Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 2(079)-20/2022 10.01.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı, onun vəkili Vəkil və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı bağışlama müqaviləsinin və müqavilədən doğan hüquqi nəticələrin ləğvi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyən etdi: İddiaçı 15 oktyabr 2021-ci ildə Cavabdeh qarşı bağışlama müqaviləsinin və müqavilədən doğan hüquqi nəticələrin ləğvi tələbinə dair iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi “15” oktyabr 2021-ci il tarixli qərardadla məhkəmənin icraata qəbul edilmiş və mülki işin baxılmağa hazırlanması haqqında qərardad qəbul edilmişdir. Mülki iş üzrə təyin olunmuş məhkəmə hazırlıq iclasında İddiaçı məhkəməyə vəsatətlə müraciət edərək Cavabdeh qarşı bağışlama müqaviləsinin və müqavilədən doğan hüquqi nəticələrin ləğvi tələbi ilə məhkəməyə müraciət etdiyini, məhkəmədən kənar qaydada aralarında razılaşdıqlarından iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdi. Məhkəmə İddiaçı vəsatətini nəzərdən keçirib bildirir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinin tələbinə görə həmin Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Hazırkı vəziyyətdə isə məhkəmənin hazırlıq iclasında İddiaçı iddia ərizənin geri qaytarılması barədə vəsatətlə məhkəməyə müraciət etdiyindən, məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin yuxarıda qeyd olunan normasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, onun iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələri ilə müəyyən olunur ki, həmin Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu da qaytarılır. Odur ki, İddiaçı iddia qaldırarkən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialı vasitəsi ilə 13 sentyabr 2021-ci il tarixli, 26696 nömrəli qəbzlə ödədiyi 10 (on) manat və 12 oktyabr 2021-ci il tarixli, 19375 nömrəli qəbzlə ödədiyi 90 (doxsan) manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263.1-ci maddəsinin tələbinə görə məhkəmə işi mahiyyəti üzrə həll etmədikdə məhkəmə aktını qərardad formasında çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : İddiaçı vəsatəti təmin edilsin. İddiaçı Cavabdeh qarşı bağışlama müqaviləsinin və müqavilədən doğan hüquqi nəticələrin ləğvi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı iddia "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialı vasitəsi ilə 13 sentyabr 2021-ci il tarixli, 26696 nömrəli qəbzlə ödədiyi 10 (on) manat və 12 oktyabr 2021ci il tarixli, 19375 nömrəli qəbzlə ödədiyi 90 (doxsan) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Babək Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №2(079)-20/2022
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-20/2022
10.01.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver