Məhkəmə qərarları › İş №2(079)-270/2020

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-270/2020

31.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(079)-270/2020 31.08.2020 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X2 iclas katibliyi oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbi”nə dair mülki işə Babək Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı xx xxxxxx 2020-ci il tarixdə iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh xx xxxxxx 2007-ci il tarixdə doğulmuş X3 və xx xxxxxx 2010-cu il tarixdə doğulmuş X1 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay hər birinə 170 manat olmaqla, cəmi 340 manat alimentin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsinin xahiş etmişdir. İddiaçıxx xxxxxx 2020-ci il tarixdə Babək Rayon Məhkəməsinin ünvanına daxil olmuş xx xxxxxx 2020-ci il tarixli vəsatətində Babək Rayon Məhkəməsində Cavabdeh Rəşid oğluna qarşı aliment tələbi barədə iddia qaldırdığını, hal-hazırda Cavabdehlə xx xxxxxx 2020-ci il tarixdən barışdıqlarını və ər-arvad kimi bir yerdə yaşadıqlarını, buna görə də iddia ərizəsini və ona əlavə olunmuş sənədlərin ona qaytarılmasını xahiş etmişdir. Məhkəmə daxil olmuş vəsatətə baxaraq hesab edir ki, İddiaçı vəsatəti təmin edilməli və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1.ci maddəsinə görə bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6— 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 263-264-cü maddələrini rəhbər turaraq, məhkəmə qərara aldı: Vəsatət təmin edilsin. İddiaçı Cavabdeh qarşı “aliment tələbi”nə dairiddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Babək Rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardad ondan şikayət vermə hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Hakim: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar