Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-91/2022 05.01.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının vəkili X2 və Cavabdeh Cəmaləddin oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh Cəmaləddin oğluna qarşı qazancdan (başqa gəlirlərdən) aliment tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən е t d i: İddiaçı 11 noyabr 2021-ci ildə iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh Cəmaləddin oğlundan 18 iyul 2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdehin qazancının (başqa gəlirlərin) dördə bir hissəsi miqdarında alimentin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı, tələbini əsaslandıraraq qeyd etmişdir ki, Cavabdeh Cəmaləddin oğlu ilə 24 iyun 2019-cu il tarixində nikah bağlayaraq ailə həyatı qurmuş, birgə nikahlarından 18 iyul 2020-ci il təvəllüdlü X5 dünyaya gəlmişdir. Təxminən dörd aydan çoxdur ki, cavabdeh uşağın saxlanmasında iştirak etmir. Hal-hazırda o və yetkinlik yaşına çatmayan övladı 18 iyul 2020-ci il təvəllüdlü X5 onun himayəsində, onunla birlikdə valideynlərinin yanında yaşayır. O, dörd aydan çoxdur ki, uşağını təkbaşına böyüdür. Cavabdeh Cəmaləddin oğlu uşağına heç bir maddi köməklik göstərməmiş, övladının saxlanılması üçün bu günədək heç bir maddi köməklik etməmiş və uşağının saxlanması üçün aliment ödəməmişdir. Uşağına yalnız iddiaçı baxır, amma uşağının maddi təminatını artıq ödəməkdə çətinliklər çəkir. Uşaq elə yaş həddindədir ki, onun saxlanmasına, müalicəsinə və digər xərclərinə pul lazım olur. Övladı epilepsiya xəstəsidir və gündəlik olaraq dərmanlar qəbul edir. Tez-tez qızını həkim müayinəsindən keçirirək onun müalicə olunmasına çalışır. Tək qadın olaraq o bunların öhdəsindən yalnız başına gəlməkdə əziyyət çəkir. Cavabdeh nəinki övladının saxlanmasında, ümumiyyətlə müalicəsində də belə iştirak etmir. Hal-hazırda uşağının saxlanmasında, müalicəsində maddi cəhətdən bütün çətinlikləri o çəkir. Bu səbəbdən də övladının saxlanması, müalicəsi üçün maddi köməkliyə ehtiyacı vardır. Cavabdeh hazırda Naxçıvan Muxtar Respublikası X7 Limanı Təhlükəsizlik Xidmətində agent vəzifəsində işləyir və 600 (altı yüz) manata yaxın aylıq qazanc əldə edir. Bugünkü gün hər ay cavabdehin qazancının (başqa gəlirlərin) dördə bir hissəsi miqdarında aliment bir uşağın saxlanması üçün yetərli olar və cavabdehin də bu məbləği ödəmək imkanı vardır. Məhkəmə iclasında izahat verən İddiaçı izahatında Cavabdeh Cəmaləddin oğlu ilə 24 iyun 2019-cu il tarixində nikah bağlayaraq ailə həyatı qurduqlarını, birgə nikahlarından 18 iyul 2020-ci il təvəllüdlü X3 dünyaya gəldiyini, təxminən dörd aydan çoxdur ki, cavabdehin uşağın saxlanmasında iştirak etmədiyini, hal-hazırda onun və yetkinlik yaşına çatmayan övladı 18 iyul 2020-ci il təvəllüdlü X3 onun himayəsində, onunla birlikdə valideynlərinin yanında yaşadığını, onun, dörd aydan çoxdur ki, uşağını təkbaşına böyütdüyünü, Cavabdeh Cəmaləddin oğlunun uşağın saxlanılması üçün heç bir maddi köməklik göstərmədiyini, uşağına yalnız özünün baxdığını, amma uşağının maddi təminatını artıq ödəməkdə çətinliklər çəkdiyini, özünün müəllimə işlədiyini, əmək haqqının az olduğunu, aldığı əmək haqqının uşağın saxlanılması üçün kifayət etmədiyini, uşağın saxlanmasına, müalicəsinə və digər xərclərinə pul lazım olduğunu, övladının epilepsiya xəstəsi olduğunu, gündəlik olaraq dərmanlar qəbul etdiyini, tez-tez qızını həkim müayinəsindən keçirərək onun müalicə olunmasına çalışdığını, tək qadın olaraq onun bunların öhdəsindən yalnız başına gəlməkdə əziyyət çəkdiyini, cavabdehin nəinki övladının saxlanmasında, ümumiyyətlə müalicəsində də belə iştirak etmədiyini, ona görə də cavabdehin uşağın saxlanılması üçün aliment ödəməsini istədiyini qeyd edərək iddiasının təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçının vəkili X6 məhkəməyə verdiyi izahatında iddiaçının izahatına hər hansı bir əlavəsi olmadığını bildirib iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Cəmaləddin oğlu məhkəmədə verdiyi izahatında iddiaçı ilə 24 iyun 2019cu il tarixində nikah bağlayaraq ailə həyatı qurduqlarını, birgə nikahlarından 18 iyul 2020-ci il təvəllüdlü X3 dünyaya gəldiyini, təxminən dörd aydan çoxdur ki, iddiaçı ilə ayrı yaşadıqlarını, birgə nikahdan doğulan övladları Aylinin iddiaçının yanında yaşadığını, iddiaçı ilə münasibətlərinin pozulduğunu, bir yerdə yaşaya bilmədiklərini, uşağın saxlanılması üçün aliment ödəməyə etiraz etmədiyini, məhkəmənin müəyyən edəcəyi alimenti ödəməyə razı olduğunu bildirərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş 24 iyun 2019-cu il tarixli, AZ-İİ seriyalı, 156204 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən Cavabdeh Cəmaləddin oğlu ilə X4 arasında 24 iyun 2019-cu il tarixdə nikahın bağlanması, bunun nikahın bağlanması haqqında akt qeydləri kitabında 82 nömrə ilə qeyd edilməsi və nikahın bağlanması zamanı iddiaçının özünə cavabdehin soyadını, yəni “Qasımova” soyadını seçməsi aydın olur. İş materiallarına əlavə olunmuş Naxçıvan şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş 19 avqust 2020-ci il tarixli, AZ-İV seriyalı, 463759 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən iş üzrə tərəflərin 18 iyul 2020-ci il təvəllüdlü X5 adlı övladlarının doğulması aydın olur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmamış X5 hazırda iddiaçının yanında qaldığından və cavabdeh uşağının saxlanmasında iştirak etmədiyindən uşağın saxlanması üçün cavabdehdən aliment tutulmasına dair iddia tələbi əsaslıdır. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan şəxslər arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti, yəni alimenti ödəməyə borclu olur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsində əks olunmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1 və 76.1.1-ci maddələrinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Buna görə də hazırki qətnamə ilə müəyyən edilən aliment məbləği bu barədə məhkəməyə müraciət olunan vaxtdan 11 noyabr 2021ci il tarixdən tutulmalıdır. Məhkəmə bu nəticəyə gələrkən “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarını da nəzərə almışdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Mülki işə baxılması zamanı isə cavabdehin dövlət rüsumu ödəməkdən azad edilməsinə əsas olan hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edildiyindən dövlət rüsumu cavabdehdən tutulmalıdır. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Həmin qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Mülki Prosessual Məcəllənin 112.1 və 112.1.3-cü maddələrinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi aliment tələbi ilə bağlı olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, iddianın qiyməti bu cür iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, həmçinin iddia üzrə bir il ərzində ödəmənin məcmusu 1000 manatdan çox olduğundan, iddia təmin edildiyindən 34 (otuz dörd) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia təmin olunmalı; -“11” noyabr 2021-ci il tarixdən hesablanmaqla, Cavabdeh Cəmaləddin oğlundan hər ay aylıq qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında aliment tutularaq 18 iyul 2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün uşağın anası İddiaçı ödənilməli; - Cavabdeh Cəmaləddin oğlundan 34 (otuz dörd) manat miqdarında rüsum tutularaq, dövlət büdcəsinə keçirilməli; - qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. 11 noyabr 2021-ci il tarixdən hesablanmaqla, Cavabdeh Cəmaləddin oğlundan hər ay aylıq qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında aliment tutularaq 18 iyul 2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün uşağın anası İddiaçı ödənilsin. Cavabdeh Cəmaləddin oğlundan 34 (otuz dörd) manat miqdarında rüsum tutularaq, dövlət büdcəsinə ödənilsin. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(078)-91/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-91/2022
05.01.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver