Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(079)-283/2020 25.08.2020 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Mən, Babək Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlu kreditor X2 Borclu qarşı pul tələbi haqqında məhkəmə əmrinin verilməsinə dair ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, müəyyən etdim: Kreditor X2 məhkəməyə ərizə ilə müraciət edərək, Borclu 3000 manat pulun alınıb ona verilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etmişdir ki, ərizənin prosessual forma və məzmununa riayət edilməmişdir. Belə ki, məhkəmə əmrinin verilməsi haqqında ərizəyə dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.5-cü maddəsinə görə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsi geri qaytarılır. Bundan əlavə məhkəmə kreditorun diqqətinə çatdırır ki, ərizənin məzmununda kreditor 3000 manat pulun borcluya borc verdiyini təsdiq edən sadə yazılı formada qəbz olduğunu göstərmişdir, lakin ərizəyə həmin qəbzin əsli və ya lazımi qaydada təsdiqlənmiş surətləri əlavə olunmamışdır. Bu səbəbdən də kreditorun tələbinə əmr icraatı qaydasında baxıla bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 279.2.2-ci maddəsinə müvafiq olaraq verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, həmin hal imtina üçün əsasdır. Həmin Məcəllənin 279.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 279.4-cü maddəsinə əsasən məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPMnin 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Kreditor X1 Borclu 3000 manat pulun alınıb ona verilməsi barədə məhkəmə əmrinin verilməsi tələbinə dair ərizənin qəbul edilməsindən imtina olunsun. Məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması barədə qərardaddan şikayət verilə bilməz. Hakim: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №2(079)-283/2020
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №2(079)-283/2020
25.08.2020 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver