Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-169/2025 04.03.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı “24” yanvar 2025-ci ildə iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2007-ci il təvəllüdlü X6 və xx.xx.2012-cu il təvəllüdlü X5 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün Cavabdeh hər ay qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında alimentin (sonrakı artımlar nəzərə alınmaqla hər il illər üzrə artırılacaq olan ölkə üzrə minimum əmək haqqına münasibətdə) tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsinə əsasən, cavabdehlə 07 mart 2005-ci il tarixdə Babək rayon VVADQ şöbəsində rəsmi olaraq nikaha daxil olmuşuq və bu barədə nikahın akt qeydləri kitabında 52 nömrə ilə qeydiyyat aparılmışdır. Birgə nikahdan birgə yaşadığımız müddətdə üç övladımız dünyaya gəlmişdir: xx.xx.2005-cu il təvəllüdlü X8, xx.xx.2007-ci il təvəllüdlü X6, xx.xx.2012-ci il təvəllüdlü X9. Qeyd edim ki, övladlarımdan biri yetkinlik yaşına çatmışdır. Digər iki övladım isə yetkinlik yaşına çatmayıb. Özüm xadimə işləyirəm. 1 aydır ki, cavabdehlə ayrı yaşayırıq. Ayrı yaşadığımız müddət ərzində cavabdeh ailəsinin dolanışığı ilə maraqlanmamış, övladlarını maddi cəhətdən təmin etmir, bu səbəbdən də biz maddi cəhətdən sıxıntı içində yaşayırıq. Elnur Babək rayon Təmizlik İdarəsində işləyir. Aylıq 559 manat əmək haqqı alır. Əlavə olaraq 360 manat pensiya alır. Mən əmək haqqısı ilə bağlı müvafiq arayışı əldə edə bilmədiyimdən xahiş edirəm məhkəmə tərəfindən əldə olunub işə əlavə edilsin. Elnur ailəsi ilə maraqlanmır. Ona görə də mən məcburiyyət qarşısında qalaraq Cavabdeh uşaqlarına aylıq qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment ödəməsini istəyirəm. Aliment tələbi ilə bağlı X3na müraciət etdik, lakin cavabdeh tərəf mediasiya prosesində iştirak etmədi. İddiaçı məhkəmə iclasında verdiyi izahatında cavabdehlə uzun müddətdir, 20 ildən artıqdır ki, evli olduqlarını, böyük qızına atasız toy etdiyini, cavabdehin 4-5 ay olar ki, işləmək üçün evdən getdiyini, qazancını başqa qadınlara xərclədiyini, 6-saylı mənzil istismar idarəsində xadimə işlədiyini, özünün aldığı 330 manat əmək haqqı ilə uşaqlarını saxlaya bilmədiyini, bu səbəbdən də aliment tutulmasını istədiyini, cavabdehlə hazırda ayrı yaşadıqlarını, cavabdehin 4-5 aydır ki, evə gəlmədiyini, onlarla maraqlanmadığını, Babək rayonu, Cəhri qəsəbəsində daxma tikib orda qaldığını, əvvəllər cavabdehlə aralarında mübahisə olarkən qayınanası və qayınatasının onları barışdırdığını, qayınanası vəfat edəndən sonra cavabdehin ümumiyyətlə öz bildiyini etdiyini, onunla aralarında olan nikahın pozulmadığını, böyük qızı Sevilin ərə getdiyini, qızı Songülün 2005-ci il təvəllüdlü olduğunu və 2025-ci ilin mart ayının 20-də 18 yaşının tamam olacağını, oğlu Yusifin isə 2012-ci il təvəllüdlü olduğunu və Babək rayonu, Cəhri qəsəbə tam orta məktəbində 7-ci sinifdə oxuduğunu, Songül və Yusifin onunla qaldığını, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddiaçının qardaşını öyrədib onun üzərinə ötürdüyünü, qardaşının ailə işlərinə qarışmasına görə evdən çıxıb getdiyini, evi özünün tikdiyini, qızına toy edən zaman onu evə qoymadıqlarını, 19 dekabr 2024-cü ildən evdən çıxdığını, iddiaçı ilə bir yerdə yaşamadıqlarını, uşaqların isə anası ilə birlikdə qaldıqlarını, aliment ödəyəcəyini, lakin övladlarının ona qarşı pis davrandığını, onun telefonlarını blok etdiklərini, başında və ayağında olan xəstəliklərlə bağlı əlilliyinin müəyyən olunduğunu, İİİ qrup əlil olduğunu və 364 manat pensiya, 559 manat əmək haqqı aldığını bildirmişdir. Mülki işin materiallarını işdə iştirak edən şəxslərin izahatı ilə qarşılıqlı şəkildə tədqiq edən məhkəmə müəyyən edir ki, 07 mart 2005-ci il tarixdə tərəflər arasında nikahın bağlanması, onların birgə nikahından olan X6 və X5 hazırda yetkinlik yaşına çatmamaları, tərəflərin hazırda ayrı yaşaması və onların birgə nikahlarından doğulmuş uşaqların anası, yəni iş üzrə iddiaçının yanında qalması işin mübahisəsiz hallarıdır. Bu faktların işin mübahisəsiz halları olması iddia ərizəsinə əlavə olunmuş aşağıdakı sübutlarla təsdiq olunur: - Babək rayon VVADQ Şöbəsi tərəfindən verilmiş 07 mart 2005-ci il tarixli, AZ-İ seriyalı, 172602 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən Cavabdeh ilə X1 arasında nikah bağlanmışdır, bunun nikahın bağlanması haqqında akt qeydləri kitabında 52 nömrə ilə qeyd edilməsi, iddaçının özünə Abbasova soyadını götürməsi; - Babək rayon VVADQ Şöbəsi tərəfindən verilən 01 iyun 2007-ci il tarixli, AZ-İ seriyalı, 798277 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən tərəflərin 18 mart 2007-ci il tarixdə X6 adlı övladının dünyaya gəlməsi; - Babək rayon Qeydiyyat Şöbəsi tərəfindən verilən 24 iyul 2012-ci il tarixli, AZ-İİ seriyalı, 668836 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən tərəflərin 20 may 2012-ci il tarixdə X9 adlı övladının dünyaya gəlməsi; - X3 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, MŞN/25-A00028 nömrəli arayışdan cavabdehin mediasiya prosesində iştirak etmədiyi; - iddia tələbindən və tərəflərin məhkəmədə verdiyi izahatdan tərəflərin ayrı yaşaması, onların birgə nikahından olan uşaqların hazırda anası, yəni iş üzrə iddiaçının yanında qalması aydın olur. Məhkəmə araşdırması nəticəsində isə cavabdehin uşaqları saxlamaq vəzifəsini yerinə yetirmədiyi məlum olur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi həmçinin Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra - “AM”) 75.1-ci maddəsində və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsində əks olunmuşdur. AM-in 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. AM-in 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. AM-in 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. AM-in 76.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: - 76.1.1-ci maddəsinə əsasən 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; - 76.1.2-ci maddəsinə əsasən 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; - 76.1.3-cü maddəsinə əsasən 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. AM-in 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Məhkəmələrinin Elektron Məhkəmə İnformasiya Sistemindən cavabdehin gəlir məlumatları üzrə çıxarışdan belə məlum olur ki, o, "Naxçıvan şəhər İcra Hakimiyyətinin Naxçıvan Şəhər Sanitar Təmizlik İdarəsi"ndə birdəfəlik fəhlə vəzifəsində işləyir və 667 manat əmək haqqı, İİ qrup əlilliyinə görə isə 393.32 manat pensiya alır. Azərbaycan Respublikası Məhkəmələrinin Elektron Məhkəmə İnformasiya Sistemindən iddiaçının gəlir məlumatları üzrə çıxarışdan belə məlum olur ki, o, 6-saylı mənzil istismar idarəsində süpürgəçi işləyir və 450 manat əmək haqqı alır. İş materialları ilə tərəflərin yetkinlik yaşına çatmamış iki uşaqlarının olması müəyyən edildiyindən məhkəmə hesab edir ki, AM-in 76.1.2-ci maddəsinə əsasən 2 uşağa görəqazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulmalıdır. Məhkəmə tərəflərin ailə və maddi vəziyyətini nəzərə alaraq belə hesab edir ki, sözügedən payların miqdarının hazırki vəziyyətdə dəyişdirilməsi (azaldılması və ya artırılması) üçün hər hansı diqqətəlayiq hallar müəyyən olunmamışdır. AM-in 55.2-ci maddəsinə əsasən aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. Yetkinlik yaşına çatmayan uşaqların ananın (iddiaçının) yanında saxlanılmasını və yuxarıda qeyd edilən normanın mahiyyətini nəzərə alan məhkəmə qeyd edir ki, uşaqların saxlanılması üçün müəyyən edilən aliment məbləği iddiaçının sərəncamına daxil olmalı, aliment uşaqların anasına ödənilməlidir. AM-in 77-ci maddəsinə əsasən uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. AM-in 100.2-ci maddəsinin tələbinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçının iddia ərizəsi isə Babək Rayon Məhkəməsinin icraatına xx.xx.2025-ci il tarixdə daxil olmuşdur. Aliment tələbinin icra edilməsi anı ilə bağlı isə məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 234.2.1-ci maddəsində dərhal icra olunmalı qətnamələrdən biri kimi şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması qeyd olunmuşdur. MPM-in 112.1 və 112.1.3-cü maddələrinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 və 9.1.2-ci maddələrinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. MPM-in 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh 30 manat (otuz) miqdarında dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, xx.xx.2025-ci il tarixdən hesablanmaqla, 18 mart 2007-ci il təvəllüdlü X2 və 20 may 2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün iş üzrə Cavabdeh hər ay qazancının və (və ya) başqa gəlirlərinin 1/3 hissəsi məbləğində aliment tutulub uşaqların anası İddiaçı ödənilməli, qətnamə alimentə dair hissədə dərhal icra olunmalı, Cavabdeh 30 manat (otuz) məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. xx.xx.2025-ci il tarixdən hesablanmaqla, 18 mart 2007-ci il təvəllüdlü X2 və 20 may 2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün iş üzrə Cavabdeh hər ay qazancının və (və ya) başqa gəlirlərinin 1/3 hissəsi məbləğində aliment tutulub uşaqların anası İddiaçı ödənilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə alimentə dair hissədə dərhal icra olunsun. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(079)-169/2025
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-169/2025
04.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver