Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-252/2022 20.06.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə və cavabdehin vəkilnümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 25 fevral 2016-cı il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay atası X2 qazancının və (və ya başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarda alimentin alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq bildirmişdir ki, Cavabdeh ilə 19 may 2021-ci il tarixdə nikah bağlamışıq. Birgə yaşadığımız müddətdə bizim 25 fevral 2016-cı il tarixdə X8 adlı bir övladımız doğulmuşdur. Elkinlə ailə qurandan onun valdeynlərinə məxsus olan evdə yaşamışıq. Evli olduğumuz müddətdə Elkinlə ailə münasibətlərimiz elə də normal olmayıb. Münasibətlərimizin pozulmasına səbəb isə kənar şəxslərin təsirindən qaynaqlanıb. Bu kimi səbəblərdən də Elkinlə aramızda dəfələrlə söhbətimiz olsa da, bunun heç bir nəticəsi olmayıb. Sonuncu dəfə 04 fevral 2022-ci ildə aramızda olan söz-söhbətə görə mən Elkinlə birgə yaşadığımız evdən çıxaraq övladımla birlikdə öz atamın evində yaşamağa başlamışam. Ayrı yaşadığımız müddətdə Elkin nə mənimlə, nə də övladımızla maraqlanmamış və onun saxlanılması üçün mənə heç bir maddi köməklik etməmişdir. Cavabdeh hazırda “Ləzzət” şirkətində işləməklə qazanc əldə etsə də, onun aylıq qazancının nə qədər olması barədə mənim məlumatım yoxdur. Mən özüm haliyədə heç bir yerdə işləmirəm. Mənim və övladım Əsmayənin maddi tələbatlarını valideynlərim qarşılayır. Mən hesab edirəm ki, uşağı saxlamaq, onun qayğısına qalmaq mənim olduğu qədər, bir ata kimi Elkinin də borcudur. Ancaq hesab edirəm ki, Elkin övladının qarşısında öz öhdəliyini könüllü şəkildə yerinə yetirmək istəmir. Bununla bağlı mən ilkin olaraq Mediasiya xidmətinə müraciət etsəm də, orada bizim mübahisəmiz həll olunmadığından, mənim həmin orqan tərəfindən məhkəməyə müraciət etməyim tövsiyə olundu. Ona görə də cavabdehdən övladımızın saxlanılması üçün onun qazancının (gəlirinin) hissəsi kimi aliment tələb edirəm və hesab edirəm ki, cavabdehin də övladımızın saxlanılması üçün aliment ödəməyə maddi imkanı çatar. İddiaçının nümayəndəsi məhkəmə hazırlıq iclasında iddia tələbinin həcminin artırılması barədə ərizə verərək bildirmişdir ki, məhkəmədə 25 fevral 2016-cı il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay atası X2 qazancının və (və ya başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarda alimentin alınıb iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişəm, cavabdehin qazancı və gəlirləri barədə məlumat nəzərə alınmaqla sözügedən miqdarda alimentin ödənilməsinin yetkinlik yaşına çatmayan uşağın diqqətəlayiq mənafeyinə uyğun olmadığını nəzərə alaraq məhkəmədən xahiş edirəm ki, mülki işə 25 fevral 2016-cı il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay atası X2 qazancının və (və ya başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarda alimentin alınıb iddiaçıya ödənilməsi şəklində baxasınız. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini uyğun olaraq iddiaçının şəxsən iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə izahatında iddiaçının atası olduğunu, qızı ilə cavabdehin 2016-cı ildə ailə münasibətlərinə daxil olduğunu, lakin rəsmi nikah qeydə alınmadığını, faktiki nikahlarından 25 fevral 2016-cı ildə X3 dünyaya gəldiyini, uşaq dünyaya gəldikdən sonra tərəflər arasında münasibətlərin pozulduğunu, qızı İddiaçı evdən ayrılıb onun yanında yaşamağa başladığını, nəvəsi Əsmayə Niyazovanı 3 yaşına qədər özünün böyütdüyünü, 19 may 2021-ci il tarixdə tərəflərin yenidən barışaraq ailəni bərpa edib bir arada yaşamağa başladığını, həmin tarixdə rəsmi nikah qeydiyyatından keçdiklərini, lakin bu dəfə də ailə münasibətlərinin pisləşdiyini, qızının orada əsəblərinin pozulduğunu, aylarla müalicə almalı olduğunu, aralarındakı mübahisələrə görə iddiaçı məhkəmədə iddia qaldırmışdı, lakin daha sonra aralarında barışıq əldə olunduğundan iddiasını geri götürdüyünü, qızının 22 fevral 2022-ci il tarixdə nəvəsi ilə birlikdə yenidə onun yanına qayıtdıqlarını, ümumiyyətlə tərəflərin cəmi 1 il birlikdə yaşadıqlarını, qalan müddətdə nəvəsi və qızına özünün baxdığını, nəvəsinin baxımı, təhsili ilə xüsusi maraqlandığını, ona heç bir mövzuda korluq çəkdirmədiyini, amma atasının maddi dəstəyinə ehtiyacı olduğunu, nəvəsi Əsmayə Niyazovanın onun köməkliyi ilə böyüdüldüyünü, cavabdehin heç vaxt ata kimi vəzifələrini yerinə yetirmədiyini, ayrıldıqdan sonra da uşağa heç bir maddi köməklik etmədiyini, qızının heç bir yerdə işləmədiyini, cavabdehin “X6”da işlədiyini, ayda 480 manat əmək haqqı aldığını bildirmiş, iddia tələbinin həcminin artırılması barədə ərizə nəzərə alınmaqla iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdiyini bildirmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında iddiaçı ilə 2016-cı ildə bir-birlərini tanıyıb ailə qurduqlarını, nikahlarını isə 19 may 2021-ci il tarixdə rəsmiləşdirdiklərini, ailə qurduqdan sonra Nehrəm qəsəbəsində anası, özü və iddiaçının birlikdə yaşadıqlarını, ciddi mübahisələri olmadığını, hər bir ailədə söz-söhbət olduğunu, sadəcə iddiaçının əsəblərində həssaslıq olduğundan hər problemdə mübahisə yaradıb atasının evinə getdiyini, birlikdə yaşadığı müddətdə müxtəlif işlərdə çalışaraq ailəsinə baxdığını, iddiaçının nikahın pozulması barədə məhkəmədə iddia qaldırsa da, barışıq əldə olunduğundan iddiasını geri götürdüyünü, sonuncu dəfə işdə olarkən iddiaçının atası evinə getdiyini və geri qayıtmadığını, hazırda da uşaqla birlikdə atasıgildə yaşadığını, 4 aydan artıqdır ki ayrılıqda yaşadıqlarını, bu müddətdə uşağın saxlanılması üçün heç bir maddi köməklik göstərmədiyini, özünün hazırda “X6”da fəhlə olaraq işlədiyini, 400 manat əmək haqqı aldığını, bunun 300 manat məbləğinin hesaba yatdığını, qalan 100 manatı isə əldən verdiklərini, uşağın saxlanılması üçün aliment ödəməyə heç bir etirazının olmadığını, iddianın təmin olunması barədə qətnamə çıxarılmasına etiraz etmədiyini bildirmişdir. Mülki işin materiallarını tədqiq edərək məhkəmə qeyd edir ki, tərəflərin 19 may 2021-ci il tarixdə nikaha daxil olması və onların bu nikahından bir övladlarının doğulması işin mübahisəsiz halıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Babək Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 214518 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən X5 ilə Cavabdeh arasında 19 may 2021-ci il tarixdə nikah bağlanması aydın olur. İş materiallarına əlavə edilmiş AZ-İİİ seriyalı, 536423 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən iş üzrə tərəflərin 25 fevral 2016-cı il tarixdə X8 adlı uşaqlarının doğulması öz təsdiqini tapır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 09 iyun 2022-ci il tarixli arayışdan belə məlum olur ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işləyir və əmək haqqı 300 (üç yüz) manatdır. Həmçinin “AZEMİS”dən cavabdehin əmək müqaviləsi məlumatları üzrə çıxarışından belə məlum olur ki, o, X7 İttifaqının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində “meyvə şirələri - konservləşdirmə üzrə fəhlə” işləməklə 300 (üç yüz) manat əmək haqqı alır. İddia ərizəsi, iddiaçının nümayəndəsi və cavabdehin üst-üstə düşən izahatlarından isə ər-arvadın hazırda ayrı yaşaması, uşağın ananın yanında qalması və cavabdehin uşağını saxlamaq vəzifəsini yerinə yetirmədiyi mübahisəsiz qaydada müəyyən olunmuşdur. Məhkəmə uşaqların yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün Cavabdeh bir uşağın saxlanılmasına görə qazancının dörddə bir hissəsi miqdarında alimentin tutularaq uşaqların anasına ödənilməsi barədə tələbi ilə bağlı aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsində əks olunmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra - “AM”) 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, AM-in 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. AM-in 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. AM-in 76.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: - 76.1.1-ci maddəsinə əsasən 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; - 76.1.2-ci maddəsinə əsasən 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; - 76.1.3-cü maddəsinə əsasən 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. AM-in 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. AM-in 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə cavabdehin qazancı (başqa gəlirləri) barədə sübutun məhkəməyə təqdim olunmasını, cavabdehin uşaqların saxlanılmasında iştirak etmədiyini nəzərə alaraq iddiaçının tələbini əsaslı sayır. Məhkəmə 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin müəyyən edilməsinin tərəflərdən birinin, dolayısı ilə uşağın diqqətəlayiq mənafeyinə uyğun olmadığı qənaətinə gələrək hesab edir ki, iddia tələbinin həcminin artırılması barədə ərizə nəzərə alınmaqla 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutularaq uşaqların anası İddiaçı ödənilməlidir. AM-in 55.2-ci maddəsinə əsasən aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. Yetkinlik yaşına çatmayan uşaqların analarının yanında qalmasını və yuxarıda qeyd edilən normanın mahiyyətini nəzərə alan məhkəmə hesab edir ki, uşaqların saxlanılması üçün müəyyən edilən aliment məbləği cavabdehin sərəncamına daxil olmalı, aliment uşaqların anasına ödənilməlidir. Yuxarıda sadalananlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, 25 fevral 2016-cı il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh bir uşağın saxlanılmasına görə qazancının 1/3 (üçdə bir) hissəsi miqdarında aliment tutulub uşaqların anası İddiaçı ödənilməlidir. AM-in 77-ci maddəsinə əsasən uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçının iddia ərizəsi isə Babək Rayon Məhkəməsinin icraatına 10 may 2022ci il tarixdə daxil olmuşdur. Aliment tələbinin icra edilməsi anı ilə bağlı isə məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsində dərhal icra olunmalı qətnamələrdən biri kimi şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması qeyd olunmuşdur. MPM-in 112.1 və 112.1.3-cü maddələrinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 və 9.1.2-ci maddələrinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. MPM-in 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh 30 (otuz) manat miqdarında dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. 25 fevral 2016-cı il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh bir uşağın saxlanılmasına görə qazancının 1/3 (üçdə bir) hissəsi miqdarında aliment tutulub uşaqların anası İddiaçı ödənilsin. Cavabdeh 30 (otuz) manat miqdarında dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə alimentə dair hissədə dərhal icra olunsun. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(079)-252/2022
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-252/2022
20.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver