Məhkəmə qərarları › İş №2(079)-187/2024

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-187/2024

02.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-187/2024 02.04.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı “12” fevral 2024-cü ildə iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək “29” noyabr 2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 235 (iki yüz otuz beş) manat məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O, tələbini əsaslandıraraq qeyd etmişdir ki, Cavabdeh ilə 2022-ci il tarixində el adət-ənənəsinə uyğun olaraq ailə həyalı qurmuşam. Birlikdə yaşadığımız müddətdə 29 noyabr 2023-cü ıl təvəllüdlü X3 dünyaya gəlmişdir. Bu barədə 19 dekabr 2023-cü il tarixində atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında qeyd edilmişdir. Uşaq olmadan cavabdeh məni tərk etmişdir. Hazırda mən azyaşlı övladımla birlikdə atam evində yaşayıram, cavabdeh övladımızın saxlanılmasında maddi köməklik etmir. Uşaq balaca olduğundan heç bir yerdə işləmirəm. Cavabdeh isə bu günədək övladımızın saxlanılmasında heç bir maddi köməklik etməmişdir. Mediasiyaya müraciət olundu və mediasiya prosesində cavabdeh iştirak etsə də razılıq olmadığından mediasiya arayış verərək məhkəməyə müraciət etməyim izah edildi. İddiaçı məhkəmədə verdiyi izahatında iddia tələbini müdafiə etdiyini, cavabdehin əvvəllər iş elanı paylaşdığını, onunla elə bu vasitə ilə 2021-ci ildə tanış olub, 2022-ci ilin oktyabr ayının 4-də qeyri-rəsmi qaydada ailə qurduğunu, onunla 2023-cü ilin may ayının 5- 6-dək birlikdə yaşadığını, bu özünün ikinci, qarşı tərəfin isə birinci evliliyi olduğunu, özünün əvvəlki nikahından üç uşağının olduğunu, Qiyasla ailə qurduqdan sonra əvvəlki evliliyindən olan uşaqlarını birinci ərinə verdiyini, cavabdehin onun əvvəllər ailəli olmasından məlumatlı olduğunu, Qiyasla ailə qurduqdan sonra Şərur rayonu, Mahmudkənd kəndində yaşadıqlarını, cavabdehlə olan evliliyindən bir uşağının olduğunu, özü hələ hamilə ikən Qiyasın onu tərk etdiyini, uşaq dünyaya gəldikdən sonra isə ona 2-3 dəfə uşaq bezi, iki dəfə paltar aldığını, bir dəfə isə uşaq xəstələnəndə Qiyasın onun dərmanlarını aldığını, cavabdehin əvvəllər “Ləzzət” şirkətində işlədiyini, sonradan oradan çıxıb fəhləliklə məşğul olduğunu, onun qazancı barədə sübutunun olmadığını, özünün hər ay 300 manat miqdarında əmək haqqı aldığını, əvvəlki evliliyindən olan uşaqların saxlanılması üçün bir uşağa görə 100 manat aliment aldığını qeyd edərək, yekunda iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmişdi. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 172.1-ci və 185-ci maddələrinə əsaslanmaqla cavabdehin iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. Cavabdeh məhkəmə hazırlıq iclasında verdiyi izahatında iddia tələbini qəbul etmədiyini, özünün əvvəllər dostunun İnstaqram səhifəsindən iş elanları paylaşdığını, elə bu vasitə ilə Günayla 2021-ci ilin may ayının 5-də tanış olduğunu, özü əvvəllər ailə qurmasa da, iddiaçının əvvəllər ailə qurmasından məlumatlı olduğunu, Günayın anasının, həmçinin öz yaxınlarının onların ailə qurmasına razı olmadığını, buna görə də Günayın 2022-ci ilin oktyabr ayının 4-də ona qoşulub qaçdığını, evliliklərindən bir uşaq dünyaya gəldiyini, Günay altı aylıq hamilə olandan ayrıldıqlarını, bundan sonra aralarında bir-iki dəfə danışıq olduğunu, uşaq olanda özünün xəstəxanaya getdiyini, Günayı oradan onun anasının yaşadığı evə apardığını, özünün üç dəfə Günaya barışıq təklif etdiyini, amma onun bunu qəbul etmədiyini, müəyyən səhvliklər etdiyini qəbul etdiyini, amma uşağı saxlamaqdan yayınmadığını, mediasiya prosesində Günaya məhkəməyə müraciət etməyin lazım olmadığını, özünün gücü çatdığı qədər uşağın saxlanılması üçün ona köməklik edəcəyini dediyini, Günayın isə ona “yox alimenti mən istəyən miqdarda verəcəksən” dediyini, bu günədək iddiaçı uşaqla bağlı nə tələb edibsə onu da aldığını, 3-4 dəfə uşağa bez aldığını, həmçinin onun dərmanlarını da aldığını, uşağın saxlanılması üçün iddiaçıya pul verməsə də, onun saxlanılması üçün iddiaçının dediklərini aldığını, hazırda işsiz olduğunu, üç gün mebel sexində fəhləlik etsə də sonradan işdən çıxdığını, iddiaçının tələb etdiyi alimentin miqdarının çox olduğunu, onun əvvəlki evliliyindən olan böyük uşaq üçün yüz manat aliment aldığı halda, ondan balaca uşaq üçün 235 manat miqdarında aliment tələb etməsini qəbul etmədiyini qeyd etmişdi. Mülki işin materiallarını işdə iştirak edən şəxslərin izahatları ilə qarşılıqlı şəkildə tədqiq edərək məhkəmə müəyyən edir ki, tərəflərin 2022-ci ildə qeyri-rəsmi qaydada ailə qurması, onların qeyri-rəsmi nikah münasibətlərindən X3 adlı ümumi uşağın dünyaya gəlməsi, tərəflərin ayrı yaşaması və X2 iddiaçının yanında qalması işin mübahisəsiz hallarıdır. Bu faktların işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: - iddia tələbindən işdə iştirak edən şəxslərin məhkəmədə verdiyi izahatlardan tərəflərin 2022-ci ildə qeyri-rəsmi qaydada ailə qurması; - iddia ərizəsinə əlavə edilmiş Naxçıvan “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş 19 dekabr 2023-cü il tarixli, AZ-İ seriyalı, 177798 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin və 19 dekabr 2023-cü il tarixli, AZ-V seriyalı, 213365 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətlərindən tərəflərin 29 noyabr 2023-cü il tarixdə X3 adlı övladının dünyaya gəlməsi; - iddia tələbindən işdə iştirak edən şəxslərin məhkəmədə verdiyi izahatlardan tərəflərin ayrı yaşaması və onların evliliyindən olan ümumi uşağın iddiaçının yanında qalması aydın olur. İşin mübahisəli halı isə iddiaçının cavabdehlə birgə evliliyindən olan övladı X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh 235 (iki yüz otuz beş) manat miqdarında aliment tutulmasını tələb etməsidir. İşin mübahisəli halını həlli ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan şəxslər arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunverciliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti, yəni alimenti ödəməyə borclu olur. Ailə qanunvericiliyinin tələbinə əsasən məhkəmə qaydasında alimentin tutulmasının iki qaydası müəyyən edilib: aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında və sabit pul məbləğində. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində və “Uşaq hüquqları haqqında Azərbaycan Respublikası Qanunun 19-cu maddəsində əks olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsində uşağın saxlanılması üçün alimentin sabit pul məbləğində tutulmasını əsası kimi şəxsin bu barədə olan xahişi qeyd olunmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də, aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd olunan maddi hüquq normalarını mülki iş materialları ilə qarşılıqlı şəkildə əlaqələndirən məhkəmə belə hesab edir ki, iddiaçının tələbi əsaslıdır. Alimentin miqdarının müəyyən edilməsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq, müəyyən edilir. İddiaçı övladı X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 235 (iki yüz otuz beş) manat miqdarında aliment tələb etsə də, öz tələbini əsaslandıran faktları təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövZəhraudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Alimentin miqdarı ilə bağlı iddiaçı tərəf öz tələbini əsaslandıran halları sübuta yetirə bilmədiyindən məhkəmə qanunvericiliyin tələbini nəzərə alaraq belə hesab edir ki, alimentin miqdarının qanunverciliyin tələbləri nəzərə alınmaqla təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe isə ondan ibarətdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, həmin Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən isə məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərZəhralərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2024-cü ildə ölkədə yaşayış minimumu uşaqlar üçün 235 (iki yüz otuz beş) manat məbləğində müəyyən edilmişdir. "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatlardan Cavabdeh adına qazanc, gəlir və ya nəqliyyat vasitəsi olmasına rast gəlinmir. Həmçinin orada olan məlumatlardan iddiaçının çörək xəmiri qarışdıran işləməsi və ayda 300 (üç yüz) manat əmək haqı alması müəyyən edilir. İddiaçının tələb etdiyi alimentin məbləği Azərbaycan Respublikasında 2024-cü il üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləği ilə eynilik təşkil etdiyindən məhkəmə onun nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.1-ci maddəsinə əsasən 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar. Qeyd edilən maddi hüquq normasının tələbini, həmçinin uşağın yaşının artdıqca tələbatların artmasını, az yaşlı uşaqla məktəbli uşağın yaşayış ehtiyacının eyni səviyyədə olmamasını nəzərə alan məhkəmə belə hesab edir ki, uşaqların yaşını və buna əsaslanan ehtiyaclarını, həmçinin uşaqlara münasibətdə valideynlərin bərabər hüquq və vəzifələrə malik olmasını diqqətə almadan onların hər biri üçün yaşayış minimumu həddində aliment təyin edilməsi ədalətlilik və hər bərabərlik prinsipinə ziddir. Buna görə də məhkəmə yuxarıda göstərilən maddi hüquq normalarını, uşaqlar barəsində valideynlərin bərabər hüquq və vəzifələrə malik olmasını, uşağın təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını, 2024-cü ildə ölkədə yaşayış minimumunun uşaqlar üçün 235 (iki yüz otuz beş) manat məbləğində müəyyən edilməsini, uşağın iddiaçının yanında qalması, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu vaxt ərzində onun üzərinə düşməsini, aliment ödənilməli olan uşağın sayını, saxlanılması üçün aliment təyin edilməsi tələb edilən uşağın yaşını, cavabdehin işsiz olmasını nəzərə alaraq belə nəticəyə gəlir ki, iddiaçının tələbi qismən təmin edilməli və yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün hər ay cavabdehdən 105 (bir yüz beş) manat məbləğində aliment tutulmalıdır. Aliment sabit pul məbləğində müəyyənləşdirilərkən o nəzərə alınmışdır ki, uşağın saxlanması üçün aliment tələb edən iş üzrə iddiaçı isə alimentin sabit pul məbləğində müəyyənləşdirilməsini xahiş edir. Alimentin hansı vaxtdan tutulması məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından aydın olur ki, İddiaçı Babək Rayon Məhkəməsinə “12” fevral 2024-cü il tarixdə müraciət etmişdir, buna görə də alimentin tutulmasının əvvəli həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsində dərhal icra olunmalı qətnamələrdən biri kimi şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması qeyd olunduğundan qətnamə dərhal icra edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq, iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyindən, iddianın (12 x 235 =2820) təmin edilmiş hissəsinə (12x105=1260) mütənasib olan 21 (iyirmi bir) manat, 54 (əlli dörd) qəpik miqdarında dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia qismən təmin olunmalı; - “12” fevral 2024-cü il tarixdən hesablanmaqla, 29 noyabr 2023-cü ildə anadan olan X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh 105 (bir yüz beş) manat miqdarında aliment tutularaq uşağın anası İddiaçı ödənilməli; - Cavabdeh 21 (iyirmi bir) manat, 54 (əlli dörd) qəpik miqdarında rüsum tutularaq dövlət büdcəsinə keçirilməli; - qətnamə alimentə dair hissədə dərhal icra olunmalı; - iddia qalan hissədə əsaslı olmadığından rədd edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin edilsin. “12” fevral 2024-cü il tarixdən hesablanmaqla, 29 noyabr 2023-cü ildə anadan olan X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh 105 (bir yüz beş) manat miqdarında aliment tutularaq uşağın anası İddiaçı ödənilsin. Cavabdeh 21 (iyirmi bir) manat, 54 (əlli dörd) qəpik miqdarında rüsum tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentə dair hissədə dərhal icra olunsun. İddia qalan hissədə əsaslı olmadığından rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar