Məhkəmə qərarları › İş №2(079)-265/2020

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-265/2020

17.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(079)-265/2020 17.09.2020 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ “17” sentyabr 2020-ci ildə Babək şəhərində Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, İddiaçı, Cavabdeh və Babək Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı uşaqla ünsiyyətdə olan maneənin aradan qaldırılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı xx xxxxxx 2020-ci ildə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxx 2016-cı ildə anadan olmuş nəvəsi X6 ilə hər həftənin bazar günləri saat 1000-dan saat 1700-dək ünsiyyətdə olmasına dair maneənin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq bildirmişdir ki, oğlum X7 xx xxxxxx 2014-cü ildə Cavabdeh ilə evlənmiş, onların birgə nikahından bir övladları olmuşdur. Vəli ilə Şəhminaz arasında bağlanmış nikah Babək Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Oğlumla gəlinim boşandıqdan sonra Cavabdeh övladını, yəni xx xxxx 2016-cı ildə anadan olmuş Fatimə Neymətovanı özü ilə atası evinə aparıb. Cavabdeh nəvəm ilə ünsiyyətdə olmağımıza mane olduğu üçün Babək Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasına müraciət etdim. Komissiyasının xx xxxxxx 2019-cu il tarixli, 01 nömrəli qərarı ilə Babək rayonu, Nehrəm qəsəbə sakini Cavabdeh övladı X6 ilə nənəsi İddiaçı ünsiyyətdə olmasına mane olmaması və hər həftənin bazar günləri saat 1000-dan saat 1700-dək nəvəm ilə ünsiyyət saxlaması müddəti müəyyən olunmasına baxmayaraq, yenə də Şəhminaz tərəfindən nəinki ünsiyyətdə olmağıma heç telefon vasitəsilə də əlaqə yaratmağıma imkan verilmir. Nənə kimi mən nəvəmin üzünü görə bilmirəm. Bununla da mənim nənə kimi hüquqlarım pozulur. İddiaçı məhkəmədə verdiyi izahatında Şəhminazla qonşu olduğunu, onun oğlu Vəli ilə 2014-cü ildə ailə qurduğunu, aralarında yaranan ailə mübahisələri nəticəsində oğlu ilə cavabdehin 2018-ci ildə boşandığını, məhkəmə qətnaməsi əsasında onların birgə nikahlarından olan Fatimənin hazırda cavabdehin yanında yaşadığını, oğlu Vəli ilə Şəhminaz arasında bağlanmış nikahın pozulmasından sonra nəvəsi ilə görüşmək istəsə də cavabdehin buna imkan vermədiyini, bununla bağlı Babək Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etdiyini, həmin orqan Fatimə ilə ünsiyyət saxlamaq barədə qərar qəbul etsə də, bu günədək həmin qərarla müəyyən edilmiş müddətdə nəvəsi ilə görüşə bilmədiyini, oğlu Vəlinin Bakı şəhərində yaşadığını, yalnız onun Naxçıvana gəldiyi vaxtlar Şəhminazın uşağı görüşmək üçün oğluna verdiyini və özlərinin də nəvəsi Fatimə ilə ancaq belə ünsiyyət saxlaya bildiyini, Vəli ilə Fatimənin görüşməsinə cavabdehin hər hansı bir mane yaratmadığını, hazırda koronovirus pandemiyası ilə bağlı olaraq oğlunun Bakı şəhərindən Naxçıvana gəlməkdə çətinlik çəkdiyini, buna görə də nəvəsini görə bilmədiyini, Vəlinin hər ay Fatimənin saxlanılması üçün 130 manat məbləğində aliment ödədiyini, özünün isə nəvəsinin qayğısına qalmaq, ona hədiyə almaq, onunla görüşüb əlaqələrini kəsilməməsini istəsə də, Şəhminazın buna imkan yaratmadığını, sonuncu dəfə Fatiməni yeni il bayramı ərəfəsində gördüyünü, həmin vaxtdan üç ay keçdikdən sonra isə yenidən nəvəsi ilə görüşmək istədiyi cavabdehə bildirsə də Fatiməni görüşmək üçün uşağı vermədiyini qeyd edərək yekunda Babək Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı ilə müəyyən edilmiş ünsiyyətə olan maneənin aradan qaldırılmasını məhkəmədən xahiş etmişdi. Cavabdeh isə məhkəmədə verdiyi izahatında iddianı qəbul etməyərək 2014-cü ildə iddiaçının oğlu Vəli ilə ailə qurduğunu, birgə nikahlarından Fatimə adlı bir qızının dünyaya gəldiyini, 2018-ci ildə Vəli ilə aralarında bağlanmış nikahın pozulduğunu və məhkəmə qətnaməsi əsasında birgə nikahlarından olan uşağın onun yanında qalmasının müəyyən edildiyini, Vəlinin məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarını vaxtlıvaxtında ödədiyini, özünün heç bir zaman nə iddiaçı, nə də onun oğlu ilə Fatimənin görüşməsinə maneə yaratmadığını, sadəcə olaraq övladı Elmira ilə görüşmək istəmədiyindən Fatiməni ona vermədiyini, iddiaçının aldığı bütün hədiyyələri qızına verdiyini, Vəli ilə boşandıqdan sonra sonuncunun təqribən 5 dəfə, Elimaranın isə 3-4 dəfə Fatimə ilə görüşdüyünü, qarşı tərəfin Babək Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının qərarını ona göstərərək nəvəsi ilə görüşmək istədiyini ona desə də, Fatimənin Elmira isə görüşmək istəmədiyini, bu səbəbdən də övladını iddiaçıya vermədiyini, sonuncu dəfə isə iddiaçının uşaqla görüşmək istədiyi vaxt koronovirus pandemiyasının geniş yayıldığı vaxtda düşdüyündən Fatimə ilə nənəsinin ünsiyyət saxlamasına icazə vermədiyini bildirmişdi. Babək Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi qismində izahat verən X2 2019-cu ildə iddiaçının komissiyaya müraciət etdiyini, Babək Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı ilə İddiaçı xx xxxx 2016-cı il təvəllüdlü X6 ilə hər həftənin bazar günləri saat 1000-dan saat 1700-dək ünsiyyətdə olmasının müəyyən edildiyini, qərarın qəbul edilməsindən sonra İddiaçı komissiyaya onun icra edilməməsi ilə bağlı bir dəfə müraciət etdiyini, komissiyanın əməkdaşlarının “10” sentyabr 2020-ci ildə iddiaçının yaşadığı evə gedərək onun həyat şəraitini yenidən müayinə etdiyini, Elmiranın həyat şəraitinin nəvəsi Fatimə ilə görüşüb ünsiyyət yaratması üçün münasib olduğunu, müayinə aktında qeyd edilənlərə əsaslanaraq rəy tərtib edildiyini, komissiya tərəfindən tərtib edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, 14 nömrəli rəyə əsasən İddiaçı xx xxxx 2016-cı il təvəllüdlü nəvəsi X6 ilə görüşüb ünsiyyət saxlamasını məqsədəmüvafiq hesab edildiyini qeyd edərək yekunda uşağın üstün mənafeyinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdi. Mülki iş materiallarını və işdə iştirak edən şəxslərin izahatlarını tədqiq edən məhkəmə müəyyən edir ki, X7 ilə Cavabdeh xx xxxxxx 2014-cü ildə nikaha daxil olması, onların birgə nikahından xx xxxx 2016-cı il təvəllüdlü X3 dünyaya gəlməsi, qeyd edilən şəxslər arasında bağlanmış nikahın Babək Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(079)-223/2018 nömrəli qətnaməsi ilə pozulması, X7 ilə Cavabdeh arasında bağlanmış nikahın pozulmasından sonra onların birgə nikahlarından olan X3 məhkəmənin qeyd edilən qətnaməsi ilə anasının yanında qalmasının müəyyən edilməsi, iddiaçının X3 nənəsi olması, onun məhkəməyə müraciət etməzdən qabaq X6 ilə ünsiyyət hüququnu həyata keçirməsi üçün Babək Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etməsi, sonuncunun xx xxxxxx 2019-cu il tarixli, 01 nömrəli qərarı ilə İddiaçı nəvəsi xx xxxx 2016-cı il təvəllüdlü X6 ilə hər həftənin bazar günləri saat 1000dan 1700-dək ünsiyyətdə olma imkanın verilməsi işin mübahisəsiz hallarıdır. Bu faktların işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: -mülki iş materiallarına əlavə edilmiş Babək Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(079)-223/2018 nömrəli qətnaməsinin təsdiq edilmiş surətindən X7 ilə Cavabdeh xx xxxxxx 2014-cü ildə nikaha daxil olması; - iş materiallarına əlavə olunmuş Babək rayon qeydiyyatı şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2017-ci il tarixli, AZ-İİİ seriyalı, 753429 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X7 ilə Cavabdeh birgə nikahından xx xxxx 2016-cı ildə X6 adlı övladının anadan olması; - mülki iş materiallarına əlavə edilmiş Babək Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(079)-223/2018 nömrəli qətnaməsinin və Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, AZ-İ seriyalı, 221238 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X7 ilə Cavabdeh arasında bağlanmış nikahın pozulması; - mülki iş materiallarına əlavə edilmiş Babək Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(079)-223/2018 nömrəli qətnaməsinin təsdiq edilmiş surətindən yuxarıda qeyd edilən şəxslər arasında nikahın pozulmasından sonra onların birgə nikahından olan X3 iş üzrə cavabdehin yanında qalmasının qət edilməsi; - iddia ərizəsinə əlavə edilmiş Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, Xİİİ-JQ seriyalı, 316737 nömrəli akt qeydindən çıxarışdan İddiaçı X5 anası, yəni X3 nənəsi olması; -iddia ərizəsinə əlavə edilmiş Babək Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx xxxxxx 2019-cu il tarixli, 01 nömrəli qərarından Cavabdeh xx xxxx 2016-cı il təvəllüdlü X6 ilə İddiaçı ünsiyyətdə olmasına mane olmamasının tələb edilməsi və hər həftənin bazar günləri saat 1000-dan 1700-dək ünsiyyətdə olma imkanın verilməsi aydın olur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bundan əlavə olaraq məhkəmə onu da qeyd edir ki, “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qərarında qeyd olunur ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazın predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Məhkəmənin yuxarıda qeyd olunan normativ hüquqi aktları qeyd etməkdə məqsədi iddia tərəflərinin nəzərinə çatdırmaqdır ki, Babək Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(079)-223/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş hallar hazırki vəziyyətdə işə baxan məhkəmə üçün məcburi xarakter daşıyır. İşin mübahisəli halı isə iddiaçının xx xxxx 2016-cı ildə anadan olmuş nəvəsi X6 ilə hər həftənin bazar günü saat 1000-dan 1700-dək ünsiyyətdə olmasına dair Cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldırılması tələb etməsidir. İşin mübahisəli halının həlli ilə əlaqədar məhkəmə bildirir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 62-ci maddəsindən görünür ki, nənə uşaqla ünsiyyət hüququna malik, uşaqla sosial və ailə əlaqəsi olan şəxslər kateqoriyasına aiddir. Belə ki, həmin maddəyə əsasən baba, nənə, qardaş, bacı və digər qohumlar uşaqla ünsiyyət hüququna malikdirlər. İddiaçı isə cavabdehin onun bu hüququna mane yaratdığını iddia edərək öz hüququnun həyata keçirilməsi üçün məhkəməyə müraciət etmişdir. “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxxx 2011-ci il tarixli, 6 nömrəli qərarının 10-cu bəndində qeyd olunur ki, valideyn və digər qohumların uşaqlarla ünsiyyət hüquqlarına dair mübahisələrə baxılarkən valideynlər arasında və yaxud valideynlə digər qohumlar arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafeləri, eləcə də yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının rəyini nəzərə almaqla həll edir. Bu norma həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 61.3-cü maddəsində də öz əksini tapmışdır. Qanunvericiliyin qeyd olunan tələblərini nəzərə alan məhkəmə xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə Babək Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasını işə cəlb etmişdir. Babək Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx xxxxxxxx 2020-ci il tarixli, 14nömrəli rəyində qeyd olunmuşdur ki, İddiaçı xx xxxx 2016-cı il təvəllüdlü X6 ilə ünsiyyətdə olmaları məqsədəmüvafiqdir. Komissiya bu nəticəyə gəlməsini uşağın qohumları ilə görüşüb qohumluq bağlarının daha da möhkəmlənməsi ilə əsaslandırmışdı. Babək Rayon İcra Hakimiyyəti başçısının yanında Qəyyumluq və Himayəçilik orqanının rəyini məhkəmədə iclasında tədqiq olunmuş digər sübutlarla birlikdə qiymətləndirilərək məhkəmə belə hesab edir ki, onun sübut kimi mötəbərliyini şübhə altına alan hər hansı bir hal mövcud olmadığından, həmin rəy sübut kimi qəbul edilməlidir. Belə ki, “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Yuxarıda qeyd edilən maddi hüquq normaların ümumi mahiyyətindən aydın olur ki, öz nəvəsi ilə ünsiyyət saxlamaq nənənin hüququdur. Bu hüququn həyata keçirilməsinə isə o halda məhdudiyyət qoyula bilər ki, uşaqla ünsiyyət yaratmaq istəyən nənə uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirsin. Yanında uşaq qalan valideyn, yəni iş üzrə Cavabdeh uşaqla ünsiyyət yaratmaq istəyən nənənin uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməsi halları sübut etmək vəzifəsini daşısa da, o da bununla bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi xx xxxx 2019-cu il tarixli qərarında isə da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Yuxarıda qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alan və məhkəmədə tədqiq edilən iş materiallarını isə onlarla əlaqəli şəkildə tədqiq edən məhkəmə Cavabdeh tərəfindən İddiaçı öz nəvəsi ilə ünsiyyətdə olmasına maneçilik edilməsi nəticəsində, onun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 62-ci maddəsində nəzərdə tutulmuş hüquqlarının pozulduğunu hesab edir. “Uşaq hüquqları haqqında” Konvensiyanın tələbinə görə iştirakçı dövlətlər uşağın, onun valideynlərinin və ya qanuni qəyyumlarının irqindən, dərisinin rəngindən, cinsindən, dilindən, dinindən, siyasi və ya digər əqidələrindən, milli, etnik və ya sosial mənşəyindən, əmlak vəziyyətindən, səhhətindən və doğum şəraitindən və ya hər hansı başqa hallardan asılı olmayaraq, heç bir ayrı-seçkiliyə yol vermədən, onların yurisdiksiyası daxilində hər bir uşaq üçün bu Konvensiyada nəzərdə tutulan bütün hüquqlara hörmət bəsləyir və onları təmin edirlər. Həmçinin iştirakçı dövlətlər qeyri-qanuni müdaxiləyə yol vermədən, qanunda nəzərdə tutulduğu kimi, uşağın öz fərdiliyini, o cümlədən vətəndaşlığını, adını və ailə əlaqələrini saxlamaq hüququna hörmət bəsləməyi öhdələrinə götürürlər (ikinci və 87-ci maddələrin birinci bəndləri). “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Həmin Qanununun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Bundan əlavə qeyd edilən Qanununun 11-ci maddəsinə görə hər bir uşağın hərtərəfli inkişaf etmək, milli və ümumbəşəri dəyərlərə uyğun, humanizm və əxlaqi prinsiplər əsasında tərbiyə almaq hüququ vardır. Bundan əlavə qeyd edilən Qanununun 11-ci maddəsinə görə hər bir uşağın hərtərəfli inkişaf etmək, milli və ümumbəşəri dəyərlərə uyğun, humanizm və əxlaqi prinsiplər əsasında tərbiyə almaq hüququ vardır. Uşaq hüquqları haqqında Konvensiyanın 3-cü maddəsinin 1-ci bəndində isə qeyd olunur ki, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 62-ci maddəsində müəyyən edilir ki, valideynlər (onlardan biri) uşağın yaxın qohumları ilə ünsiyyətinə etiraz etdikdə müvafiq icra hakimiyyəti orqanı valideynlərin (onlardan birinin) bu ünsiyyətə mane olmamağını tələb edə bilər. Valideynlər (onlardan biri) müvafiq icra hakimiyyəti orqanının qərarına tabe olmadıqda, uşağın yaxın qohumları və ya müvafiq icra hakimiyyəti orqanı uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Qanunvericiliyin bu tələbini iş materialları ilə əlaqələndirən məhkəmə bildirir ki, mülki iş materiallarından iddiaçı məhkəmə müraciət etməzdən əvvəl nəvəsi ilə ünsiyyət hüququnun həyata keçirməsi üçün Babək Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik orqanına müraciət etməsi, həmin orqanın xx xxxxxx 2019-cu il tarixli, 01 nömrəli qərarı ilə Cavabdeh, övladı X6 ilə nənəsi İddiaçı ünsiyyətdə olmasına mane olmamasının tələb edilməsinin qərara alınması aydın olur. Məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə ünsiyyət yaratmaq istəyən nənənin oğlu ilə sabiq gəlini arasında olan nikah pozulduğundan, nəvəsi anası ilə birlikdə, yəni iddiaçıdan ayrı yaşadığından ünsiyyət yaradılması istənilən uşağın əsaslı mənafeyi nəzərə alınaraq iddiaçının onlarla ünsiyyət hüququna olan maneə aradan qaldılmalıdır. Çünki, nənə Azərbaycan Respublikası qanunvericiliyinə əsasən yaxın qohumlar dairəsinə daxil olduğundan nəvələri ilə onlar arasında qohumluq əlaqələrinin inkişafı, uşaqların öz yaxın qohumlarını tanımaq, onlarla əlaqə yaratmaq üçün lazımi şərait yaradılması baxımından bu zəruridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 62-ci maddəsinin məzmunundan o da müəyyən edilir ki, həmin norma uşağın qohumu ilə ünsiyyəti həyata keçirməsi barədə Qəyyumluq və Himayəçilik Komissiyasının qərarının icrasını təmin etməyə yönəlmiş maddi hüquq normasıdır. Yəni həmin maddi hüquq norması ilə dairəsi müəyyən edilən qohumlar uşaqla ünsiyyət hüququnun həyata keçirilməsi ilkin olaraq qəyyumluq və himayəçilik orqanına müraciət etməli, həmin orqan tərəfindən müraciətə baxılaraq qərar qəbul edilməlidir. Qəbul edilmiş qərarın icrasına maneə yarandığı halda isə bu hüququ əldə etmiş uşağın qohumu və ya qəyyumluq və himayəçilik orqanı uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün iddia ilə məhkəməyə müraciət edə bilər. İşin məhkəmədə araşdırılması zamanı Cavabdeh İddiaçı nəvəsi ilə ünsiyyət hüququnun həyata keçirməsinə mane olması öz təsdiqini tapdığından, Babək Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx xxxxxx 2019-cu il tarixli, 01 nömrəli qərarının icrası təmin edilməli və həmin qərarla müəyyən edilmiş uşaqla ünsiyyətə dair maneə aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki iş üzrə iddia təmin edilməli olduğundan, iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia təmin edilməli; -Babək Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx xxxxxx 2019-cu il tarixli, 01 nömrəli qərarı ilə müəyyən edilmiş İddiaçı xx xxxx 2016-cı il təvəllüdlü X6 ilə ünsiyyətdə olmasına dair maneə aradan qaldırılmalı; -həmin qərar ilə müəyyən edilmiş İddiaçı xx xxxx 2016-cı il təvəllüdlü X6 ilə hər həftənin bazar günləri saat 1000-dan saat 1700-dək ünsiyyətdə olması Cavabdeh tərəfindən təmin edilməli; - Cavabdeh 10 (on) manat miqdarında dövlət rüsumu alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. Babək Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx xxxxxx 2019-cu il tarixli, 01 nömrəli qərarı ilə müəyyən edilmiş İddiaçı nəvəsiX6 ilə ünsiyyətdə olmasına dair maneə aradan qaldırılsın. Həmin qərar ilə müəyyən edilmiş İddiaçı xx xxxx 2016-cı il təvəllüdlü X6 ilə hər həftənin bazar günləri saat 1000-dan saat 1700-dək ünsiyyətdə olması Cavabdeh tərəfindən təmin edilsin. Cavabdeh 10 (on) manat miqdarında dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:- Zamiq Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar