Məhkəmə qərarları › İş №2(079)-320/2023

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №2(079)-320/2023

03.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № 2(079)-320/2023 03.07.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X5 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı “11” may 2023-cü ildə iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 08 sentyabr 2011-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O, tələbini əsaslandıraraq qeyd etmişdir ki, 10 oktyabr 2010-cu il tarixdə Cavabdeh ilə qeyri-rəsmi olaraq ailə qurmuşduq. Həmin evlilikdən 08 sentyabr 2011-ci il təvəllüdlü X6 doğulub. Uşağın atasının Cavabdeh olması barədə 04 dekabr 2012-ci il tarixdə atalığın müəyyən edilməsi haqqında şəhadətnamə verilmişdir. 07 fevral 2013-cü il tarixdə, 2(079)-33/2013 nömrəli məhkəmə əmri ilə Cavabdeh 08 sentyabr 2011-ci ildə doğulmuş X2 yetkinlik yaşma çatana kimi saxlanılması üçün Cavabdeh qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutularaq Heydərova (Quliyeva) Gülcan Sahib qızına verilməsi əmr olunmuşdur. Cavabdeh bir neçə ay az miqdarda aliment ödəmiş, sonra isə ödəməmişdir. Cavabdeh uşağın saxlanılmasında mənə heç bir maddi köməklik göstərmir. Mən isə uşağın saxlanılmasında çətinlik çəkirəm. Ona bu barədə dəfələrlə bildirsəm də o, uşağın saxlanılmasından boyun qaçırır. Cavabdehin sabit gəliri yoxdur, qazancı qeyri- müntəzəmdir. İlkin mediasiyada aliment tələbi barədə razılığa gələ bilməmişik. İddiaçı məhkəmədə verdiyi izahatında 2010-cu ildə cavabdeh ilə ailə qurduğunu, 2011-ci ildə isə oğlu Elcanın dünyaya gəldiyini, o, anadan olanda Kamalla ayrı yaşadığını, bir müddət sonra uşağın saxlanılması üçün aliment tələbi ilə məhkəməyə müraciət etdiyini, məhkəmə əmri ilə cavabdehdən hər ay 50 manat miqdarında aliment tutulduğunu, Kamal aliment ödəmədiyindən məcbur qalıb ondan imtina etdiyini, hazırda övladının 12 yaşı olduğunu, bu günədək özünün uşağı saxladığını, Kamaldan heç nə istəmədiyini, lakin hazırda özünün işləmədiyini, başqa bir şəxslə ailə qurduğunu, həmin nikahından iki uşağı olduğunu, ərinin də Elcanın saxlanılması üçün ayda təqribən 100 manat pul verdiyini, özünün bütün qızıllarını satdığını, uşağın böyüdüyünü, onun tələbatının artdığını, özünün isə onun tələbatlarını ödəməyə imkanı olmadığını, hazırda başqa bir şəxslə ailə qurduğundan Elcanın istirahət günləri və tətil vaxtları öz yanında, qalan günlərdə isə öz anasının yanında qaldığını, özünü əvvəllər Sədərək rayonunda yaşadığını, lakin son vaxtlar Babək rayonu, Nehrəm qəsəbəsinə köçdüyünü, cavabdehin əvvəllər ara-sıra uşağın saxlanılması üçün pul göndərdiyini, lakin sonradan uşağın saxlanılmasında iştirak etmədiyini, onun öz övladının yanından yad bir insan kimi keçdiyini və Elcanı dindirmədiyini, hazırda övladının ehtiyacının çox hissəsini atasının qarşıladığını qeyd edərək yekunda iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdi. Cavabdeh məhkəmədə iclasında verdiyi izahatında iddianı qismən qəbul etdiyini, özünün iddiaçı ilə nişanlı və evli olmasının cəmi 9 ay davam etdiyini, Gülcanın atasının onların ailəsini dağıtdığını, onunla ayrıldıqdan sonra özünün dəfələrlə ailənin bərpa olunması üçün addım atdığını, lakin qarşı tərəfin bunu qəbul etmədiyini, onun qısa bir müddət sonra başqa şəxslə ailə qurduğunu, uşaqla bağlı atalığın müəyyən edilməsinə dair şəhadətnamə verdiyi bir gündən iddiaçının alimentdən imtina etdiyi bir günədək uşağın saxlanılması üçün müəyyən edilmiş alimenti ödədiyini, hətta həmin vaxt özünün gözündə olan problemli bağlı 12000 manat xərc çəkdiyini, lakin buna baxmayaraq yaxınları tərəfindən alimentin ödənildiyini, özünün heç vaxt uşağının saxlamasından boyun qaçırmadığını, övladı ilə görüşmək barədə məhkəmə qətnaməsi qəbul edilsə də iddiaçının yaxınlarının buna imkan vermədiyini, bunu ona Elcanın özünün dediyini, Elcana yaxınlaşıb pul verdiyini, lakin onun pulu qəbul etməyib yerə ataraq “sən pissən” dediyini, əvvəllər uşağın alınması üçün iddia qaldırdığını, lakin uşağın anasında qaldığını, iddiaçının isə hazırda başqa bir şəxslə ailə qurduğunu və Sədərək rayonunda qaldığını, Elcanın isə Gülcanla deyil, onun anası ilə birlikdə yaşadığını, iddiaçının hazırda ikinci evliliyindən olan uşaqlara baxdığını, Elcanla maraqlanmadığını, onun Nehrəm qəsəbəsində yaşaması barədə dediklərinin yalan olduğunu, çünki onu Nehrəm qəsəbəsində görmədiyini, əgər Elcanı saxlaya bilmirsə onu özünə verməsini istədiyini, hazırda özünün də başqa bir şəxslə ailə qurduğunu, həmin nikahdan bir uşağının olduğunu, həmçinin arvadının hazırda hamilə olduğunu, yəni bir övladının da dünyaya gələcəyini qeyd edərək, yekunda iddianın qismən qəbul edilməsinə etiraz etmədiyini bildirmişdi. Mülki işin materiallarını işdə iştirak edən şəxsin izahatı ilə əlaqəli şəkildə tədqiq edərək məhkəmə müəyyən edir ki, tərəflər arasında əvvəllər qeyri-rəsmi nikah bağlanması, sonradan ər-arvad münasibətlərinin pozulması, tərəflərin evliliyindən X6 adlı uşağın dünyaya gəlməsi, tərəflər birgə nikahından doğulmuş uşağın anası, yəni iş üzrə iddiaçının yanında qalması, Babək Rayon Məhkəməsinin 07 fevral 2013-cü il tarixli, 2(079)-33/2013 nömrəli məhkəmə əmri əsasında X1 üçün cavabdehdən aliment tutulması və 29 mart 2019-cu ildə həmin icra sənədinin icraatına xitam verilməsi, İddiaçı hazırda X11 ilə nikaha daxil olması, həmin nikahdan onun iki övladının olması, Cavabdeh X3 ilə nikah daxil olması, həmin evlilikdən bir uşağın olması işin mübahisəsiz hallarıdır. Bu faktların işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: - iddia tələbindən və tərəflərin məhkəmədə verdiyi izahatlarından onlar arasında əvvəllər qeyri-rəsmi nikah münasibətlərinin olması və sonradan ayrılmaları; -iddia ərizəsinə əlavə edilən və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilən 04 dekabr 2012-ci il tarixli, AZ-İ seriyalı, 156198 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin və 04 dekabr 2012-ci il tarixli, AZ-İİ seriyalı, 853345 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətlərindən 08 sentyabr 2011-ci il tarixdə doğulmuş X2 atasının Cavabdeh, anasının isə X4 olması; -iddia tələbindən və tərəflərin məhkəmədə verdiyi izahatdan onların ayrı yaşaması və onların birgə nikahından olan uşağın iddiaçının yanında yaşaması; - iddia ərizəsinə əlavə edilmiş Babək Rayon Məhkəməsinin 07 fevral 2013-cü il tarixli, 2(079)-33/2013 nömrəli məhkəmə əmrindən 08 sentyabr 2011-ci il təvəllüdlü X1 üçün Cavabdeh hər ay qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq X8 verilməsinin əmr edilməsi; -iş materiallarına əlavə edilmiş Babək Rayon İcra və Probasiya şöbəsinin 25 aprel 2023-cü il tarixli, 20849/2023 nömrəli məktubundan Babək Rayon Məhkəməsinin 07 fevral 2013-cü il tarixli, 2(079)-33/2013 nömrəli icra sənədi üzrə icraata xitam verilməsi; - "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatlardan İddiaçı X11 ilə nikaha daxil olması, həmin nikahdan onun iki övladının olması, Cavabdeh X3 ilə nikah daxil olması, həmin evlilikdən bir uşağın olması aydın olur. İşin mübahisəli halı isə iddiaçının cavabdehlə birgə evliliyindən olan övladı X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh 220 (iki yüz iyirmi) manat miqdarında aliment tutulmasını tələb etməsidir. İşin bu mübahisəli halını həlli ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan şəxslər arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunverciliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti, yəni alimenti ödəməyə borclu olur. Ailə qanunvericiliyinin tələbinə əsasən məhkəmə qaydasında alimentin tutulmasının iki qaydası müəyyən edilib: aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında və sabit pul məbləğində. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində və “Uşaq hüquqları haqqında Azərbaycan Respublikası Qanunun 19-cu maddəsində əks olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsində uşağın saxlanılması üçün alimentin sabit pul məbləğində tutulmasını əsası kimi şəxsin bu barədə olan xahişi qeyd olunmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də, aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd olunan maddi hüquq normalarını mülki iş materialları ilə qarşılıqlı şəkildə əlaqələndirən məhkəmə belə hesab edir ki, iddiaçının tələbi əsaslıdır. Alimentin miqdarının müəyyən edilməsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq, müəyyən edilir. İddiaçı övladı X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 220 (iki yüz iyirmi) manat miqdarında aliment tələb etsə də, məbləğlə bağlı öz tələbini əsaslandıran faktları təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövZəhraudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Alimentin miqdarı ilə bağlı iddiaçı tərəf öz tələbini əsaslandıran halları sübuta yetirə bilmədiyindən məhkəmə qanunvericiliyin tələbini nəzərə alaraq belə hesab edir ki, alimentin miqdarının qanunverciliyin tələbləri nəzərə alınmaqla təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe isə ondan ibarətdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, həmin Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən isə məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərZəhralərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2023-cü ildə ölkədə yaşayış minimumu uşaqlar üçün 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatdan isə cavabdehin hazırda X7 İttifaqının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində fəhlə işləməsi aylıq əmək haqqının 400 (dörd yüz) manat olması, həmçinin onun 3-cü qrup əlil kimi ayda 150 (bir yüz əlli) manat pensiya alması müəyyən edilir. Həmçinin cavabdehin məhkəmə təqdim etdiyi 12 iyun 2023-cü il tarixli, 04 nömrəli arayışdan da onun iş yerinin yuxarıda qeyd edilən hüquqi şəxs olması və əmək haqqının 400 (dörd yüz) manat təşkil etməsi aydın olur. Məhkəmə yuxarıda göstərilən maddi hüquq normalarını, uşaqlar barəsində valideynlərin bərabər hüquq və vəzifələrə malik olmasını, uşağın təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını, 2023-cü ildə ölkədə yaşayış minimumunun uşaqlar üçün 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilməsini, uşağın iddiaçının yanında qalması, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu vaxt ərzində onun üzərinə düşməsini, aliment ödənilməli olan uşağın sayını, saxlanılması üçün aliment təyin edilməsi tələb edilən uşağın yaşını, cavabdehin yenidən ailə qurmasını, himayəsində azyaşlı uşağın olmasını, onun əlil olmamasını nəzərə alaraq belə nəticəyə gəlir ki, iddiaçının tələbi qismən təmin edilməli və yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün hər ay cavabdehdən 120 (bir yüz iyirmi) manat məbləğində aliment tutulmalıdır. Aliment sabit pul məbləğində müəyyənləşdirilərkən o nəzərə alınmışdır ki, uşaqların saxlanması üçün aliment tələb edən iş üzrə iddiaçı isə alimentin sabit pul məbləğində müəyyənləşdirilməsini xahiş edir. Alimentin hansı vaxtdan tutulması məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından aydın olur ki, İddiaçı Babək Rayon Məhkəməsinə 11 may 2023cü il tarixdə müraciət etmişdir, buna görə də alimentin tutulmasının əvvəli həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsində dərhal icra olunmalı qətnamələrdən biri kimi şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması qeyd olunduğundan qətnamə dərhal icra edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq, iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyindən, iddianın (12x220=2640) təmin edilmiş hissəsinə (12x120=1440) mütənasib olan 25 (iyirmi beş) manat, 52 (əlli iki) qəpik miqdarında dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia qismən təmin olunmalı; -11 may 2023-cü il tarixdən hesablanmaqla, 08 sentyabr 2011-ci ildə anadan olan X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh 120 (bir yüz iyirmi) manat miqdarında aliment tutularaq uşağın anası İddiaçı ödənilməli; - Cavabdeh 25 (iyirmi beş) manat, 52 (əlli iki) qəpik miqdarında rüsum tutularaq dövlət büdcəsinə keçirilməli; - qətnamə alimentə dair hissədə dərhal icra olunmalı; - iddia qalan hissədə əsaslı olmadığından təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin edilsin. 11 may 2023-cü il tarixdən hesablanmaqla, 08 sentyabr 2011-ci ildə anadan olan X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh 120 (bir yüz iyirmi) manat miqdarında aliment tutularaq uşağın anası İddiaçı ödənilsin. Cavabdeh 25 (iyirmi beş) manat, 52 (əlli iki) qəpik miqdarında rüsum tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentə dair hissədə dərhal icra olunsun. İddia qalan hissədə əsaslı olmadığından təmin edilməsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar