Məhkəmə qərarları › İş №2(078)-704/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-704/2022

02.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-704/2022 02.08.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı hərəkət sərbəstliyinin təmin edilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında аçıq məhkəmə iclasındа baxaraq müəyyənеtdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahdan doğulmuş 05 dekabr 2015-ci il təvəllüdlü X3 cavabdehin razılığı olmadan respublikanın hüdudlarından kənara çıxmasına icazə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə nikahlarının 27 iyul 2019-cu il tarixli, 163 nömrəli qeyd ilə pozulduğunu, bu barədə Bakı şəhəri, Qaradağ rayon VVADQ şöbəsi tərəfindən nikahın pozulması barədə 19 fevral 2020-ci il tarixli, AZ-İ 349918 nömrəli şəhadətnamə verildiyini, cavabdehlə birgə nikah münasibətlərindən bir uşaqları- 05 dekabr 2015-ci il təvəllüdlü X3 olduğunu, cavabdehlə birgə nikahdan doğulmuş 05 dekabr 2015-ci il təvəllüdlü X3 cavabdehin razılığı olmadan respublikanın hüdudlarından kənara çıxmasına icazə verilməsini istədiyini, bunları nəzərə alaraq, cavabdehlə birgə nikahdan doğulmuş 05 dekabr 2015-ci il təvəllüdlü X3 cavabdehin razılığı olmadan respublikanın hüdudlarından kənara çıxmasına icazə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, о, məhkəmə baxış iclasına gəlməmiş, lakin məhkəməyə teleqram göndərərək, məhkəmə iclasında işi ilə əlaqədar iştirak edə bilməyəcəyini, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə baxış iclası iddiaçının iştirakı olmadan keçirilmişdir. Cavabdeh məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, о, məhkəmə baxış iclasına gəlməmiş, lakin məhkəmədə nümayəndə ilə təmsil olunmuşdur. Məhkəmə baxış iclası cavabdehin iştirakı olmadan keçirilmişdir. Məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi qismində izahat verən X5 iddianı qismən qəbul etdiklərini, uşağın ölkə xaricinə çıxmasına etiraz etmədiklərini, cavabdehin iddiaçıya etibarnamə verməyə etirazının olmadığını, lakin uşağın 18 yaşına qədər cavabdehdən icazəsiz xaricə çıxmağını istəmədiklərini, ölkədən çıxmaq zərurəti yarandıqda cavabdehin etibarnamə vermək istədiyini göstərərək, qanuni qərar verilməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş: AZ-İİİ seriyalı, 702970 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən, iş üzrə tərəflərin 05 dekabr 2015-ci il tarixdə X6 adlı uşaqları doğulmuşdur. Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli, 2(108)- 125/2021 nömrəli qətnaməsinin surətinə əsasən, İddiaçı ilə Cavabdeh arasında 29 avqust 2014-cü il tarixdə Naxçıvan şəhər Nikah Evində bağlanmış və 372 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah qeydi pozulmuş, 05 dekabr 2015-ci ildə doğulmuş X3 anası İddiaçı himayəsində saxlanılması və Cavabdeh 26 yanvar 2018-ci ildən başlayaraq 05 dekabr 2015-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 120 (yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. AZ-İ seriyalı, 349918 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətinə əsasən, Cavabdeh ilə İddiaçı arasındakı nikah ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 163 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra qadına “Seyidzadə” soyadı verilmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib iş üzrə toplanmış sübutları, eyni zamanda işin digər hallarını nəzərdən keçirib onları əlaqəli şəkildə tədqiq edərək aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinə əsasən, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Azərbaycan Respublikası vətəndaşlarının hər zaman maneəsiz öz ölkəsinə qayıtmaq hüququ vardır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Bronda İtaliyaya qarşı” iş üzrə qərarında göstərmişdir ki, hər bir işdə uşağın mənafeyinə uyğun olan vəziyyəti daha dəqiq müəyyən etmək lazımdır. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dovlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xüsusən 8-ci maddəyə əsasən, valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz . “Pençevi Bolqarıstana qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında qeyd edilir ki, hərəkət etmək azadlığı hüququ milli təhlükəsizliyin, ictimai asayişin, əhalinin sağlamlığının və mənəviyyatının və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi kimi müstəsna hallarda məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin: 9.1 və 9.2-ci maddələrinə əsasən, Azərbaycan Respublikasının vətəndaşı dövlət sərhədinin buraxılış məntəqələrindən keçərək sərbəst surətdə ölkədən getmək və ölkəyə gəlmək hüququna malikdir. Vətəndaş ölkədən getmək və ölkəyə gəlmək hüququndan məhrum edilə bilməz. 11.2-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən tək getdikdə valideynlərinin, valideyn himayəsindən məhrum olduqda isə onu övladlığa götürən şəxsin, himayəçisinin və ya qəyyumunun notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Həmin şəxslərdən birinin razılığı olmadıqda, yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir. Məhkəmə iş üzrə toplanmış sübutları əlaqəli şəkildə tədqiq edərək, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra yuxarıda göstərilən qanun normalarına müvafiq olaraq belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməli və 05 dekabr 2015-ci il təvəllüdlü X4 anası İddiaçı ilə birlikdə hərəkət sərbəstliyinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası ərazisinin hüdudlarını tərk etmək hüququ verilməlidir. Belə ki, iş üzrə toplanmış sübutlarla təsdiq olunur ki, İddiaçı ilə Cavabdeh rəsmi nikah qeydiyyatından keçərək evlənmişlər. Onların həmin nikahdan 05 dekabr 2015-ci il təvəllüdlü X6 adlı uşaqları doğulmuşdur. İş üzrə iddiaçı yetkinlik yaşına çatmayan uşağını digər valideynindən- iş üzrə cavabdehdən övladı ilə birlikdə ölkəni tərk etmək üçün razılıq ala bilmir. Belə olan halda, müvafiq orqanlar tərəfindən atanın, yəni cavabdehin razılığı olmadığına görə uşağın ölkə sərhədlərini tərk etmək hüququna məhdudiyyətlər qoyulacaqdır. Buna görə də, məhkəmə məhz bu xüsusiyyətləri və hər bir Azərbaycan Respublikası vətəndaşının ölkəni sərbəst tərk etmək və ölkəyə qayıtmaq hüququnun olduğunu, uşaqların üstün mənafeyini nəzərə alaraq hesab edir ki, uşağın hüquq və mənafeyi baxımından 05 dekabr 2015-ci il təvəllüdlü X4 anası İddiaçı ilə birlikdə hərəkət sərbəstliyinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası ərazisinin hüdudlarını tərk etmək hüququnun verilməsi məqsədəuyğundur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətеtdi: İddia təmin edilsin. 05 dekabr 2015-ci il təvəllüdlü X4 anası İddiaçı ilə birlikdə hərəkət sərbəstliyinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası ərazisinin hüdudlarını tərk etmək hüququ verilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar