Məhkəmə qərarları › İş №2(079)-137/2024

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-137/2024

12.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 2(079)-137/2024 12.02.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Muşfiq oğluna qarşı sabit pul məbləğində aliment tələbinə dair mülki işə məhkəmənin inzibati binasında məhkəmə hazırlıq iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Muşfıq oğlundan 04 noyabr 2011-ci il təvəllüdlü X3 və 10 aprel 2015-ci il təvvəl üdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay sabit pul məbləğ olan yaşayış minumumu üçün hər uşağa 235 (iki yüz otuz beş) manat olmaqla cəmi 470 (dörd yüz yetmiş) manat miqdarında aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi məhkəmənin «24» yanvar 2024-cü il tarixli qərardadı ilə icraata qəbul edilmiş və mülki işin baxılmağa hazırlanması haqqında qərardad qəbul edilərək, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 167-ci maddəsinin tələblərinə uyğun olaraq işin məhkəmədə baxılmağa hazırlanmasına yönəlmiş müvafiq hazırlıq hərəkətləri edilmiş, məhkəmə hazırlıq iclası xx.xx.2024-cü il tarixə təyin olunmuşdur. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə mülki iş üzrə məhkəmə hazırlıq iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İddiaçı hazırlıq iclasında verdiyi izahatında Naxçıvan Şəhər Məhkəməsinin 2019-cu ildə çıxarılmış qətnaməsi ilə cavabdehlə aralarında bağlanmış nikahın pozularaq uşaqların onun yanında saxlanılması və hər bir uşağa 120 manat olmaqla sabit aliment təyin edildiyini, bundan sonra 5 il ərzində cavabdehin alimenti ödəmədiyini, cavabdehin atasının yığılmış aliment borcuna görə uşaqlara ev alınıb veriləcəyini deməsi və evi alıb verməsi ilə yığılmış aliment borcundan imtina edərək razılığa gəldiklərindən icra sənədinin məhkəməyə qaytarılmasına dair notarial qaydada yazılmış ərizə ilə Gəncə şəhər İcra və Probasiya Şöbəsinə müraciət etdiyini, lakin alimentdən birdəfəlik imtina etmədiyini, bundan sonra 2-3 ay keçməsinə baxmayaraq yenidən alimentin ödənilmədiyini gördüyündən məhkəməyə müraciət etdiyini, lakin hazırda məhkəmənin təklifini nəzərə alaraq icra sənədinin yenidən icra orqanına verilməsinə dair ərizə ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət etmək üçün ərizə və ona əlavə edilmiş sənədlərin məhkəməyə geri qaytarılmasını xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə keçirilən hazırlıq iclasında ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh Muşfiq oğluna qarşı sabit pul məbləğində aliment tələbinə dair ərizəsinin baxılmamış saxlanılması və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərdən keçirib bildirir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsində qeyd olunur ki, bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə qanunun yuxarıda qeyd olunan normasını və iddiaçının ərizəsinin məqsədini nəzərə alaraq belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh Muşfiq oğluna qarşı sabit pul məbləğində aliment tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər ona geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263.1-ci maddəsinin tələbinə görə məhkəmə işi mahiyyəti üzrə həll etmədikdə məhkəmə aktını qərardad formasında çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.3-cü maddəsinə əsasən bu məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qəraraaldı: İddiaçı Cavabdeh Muşfiq oğluna qarşı sabit pul məbləğində aliment tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Babək Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar