Məhkəmə qərarları › İş №2(078)-607/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-607/2025

26.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-607/2025 26.05.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh övladı 28 aprel 2020-ci il təvəllüdlü X3 və 12 sentyabr 2021-ci il tarixli X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər uşağa sabit məbləğdə 246 manat olmaqla, cəmi 492 manat (ölkə üzrə minimum əmək haqqının müvafiq misli həddində müəyyən edilməklə) alimentin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə birgə nikahlarından 28 aprel 2020-ci il təvəllüdlü xx.xx.2001-ci il təvəllüdlü X5 və 12 sentyabr 2021-ci il təvəllüdlü X6 dünyaya gəlmişdir. Artıq uzun müddətdir ki ayrı yaşayırlar. Hazırda Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1719/2023 nömrəli, 04 dekabr 2023-cü il tarixli qətnaməsi ilə aralarında X1 bağlanmış hər uşağa 150 (bir yüz əlli) manat olmaqla iki uşaq üçün ümumilikdə 300 (üç yüz) manat alimentin ödənilməsi təsdiq olunmuşdur. Həmin məbləğ övladlarımın saxlanılmasında kifayət etmir. Özü heç bir yerdə işləmir. Uşaqların maddi tələbatı artıb. Bu səbəbdən də alimentin artırılmasını istəyir. Naxçıvan Şəhər Məhkəməsinin 13 may 2025-ci il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə qərardadı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi təmin olunmaqla, mülki işə “Cavabdeh övladı 28 aprel 2020-ci il təvəllüdlü X3 və 12 sentyabr 2021-ci il tarixli X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay aylıq qazancının və (və ya) başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin tutularaq iddiaçının xeyrinə ödənilməsi" tələbi çərçivəsində baxılması qərara alınmışdır. İşin faktiki və mübahisələndirilməyən halları ondan ibarətdir ki, Cavabdeh ilə İddiaçı arasında 12 oktyabr 2011-ci il tarixdə Naxçıvan şəhər Nikah Evində nikah bağlanmış və bu barədə 377 nömrəli akt qeydi icra edilmişdir. Tərəflərin birgə nikahlarından 28 aprel 2020-ci il təvəllüdlü X5 və 12 sentyabr 2021-ci il tarixli X4 adlı övladları doğulmuşdur. İş üzrə İddiaçı məhkəmə baxışı iclasında verdiyi izahatında iddianı müdafiə edərək izahatında iddianın təmin olunmasını xahiş etdi. İş üzrə Cavabdeh məhkəmə baxışı iclasında verdiyi izahatında qanunauyğun qərar verilməsini xahiş etdi. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini mülki işin materialları ilə əlaqəli şəkildə araşdıraraq belə nəticəyə gəlir ki, iddia ərizəsi əsaslı olduğundan təmin olunmalı, Cavabdeh qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutularaq, 28 aprel 2020-ci il təvəllüdlü X3 və 12 sentyabr 2021-ci il tarixli X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün anaları İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinə 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1.2-ci maddəsinə əsasən, 2 uşağa görə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Hazırki qətnamə ilə müəyyən edilən aliment məbləği Naxçıvan Şəhər Məhkəməsinin 17 may 2024-cü il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə qərardadına əsasən 13 may 2025-ci il tarixdən tutulmalıdır. Məhkəmə bu nəticəyə gələrkən “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarını da nəzərə almışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə, iş üzrə 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. Cavabdeh 13 may 2025-ci il tarixdən hesablanmaqla, hər ay qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutularaq, 28 aprel 2020-ci il təvəllüdlü X3 və 12 sentyabr 2021-ci il tarixli X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün anaları İddiaçı xeyrinə ödənilsin. Qətnamə dərhal icra olunsun. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar