 (yüz əlli) manat olmaqla, yığılan 1350 (min üç yüz əlli) manat aliment borcunun üzrlü səbəbdən yarandığını hesab edir, maddi vəziyyəti yığılan aliment borcunu ödəməyə imkan vermir və yığılan aliment borcunun ödənilməsindən azad olunmaq istəyir. Mülki iş üzrə təyin edilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, məhkəmə iclaslarında iştirak etməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla məhkəmə cavabdehin iştirakı olmadan məhkəmə iclaslarının keçirilməsini mümkün hesab etmişdir. İddiaçı 26 avqust 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında məhkəməyə ərizə təqdim edərək ərizədə Cavabdeh qarşı məhkəməyə müraciət etdiyini, iddiasından imtina etdiyini, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. İddiaçının iddiadan imtina etməsi onun cavabdehə qarşı irəli sürdüyü maddi hüquqi tələbdən və bu tələbin məhkəmədə müdafiəsi hüququndan imtina etməsidir. Məhkəmədə mülki və ya kommersiya mübahisələrinə dair işlərin başlanması bir qayda olaraq, öz adından ərizə ilə məhkəməyə müraciət etmiş şəxsin bilavasitə iradəsinin ifadəsi olduğuna görə onun öz tələbindən imtina etməsi işin icraatının davam etdirilməsini lüzumsuz edir. Ona görə də qanunvericilik iddiaçının iddiadan imtina etməsini bu imtinanın məhkəmə tərəfindən qəbul edildiyi təqdirdə iş üzrə icraata xitam verilməsinin əsası kimi nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Məhkəmə iddiadan imtinaya dair ərizəni araşdırıb hesab edir ki, iddiaçının iddia tələbindən imtina etməsi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından həmin imtina məhkəmə tərəfindən qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0 və 261.0.4-cü maddələrinə əsasən iş üzrə iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.4-cü maddələrinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına 13 mart 2025-ci il tarixli, 24439 nömrəli qəbzlə ödənilmiş 34 (otuz dörd) manat məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılmalıdır. Göstərilən xüsusatları və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261, 262-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərarverdi: İddiaçı Cavabdeh qarşı aliment borclarından azad edilməsi tələbinə dair mülki iş üzrə İddiaçı iddiadan imtinası qəbul olunsun və iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına 13 mart 2025-ci il tarixli, 24439 nömrəli qəbzlə ödənilmiş 34 (otuz dörd) manat məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılsın. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar