Məhkəmə qərarları › İş №2(078)-701/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Məhkəmə əmri — İş №2(078)-701/2021

02.06.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Naxçıvan şəhəri İş № 2(078)-701/2021 02.06.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 24 ünvanında yerləşən kreditor “xxxx” MMCnin Borclu qarşı borcun qaytarılması barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: Kreditor “xxxx” MMC məhkəməyə ərizə ilə müraciət edərək xx.xx.1998-ci ildə Naxçıvan şəhərində doğulmuş və Naxçıvan şəhəri, Təbriz 1/31 ünvanında qeydiyyatda olan Borclu 1020 (bir min iyirmi) manat məbləğində əsas borcun və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 1040 (bir min qırx) manat məbləğində pul vəsaitinin alınaraq “xxxx” MMC-nin hesabına (Azərbaycan Beynəlxalq Bankı Nəsimi filialı, m/h: AZ03NABZ********************, H/h: AZ53İBAZ********************) ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Kreditor tələbini onunla əsaslandırmışdır ki, Borclu “xxxx” MMC-dən 16.09.2019-cu il tarixli, HAK474675 saylı Borc müqaviləsinə əsasən kredit yolu ilə dəyəri 1530 (bir min beş yüz otuz) manat olan məişət avadanlığı əldə etməsi, boclunun müqavilə üzrə ödənişlər etdikdən sonra kreditora 1020 (bir min iyirmi) manat məbləğində borcun yaranması səbəbindən borcludan 1020 (bir min iyirmi) manat məbləğində əsas borcun və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 1040 (bir min qırx) manat məbləğində pul vəsaitinin alınaraq “xxxx” MMC-yə ödənilməsi barədə məhkəmə əmrinin çıxarılması zərurəti yaranmışdır. İş materiallarına əlavə olunmuş 16.09.2019-cu il tarixli, HAK474675 saylı Borc müqaviləsindən aydın olur ki, həqiqətən həmin tarixdə alıcı Borclu ilə kreditor “xxxx” MMC arasında kredit müqaviləsi imzalanmış, Borclu “xxxx” MMC-dən kredit yolu ilə 1530 (bir min beş yüz otuz) manat məbləğində məişət avadanlığı əldə etmiş, onun 0 (sıfır) manatını ilkin ödəmiş və qalan ilə 1530 (bir min beş yüz otuz) manatını 18 ay müddətinə aylıq 85 (səksən beş) manat olmaqla “xxxx” MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə tərəflər onu imzaladığı andan qüvvəyə minmiş və tərəflər öz öhdəliklərini tamamilə yerinə yetirənədək qüvvədədir. İş materiallarına əlavə olunmuş 15.12.2020-ci il tarixli 3392 nömrəli maliyyə arayışına əsasən Borclu ilə 16.09.2019-cu il tarixli, HAK474675 saylı müqavilə üzrə ödənilməmiş 1020 (bir min iyirmi) manat əsas (qalıq) borcu vardır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən 09.03.2021-ci il tarixdə verilmiş arayışa əsasən Borclu Naxçıvan şəhəri, Təbriz 1/31 ünvanında qeydiyyatdadır. Məhkəmə hesab edir ki, kreditorun ərizəsi əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Həmin məcəllənin 276.2.2-ci maddəsinə əsasən tələb sadə yazılı formada bağlanmış əqdə əsaslanırsa məhkəmə əmri verilə bilər. Həmin məcəllənin 280-ci maddəsinə əsasən məhkəmə əmri irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinləmək üçün tərəflər çağırılmadan çıxarılır. Ərizəyə əlavə olunmuş sənədlərlə kreditor “xxxx” MMC-nin tələbinin aşkar olduğu, tələbin sadə yazılı formada bağlanmış əqdə və borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Buna görə də həmin tələb üzrə məhkəmə əmri verilməsini mümkün hesab edirəm. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, “xxxx” MMC-nin nümayəndəsi X4 tərəfindən 27.04.2021-ci il tarixdə Azərbaycan Respublikası Mərkəzi X1 ********* nömrəli mədaxil qəbzi ilə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu Borclu alınaraq kreditor təşkilata qaytarılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 275, 276, 280 və 281, 282-ci maddələrini rəhbər tutaraq, ə m r e t d i m: xx.xx.1998-ci ildə Naxçıvan şəhərində doğulmuş və Naxçıvan şəhəri, Təbriz 1/31 ünvanında qeydiyyatda olan Borclu 1020 (bir min iyirmi) manat məbləğində əsas borcun və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 1040 (bir min qırx) manat məbləğində pul vəsaitinin alınaraq “xxxx” MMC-nin hesabına (Azərbaycan Beynəlxalq Bankı Nəsimi filialı, m/h: AZ03NABZ********************, H/h: AZ53İBAZ********************) ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün ərzində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar