Məhkəmə qərarları › İş №2(078)-739/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-739/2023

27.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-739/2023 27.11.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh maddi ziyan olaraq Naxçıvan şəhəri, 6-cı məhəllə, ev 23-də yerləşən yaşayış evinin dəyəri olan 70000 (yetmiş min) manat pul vəsaitinin, 30000 (otuz min) manat mənəvi ziyanın, məhkəmədə iddia qaldırılması üçün ödədiyi 147 (bir yüz qırx yeddi) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini əsaslandıraraq qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixdə onunla X3 arasındakı nikah pozulmuşdur. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2009-cu il tarixdə X1 adına Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Birgə nikah dövründə qazanılmış həmin yaşayış evi onun bilavasitə razılığı və xəbəri olmadan 28 dekabr 2009-cu il tarixdə 28-01 saylı kredit müqaviləsinə əsasən "xxxx" MMC-nin sədri Cavabdeh tərəfindən 500000 manat məbləğində kreditin və ona hesablanacaq faizlərin təminatı kimi girov qoyulmuşdur. Həmin pul vəsaiti qaytarılmadığından "xxxx" Açıq Səhmdar Cəmiyyəti ona qarşı Naxçıvan Şəhər Məhkəməsində iddia qaldıraraq yaşayış evindən çıxarma və istifadə hüququnun itirilməsini xahiş etmişdir və iş məhkəmənin icraatındadır. Yaşayış evinin dəyərinin yüksək olmasına baxmayaraq az bir miqdarla hərraca çıxarılmışdır. 70000 (yetmiş min) manat dəyərində olan evi əlindən alınmışdır. Ona mənəvi zərər olaraq 30000 (otuz min) manat zərər dəymişdir. Uzun illər ərzində mənəvi sarsıntılara məruz qalmışdır. Bütün bunlar cavabdehin borcunu qaytarmaması səbəbindən baş vermişdir. Sənədlərin əsillərinin təsdiq olunmuş surətlərinin əldə olunması ilə bağlı X6 Səhmdar Cəmiyyətinə vəkili Vəkil tərəfindən müraciət olunmuşdur. Müraciətə verilən 03 aprel 2023-cü il tarixli 2023/111/2421 saylı cavabda tələb oluan sənədlərin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 967.1-ci və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddələrinə əsasən bank sirri hesab edildiyindən onların verilməsindən imtina olunmuşdur. Məhkəmədən həmin sübutları əldə edə bilmədiyindən onların əldə olunub işə əlavə olunmasını xahiş etmişdir. Mülki iş üzrə məhkəmə baxış iclasının vaxtı və yeri barədə İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil və Cavabdeh mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən iddiaçının, iddiaçının vəkil və nümayəndəsinin və cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. 27 noyabr 2023-cü il tarixdə İddiaçı və iddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəməyə ərizə göndərərək, ərizədə Cavabdeh qarşı qaldırdıqları dəymiş ziyanın ödənilməsi tələbi ilə bağlı iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin özünə geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə Cavabdeh tərəfindən məhkəməyə iddia ərizəsinin baxılmamış saxlanılması ilə bağlı heç bir etiraz daxil olmamışdır. İddiaçı və iddiaçının vəkili və nümayəndəsi Vəkil tərəfindən məhkəməyə göndərilən ərizəni mülki iş materialları və qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0. və 259.0.11-ci maddələrinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.5-ci maddələrinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia qaldırılarkən İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına xx.xx.2023-cü il tarixli, 9925 nömrəli qəbzlə ödənilmiş 146 (bir yüz qırx altı) manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının MPM-in 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r v e r d i: İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılsın. İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına xx.xx.2023-cü il tarixli, 9925 nömrəli qəbzlə ödənilmiş 146 (bir yüz qırx altı) manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan o, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar