Məhkəmə qərarları › İş №2(079)-128/2023

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-128/2023

10.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-128/2023 10.03.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X8 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 17 noyabr 2012-ci il təvəllüdlü X2 və 06 dekabr 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün bir uşaq üçün ayda 220 (iki yüz iyirmi) manat olmaqla iki uşaq üçün 440 (dörd yüz qırx) manat sabit pul məbləğində alimentin tutularaq mənə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq bildirmişdir ki, mən Cavabdeh ilə 20 oktyabr 2011-ci il tarixində nikah bağlayaraq ailə həyatı qurmuşam. Birgə nikahımızdan 17 noyabr 2012-ci il təvəllüdlü X5 və 06 dekabr 2013-cü il təvəllüdlü X6 dünyaya gəlmişdirlər. Qeyd edirəm ki, təxminən 5 (beş) ilə yaxındır ki, cavabdeh yetkinlik yaşına çatmayan 17 noyabr 2012-ci il təvəllüdlü X2 və 06 dekabr 2013-cü il təvəllüdlü X1 iştirak etmir. Hal-hazırda mən və yetkinlik yaşına çatmayan övladlarım 17 noyabr 2012-ci il təvəllüdlü X5 və 06 dekabr 2013-cü il təvəllüdlü X6 mənim himayəmdə, mənimlə birlikdə kirayədə yaşayırlar, cavabdeh isə bizdən ayrılıqda yaşayır. Mən, artıq 5 (beş) ilə yaxındır ki, uşaqlarımızı təkbaşıma böyüdürəm, Cavabdeh uşaqlarımızın saxlanmasında heç bir maddi köməklik göstərmir, övladlarımızın saxlanılması üçün bu günədək heç bir maddi köməklik etməmiş və uşaqlarımızın saxlanması üçün aliment ödəməmişdir. Uşaqlarımıza yalnız mən baxıram, amma uşaqlarımızın maddi təminatını artıq ödəməkdə çətinliklər çəkirəm. Uşaqlar elə yaş hədindədir ki, onların saxlanmasına, müalicəsinə, təhsilinə və diğər xərclərinə pul lazım olur. Tək qadın olaraq mən bunların öhdəsindən yalnız başıma gəlməkdə əziyyət çəkirəm. Bu səbəbdən də övladlarınızın saxlanması üçün maddi köməkliyə ehtiyacım vardır. Cavabdehin hazırda harada işləməsi və qazancı barədə məndə dəqiq məlumat yoxdur. Lakin hesab edirəm ki, bu gün bir uşaq üçün ayda 220 (iki yüz iyirmi) manat olmaqla, iki uşaq üçün 440 (dörd yüz qırx) manat aliment yetərli olar və cavabdehin də bu məbləği ödəmək imkanı vardır. Övladlarımızın saxlanması üçün aliment alınması üçün ilkin mediasiya sessiyasında iştirak etsəm də, orada tələbim öz həllini tapmadığından məhkəməyə müraciət etmək qərarına gəlmişəm. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan İddiaçı məhkəmə iclasında verdiyi izahatında Cavabdehlə 2011-ci ildən evli olduqlarını, ailə qurduqdan bir müddət sonra Türkiyədə yaşayıb ölkəyə qayıtdıqlarını, daha sonra cavabdehin Ukraynaya getdiyini, uzun müddətdir ki, orada yaşayıb işlədiyini, arabir il ərzində 2-3 dəfə 50-100 dollar aralığında pul göndərdiyini, uşaqları evlərə təmizliyə gedib qazanc əldə edərək, həmçinin anası və qardaşının köməkliyi ilə saxladığını, cavabdehin sonuncu dəfə 2019-cu ilin oktyabrından ölkədən çıxdığını və bir daha geri qayıtmadığını, əvvəllər arabir pul göndərməklə yardım etsə də, son 2 aydır ki, zənglərini əngəllədiyini və əlaqəni kəsdiyini, hazırda onunla əlaqə saxlaya bilmədiklərini, cavabdehin 2 ay bundan əvvəl 95 manat pul göndərdiyini, son olaraq telefonda ona uşaqları saxlaya bilmədiyini, alimentlə bağlı məhkəməyə müraciət edəcəyini bildirdiyini, cavabdehin isə həmin vaxtdan zənglərə belə cavab vermədiyini, oğlunun 9 nömrəli orta məktəbdə 5-ci, qızının isə 4-cü sinifdə oxuduğunu, onların tələbatlarını qarşılamaqda çox çətinlik çəkdiyini, Qaraxanbəyli kəndində kirayədə yaşadıqlarını, ayda 130 manat kirayə haqqı ödədiyini, özünün natamam orta təhsilli olduğunu, cavabdehin Ukraynada, Kiyev şəhərində yaşayıb meyvə-tərəvəz alveri ilə məşğul olduğunu, qazancının yaxşı olduğunu, lakin cavabdehin oğlunu məktəbdən çıxarıb onun yanına Kiyevə göndərmək barədə təklifinə yox dediyindən onlarla bütün əlaqəni kəsdiyini, cavabdehin dediyinə görə Ukrayna vətəndaşlığını almaq üçün Ukrayna vətəndaşı olan qadınla ailə həyatı qurduğunu, onunla birlikdə yaşadığını, həmçinin ondan əvvəl də evli olub ayrıldığını, həmin evlilikdən uşağının olduğunu, onların da saxlanılması üçün məhkəmə qaydasında iki uşaq üçün 95 manat məbləğində aliment müəyyən olunduğunu, həmin məbləğin cavabdehin atasının pensiyasına yönəldildiyini bildirmiş, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mülki işin materiallarını tədqiq edən məhkəmə qeyd edir ki, 17 noyabr 2012ci il təvəllüdlü X5 və 06 dekabr 2013-cü il təvəllüdlü X4 atasının Cavabdeh, anasının isə İddiaçı olduğu işin mübahisəsiz hallarıdır. Belə ki, iş materiallarına əlavə edilmiş AZ-İ seriyalı, 602820 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən belə məlum olur ki, tərəflər arasında rəsmi nikah münasibətləri mövcuddur. Həmçinin iş materiallarına əlavə edilmiş AZ-İİİ seriyalı 081072 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən belə məlum olur ki, atası Cavabdeh, anası İddiaçı olan X5 xx.xx.2012-ci ildə doğulmuşdur. Həmçinin iş materiallarına əlavə edilmiş AZ-İİİ seriyalı 081073 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən belə məlum olur ki, atası Cavabdeh, anası İddiaçı olan X7 xx.xx.2013-cü ildə doğulmuşdur. Mülki iş üzrə məhkəmə araşdırması zamanı cavabdehin uşaqları saxlamaq vəzifəsini yerinə yetirmədiyi müəyyən olunmuşdur. Cavabdeh tərəfindən iddiaya qarşı etiraz irəli sürülməmişdir. Məhkəmə uşaqların yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün cavabdehdən hər ay bir uşaq üçün 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin alınaraq iddiaçıya verilməsi ilə bağlı tələbi barədə aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Ailə Məcəlləsi (bundan sonra - “AM”) uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. AM-in 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə qanunvericiliyində məhkəmə qaydasında alimentin tutulmasının 2 qaydası müəyyən edilmişdir: - aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında; - sabit pul məbləğində. Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsaitin tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Göründüyü kimi qanunverici göstərilən maddədə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin sabit məbləğdə tutulmasının bir neçə əsasını müəyyən etmişdir. Bu əsaslardan hər hansı biri mövcud olduqda alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Məhkəmə, alimenti qazancın (gəlirin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır. Qanunvericinin yuxarıda göstərilən maddədə müəyyən etdiyi əsas şərtlərdən biri də ondan ibarətdir ki, alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir. (Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin qərarı). Məhkəmə alimentin sabit pul məbləğində tutulmasından imtina üçün əsasların müəyyən edilməməsini nəzərə alaraq və sübutetmə yükünün bölüşdürülməsinin ümumi qaydasını rəhbər tutaraq alimentin sabit məbləğdə tutulması ilə bağlı iddiaçının tələbini əsaslı sayır. AM-in 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Konstitusiya Məhkəməsinin yuxarıda adı çəkilən qərarına əsasən məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Sözügedən halların araşdırılmasının nəticəsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Məhkəmələrinin Elektron Məhkəmə İnformasiya Sistemindən iddiaçının və cavabdehin gəlir məlumatları üzrə çıxarışdan onların əmək müqaviləsi bağlamadığı, pensiya və sosial ödəniş almadığı müəyyən olunmuşdur. Azərbaycan Respublikası Məhkəmələrinin Elektron Məhkəmə İnformasiya Sistemindən cavabdehin qohumluq münasibətləri üzrə çıxarışdan hazırda iddiaçı ilə birgə nikahdan olan yetkinlik yaşına çatmayan uşaqlarından başqa xx.xx.2005-ci il və xx.xx.2006-cı il təvəllüdlü yetkinlik yaşına çatmayan iki uşağının da olduğu müəyyən olunur. Azərbaycan Respublikası Məhkəmələrinin Elektron Məhkəmə İnformasiya Sistemindən tərəflərin əmlak məlumatları üzrə çıxarışdan onların mülkiyyətində daşınmaz əmlak və yol-nəqliyyat vasitəsinin olmadığı müəyyən olunur. Azərbaycan Respublikası Məhkəmələrinin Elektron Məhkəmə İnformasiya Sistemindən cavabdehin sərhədkeçmə məlumatlarından çıxarışdan xx.xx.2019-cu ildən ölkə hüdudlarından çıxdığı müəyyən olunur. İddiaçının izahatı əsasında müəyyən olunmuşdur ki, X5 və X6 hazırda anası ilə qalır və uşaqlara qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi iş üzrə iddiaçının üzərinə düşür. Uşaqların əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə alır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşaqların Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. MPM-in 13.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə mübahisələri Azərbaycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, qanunlara, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına, habelə Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə əsasən həll edir. Bu baxımdan nikahın pozulması ilə əlaqədar uşaqların valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşaqların himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşaqları saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir (Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin qərarı). Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə ilk olaraq Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşaqların əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən isə məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşaqların Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Həmçinin ali qanunun 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Bundan əlavə “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşaqların tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşaqların tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşaqların ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2ci hissəsinə əsasən valideyn(lər) və ya uşaqları tərbiyə edən digər şəxslər uşaqların inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. ”İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Yuxarıda qeyd edilən maddi hüquq normaları, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində əks olunmuş bərabərlik hüququnun mahiyyətindən belə məlum olur ki, uşaqlara münasibətdə valideynlər bərabər hüquq və vəzifələrə malikdir. Bu isə onu deməyə əsas verir ki, hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcləri ilə təmin edilməsində hər iki valideyn bərabər və eyni öhdəliyə sahibdir. Məhkəmə yuxarıda göstərilən maddi hüquq normalarını, uşaqlar barəsində valideynlərin bərabər hüquq və vəzifələrə malik olmasını, uşaqların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini, 2023-cü ildə ölkədə yaşayış minimumunun uşaqlar üçün 150 (bir yüz əlli) manat məbləğində müəyyən edilməsini, yetkinlik yaşına çatmayan uşaqların hazırda ananın yanında yaşamaqla məişət qayğılarının onların üzərinə düşməsini, iddiaçının gəlirinin olmadığını nəzərə alaraq, belə nəticəyə gəlir ki, yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün Cavabdeh hər ay bir uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, iki uşağın saxlanılması üçün 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq uşaqların anasına ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçının iddia ərizəsi isə Babək Rayon Məhkəməsinin icraatına 27 yanvar 2023-ci il tarixdə daxil olmuşdur. Aliment tələbinin icra edilməsi anı ilə bağlı isə məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsində dərhal icra olunmalı qətnamələrdən biri kimi şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması qeyd olunmuşdur. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, MPM-in 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda 56 (əlli altı) manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. 12X300=3600 30+(2600X1%)=56 Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, 27 yanvar 2023-ci il tarixdən hesablanmaqla, 27 yanvar 2023-ci il tarixdən hesablanmaqla, 17 noyabr 2012-ci il təvəllüdlü X5 və 06 dekabr 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay bir uşağın saxlanılması üçün 150 (bir yüz əlli) manat olmaqla, iki uşağın saxlanılması üçün 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutulub uşaqların anası İddiaçı ödənilməli, iddia qalmış hissədə rədd olunmalı, qətnamə alimentə dair hissədə dərhal icra olunmalı, Cavabdeh 56 (əlli altı) manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin edilsin. 27 yanvar 2023-ci il tarixdən hesablanmaqla, 17 noyabr 2012-ci il təvəllüdlü X5 və 06 dekabr 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay bir uşağın saxlanılması üçün 150 (bir yüz əlli) manat olmaqla, iki uşağın saxlanılması üçün 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutulub uşaqların anası İddiaçı ödənilsin. İddia qalmış hissədə rədd edilsin. Qətnamə alimentə dair hissədə dərhal icra olunsun. Cavabdeh 56 (əlli altı) manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar