Məhkəmə qərarları › İş №2(078)-747/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-747/2025

27.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-747/2025 27.11.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Quliyeva (Şahgəldiyeva) Əlvanə Hüseyn qızının Cavabdeh qarşı paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi (ayrılması), payın dəyərinin ödənilməsi və ya payın açıq hərracda satılaraq dəyərinin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n е t d i: İddiaçı Quliyeva (Şahgəldiyeva) Əlvanə Hüseyn qızı Cavabdeh qarşı paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi (ayrılması), payın dəyərinin ödənilməsi və ya payın açıq hərracda satılaraq dəyərinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə qazandıqları və paylı mülkiyyətlərində olan ünvan 1 ünvanında yerləşən, 0.033 ha torpaq sahəsi üzərində 182.04 kv.m tikilidən ibarət olan daşınmaz əmlakdakı (fərdi yaşayış evindəki) 1/2 payının naturada (yerində) bölünməsi (ayrılması), bu mümkün olmadıqda daşınmaz əmlakın dəyərinin 1/2 hissəsinin pul kompensasiyası şəklində cavabdehdən alınıb ona ödənilməsi (verilməsi), bu mümkün olmadıqda isə yuxarıda qeyd edilən daşınmaz əmlakın (fərdi yaşayış evinin) açıq hərracdan satılaraq əldə edilmiş vəsaitin 1/2 hissəsinin ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdir ki, hazırkı iş üzrə Cavabdeh ilə xx.xx.2007-ci ildə Şahbuz rayon Sələsüz kənd İcra Nümayəndəliyində rəsmi nikaha daxil olmuşdur. Onunla keçmiş həyat yoldaşı Cavabdeh arasında həmin nikah akt qeydi Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(078)-1009/2023 nömrəli qətnaməsi ilə pozulmuş, Naxçıvan şəhər Nikah evində xx.xx.2024-cü il tarixdə 83 sayla qeydə alınmışdır. Birgə nikahda yaşadıqları dövrdə ünvan 1 ünvanında yerləşən, 0.033 ha torpaq sahəsi üzərində 182.04 kv.m tikilidən ibarət olan daşınmaz əmlakı (fərdi yaşayış evini) əldə ediblər. Həmin daşınmaz əmlakda Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-109/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsilə cavabdehlə onun 1/2 payları müəyyən olunmuşdur. Həmin 1/2 payları Daşınmaz əmlakın reyestrində 18/52 nömrəli reyestr kitabının 10238 nömrəli vərəqində ********** nömrə ilə xx.xx.2025-ci il tarixdə qeydiyyata alınmışdır. Mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən, 0.033 ha torpaq sahəsi üzərində 182.04 kv.m tikilidən ibarət olan daşınmaz əmlakın (fərdi yaşayış evinin) paylı mülkiyyətə çevrilməsi hüquqi proseduru baş tutmuşdur. İndi isə onun həmin daşınmaz əmlakın naturada (yerində) ayrılmasını, bu mümkün olmadıqda isə onun payının dəyərinin kompnesasiya formasında ödənilməsini və ya əmlakın açıq hərracda satılaraq payının dəyərinin ona ödənilməsini istəyir. Həmin daşınmaz əmlakdakı 1/2 payı ilə bağlı heç bir hüquqlarını həyata keçirə bilmir. Cavabdehlərlə həmin əmlakla bağlı arasında mübahisə mövcuddur. Qeyd olunan ünvan 1 ünvanında yerləşən, 0.033 ha torpaq sahəsi üzərində 182.04 kv.m tikilidən ibarət olan daşınmaz əmlakın (fərdi yaşayış evinin) real bazar qiyməti ekspertiza yolu ilə müəyyən edilməlidir. Düşünür ki, qazanmış olduğu əmlakın müvafiq ekspertiza yolu ilə real dəyəri müəyyən edildikdən sonra aralarında dəyərinə uyğun bölünməsi mümkündür. Belə ki, ünvan 1 ünvanında yerləşən, 0.033 ha torpaq sahəsi üzərində 182.04 kv.m tikilidən ibarət olan daşınmaz əmlakın (fərdi yaşayış evinin) qanunvericiliyə uyğun olaraq mülkiyyətçilərdən hər hansı birinin kompensasiya verməsi ilə və ya o kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə də baxıla bilər. O birgə nikahda yaşadıqları dövrdə əldə etdiyi ünvan 1 ünvanında yerləşən, 0.033 ha torpaq sahəsi üzərində 182.04 kv.m tikilidən ibarət olan daşınmaz əmlakda (fərdi yaşayış evində) hüquqlarını həyata keçirə bilmədiyinə görə, cavabdehə yenidən işin məhkəmədən kənar həlli üçün Mediasiya prosesinə qoşulmağı təklif etsə də, cavabdeh ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirməkdən imtina etmişdir. Ona görə də məhkəməyə müraciət etmişdir. Mülki iş üzrə məhkəmə iclaslarının vaxtı və yeri barədə iddiaçı Quliyeva (Şahgəldiyeva) Əlvanə Hüseyn qızına mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclaslarında iştirak etməmiş, məhkəmə iclaslarında iştirak etməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iddiaçı Quliyeva (Şahgəldiyeva) Əlvanə Hüseyn qızının vəkili və nümayəndəsi Vəkil iddiaçının iştirakı olmadan məhkəmə iclaslarının keçirilməsini xahiş etməsini nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən iddiaçı Quliyeva (Şahgəldiyeva) Əlvanə Hüseyn qızının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o məhkəmə iclaslarına gəlməmiş, məhkəmə iclaslarına gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclaslarında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil izahatında iddia tələbini müdafiə etdiyini, iddiaçı Quliyeva (Şahgəldiyeva) Əlvanə Hüseyn qızının Cavabdeh ilə 11 oktyabr 2007-ci il tarixdə Şahbuz rayon Sələsüz kənd İcra Nümayəndəliyində rəsmi nikaha daxil olduğunu, Naxçıvan Şəhər Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli, 2(078)-1009/2023 nömrəli qətnaməsi ilə nikahlarının rəsmi olaraq pozulduğunu, birgə nikah dövründə ünvan 2 ünvanında yerləşən, 0.033 ha torpaq sahəsi üzərində ümumi sahəsi 182.04 m2 tikilidən ibarət olan daşınmaz əmlak tikdirdiklərini, Naxçıvan Şəhər Məhkəməsinin 21 yanvar 2025-ci il tarixli, 2(078)-109/2025 nömrəli qətnaməsi ilə ünvan 2 ünvanında yerləşən, 0.033 ha torpaq sahəsi üzərində ümumi sahəsi 182.04 m2 tikilidən ibarət olan daşınmaz əmlak birgə mülkiyyət hesab olunmaqla ½ payları müəyyən olunduğunu, hal-hazırda aralarında razılıq əldə oluna bilmədiyi üçün ünvan 1 ünvanında yerləşən, 0.033 ha torpaq sahəsi üzərində 182.04 kv.m tikilidən ibarət olan daşınmaz əmlakdakı 1/2 payının naturada bölünməsi, bu mümkün olmadıqda daşınmaz əmlakın dəyərinin 1/2 hissəsinin pul kompensasiyası şəklində cavabdehdən alınıb iddiaçı X2 ödənilməsini, bu mümkün olmadıqda isə yuxarıda qeyd edilən daşınmaz əmlakın açıq hərracdan satılaraq əldə edilmiş vəsaitin 1/2 hissəsinin iddiaçı X1 xeyrinə ödənilməsini istədiklərini, iddiaçının ekspert rəyi ilə razı olduğunu, hazırki mülki iş üzrə naturada bölgü mümkün olmadığı üçün növbəti mərhələyə keçirilməsini istədiklərini, cavabdehin kompensasiya ödənilməsinə də razı olmadığını, bu səbəbdən əmlakın açıq hərracdan satılaraq satış pulunun bölünməsini istədiklərini bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Mülki iş materiallarını tədqiq edən, işdə iştirak edən şəxslərin izahatlarını dinləyən məhkəmə müəyyən edir ki, ünvan 1 ünvanında yerləşən 0.033 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 182.04 m2 olan fərdi yaşayış evindən ibarət daşınmaz əmlakın 1/2 hissəsinin Quliyeva (Şahgəldiyeva) Əlvanə Hüseyn qızının və 1/2 hissəsinin Cavabdeh mülkiyyətində olması işin mübahisəsiz hallarıdır. Həmin halların mülki işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: -iddia ərizəsinə əlavə olunmuş Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-109/2025 nömrəli, 21 yanvar 2025-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh adına qeydiyyata alınmış ünvan 2 ünvanında yerləşən 0.033 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 182.04 m2 olan fərdi yaşayış evi birgə nikah dövründə qazanılmış hesab edilməklə, Şahgəldiyeva (Quliyeva) Əlvanə Hüseyn qızının həmin torpaq sahəsinin və fərdi yaşayış evinin 1/2 hissəsinə payının müəyyən edilməsinin qət edilməsi; -iddia ərizəsinə əlavə olunmuş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X7 tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 0.033 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 182.04 m2 olan fərdi yaşayış evindən ibarət daşınmaz əmlakın 1/2 hissəsinin Quliyeva (Şahgəldiyeva) Əlvanə Hüseyn qızının və 1/2 hissəsinin Cavabdeh mülkiyyətində olması aydın olur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bundan əlavə olaraq məhkəmə onu da qeyd edir ki, “Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunur ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazın predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Məhkəmənin yuxarıda qeyd olunan normativ hüquqi aktları qeyd etməkdə məqsədi 21 yanvar 2025-ci il tarixli, 2(078)-109/2025 nömrəli qətnaməsi ilə müəyyən edilmiş halların hazırki vəziyyətdə işə baxan məhkəmə üçün məcburi xarakter daşımasını tərəflərin nəzərinə çatdırmaqdır. Hazırda iddiaçının ünvan 1 ünvanında yerləşən mülkiyyətin paylı mülkiyyətçisi Quliyeva (Şahgəldiyeva) Əlvanə Hüseyn qızının 1/2 payının naturada (yerində) bölünməsini (ayrılması), bu mümkün olmadıqda daşınmaz əmlakın dəyərinin 1/2 hissəsinin pul kompensasiyası şəklində cavabdehdən alınıb ona ödənilməsini (verilməsi), bu mümkün olmadıqda isə yuxarıda qeyd edilən daşınmaz əmlakın (fərdi yaşayış evinin) açıq hərracdan satılaraq əldə edilmiş vəsaitin 1/2 hissəsinin ona ödənilməsini tələb etməsi isə mülki işin mübahisəli hallarıdır. İşin faktiki halları yuxarıda tədqiq edilən sənədlərə əsasən müəyyən edilmiş hallardan ibarətdir. İşin mübahisəli halının həlli baxımından məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 29 avqust 2025-ci il tarixli, 714 nömrəli məhkəmə-tikinti texniki ekspertizasının rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0.033 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 182.04 fərdi yaşayış evindən Quliyeva (Şahgəldiyeva) Əlvanə Hüseyn qızının 1/2 hissə payının naturada təcrid olunmuş qaydada bölünərək verilməsi İnşaat Norma və Qaydaları 22.08.01.89-un (СНиП 2.08.01.89-un «Жилые здания») 1.1., 2.2., 2.4., 2.9. bendlərində və metodik vəsaitin (Məmmədov M.N. «Məhkəmə tikinti-texniki ekspertizasının həlli metodları» Bakı-2008) tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. Ekspert rəyi iş materiallarında olan digər sübutlarla əlaqəli şəkildə tədqiq edilmiş, onun mötəbərliyini şübhə altına alan hər hansı bir hal olmadığından məhkəmə belə qənaətə gəlmişdir ki, o sübut kimi qəbul ediləndir. Azərbaycan Respublikası Mülki Məcəllənin 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Həmin Məcəllənin 220.1-ci paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.5-ci maddəsinə görə mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Göstərilənlərə əsaslanaraq və toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə qeyd edir ki, tərəflərin, yəni paylı mülkiyyətçilərin hər birinin mübahisəli əmlakdan istifadə hüquqları vardır. Lakin, tərəflər ümumi paylı mülkiyyətdə olan daşınmaz əmlaka sahiblik və ondan istifadə barədə razılığa gələ bilmirlər. Həmçinin paylı mülkiyyətçilər tərəfindən mülkiyyətin öz aralarında naturada bölünməsində də razılıq əldə edilməmişdir. İş üzrə aparılmış ekspertiza tədqiqatının nəticəsinə görə mübahisəli əmlakın tərəflərin paylarına müvafiq olaraq naturada ayrılması da mümkün deyildir. İddiaçı əmlakda olan paylarının naturada ayrılmasını tələb etmişdir ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş halları ilə təsdiq olunur ki, həmin əmlakda payların naturada ayrılması mümkün deyil. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası “X3” MMC tərəfindən verilmiş 28 oktyabr 2025-ci il tarixli hesabatdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0.033 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 182.04 m2 olan fərdi yaşayış evindən ibarət daşınmaz əmlakın mövcud bazar dəyəri 88.340,00 (səksən səkkiz min üç yüz qırx manat sıfır qəpik) manat təşkil edir. Ekspert rəyini iş materiallarında olan digər sübutlarla əlaqəli şəkildə tədqiq edilmiş, onun mötəbərliyini şübhə altına alan hər hansı bir hal olmadığından məhkəmə belə qənaətə gəlmişdir ki, o sübut kimi qəbul ediləndir. Mülki Məcəllənin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli qərarında göstərilir ki, Mülki Məcəllənin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. Həmin maddədə həmçinin göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına qanunla yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (Mülki Məcəllənin 220.3-cü maddəsi). Həmin Qərarda qeyd olunmuşdur ki, Mülki Məcəllənin 220.4-cü maddəsində bu hüququn həyata keçirilməsinin mümkünlüyü paylı mülkiyyətin mülkiyyətçisinə payın naturada ayrılması əvəzinə digər mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun razılığının olması ilə əlaqələndirilmişdir. Bununla, mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər. Qeyd etmək lazımdır ki, bu qayda yalnız Mülki Məcəllənin 220.3-cü maddəsinə müvafiq olaraq payın naturada ayrılması tələbi irəli sürüldüyü halda tətbiq oluna bilər. Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Əgər iddiaçı tərəfindən belə tələb irəli sürülməmişdirsə, məhkəmə öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən edə bilməz. Belə ki, məhkəmə iddia tələbinin hədlərindən kənara çıxa bilməz. Ümumi paylı mülkiyyətin mülkiyyətçisi yalnız ona pul kompensasiyasının ödənilməsini tələb edə bilər. Həmin mülkiyyətçi digər mülkiyyətçilərə pul kompensasiyasının ödənilməsini tələb etmək hüququna malik deyil. Payların həcminin və mülkiyyətçinin iradəsinin nəzərə alınmaması mülki hüquq münasibətlərinin iştirakçılarının məcburi qaydada istənilən əmlaka mülkiyyət hüquqlarının müəyyən edilməsinə gətirib çıxarardır. Həmin qərarda həmçinin göstərilmişdir ki, ümumi paylı mülkiyyətə pay hüququndan məhrum etmək yalnız müstəsna hallarda mümkündür (Mülki Məcəllənin 220.4-cü maddəsi). Ümumi paylı mülkiyyətin mülkiyyətçisinin ümumi əmlakın istifadəsində mühüm mənafeyinin olub-olmaması məsələsi məhkəmələr tərəfindən hər bir konkret halda tərəflərin təqdim etdikləri sübutları məcmu şəklində tədqiq etməklə və qiymətləndirməklə həll olunur. Həmin maddənin üçüncü cümləsinin tətbiq olunması yalnız qanunverici tərəfindən sadalanan bütün şərtlərin eyni zamanda mövcud olması halında mümkündür: mülkiyyətçinin payı cüzi olduqda; naturada ayrılması mümkün olmadıqda; ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda. Bununla, Mülki Məcəllənin 220.4-cü maddəsində öz payının ümumi əmlakdan ayrılması tələbini irəli sürməyən mülkiyyətçinin əmlaka olan mülkiyyət hüququndan onun iradəsinə zidd olaraq digər mülkiyyətçilər tərəfindən kompensasiyanın ödənilməsi yolu ilə məhrum edilməsi nəzərdə tutulmamışdır, əks yanaşma mülkiyyət hüququnun toxunulmazlığı prinsipinə zidd olardı. Həmin Qərara əsasən məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Məhkəmə belə qeyd edir ki, tərəflərin, yəni paylı mülkiyyətçilərin hər birinin mübahisəli əmlakdan istifadə hüquqları vardır. Lakin, tərəflər ümumi paylı mülkiyyətdə olan daşınmaz əmlaka sahiblik və ondan istifadə barədə razılığa gələ bilmirlər. Həmçinin paylı mülkiyyətçilər tərəfindən mülkiyyətin öz aralarında naturada bölünməsində də razılıq əldə edilməmiş, buna görə də paylı mülkiyyətin naturada bölünməsi üçün məhkəməyə müraciət edilmiş, lakin ekspert rəyi ilə payın naturada bölünməsinin mümkün olmadığı müəyyən edilmişdir. Məhkəmə iddiaçının payının dəyərinin cavabdeh tərəfindən ona ödənilməsi (kompensasiya vermək) ilə bağlı qeyd edir ki, iddiaçı, mübahisəli daşınmaz əmlakın paylı mülkiyyətçisi olmaqla, qeyd edilən əmlakın onun mülkiyyətində olan hissəsinin dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçisi olan cavabdehdən ona ödənilməsini tələb etmişdir. Lakin iddiaçının payının dəyərinin əvəzində digər mülkiyyətçi olan cavabdehdən kompensasiya tələb etməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də o, məhkəmə iclaslarında iştirak etmədiyindən onun kompensasiya ödənilməsinə razı olub-olmadığını müəyyən etmək üçün onunla telefon əlaqəsi saxlanılmış və Cavabdeh evin dəyərinin yarısı olan 44170 manat məbləğində kompensasiyanı ödəməyə imkanı olmadığını bildirmişdir. Məhkəmə Cavabdeh iddiaçıya payının əvəzi olaraq kompensasiya ödəmək imkanının olmadığını qeyd etməsini nəzərə alıb, belə qənaətə gəlir ki, onun kompensasiya vermək imkanı yoxdur. Yuxarıda qeyd olunan Konstitusiya Məhkəməsinin Qərarını nəzərə alan məhkəmə hesab edir ki, əmlakdan payın naturada ayrılması mümkün olmadığından və cavabdehin iddiaçıya payın əvəzi olaraq kompensasiya ödəmək imkanı olmadığından, yəni iddiaçıya kompensasiya ödənilməsi mümkün olmadığından daşınmaz əmlak açıq hərracdan satılmalı və satış pulu ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməlidir. Belə ki, hazırkı mübahisə predmeti olan daşınmaz əmlak paylı mülkiyyətdə olmaqla tərəflərin mülkiyyətindədir. ünvan 1 ünvanında yerləşən 0.033 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 182.04 m2 olan fərdi yaşayış evindən ibarət daşınmaz əmlak 1/2 hissədə Quliyeva (Şahgəldiyeva) Əlvanə Hüseyn qızının və 1/2 hissədə Cavabdeh paylı mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6-cı maddəsinə əsasən, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Həmin Məcəllənin 221-ci maddəsinə görə ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 aprel 2014-cü il qərarında qeyd olunur ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Həmin Qərara əsasən qeyd olunan prinsiplərə riayət edildikdə, mülkiyyət hüququnun məhdudlaşdırılmasına yol verilir. Mülkiyyətçilərdən hər hansı birinin əmlaka sahiblik, istifadə və sərəncamla əlaqədar hüquqları digərlərinin hüquqlarından üstün sayıla bilməz. Mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır. Bununla bağlı qeyd etmək vacibdir ki, məhkəmənin əmlakın açıq hərracdan satılması barədə qərarı digər mülkiyyətçilərin hüquqlarını təmin etmək məqsədilə qəbul edilir. Konstitusiyada təsbit edilmiş hər hansı hüquqların, o cümlədən mülkiyyət hüququnun məhdudlaşdırılması mütənasiblik prinsipi gözlənilməklə həyata keçirilməlidir. Qeyd olunan Qərarda Konstitusiya Məhkəməsi belə nəticəyə gəlir ki, Mülki Məcəllənin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Mülki iş materiallarından da aydın olur ki, həmin qərarda qeyd olunan tələblər yerinə yetirilmişdir. Bu hallar hazırki iş üzrə ünvan 1 ünvanında yerləşən 0.033 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 182.04 m2 olan fərdi yaşayış evindən ibarət daşınmaz əmlakda payların naturada bölünməsinin mümkün olmaması və cavabdehin kompensasiya ödəməyə razı olmaması ilə də öz təsdiqini tapır. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarını ümumiləşdirərək məhkəmə yekunda bu nəticəyə gəlir ki, hazırki iş üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 aprel 2014-cü il tarixli qərarında qeyd olunan bütün tələblər yerinə yetirildiyindən iş üzrə iddiaçının ünvan 1 ünvanında yerləşən 0.033 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 182.04 m2 olan fərdi yaşayış evindən ibarət daşınmaz əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi paylı mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib şəkildə bölünməsinə dair iddiası təmin edilməlidir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə 6 dekabr 2024-cü il tarixli, 02/2024 nömrəli Qərardadının 59-cu bəndində qeyd edilmişdir ki, mülki qanunvericilikdə əşyanın açıq hərracdan satılması halında ilkin satış qiymətinin qətnamə ilə müəyyən edilməli olması barədə imperativ tələb yalnız ipoteka predmeti olan əşyaya münasibətdə nəzərdə tutulmuşdur (“İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu, 39.3.3-cü maddə). Mülki Məcəllənin 220-ci maddəsində isə paylı mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması barədə qətnamə qəbul edilərkən ilkin satış qiymətinin məhkəmə tərəfindən müəyyən edilməli olması birbaşa göstərilməsə də, Məcəllədə bununla bağlı qadağanedici norma da nəzərdə tutulmamışdır. Həmin Qərardadın 60-cı maddəsində qeyd edilmişdir ki, odur ki, əşyanın ilkin satış qiyməti ilə bağlı qətnamənin icrası mərhələsində yaranacaq yeni mübahisələrin və tərəflərin sui-istifadə hallarının qarşısının alınması məqsədilə məhkəmə paylı mülkiyyətdə olan əşyanın müəyyən etdiyi bazar qiyməti ilə ilkin satış qiymətini qətnamənin icra qaydası kimi onun nəticə hissəsində göstərməli və izah etməlidir ki, qətnamənin icrası mərhələsində paylı mülkiyyətdə olan əşyanın bazar qiymətinin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən tərəflər MPM-in 231-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamənin icra qaydasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilkin satış qiymətini yenidən müəyyənləşdirə bilərlər. İcra haqqında Azərbaycan Respublikası Qanununun 51.1-ci maddəsinə əsasən borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir. Həmin Qanunun 51.2-ci maddəsinə əsasən qiymətləndiricinin xidmətlərindən istifadə olunması ilə bağlı xərclər bərabər həcmdə tərəflərin üzərinə qoyulur. Həmin Qanunun 61.1-ci maddəsinə əsasən vergi borcuna görə siyahıya alınmış əmlak istisna olmaqla, borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. Həmin Qanunun 61.2-ci maddəsinə əsasən ixtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə hesab edir ki, iş materiallarında olan “X3” MMC tərəfindən verilmiş 28 oktyabr 2025-ci il tarixli hesabatdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0.033 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 182.04 m2 olan fərdi yaşayış evindən ibarət daşınmaz əmlakın real bazar dəyəri 88.340,00 (səksən səkkiz min üç yüz qırx manat sıfır qəpik) manat təşkil etdiyi müəyyən olunduğundan, ünvan 1 ünvanında yerləşən 0.033 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 182.04 m2 olan fərdi yaşayış evindən ibarət daşınmaz əmlakın açıq hərracdan satılması üçün ilkin satış qiyməti 88.340,00 (səksən səkkiz min üç yüz qırx manat sıfır qəpik) manat müəyyən edilməlidir. Həmçinin məhkəmə tərəflərin diqqətinə çatdırır ki, qətnamənin icrası mərhələsində paylı mülkiyyətdə olan əşyanın bazar qiymətinin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən tərəflər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamənin icra qaydasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilkin satış qiymətini yenidən müəyyənləşdirə bilərlər. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia kompensasiya ödənilməsinə münasibətdə razılıq olmadığından əmlakların açıq hərracdan satılması və satış pulunun ümumi paylı mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib şəkildə bölünməsi ilə bağlı təmin edildiyindən iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 160 (bir yüz altmış) manat miqdarında dövlət rüsumunun, 100 (bir yüz) manat hissəsinin əvəzi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir, iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş qalan 60 (altmış) manat miqdarında dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə ekspertiza xərci ilə bağlı məsələni həll edərkən belə qənaətə gəlir ki, iddia təmin edilməli olduğundan məhkəmə tikinti-texniki ekspertizasının aparılması üçün ekspertiza xərci olan 100 (bir yüz) manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin iddia təmin edilməli olduğundan məhkəmə-əmtəəşünaslıq ekspertizasının aparılması üçün ekspertiza xərci olan 287 (iki yüz səksən yeddi) manat Cavabdeh tutularaq “X3” MMC-nin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hаllаrа və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia təmin edilməli; -ünvan 1 ünvanında yerləşən 0.033 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 182.04 m2 olan fərdi yaşayış evindən ibarət daşınmaz əmlak açıq hərracdan satılmalı və satış pulu ümumi paylı mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib şəkildə bölünməli; -ünvan 1 ünvanında yerləşən 0.033 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 182.04 m2 olan fərdi yaşayış evindən ibarət daşınmaz əmlakın açıq hərracdan satılması üçün ilkin satış qiyməti 88.340,00 (səksən səkkiz min üç yüz qırx manat sıfır qəpik) manat müəyyən edilməli; -iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 160 (bir yüz altmış) manat məbləğində dövlət rüsumunun 100 (bir yüz) manat hissəsi Cavabdeh alınaraq iddiaçı Quliyeva (Şahgəldiyeva) Əlvanə Hüseyn qızına ödənilməli; -iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilməli; -iddia təmin edilməli olduğundan məhkəmə tikinti-texniki ekspertizasının aparılması üçün ekspertiza xərci olan 100 (bir yüz) manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməli; -iddia təmin edilməli olduğundan məhkəmə-əmtəəşünaslıq ekspertizasının aparılması üçün ekspertiza xərci olan 287 (iki yüz səksən yeddi) manat Cavabdeh tutularaq “X3” MMC-nin hesabına köçürülməlidir. İddiaçı Quliyeva (Şahgəldiyeva) Əlvanə Hüseyn qızına və Cavabdeh izah olunmalıdır ki, qətnamənin icrası mərhələsində paylı mülkiyyətdə olan əşyanın bazar qiymətinin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən tərəflər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamənin icra qaydasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilkin satış qiymətini yenidən müəyyənləşdirə bilərlər. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən 0.033 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 182.04 m2 olan fərdi yaşayış evindən ibarət daşınmaz əmlak açıq hərracdan satılsın və satış pulu ümumi paylı mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib şəkildə bölünsün. ünvan 1 ünvanında yerləşən 0.033 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 182.04 m2 olan fərdi yaşayış evindən ibarət daşınmaz əmlakın açıq hərracdan satılması üçün ilkin satış qiyməti 88.340,00 (səksən səkkiz min üç yüz qırx manat sıfır qəpik) manat müəyyən edilsin. İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 160 (bir yüz altmış) manat məbləğində dövlət rüsumunun 100 (bir yüz) manat hissəsi Cavabdeh alınaraq iddiaçı Quliyeva (Şahgəldiyeva) Əlvanə Hüseyn qızına ödənilsin. İddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilsin. İddia təmin edildiyindən məhkəmə tikinti-texniki ekspertizasının aparılması üçün ekspertiza xərci olan 100 (bir yüz) manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İddia təmin edildiyindən məhkəmə-əmtəəşünaslıq ekspertizasının aparılması üçün ekspertiza xərci olan 287 (iki yüz səksən yeddi) manat Cavabdeh tutularaq “X3” MMC-nin hesabına köçürülsün. İddiaçı Quliyeva (Şahgəldiyeva) Əlvanə Hüseyn qızına və Cavabdeh izah olunsun ki, qətnamənin icrası mərhələsində paylı mülkiyyətdə olan əşyanın bazar qiymətinin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən tərəflər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamənin icra qaydasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilkin satış qiymətini yenidən müəyyənləşdirə bilərlər. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar