Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-230/2024 23.04.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, məsləhətçi-məhkəmə iclas katibi Əliyev İsmayıl Kamal oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin tutulma qaydasının dəyişdirilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında şifahi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı “23” fevral 2024-cü ildə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Babək Rayon Məhkəməsinin “13” sentyabr 2023-cü il tarixli, 2(079)-287/2023 nömrəli qətnaməsində nəzərdə tutulmuş alimentin tutulma qaydasının dəyişdirilərək, Cavabdeh 17 iyun 2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş) manat məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq bildirmişdir ki, Cavabdeh ilə 05 iyul 2021-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşam. Bizim birgə nikahımızdan bir övladımız - 17 iyun 2022-ci il təvəllüdlü X3 dünyaya gəlmişdir. Evliliyimizin ilk vaxtlarında münasibətlərimiz yaxşı olsa da, qısa müddətdə münasibətlərimiz pozuldu. Aramızda ailə münasibətimiz pozulduğundan nikahın pozulması tələbi barədə keçmiş həyat yoldaşım Cavabdeh məhkəməyə müraciət etdi. Babək Rayon Məhkəməsinin “13” sentyabr 2023-cü il tarixli, 2(079)- 287/2023 nömrəli qətnaməsi əsasında nikahımız pozulmuş, azyaşlı övladımın mənim yanımda qalması müəyyən edilmişdir. Qeyd edim ki, övladım mənimlə birlikdə yaşayır, yaşamağa şəxsi evimiz olmadığından övladımla birlikdə atam evində yaşayıram və işsizəm. Cavabdeh tutulan hər ay qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında, yəni 100 (bir yüz) manat aliment uşağın maddi tələbatını qarşılamağa bəs eləmir. Uşaq elə yaş həddindədir ki, onun gündəlik tələbatı və digər xərclərinə pul lazım olur. Onun saxlanmasına müəyyən olunmuş aliment saxlanılma xərcini ödəmir. Qeyd edim ki, uşağın yaşı artdıqca xərcləri də artır. Bu gün verilən alimentlə uşağın təminatını ödəmək çox çətindir. Cavabdeh hal-hazırda “Prestij” pivə zavodunda işləyir, yaxşı qazanc əldə edir. Hesab edirəm ki, bugünkü gün bir uşağın saxlanılması üçün ayda 235 (iki yüz otuz beş) manat yetərli olar və cavabdehin elə bu məbləği ödəmək imkanı var. Mediasiyaya müraciət etdim, mediasiya prosesində cavabdeh iştirak etsə də razılaşmadığımız üçün mediasiya arayış verərək məhkəməyə müraciət etməli olduğumu bildirildi. İddiaçı məhkəmədə verdiyi izahatında tələbini müdafiə etdiyini, Rəhim ilə 2021-ci ildə ailə qurduğunu, birgə nikahlarından bir uşağın dünyaya gəldiyini, təqribən bir il olar ki, cavabdeh ilə ayrı yaşadığını, həmin vaxt uşağının bir yaşı tamam olmadığını, Rəhim ilə ailə quranda onun pivə zavodda işlədiyini və 450 manat əmək haqqı aldığını, bunu təsdiq edəcək sübutunun olmadığını, cavabdehin bundan başqa bir yerdə işləmədiyini, aralarında bağlanmış nikahın pozulduğunu, birgə nikahlarından olan uşağın özü ilə qaldığını, uşağın saxlanılması üçün cavabdehdən hər ay 100 manat məbləğində aliment tutulduğunu, bunun isə uşağın ehtiyacını ödəmədiyini, hər ay uşağa iki bağlama uşaq bezi aldığını, bundan başqa onun dərmanlarına və paltarlarına pul lazım olduğunu, qarşı tərəfin verdiyi alimentin isə bunu ödəmədiyini, təqribən iki ay olar ki, cavabdehin atasının uşağın dərmanlarını və uşaq bezini aldığını, bunları qarşı tərəfin öz təşəbbüsü ilə etdiyini, uşağının allergiyadan xəstəliyindən əziyyət çəkdiyini, onun bədənində səpkilərin yarandığını, bu səbəbdən də uşağı ayda iki dəfə həkimə aparmalı olduğunu və hər dəfə də 40 manat xərc çəkdiyini, özünün işsiz olduğunu, uşağın ayın müəyyən vaxtlarında həqiqətən də cavabdehin yanında qaldığını, mediasiya prosesində onun alimentin miqdarının 120 manat olması barədə təklif verdiyini, lakin özünün bunu qəbul etmədiyini, özünün valideynləri ilə birlikdə yaşadığını qeyd edərək yekunda tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmişdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdi. Cavabdeh məhkəmə hazırlıq iclasında verdiyi izahatında tələbini qəbul etmədiyini, 2021ci ildə Ləman ilə ailə qurduğunu, birgə nikahlarından bir uşaq dünyaya gəldiyini, övladları doğulana qədər iddiaçı ilə normal yola getdiklərini, lakin sonradan onun dəyişdiyini, özünün evləndiyi vaxtdan indiyədək pivə zavodda işlədiyini, əvvəllər 400 manat hazırda isə 450 manat əmək haqqı aldığını, "Elektron Məhkəmə" informasiya sistemində iki yer üzrə adına iş yeri çıxmasına baxmayaraq hazırda pivə zavodda işlədiyini, əvvəllər isə iki yerdə də işlədiyini, uşaq dünyaya gələn gündən əlindən gələni etdiyini, ayın 10 günü övladının onunla birlikdə qaldığını, həmin vaxt uşağın bütün tələbatlarını özünün qarşıladığını, bundan əlavə aliment ödədiyini, uşağında hər hansı xəstəlik olmadığını, iddiaçının ailəsində səpki olduğunu, uşağın paltarlarını onların öz paltarları ilə birlikdə yuduqlarını, buna görə də övladında allergiya yarandığını, bunu ona uşağın həkimin bildirdiyini, uşağın dərmanlarının alınması üçün ehtiyaca görə ayda 20-30 manat xərc cəkdiyini, övladı özündə qalanda onun səpkilərinin sağaldığını, mediasiyada alimentin miqdarının 120 manatadək artırılması barədə təklif verdiyini, lakin Ləmanın bunu qəbul etmədiyini, özünün əmək haqqının bəzən aylar üzrə dəyişdiyini, hər ay ondan 100 manat məbləğində aliment tutulduğunu, hazırda isə 130 manat məbləğində aliment verməyə etiraz etmədiyini bildirmişdir. Mülki işin materiallarını nəzərdən keçirən məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında əvvəllər nikah bağlanması, onların birgə nikahından X3 adlı ümumu uşağın dünyaya gəlməsi, onlar arasında bağlanmış nikahın pozulması, tərəflər arasında bağlanmış nikahın pozulmasından sonra Babək Rayon Məhkəməsinin “13” sentyabr 2023-cü il tarixli, 2(079)- 287/2023 nömrəli qətnaməsi ilə onların birgə nikahından olan uşağın anasının, yəni iş üzrə iddiaçının yanında qalması və uşağın saxlanılması üçün cavabdehdən hər ay qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutularaq İddiaçı ödənilməsinin qət olunması mülki işin mübahisəsiz hallarıdır. Bu halların işin mübahisəsiz olması aşağıdakılarla təsdiq olunur: - iddia ərizəsinə əlavə olunmuş Babək Rayon Məhkəməsinin “13” sentyabr 2023-cü il tarixli, 2(079)-287/2023 nömrəli qətnaməsindən tərəflər arasında 05 iyul 2021-ci ildə nikah bağlanması; - iddia ərizəsinə əlavə olunmuş Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 28 dekabr 2023-cü il tarixli, AZ-İV seriyalı, 632609 nömrəli doğum akt qeydindən çıxarışdan iş üzrə tərəflərin 17 iyun 2022-cı il tarixdə X3 adlı övladlarının doğulması; - iddia ərizəsinə əlavə olunmuş Babək Rayon Məhkəməsinin “13” sentyabr 2023-cü il tarixli, 2(079)-287/2023 nömrəli qətnaməsindən və iddia ərizəsinə əlavə edilmiş Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 11 yanvar 2024-cü il tarixli, AZ-İ seriyalı, 402851 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən tərəflər arasında bağlanmış nikahın pozulması və həmin iddiaçının özünə “Quliyeva” soyadını seçməsi; - tərəflərin məhkəmədə verdiyi izahatlarından və iddia ərizəsinə əlavə olunmuş Babək Rayon Məhkəməsinin “13” sentyabr 2023-cü il tarixli, 2(079)-287/2023 nömrəli qətnaməsindən tərəflər arasından bağlanmış nikahın pozulmasından sonra birgə nikahından olan X2 iddiaçının yanında qalması; - iddia ərizəsinə əlavə edilmiş Babək Rayon Məhkəməsinin “13” sentyabr 2023-cü il tarixli, 2(079)-287/2023 nömrəli qətnaməsindən X1 üçün cavabdehdən hər ay qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutularaq İddiaçı ödənilməsinin qət olunması aydın olur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bundan əlavə olaraq məhkəmə onu da qeyd edir ki, “Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunur ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazın predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Məhkəmənin yuxarıda qeyd olunan normativ hüquqi aktları qeyd etməkdə məqsədi iddia tərəflərinin nəzərinə çatdırmaqdır ki, Babək Rayon Məhkəməsinin “13” sentyabr 2023-cü il tarixli, 2(079)-287/2023 nömrəli qətnaməsi ilə müəyyən edilmiş hallar hazırki vəziyyətdə işə baxan məhkəmə üçün məcburi xarakter daşıyır. İşin mübahisəli halı isə iddiaçının Babək Rayon Məhkəməsinin “13” sentyabr 2023-cü il tarixli, 2(079)-287/2023 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin tutulma qaydasının dəyişdirilərək Cavabdeh X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş) manat məbləğində aliment tələb etməsi və cavabdehin bunu qəbul etməməsidir. İşin mübahisəli halının hüquqi həlli ilə bağlı məhkəmə qeyd edir ki, aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan şəxslər arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti, yəni alimenti ödəməyə borclu olur. İstər ailə qanunvericiliyi, istərsə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarından görünür ki, məhkəmə qaydasında alimentin tutulmasının iki qaydası müəyyən edilib: aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında və sabit pul məbləğində. İşin faktiki hallarından isə müəyyən olur ki, məhkəmə tərəflərin birgə nikahından olan uşağın saxlanılması üçün alimentin tutulma qaydasını cavabdehin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi kimi müəyyən etmişdi. İddiaçı isə hazırki tələbində cavabdehdən birgə nikahından doğulmuş uşağın saxlanılması üçün alimenti sabit pul məbləğində tutulmasını tələb edir. Azərbaycan Respublikası Ailə Məcəllə 76-cı maddəsinin mahiyyətindən aydın olur ki, aliment aylıq qazancının (gəlirinin) müəyyən hissəsi kimi tutulduqda onun miqdarı ailə qanunvericiliyinin müəyyən etdiyi məbləğdə təyin edilir. Qanunvericilik hüququna toxunan şəxsin müraciəti əsasında məhkəməyə həmin payları artırıb-azalda bilmə səlahiyyəti verdiyi halda, həmin Məcəllənin 78.2-ci maddəsinin tələbinə görə alimentin sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddi hüquq normasının tələbindən də göründüyü kimi sabit pul məbləğində tutulan alimentin miqdarı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsində isə məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmənin əsasları öz əksini tapıb. İstər həmin maddənin adından, istərsə də onun mahiyyətindən görünür ki, qanunvericilik məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsini özündə ehtiva edir. Həmçinin bildirir ki, alimentin tutulma qaydasını qanunvericilik və ya yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxs müəyyən etdiyi halda, alimentin miqdarının dəyişdirilməsi ilə bağlı isə həm alimenti ödəyən, həm də alimenti alan şəxs məhkəməyə müraciət edə bilər. Yəni alimenti aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında ödəyən şəxs onun sabit pul məbləğində ödənilməsini tələb etmək hüququna malik deyil. Əgər alimentin tutulması qaydasına onun miqdarının dəyişdirilməsi kimi yanaşılsa onda aliment ödəyənə onun sabit pul məbləğində tutulması ilə bağlı müraciət etmək imkanını verilmiş olar ki, bu Ailə Məcəlləsinin 78-ci maddəsinə ziddir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsinin tələbinə görə alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Qeyd edilən maddi hüquq normalarının ümumi təhlili onu deməyə imkan verir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi tələbi ilə məhkəmə müraciət edilməsi üçün öncədən müvafiq tutulma qaydası ilə bağlı məhkəmənin müəyyən etdiyi miqdarla əlaqədar qərar qəbul edilməli və daha sonra aliment alan şəxs həmin miqdarın dəyişməsi üçün müraciət etməlidir. İşin araşdırılmış hallarından isə müəyyən olur ki, tərəflər arasında alimentin sabit pul məbləğində tutulması qaydası ilə bağlı məhkəmənin öncədən müəyyən etdiyi miqdar mövcud deyil. Məhkəmə qeyd edir ki, sabit pul məbləğində müəyyən edilmiş alimentin miqdarının müəyyən edilməsi əsasları isə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsi ilə müəyyən edilir. Belə ki, Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən isə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmçinin ailə qanunvericinin yuxarıda göstərilən maddədə müəyyən etdiyi əsas şərtlərdən biri də ondan ibarətdir ki, alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Qeyd olunan maddi hüquq normalarını mülki iş materialları ilə qarşılıqlı şəkildə əlaqələndirən məhkəmə belə hesab edir ki, iddiaçının tələbi əsaslıdır. Alimentin miqdarının müəyyən edilməsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq, müəyyən edilir. İddiaçı övladının yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 235 (iki yüz otuz beş) manat miqdarında aliment tələb etsə də, öz tələbini əsaslandıran faktları təsdiq edəcək məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Alimentin miqdarının ilə bağlı iddiaçı tərəf öz tələbini əsaslandıran halları sübuta yetirə bilmədiyindən məhkəmə belə hesab edir ki, alimentin miqdarı qanunvericiliyin tələbləri və işin faktiki halları nəzərə alınmaqla müəyyən edilməlidir. Bununla bağlı isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. X6 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. . Bundan əlavə “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Yuxarıda qeyd edilən maddi hüquq normalarının, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində əks olunmuş bərabərlik hüququndan mahiyyətindən də aydın olur ki, uşaqlara münasibətdə valideynlər bərabər hüquq və vəzifələrə malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe isə ondan ibarətdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən isə məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2024-cü ildə ölkədə yaşayış minimumu uşaqlar üçün 235 (iki yüz otuz beş) manat məbləğində müəyyən edilmişdir. İddiaçının tələb etdiyi alimentin məbləği Azərbaycan Respublikasında 2024-cü il üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləği ilə eynilik təşkil etdiyindən məhkəmə onun nəzərinə çatdırır ki, yaşayış minimumu məbləği Azərbaycan Respublikasında bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin bu həddə müəyyən edilməsi anlamına gəlmir. Qanunvericilik aliment məbləğinin müəyyən edilməsi zamanı bir sıra halların araşdırılmalı olduğunu tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.1-ci maddəsinə əsasən 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar. Qeyd edilən maddi hüquq normasının tələbini, həmçinin uşağın yaşının artdıqca tələbatların artmasını, azyaşlı uşaqla məktəbli uşağın yaşayış ehtiyacının eyni səviyyədə olmamasını nəzərə alan məhkəmə belə hesab edir ki, uşağın yaşını və buna əsaslanan ehtiyaclarını, həmçinin uşaqlara münasibətdə valideynlərin bərabər hüquq və vəzifələrə malik olmasını diqqətə almadan onların hər biri üçün yaşayış minimumu həddində aliment təyin edilməsi ədalətlilik və hər bərabərlik prinsipinə ziddir. "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatdan görünür ki, İddiaçı hazırda ayda 150 (bir yüz əlli) manat pensiya alır. Cavabdeh isə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində fəhlə işləyir və aylıq əmək haqqı 450 (dörd yüz əlli) manat təşkil edir. Tərəflərin məhkəmədə verdiyi izahatlarından isə aydın olur ki, cavabdeh iddiaçı tərəf qarşısında aliment öhdəliyi yerinə yetirməsindən başqa birgə nikahlarından olan uşağın digər xərclərində iştirak edir və buna baxmayaraq da hazırda Cavabdeh hər ay İddiaçı 130 manat miqdarında aliment ödəməyə etiraz etmir. Məhkəmə yuxarıda göstərilən maddi hüquq normalarını, uşaqlar barəsində valideynlərin bərabər hüquq və vəzifələrə malik olmasını, uşağın təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını, 2024-cü ildə ölkədə yaşayış minimumunun uşaqlar üçün 235 (iki yüz otuz beş) manat məbləğində müəyyən edilməsini, uşağın iddiaçının yanında qalması, ona qulluq və sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu vaxt ərzində onun üzərinə düşməsini, aliment ödənilməli olan uşağın sayını, saxlanılması üçün aliment təyin edilməsi tələb edilən uşağın yaşını, uşağın ayın müəyyən müddətini cavabdehin yanında qalmasını, həmin vaxt onun ehtiyaclarını qarşılamasını, həmçinin cavabdehin uşağın digər xərclərində iştirak etməsini və onun alimentin miqdarı barədə verdiyi təklifi nəzərə alaraq, belə nəticəyə gəlir ki, iddiaçının tələbi qismən təmin edilməli və cavabdehdən yetkinlik yaşlarına çatmayan uşağın saxlanması üçün hər ay 130 (bir yüz otuz) manat miqdarında aliment tutulmalıdır. Alimentin hansı vaxtdan tutulmalı olmasının müəyyən edilməsi ilə bağlı isə məhkəmə bildirir ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8- 2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Hazırki mülki iş üzrə isə alimentin miqdarının deyil, onun tutulması qaydası dəyişdirildiyindən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsi tətbiq edilməklə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. İş materiallarından aydın olur ki, İddiaçı Babək Rayon Məhkəməsinə «23» fevral 2024-cü il tarixdə müraciət etmişdir. Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsində dərhal icra olunmalı qətnamələrdən biri kimi şəxsin saxlanılması üçün vəsaitlərin o cümlədən alimentlərin alınması qeyd olunduğundan qətnamə dərhal icra edilməlidir. Məhkəmə iddiaçının tələbini qismən əsaslı saydığından məhkəmə xərclərinin bölüşdürülməsi ilə bağlı qeyd edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinə görə ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda iddianın qiyməti ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir (235x12=2820. 2820-(12x100)=1620, müvafiq olaraq 36.20 manat dövlət rüsumu). Həmçinin həmin Məcəllənin 119.2-ci maddəsi ilə müəyyən edilir ki, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq (12x130=1560. 1560-(12x100)=360) cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda qeyd edilənlərin nəticəsi olaraq məhkəmə qeyd edir ki, İddiaçı dövlət rüsumu ödəməkdən azad olduğundan iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq 8 (səkkiz) manat, 05 (beş) qəpik miqdarında dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilməlidir. İddiaçı tələbini X2 xəstə olması əsaslandırdığından məhkəmə iddiaçıya izah edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81-ci maddəsində valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakının əsasları müəyyən edilib. Həmin normaya görə alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Yuxarıda qeyd edilən normanın da tələbindən görünür ki, valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı aliment tələbi ilə deyil, müvafiq tələb üzrə həyata keçirilir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia qismən təmin olunmalı; - 17 iyun 2022-ci il təvəllüdlü X1 üçün Cavabdeh Babək Rayon Məhkəməsinin “13” sentyabr 2023-cü il tarixli, 2(079)-287/2023 nömrəli qətnaməsi əsasında tutulan alimentin tutulması qaydası dəyişdirilməli; -“23” fevral 2024-cü ildən hesablanmaqla, tərəflərin birgə nikahından olan 17 iyun 2022ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 130 (bir yüz otuz) manat miqdarında aliment tutularaq uşağın anası İddiaçı ödənilməli; - həmçinin Cavabdeh 8 (səkkiz) manat, 05 (beş) qəpik miqdarında rüsum alınaraq dövlət büdcəsinə keçirilməli; -qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra olunmalı; - iddia digər hissədə əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin olunsun. 17 iyun 2022-cı il təvəllüdlü X1 üçün Cavabdeh Babək Rayon Məhkəməsinin “13” sentyabr 2023-cü il tarixli, 2(079)-287/2023 nömrəli qətnaməsi əsasında tutulan alimentin tutulması qaydası dəyişdirilsin. “23” fevral 2024-cü ildən hesablanmaqla, tərəflərin birgə nikahından olan 17 iyun 2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 130 (bir yüz otuz) manat miqdarında aliment tutularaq uşağın anası İddiaçı ödənilsin. Cavabdeh 8 (səkkiz) manat, 05 (beş) qəpik miqdarında rüsum alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra olunsun. İddia qalan hissədə əsassız olduğundan rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №2(079)-230/2024
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-230/2024
23.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver