Məhkəmə qərarları › İş №2(078)-603/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-603/2024

12.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-603/2024 12.09.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı müəyyən olunmuş payın dəyərinin ödənilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh Naxçıvan Şəhər Məhkəməsinin 21 avqust 2023-cü il tarixli 2(078)-671/2023 saylı qətnaməsi ilə 29 iyul 2017ci il tarixdə alqı-satqı müqaviləsi əsasında əldə edilmiş “Tofaş Şahin” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərində müəyyən olunmuş 1/2 hissədə payının dəyərinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, iş üzrə Cavabdeh ilə 14 may 2015ci il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə həyat qurub. Nikahlarından iki övladı doğulmuşdur. Aralarındakı nikah qeydi onun iddiası əsasında Naxçıvan Şəhər Məhkəməsinin 05 mart 2020-ci il tarixli 2(078)-69/2020 nömrəli qətnaməsi ilə pozulmuşdur. İddiası əsasında birgə nikah dövründə Cavabdeh adına 29 iyul 2017-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında əldə etdikləri "Tofaş Şahin" markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərində Naxçıvan Şəhər Məhkəməsinin 21 avqust 2023-cii il tarixli 2(078)-671/2023 saylı qətnaməsi ilə 1/2 hissədə payları müəyyən olunmuşdur. Həmin qətnamə əsasında 1/2 hissədə müəyyən olunmuş payını Naxçıvan MR X2 İdarəsində qeydiyyata aldırıb. Cavabdeh avtomobil üzərində müəyyən olunmuş 1/2 hissədə payınıın dəyərini dəfələrlə tələb etsə də, o bundan boyun qaçırarır. Cavabdeh onun mülkiyyətindən qanunsuz olaraq istifadə etməklə mülkiyyət hüququnu pozur. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Məhkəmə iclası zamanı izahat verən İddiaçı iddia tələbini müdafiə edərək təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclası zamanı izahat verən Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, hazırda heç yerdə işləmir. Məhkəmə qətnaməsi ilə təyin edilmiş alimenti də atası verir. Hazırda atası da işləmir. O, alimenti həmin maşın hesabına ödəyir. Maşınla taksi kimi işləyir. Maşının qiyməti 4000-5000 manat təşkil edir. İddianı qətiyyən qəbul etmir. Məhkəmə baxış iclaslasının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə işin faktiki və mübahisələndirilməyən hallarını tərəflərin izahatı ilə əlaqəli şəkildə təhlil edib hesab edir ki, iddia təmin edilməlidir. Naxçıvan Şəhər Məhkəməsinin 05 mart 2020-ci il tarixli 2(078)-69/2020 nömrəli qətnaməsindən aydın olur ki, Cavabdeh ilə İddiaçı arasında 14 may 2015-ci il tarixdə Naxçıvan şəhər Nikah evində bağlanmış 195 nömrə ilə qeydə alınmış nikah pozulmuşdur. Naxçıvan Şəhər Məhkəməsinin 21 avqust 2023-cü il tarixli 2(078)-671/2023 nömrəli qətnaməsindən aydın olur ki, qətnamə ilə Cavabdeh adına xx.xx.2017-ci il tarixdə qeydə alınmış “Tofaş Şahin” markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobil birgə nikah dövründə qazanılmış hesab edilməklə, İddiaçı həmin avtomobilin 1/2 hissəsinə payı müəyyən edilmişdir. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (Konstitusiyanın 13 və 29-cu maddələri). Azərbaycan Respublikası Mülki Məcəllənin 213-cü maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətindən (hüququnda) olan olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.5-ci maddələrində paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması qaydaları müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-cü maddəsindən görünür ki, payın naturada ayrılması mümkün olmadıqda payın dəyərinin ödənilməsi tətbiq edilir. Tərəflərin paylarının naturada ayrılması mümkün deyildir, odur ki, payın dəyərinin ödənilməsi tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.4-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Ümumi mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) Ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması 2) Pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır (Mülki Məcəllənin 220.4-cü maddəsi). Beləliklə əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə ağlabatan üsulu pul kompensasiyasının ödənilməsidir. Bununla mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər. İşə məhkəmədə baxılan zaman cavabdeh avtomobilə münasibətdə real bazar qiyməti müəyyən edildikdən sonra dəyərinin yarısının ona verilməsinə etirazı olmadığını bildirmişdir. Mübahisə predmeti olan avtomobilin real bazar qiymətinin müəyyən edilməsi üçün məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertin 13 avqust 2024-cü il tarixli 846 nömrəli rəyindən müəyyən edilmişdir ki, təqdim olunmuş “Tofaş” markalı, “Şahin minik modelli, sedans tipli, qara rəngli, buraxılış ili 2005-ci il, mühərrikin həcmi 1600 kub.sm olan ** BG *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin orta bazar qiyməti 4500 (dörd min beş yüz) manat müəyyən edilmişdir. Məhkəmə ekpert rəyini nəzərə alıb hesab edir ki, iddia təmin edilməli, Cavabdeh “Tofaş” markalı, “Şahin minik modelli, sedans tipli, qara rəngli, buraxılış ili 2005-ci il, mühərrikin həcmi 1600 kub.sm olan ** BG *** dövlət qeydiyyat nişanlı minik avtomobili üzərində İddiaçı düşən ½ hissənin dəyəri olan ekpert rəyi ilə müəyyən edilmiş 4500 (dörd min beş yüz) manat pulun yarısı 2250 (iki min iki yüz əlli) manat alınıb iddiaçıya verilməlidir. Məhkəmə ekspert xərci ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, məhkəmə əmtəəşünaslıq ekspertizasının aparılması üçün ekspertiza xərci olan 50 (əlli) manat Cavabdeh alınaraq X1 MR İdarəsinə ödənilsin (Kod: 502906 VÖEN: **********, Müxbir hesab № AZ88NABZ******************** SWİFT BİK NAXCAZ21). Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq belə hesab edir ki, iddia təmin edildiyindən İddiaçı tərəfindən “Kapital Bank” Naxçıvan filialına xx.xx.2024-cü il tarixdə 20247nömrəli ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Beləliklə, göstərilənlərə əsasən və Аzərbaycan Respublikası Мülki-Prosessual Мəcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı müəyyən olunmuş payın dəyərinin ödənilməsi tələbinə iddiası əsaslı olduğundan təmin olunsun. Cavabdeh ümumi dəyəri 4500 (dörd min beş yüz) manat “Tofaş” markalı, “Şahin minik modelli, sedans tipli, qara rəngli, buraxılış ili 2005-ci il, mühərrikin həcmi 1600 kub.sm olan ** BG *** dövlət qeydiyyat nişanlı minik avtomobili üzərində İddiaçı düşən ½ hissənin dəyəri olan 2250 (iki min iki yüz əlli) manat alınıb İddiaçı verilsin. Məhkəmə əmtəəşünaslıq ekspertizasının aparılması üçün ekspertiza xərci olan 50 (əlli) manat Cavabdeh alınaraq X1 MR İdarəsinə ödənilsin (Kod: 502906 VÖEN: **********, Müxbir hesab № AZ88NABZ******************** SWİFT BİK NAXCAZ21). İddiaçı tərəfindən “Kapital Bank” Naxçıvan filialına xx.xx.2024-cü il tarixdə 20247nömrəli ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq iddiaçıya qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar