Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-901/2020 04.11.2020 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx xxxx 2010-cu il təvəllüdlü İsmayılov Oqtay Rövşən oğlunun, xx xxxxxxxx 2011-ci il təvəllüdlü İsmayılova Cansu Rövşən qızının, xx xxxxxx 2013-cü il təvəllüdlü İsmayılova Səkinə Rövşən qızının, xx xxxxxxxx 2015-ci il təvəllüdlü İsmayılova Şahnaz Rövşən qızının və xx xxx 2020-ci il təvəllüdlü İsmayılov Məhəmməd Rövşən oğlunun yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay bir uşaq üçün 120 manat olmaqla 5 uşaq üçün ümumilikdə 600 manat miqdarında alimentin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşin faktiki və mübahisələndirilməyən halları bundan ibarətdir ki, tərəflər xx xxxxxxx 2009-cu il tarixdə Naxçıvan şəhər Nikah evində rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş və bu barədə nikah akt qeydləri kitabında 382 nömrə ilə qeyd aparılmışdır. İş materiallarına əlavə olunmuş şəxsiyyət vəsiqələrinin surətindən və doğum haqqında şəhadətnamənin surətindən aydın olur ki, tərəflərin birgə nikahlarından xx xxxx 2010-cu il təvəllüdlü İsmayılov Oqtay Rövşən oğlu, xx xxxxxxxx 2011-ci il təvəllüdlü İsmayılova Cansu Rövşən qızı, xx xxxxxx 2013-cü il təvəllüdlü İsmayılova Səkinə Rövşən qızı, xx xxxxxxxx 2015-ci il təvəllüdlü İsmayılova Şahnaz Rövşən qızı və xx xxx 2020-ci il təvəllüdlü İsmayılov Məhəmməd Rövşən oğlu adlı övladları vardır. Tərəflər arasındakı nikah pozulmamışdır. İş üzrə İddiaçı məhkəmə baxışı iclasında verdiyi izahatında Cavabdeh ilə xx xxxxxxx 2009cu il tarixdə Naxçıvan şəhər Nikah evində rəsmi nikah qeydiyyatından keçməklə ailə qurduğunu, onların nikahlarından xx xxxx 2010-cu il təvəllüdlü İsmayılov Oqtay Rövşən oğlu, xx xxxxxxxx 2011-ci il təvəllüdlü İsmayılova Cansu Rövşən qızı, xx xxxxxx 2013-cü il təvəllüdlü İsmayılova Səkinə Rövşən qızı, xx xxxxxxxx 2015-ci il təvəllüdlü İsmayılova Şahnaz Rövşən qızı və xx xxx 2020-ci il təvəllüdlü İsmayılov Məhəmməd Rövşən oğlu adlı övladlarının dünyaya gəldiyini, xx xxxxxxxx 2020-ci il tarixdən ayrı yaşadıqlarını, belə ki, cavabdehin onları ataraq Bakı şəhərinə getdiyini, özünün hazırda övladlarını tək başına böyütdüyünü, ayrı yaşadıqları müddət ərzində cavabdehin övladları ilə maraqlanmadığını, uşaqların təlabatlarının qarşılanmasında heç bir formada maddi köməklik göstərmədiyini, cavabdehin Bakı şəhəri Şüvəlan qəsəbəsində maşın yuma yerində işlədiyini, özünün heç yerdə işləmədiyini, təlabatlarının anası tərəfindən qarşılansa da, buna baxmayaraq günün tələbləri baxımından övladlarının ehtiyaclarını tam şəkildə qarşılaya bilmədiyini bildirib iddianın tam təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş və gəlməməyinin səbəbi barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Hazırki mübahisə üzrə iddia tələbinin qanuni əsası Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsidir. Həmin maddəyə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının xx xxx 1998-ci il tarixli Qanununun 9-cu maddəsində qeyd olunur ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Həmin Qanunun 13-cü maddəsində qeyd olunmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2020-ci ildə ölkədə uşaqlar üçün yaşayış minimumu 170 (bir yüz yetmiş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə işin faktiki və hüquqi hallarını mülki işin materialları ilə qarşılıqlı və əlaqəli şəkildə araşdırıb, həmçinin toplanmış sübutları tədqiq edib onları qiymətləndirərək bir uşaq üçün yaşayış minimumunun ölkə üzrə 170 (bir yüz yetmiş) manat məbləğində müəyyən olunmasını, xx xxxx 2010-cu il təvəllüdlü İsmayılov Oqtay Rövşən oğlunun, xx xxxxxxxx 2011-ci il təvəllüdlü İsmayılova Cansu Rövşən qızının, xx xxxxxx 2013-cü il təvəllüdlü İsmayılova Səkinə Rövşən qızının, xx xxxxxxxx 2015-ci il təvəllüdlü İsmayılova Şahnaz Rövşən qızının və xx xxx 2020-ci il təvəllüdlü İsmayılov Məhəmməd Rövşən oğlunun hal-hazırda anası İddiaçı yanında yaşamasını, uşaqların xüsusi qulluq və qidalanmaya ehtiyacını və həyat şərtlərinə uyğun gündəlik tələbatlarını nəzərə alaraq cavabdehdən hər uşaq üçün 85 (səksən beş) manat məbləğində alimentin müəyyən olunmasını ağlabatan hesab edir. Məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh hər ay sabit məbləğdə bir uşaq üçün 85 (səksən beş) manat olmaqla beş uşaq üçün ümumilikdə 425 (dörd yüz iyirmi beş) manat miqdarında aliment tutularaq xx xxxx 2010-cu il təvəllüdlü İsmayılov Oqtay Rövşən oğlunun, xx xxxxxxxx 2011-ci il təvəllüdlü İsmayılova Cansu Rövşən qızının, xx xxxxxx 2013-cü il təvəllüdlü İsmayılova Səkinə Rövşən qızının, xx xxxxxxxx 2015-ci il təvəllüdlü İsmayılova Şahnaz Rövşən qızının və xx xxx 2020-ci il təvəllüdlü İsmayılov Məhəmməd Rövşən oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə iddianın qalan hissəsini rədd edərkən uşaqların qayğısına qalmaq və onları saxlamaq vəzifəsinin hər iki valideynin üzərinə qoyulduğunu, iddiaçının iddia tələbinin tam təmin edilməsi ilə bağlı mötəbər sübutlarını məhkəməyə təqdim etmədiyini nəzərə alır. Azərbaycan Respublikası MPM-in 234.2.1-ci maddəsində alimentlərin alınması haqqında qətnamə dərhal icra olunur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Buna görə də hazırki qətnamə ilə müəyyən edilən aliment məbləği bu barədə məhkəməyə müraciət olunan vaxtdan-xx.xx.2020-ci il tarixdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə iş üzrə dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx xxxxxxx 2020-cu il tarixdən başlayaraq hər ay sabit məbləğdə bir uşaq üçün 85 (səksən beş) manat olmaqla beş uşaq üçün ümumilikdə 425 (dörd yüz iyirmi beş) manat miqdarında aliment tutularaq xx xxxx 2010-cu il təvəllüdlü İsmayılov Oqtay Rövşən oğlunun, xx xxxxxxxx 2011-ci il təvəllüdlü İsmayılova Cansu Rövşən qızının, xx xxxxxx 2013-cü il təvəllüdlü İsmayılova Səkinə Rövşən qızının, xx xxxxxxxx 2015-ci il təvəllüdlü İsmayılova Şahnaz Rövşən qızının və xx xxx 2020-ci il təvəllüdlü İsmayılov Məhəmməd Rövşən oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı ödənilsin. Qətnamə dərhal icra olunsun. Cavabdeh iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 21.25 (iyirmi bir manat iyirmi beş qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(078)-901/2020
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-901/2020
04.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver