Məhkəmə qərarları › İş №2(078)-831/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Məhkəmə əmri — İş №2(078)-831/2021

01.07.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Naxçıvan şəhəri İş № 2(078)-831/2021 01.07.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızı, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 24 ünvanında yerləşən kreditor “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Naxçıvan şəhəri, İ.Səfərli küçəsi, ev 55 ünvanında qeydiyyatda olan Borclu qarşı borcun ödənilməsi barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: Kreditor “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə ərizə ilə müraciət edərək xx xxx 1982-ci ildə ünvan 2 ünvanında qeydiyyatda olan Borclu 352 (üç yüz əlli iki) manat məbləğində əsas borcun və və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 372 (üç yüz yetmiş iki) manat məbləğində pul vəsaitinin alınaraq “xxxx” MMC-nin hesabına (Azərbaycan Beynəlxalq Bankı Nəsimi filialı, m/h: AZ03NABZ********************, H/h: AZ53İBAZ********************) ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Kreditor tələbini onunla əsaslandırmışdır ki, Borclu kredit müqaviləsinə əsasən “xxxx” MMC-dən dəyəri 432 (dörd yüz otuz iki) manat məişət avadanlığı əldə edib. Boclunun müqavilə üzrə ödənişlər etdikdən sonra kreditora 352 (üç yüz əlli iki) manat borcu qalıb. Odur ki, borcludan 352 (üç yüz əlli iki) manat məbləğində əsas borcun və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 352 (üç yüz əlli iki) manat məbləğində pul vəsaitinin alınaraq “xxxx” MMC-yə ödənilməsi barədə məhkəmə əmrinin çıxarılması zərurəti yaranmışdır. Kreditorun məhkəmə təqdim etdiyi sənədləri qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə aşağıdakıları qeyd edir. Kreditor “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Borclu qarşı olan tələbi, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 276-cı maddəsi ilə müəyyən edilmiş məhkəmə əmri verilə bilən tələblərdən biri olduğundan və kreditorun müraciəti mülki işə əmr icraatı formasında baxılması ilə bağlı olduğundan, işə həmin Məcəllənin 275.1-ci maddəsinə əsasən əmr icraatı qaydasında sadələşdirilmiş icraat formasında baxılmışdır. Qeyd edilən Məcəllənin 280-ci maddəsinin tələbinə görə isə məhkəmə əmri, irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılmalı olması qeyd olunduğundan məhkəmə iş üzrə tərəflərin iştirakı olmadan işə baxmışdır. Məhkəmə Kreditor “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin ərizəsini qanunvericiliyin tələbləri daxilində tədqiq edərək belə hesab edir ki, onun tələbi təmin olunmalı və məhkəmə əmri çıxarılmalıdır. Belə ki, məhkəmə əmrinin verilməsi şərtləri Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 275.1 və 276.1-ci maddələri ilə müəyyən edilir. Həmin maddələrin mahiyyətinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının sadələşdirilmiş qaydasına yol verilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 276.2.2-ci maddəsinə əsasən tələb sadə yazılı formada bağlanmış əqdə (lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər istisna olmaqla) əsaslanırsa məhkəmə əmri verilə bilər. İş materiallarına əlavə olunmuş 11 may 2015-ci il tarixli, XDK4533053 saylı müqavilədən aydın olur ki, həqiqətən həmin tarixdə alıcı Borclu ilə kreditor “xxxx” MMC arasında kredit müqaviləsi imzalanmış, Borclu “xxxx” MMC-dən kredit yolu ilə 432 (dörd yüz otuz iki) manat məbləğində məişət avadanlığı əldə etmiş, 432 (dörd yüz otuz iki) manat məbləği 6ay müddətinə aylıq 72 (yetmiş iki) manat olmaqla “xxxx” MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə tərəflər onu imzaladığı andan qüvvəyə minmiş və tərəflər öz öhdəliklərini tamamilə yerinə yetirənədək qüvvədədir. İş materiallarına əlavə olunmuş 15 aprel 2021-ci il tarixli 1947 nömrəli maliyyə arayışına əsasən Borclu ilə 11 may 2015-ci il tarixdə bağlanmış XDK4533053 saylı müqavilə üzrə ödənilməmiş 352 (üç yüz əlli iki) manat əsas (qalıq) borcu vardır. Məhkəmə hesab edir ki, kreditorun ərizəsi əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Ərizəyə əlavə olunmuş tərəflər arasında bağlanmış müqavilənin mahiyyətindən aydın olur ki, kreditor və borclu arasında nisyə alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən əşya nisyə satılaraq onun dəyərinin hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568-ci maddəsində satıcının əşyanı vermək vəzifəsi müəyyən edilir ki, həmin maddənin tələbinə görə satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 600-cü maddəsində nisyə satılmış əşyanın ödənilməsi qaydaları müəyyən edilmişdir. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601-ci maddəsinin tələbinə görə isə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə Mülki Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsi ilə həmçinin müəyyən edilir ki, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Ərizəyə əlavə olunmuş sənədlərlə kreditor “xxxx” MMC-nin tələbinin aşkar olduğu, tələbin sadə yazılı formada bağlanmış əqdə və borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 282-ci maddəsinə əsasən borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284.1-ci maddəsinin tələbinə görə məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284.2-ci maddəsinin tələbinə görə əgər müəyyən edilmiş müddətdə məhkəməyə borclunun etirazı daxil olmazsa, hakim kreditora dərhal məhkəmənin möhürü ilə təsdiq edilmiş icrası məcburi olan məhkəmə əmrinin surətini verir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 275, 276, 280 və 281, 282-ci maddələrini rəhbər tutaraq, ə m r e t d i m: xx xxx 1982-ci ildə ünvan 2 ünvanında qeydiyyatda olan Borclu 352 (üç yüz əlli iki) manat məbləğində əsas borc alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün ərzində verilmiş tələbə və ya onun hissəsinə qarşı Naxçıvan Şəhər Məhkəməsini yazılı xəbərdar etməklə etiraz edə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar